hacklink Adalet.az | YAS DƏFTƏRİ Adalet.az | YAS DƏFTƏRİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

YAS DƏFTƏRİ

Fəridə RƏHİMLİ

19330    |   2018-03-30 17:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dəftər ərəbcə, (əsli yunanca), bir-birinə bərkidilmiş ağ vərəqlərdən ibarət informasiya daşıyıcısı, qeydlər üçün əşya, yazı üçün predmet deməkdir. Kağız, şagird dəftəri, cib dəftəri, ümumi dəftər, rəsm dəftəri, telefon kitabçası, gündəlik, təqvim, mühasibatlıq sənədləri, yazı yazmaq, yaxud rəsm çəkmək üçün kitab şəklində tikilmiş müxtəlif ölçülü kağız dəstəsi... dəftər deyəndə ilk ağıla gələn bunlardır. Bir də var cisimlikdən çıxıb daha böyük mənalar daşıyan dəftər adı - gəncliyimizdə həyəcanla, hisslərin tüğyan etdiyi qəlbimizlə yazdığımız ilk xatirə dəftəri; Bir nəğmənin sevgi pıçıldayan qırıq-qırıq sətirləri yazılan dəftərlər... qeyd dəftəri, yaddaş dəftəri, haqq-hesab dəftəri və bir də ta uşaqlıqdan bəri ağıllıdan da, dəlidən də, savadlıdan da, savadsızdan da eşitdiyim "İt dəftəri"! Düzü ağlım kəsəndən fikirləşirdim ki, it dəftəri nə olan şeydir ki, deyirlər ki, filankəsin adı heç orda da yoxdur! Həm həyətimizdəki itin nə dəftər-kitabını görmüşdüm, nə də məktəbə getdiyini. Onun dəftərini harda gizlətdiyi uşaq xəyalımın müəmmalarından idi...

Sonralar mərasimlərimizlə bağlı toy siyahısının dəftəri və yas dəftəri kimi "önəmli" dəftərlər də gərəyimiz oldu. Bilənlər bilir ki, rayon camaatı yasda da, toyda da birləşib bir-birinə yasını, yaxud toyunu yola vermək üçün yardım edirlər. Bu dəftərə borc dəftəri də demək olar. Çünki, gələcəkdə eyni məbləği sən də onlara qaytarmalısan. Bu borcu unutmamaq üçünsə dəftər vacib sayılır. Hər kəs toy etməyə bilər, amma hər kəsin yası mütləq olacaq! Bəzi regionlarımızda, Bakının özündə belə adətləri bəyənməyənlər var, amma bu, bir növ yardımlaşma xarakterli olduğu üçün bunu normal qəbul edənlər çoxdu. Yəni, həmin toy, yaxud yas sahibinin bu məclisi vermək üçün lazımi maddi durumu olmaya bilər.

Amma, yazılmamış qanunlarımızla məclis vermək məcburiyyətindədi. Nə isə, bu mübahisəli məsələ olaraq qaldığı üçün bunun üstündən keçirəm.

... Əslində müsəlman adətiylə ölünün cənazə namazı qılınarkən oraya sevənlərinin toplanması, cənazə namazı qılıb, ölüyə halallıq verməsi daha önəmlidir, nəinki yasda deyinə-deyinə müəyyən məbləğ pul yazdırmaq. Qardaş Türkiyədə ölənin cənazə namazını qılıb. Savabını alırlar, yaxınları, qonşuları yemək bişirib yaslı ailəyə gətirir. Üç gün toplanıb ölənin ruhuna Quran oxuyurlar, bununla da məclis bitmiş olur. Hər gün namazda dua etmək, öləninin xatirinə yaxşı işlər görmək, savabını ona əta etmək daha doğrusudur. Bizdəki israfçılığın bu məsələlərə qətiyyən dəxli yoxdur.

Bir yaxınımın yas məclisində gördüklərim məni ürəyimdəkiləri bu sətirlərə boşaltmağa məcbur etdi. Rəhmətə gedənimiz rayonda olduğu üçün ən yaxın qohumlar ordaydı və burdakı cümə axşamı məclisini idarə etmək mənə də həvalə olunmuşdu (yəni, qadın qonaqları qarşılayıb yola salmaq). Ən tez rəhmətliyin oğlunun tələbə yoldaşları gəldi. Onu da deyim ki, onlar qədər vəfalı, sədaqətli, bir-birinin xeyrinə-şərinə yarayan tələbə yoldaşlığı görməmişəm. Hamısı yaşlanıb nənə-baba olsalar da qadınlı-kişili ən vacib günlərində birlikdə olurlar, sevinclərini, kədərlərini bölüşürlər. O gün də ilk onlar gəldilər. Qadınlardan biri tələsdiyi üçün bir stəkan çay içərək üzr istəyib getməli olduğunu söylədi və dəftər istədi. Doğrusu, ona qədər dəftər məsələsini heç düşünməmişdim. Lazım deyil, desəm də: El köçüb, adət köçməyib dedi və çantasından çıxardığı dəftərə öz adını yazıb 50 manatı da arasına qoyaraq getdi. Dəftər masanın üstündə qaldı. Gələnlər özləri oraya müəyyən məbləğ yazaraq gedirdilər. Bir qrup qadının dəftəri açıb baxarkən "nç, nç, nç" edərək başını bulamasına qədər dəftər məni maraqlandırmamışdı. Amma həssas olmağın o qədər əziyyətini çəkirəm ki, həyatım boyu... Bəlkə də mənə dəxli yoxdu bu məsələnin, amma qadın məclisinin mənə tapşırılması o məsuliyyəti istər-istəməz mənim boynuma qoymuşdu. "Nç, nç, nç"ın mənasını da göydə tutdum - əvvələ çox yazılıb ki, sonrakılar da ona görə yazsınlar! .. O an rəhmətlik Molla Nəsrəddini xatırladım. Eşşəyin belində uşağı əyləşdirib, arvadıyla piyada gedir, deyirlər ki, buna bax qadın yerdə, uşaq eşşəyin üstündə. Qadını da mindirir. Bir az gedir, bir neçəsi deyir buna bax, yaşlı kişi yerdə gedir. Özü də minir. Bir sonra deyirlər, insafsızlığa bax, heyvan yazıq deyilmi?. Üçü də düşüb eşşəyi yanlarında aparırlar. Yenə deyinirlər ki, minməyəcəksə niyə alıb bu eşşəyi. Az qalır eşşəyi də belinə alsın yazıq molla. Yəni, insan olanın ağzını yığmaq mümkün olmayan bir işdir. Dəftər qoy deyənəmi qulaq asım, dəftəri yığışdırımmı, yazılanımı gizlədim, düzü nə edəcəyimi bilmədim. Hətta o qadının arxasınca qaçıb, pulunu geri vermək keçdi içimdən, amma təəssüf ki, hisslərlə anladığını sübut etmək olmur.

Əvvəla yas məclisi halallıq məclisidir. Oraya gedib, başsağlığı verib geri dönmək özü yas sahibinə hörmətdir. Adətə uyaraq nəsə yazdıracaqsa da, ürəkdən gələni etməlidir, narazılıqla yox. Hər kəs evdən çıxanda fikrində yasa 5 manat yazdırmağı düşünübsə, niyə "qonşuya baxıb, özünü oda yaxmalıdır ki", kimsə kimsəni buna məcbur etmir. Niyə həmişə "desinlər", "deyərlər", "qonşudan qalma dala" kimi fikirlərlə özümüz olmaqdan uzaq düşürük? Ölüyə ürəkdən bir "Allah rəhmət eləsin!", yaxud üstündə haqqın varsa "Halal olsun!" demək min qat daha faydalıdır, nəinki o rəzil pul.

Qardaş ölkədən türk dostlar aradı cənazəyə yetişə bilmədikləri üçün üzr istədilər və əlavə etdilər ki, üç gündür camidə babanız üçün Quran oxuduruq. Bu səmimiyyət lazımdı insana, bu təmənnasızlıq gərəkdi. İçdən, ürəkdən gələn, bütün qəlbinlə inandığın, güvəndiyin, arxanda danışacaq deyə əsəbləşmədiyin rahatlıq lazımdı insanın ürəyinə. Pul hər şey deyil. Müəyyən anda gərəkli ola bilir, ancaq ürək sındıracaq qədər, qəlb yaralayacaq qədər önəmli bir şey deyil anlayana.

Özünüz olun, olduğunuz kimi görünün, içinizdən gələn kimi danışın, hərəkət edin, maskalar gec-tez yırtılır. O maskaların altını görə bilənlər də var bu dünyada.

Allah ölənlərinizə rəhmət eləsin!!!


f_rehimli@rambler.ru


İmza:

YAZARIN ARXİVİ

2019-04-05 : YALTAQ
2019-03-20 : YENİ GÜN OVQATI
2019-03-07 : QADIN
2019-02-22 : QAR QAN AĞLAR...
2019-02-08 : YEYİM,YEMƏYİM?
2018-12-22 : GƏL...
2018-12-08 : ZƏRURƏT
2018-11-24 : ALO...
2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2019-11-22
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK