ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: UNUDULMAYAN ADAM

8451    |   2018-03-28 15:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… 2014-cü ilin 30 martı. Və birdən Füzulidən mənə zəng eləyib deyirlər ki, yaxın dostun İsfəndiyar müəllim dünyasını dəyişib. Belə xəbərlər istər-istəməz insanı çaş-baş salır. Yəni uzun müddət çörək kəsdiyin, dostluq elədiyin və xeyir-şərdə bir yerdə olduğun yaxının birdən-birə rəhmətə gedirsə, təbii ki, bu qara xəbərin şokundan adam özünə gələ bilmir…

… Vaxt itirmədən tanış sürücülərdən birinə - Fəxrəddinə zəng eləyirəm. Səhər saat 7-də Bakıdan çıxacağını deyir. Və 7-yə 15 dəqiqə qalmış sürücü mənə zəng vurur ki, bəs sizin evin yanındayam, aşağı düş! Mən də tez paltarımı geyinib həyətə çıxıram. Və maşina əyləşəndə sürücü Fəxrəddin sifətimdəki narahatlığı hiss edib deyir ki, müəllim, bir az özünü ələ al, səndən başqa bir adam da həmin yas yerinə getmək istəyir. Gedək onu da götürək, sonra çıxaq Füzuliyə. 15 dəqiqədən sonra NZS-dən həmin adamı da götürüb üzü Füzuli istiqamətində hərəkət edirik. Yolda dostlarımızdan biri deyir ki, gəlin bir tikə çörək kəsək. Amma bununla razılaşmıram. Nə bir tikə çörək, nə də bir stəkan çay mənim boğazımdan keçmir. 3 saatdan sonra Horadizə çatırıq və yas məclisinə baş çəkirik. Həyətdə iynə atsan yerə düşməz. Nəinki Füzulidən, hətta qonşu rayonlardan çoxlu sayda insanlar həyətə yığışıblar. Hava da üzünü döndərib və yavaş-yavaş qar yağmağa başlayır. Düşünürəm ki, bu qar bir az yağar, sonra da kəsər. Ancaq belə olmur. Hava get-gedə soyuyur, qar da çalın-çarpaz vurur. Martın 30-da hələ mən indiyə qədər belə soyuq və qarlı hava görməmişəm…

… Günortadı. Rəhmətlik İsfəndiyar Səfərəliyevin cənazəsi Seyid Əşrəf məscidinə aparılır. Orda onu yuyata götürürlər və molla Quran oxuyur. Hava get-gedə daha da sərtləşir. Məscidin həyətində toplaşmış insanların narahatlığı hiss olunur. Bu narahatlıq soyuqdan çox Füzulinin sayılıb-seçilən ağsaqqallarından biri olan İsfəndiyar Səfərəliyevin dünyasını dəyişməsidi…

… On-on beş dəqiqədən sonra cənazə dağın döşündəki Horadiz qəbiristanlığına sarı aparılır. İnsan axınından tərpənmək olmur. Qəbiristanlığa çatırıq, burda hava daha da soyuqdur və qar da çox möhkəm yağır. Elə möhkəm yağır ki, az müddətdə onun hündürlüyü 10-15 sm çatır. Qəbiristanlıqda deyəsən heç kəs üşümür. Çünki hamı bu el ağsaqqalına sonuncu dəfə öz borcunu vermək istəyir. Və sonuncu dəfə onu son mənzilə yola salanlar bu borcdan çıxmaqla çiyinlərindən ağır yük götürülür…

… Dəfndən sonra yenidən Horadiz şəhərinə -İsfəndiyar kişinin həyətinə qaydırıq. Oğlu Eldəniz bu hörmətə və sevgiyə görə məclis iştirakçılarına minnətdarlığını bildirir. Mən də iki daşın arasında ona bir daha başsağlığı verirəm. Və icazə alıb Bakıya qayıtmaq istəyirəm. Eldəniz bir daha mənə təşəkkürünü bildirir. Ancaq deyirəm ki, heç bir təşəkkürə ehtiyac yoxdur. O kişi sağlığında hamının xeyrinə, şərinə yarayıb, hamının qapısına gəlib və onlara arxa olub…

İsfəndiyar Səfərəliyev 1940-cı ilin iyul ayında Füzuli rayonunun Kürdlər kəndində anadan olub. Zamanından və məkanından asılı olmayaraq, hansı vəzifədə çalışıbsa o vəzifəni ucaldıb. Və təsadüfi deyil ki, İsfəndiyir Səfərəliyev uzun müddət Füzuli rayon avtovağzalının müdiri vəzifəsində çalışıb. İşğaldan sonra isə o, təsərrüfat işləri ilə məşğul olub. O qədər səmimi, o qədər sadə insan idi ki, az qalırdı gözünün yağını adama yedizdirsin. Az qalırdı ürəyinin işığını insanlara paylasın… az qalırdı qabağına çıxan hər bir adama arxa dursun və ona «qorxma» desin…

Çətinə düşəndə, kimisə vəzifəli adamlar get-gələ salanda İsfəndiyar kişini axtarardılar. Çünki İsfəndiyar kişi heç bir vəzifə sahibindən çəkinib eləyən deyildi. Ondakı cəsarət, ondakı böyük ürək hər adamda yox idi. Ona görə də imkansız və kasıbların qabağına düşər, onların düzəlməyən işlərini aşırardı. Və heç bir təmənna da güdməzdi...

… 1992-ci ilin avqustu idi. Polis rəisi, yaxın dostum Binnət Məmmədov dedi ki, İsfəndiyar müəllim səni axtarır. Deyir ki, Qismət kişinin oğlu bura gələndə mənə de. Sözün düzü mən də təəccübləndim. Sən demə İsfəndiyar müəllim məni ona görə axtarırmış ki, bir tikə çörək kəsək. Və gəldiyimi Binnət müəllim ona dedi. O da 5 dəqiqədən sonra özünü şöbəyə çatdırdı. Binnət müəllimi, məni və bir neçə yaxın dostumuzu götürüb Köndələn çayının döşündəki yeməkxanaya apardı. Orda o ki, var yeyib-içdik. Və atamla, qardaşımla olan dostluğundan danışdı. Dedi ki, sənin dədən çox adama çörək verib. Elə mən də səni göydə axtarırdım, yerdə tapdım. Və sənin dədən mənə də arxa durub. Uzun müddət çörək kəsmişik. Bax, bu gün səninlə də çörək kəsdim, elə bil çiynimdən ağır bir yük götürüldü. Bax, sənə deyirəm, kişi deyilsən Füzuliyə gələndə məni axtarmasan. Mən bilsəm sən gəlmisən, özüm gəlib tapacam. Bax, o vaxtdan İsfəndiyar Səfərəliyevlə atamın, qardaşımın elədiyi dostluğu mən davam etdirdim. Və bu gün də onun oğlu Eldəniz Səfərəliyevlə bu dostluğu davam etdirirəm. Çünki İsfəndiyar müəllim kimi kişilər Füzulidə barmaqla sayıla bilər. Və onun ətrini, qoxusunu mən Eldəniz müəllimdən alıram…

… Onun on övladı olub. İkisi vəfat edib. Bir oğlu Pirverdi Polis Akademiyasını bitirmişdi və bizim qohum rəhmətlik Məhərrəm Nəzərovun qızıyla ailə qurmuşdu. Sonradan elə oldu ki, Pirverdi avtomobil qəzası zamanı dünyasını dəyişdi. Elə iki övlad dağı da zaman-zaman İsfəndiyar Səfərəliyevin ürəyinə zərbələr vurdu. Və bu ağrılar yaşa dolduqca daha da gücləndi və günlərin bir günündə də onun ürəyi qəfil dayandı…

Adam var ki, sağdır, amma onun el-oba arasında heç bir xətir-hörməti olmur. Yəni onun sağlığıyla olmamağı hiss edilmir. Amma adam da var ki, dünyasını dəyişsə belə həmişə yaşayır, xatırlanır və unudulmur. Bax, İsfəndiyar Səfərəliyev bu cür unudulmayan, yaşayan və xatırlanan kişilərdəndi…
Bayaq dedik axı, o çox cəsarətli, ürəkli adam olub. Və o həm də çox səbrli insan idi. Yəni hər hansı hadisədən, hər hansı gərginlikdən tez əsəbləşib özündən çıxmazdı. Elə buna görə də ona el ağsaqqalı kimi Füzulidə çoxları hörmət eləyirdi. Zarafat deyil, kimsəsiz, imkansız adamın qabağına düşəsən və onun işini aşırasan. O da zarafat deyil ki, birinə yaxşılıq eləyəndə heç vaxt onun əvəzini ummayasan. Çox təəssüf ki, bəzi insanlar kiməsə balaca bir yaxşılıq eləyir, o dəqiqə onun əvəzini umur. Və əvəzini almayanda o yaxşılığı tez-tez, mənim bəzi qohumlarım kimi, adamın başına çırpır…
O, Prezident İlham Əliyevin sərəncamı ilə «Tərəqqi» medalıyla təltif edilmişdi. Təbii ki, insan üçün ən böyük mükafat yaşadığı elin, obanın xətir-hörməti və diqqətidir. Çünki bayaq qeyd etdik ki, adam var ki, sağlığında yada düşmür. Nə xeyirə yarayır, nə də şərə. Amma bu gün Füzulidə xeyirdə, şərdə xatırlanan ağırtaxta, köhnə kişilərdən biri də el ağsaqqalı olmuş İsfəndiyar Səfərəliyevdir. Onun dünyasını dəyişməyindən 4 il keçsə də amma o, çoxlarının yadından çıxmayıb.

Ən azından ona görə ki, kimsə əli yananda, çətinə düşəndə o dəqiqə belə təmənnasız kişiləri yada salır. O kişiləri ki, onların mayası, qanı mərdlikdən, xeyirxahlıqdan və səmimiyyətdən yoğrulub. Bir daha bu yazını ona görə qələmə aldım ki, mənim dostum İsfəndiyar Səfərəliyevin martın 30-da dünyasını dəyişməyinin 4 ili tamam olur. Qoy onun ruhu şad, məzarı nurla dolsun!..




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK