deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Üzeyir bəyin gözünün nuru Adalet.az | Üzeyir bəyin gözünün nuru Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Üzeyir bəyin gözünün nuru

22246    |   2018-03-17 00:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Cümhuriyyətinin qurucularından sayılan Ceyhun Hacıbəylinin faciəli həyatından bəhs edən tamaşa hazırlanıb

Dövlət Musiqili Teatrı bu günlərdə yeni səhnə əsərinin premyerasını tamaşaçılara təqdim etdi. Kollektivin bir neçə aylıq gərgin zəhmətindən sonra sənətsevərlərin mühakiməsinə verdiyi tamaşa ilklərlə zəngindir. Bunlar barədə məqamı gəldikcə ətraflı bəhs etməyə çalışacağıq.
Tamaşa Ceyhun Hacıbəylinin həyatından bəhs edir. Həmin Ceyhun Hacıbəylinin ki, Şərqdə ilk demokratik dövlətin-Azərbaycan Cümhuriyyətinin qurulmasında, dünyaya tanıdılmasında müstəsna xidmətlər göstərib. Həmin Ceyhun Hacıbəylinin ki, "Azərbaycan" qəzetinin ilk baş redaktoru olub. Həmin Ceyhun Hacıbəylinin ki, Versal Sülh Konfransında iştirak etmək üçün nümayəndə heyətinin tərkibində Parisə göndərilib və bolşeviklərin istilasından sonra Vətənə dönə bilməyib. Həmin Ceyhun Hacıbəylinin ki, qardaşı Üzeyir bəy hər məktub yazanda ona "Nuri-didə Ceyhun"-yəni "Gözümün işığı Ceyhun"-deyə müraciət edib.

Azərbaycan,
"Azərbaycan",
Azərbaycan!

Tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli yeni pyesini də məhz "Nuri-didə Ceyhun" adlandırıb. Pyes Azərbaycan Cümhuriyyətinin qurucularından sayılan Ceyhun Hacıbəylinin, müstəqil dövlətimizin himnini yazan, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin obrazlarının ilk dəfə səhnəyə gəlməsinə bir vəsilə olub.
Tamaşanın ideya müəllifi Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir. Əliqismət müəllim Ceyhun bəyin yazdığı və maraqla qarşılanan "Bir il xəyallarda və bütöv bir ömür" avtobioqrafik əsərini oxuduqdan sonra cümhuriyyət qurucularının həyatı barədə tamaşa hazırlanması təklifi ilə Əli Əmirliyə və tanınmış rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadəyə müraciət edib.
Teatrın kollektivi ötən ilin sonlarından "Nuri-didə Ceyhun" pyesinin məşqlərinə başlamışdı. Bu ilin əvvəlində dövlət başçısı İlham Əliyevin Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə "Cümhuriyyət ili" elan olunması haqqında Sərəncam imzalaması yaradıcı heyətin məsuliyyətini daha da artırır. Gərgin məşqlərdən sonra "Nuri-didə Ceyhun" teatr ictimaiyyətinə təqdim edildi və Dövlət Musiqili Teatrı "Cümhuriyyət ili"nə töhfə verən ilk teatr kollektivi oldu.
Səhnə əsəri üzərində çalışan yaradıcı heyət yeni tamaşanı pyes-metafora kimi müəyyən edib. Tamaşa Ceyhun Hacıbəylinin uşaqlıq xatirələri ilə başlayır, balaca Ceyhun anası Şirinbəyim xanımın danışdığı nağıllara qulaq asır. Hələ keç kim, nə özü, nə də yaxınları bilmir ki, onu qarşıda hansı tale, hansı məşəqqətlər gözləyir. Ceyhun Hacıbəyli əvvəlcə Sankt-Peterburqda, sonra isə Parisdəki Sorbonna Universitetində ali təhsil alacaq. Şərq aləmində ilk demokratik respublikanın-Azərbaycan Cümhuriyyətinin qurulmasında qardaşı Üzeyir bəylə birgə yaxından iştirak edəcək. İlk dövlət qəzetimizə-"Azərbaycan"a rəhbərlik etmək məhz ona həvalə olunacaq. 28 yaşında yenidən Parisə göndəriləcək, bu dəfə daha çətin və şərəfli bir missiya ilə. Onun da daxil olduğu nümayəndə heyəti yeni yaranan müstəqil Azərbaycanı tanıtmaq tapşırığı ilə Versal Sülh Konfransında iştirak etmək üçün Fransa paytaxtına yola düşür. Ceyhun Hacıbəyli və nümayəndə heyətinin digər üzvlərinin fədakarlığı sayəsində Azərbaycan Cümhuriyyəti de-fakto tanınır. Lakin bu sevinc uzun çəkmir, cəmi 3 aydan sonra bolşevik Rusiyası Azərbaycanı işğal edir.

Üçrəngli bayrağınla məsud yaşa!

Bu işğaldan sonra Ceyhun Hacıbəylinin həyatının ağrılı-acılı günləri başlayır. Vətəni terrora məruz qaldığından Azərbaycana qayıda bilmir. Həyat yoldaşı Zöhrə xanımla və iki oğlu ilə birgə Fransada məşəqqətli illər keçirir. Anasının, qardaşının, bacısının digər doğmalarının və məsləkdaşlarının həsrəti ilə yaşayır. Vətəndən bir-birinin ardınca aldığı acı xəbərlər, min bir əziyyətlə boya-başa çatdırdığı oğlunun faşizmə qarşı müharibədə həlak olması qürbət eldə Ceyhun bəyin ürəyinə çarpaz dağlar çəksə də o, son nəfəsinə kimi mübarizəsini davam etdirir. Azərbaycanın öz müstəqilliyini yenidən bərpa edəcəyinə inanır. Məhz Ceyhun Hacıbəyli kimi mübariz, bütün ömrünü Vətənin azadlığı uğrunda sərf edən insanların sayəsində bu gün millətimizin imzası imzalar içində görünür, üçrəngli bayrağımız dalğalanır.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, "Nuri-didə Ceyhun" ilklərlə bol tamaşadı. Qürbətdə çox çətinliklərə rəğmən Vətəninin azadlığı və müstəqilliyi üçün çalışan Ceyhun Hacıbəyli kimi Cümhuriyyət fədaisi ilk dəfə məhz bu əsər sayəsində tamaşaçıya tanıdılır. Bu günə kimi müxtəlif teatrlarda uğurlu tamaşalara imza atan Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Ceyhun bəyin obrazını Əməkdar artist Pərviz Məmmədrzayevə həvalə edib. Bu, istedadlı aktyorun Dövlət Musiqili Teatrının səhnəsində ilk işidir. Əminliklə demək olar ki, tamaşanın quruluşçu rejissoru bu obrazı Pərviz Məmmədrzayevə etibar etməkdə yanılmayıb. İstedadlı aktyorun ifasında tamaşaçı doğulduğu ocağa, ailəsinə bağlı insanın qürbətdə acılar çəkməsinə baxmayaraq daim Vətəninin müstəqilliyi üçün çalışan bir mücahidin yaşantıları, sevinci və kədəri ilə tanış olur.
Dünya şöhrətli bəstəkar, Dövlət Himnimizin müəllifi, böyük maarifçi Üzeyir Hacıbəylinin obrazı da ilk dəfə məhz bu tamaşa vasitəsi ilə səhnəmizə gəlib. Aktyor Elçin İmanovun oynadığı Üzeyir bəy qürbətdə çətin günlər keçirən qardaşı Ceyhunla görüşmək ümidi ilə yaşayır, hətta onun Bakıya qayıtması üçün addımlar atır. Lakin siyasi səbəblərdən buna nail ola bilmir, gücü öz qonorarından qardaşının ailəsinə maddi yardım göstərməyə çatır.
Tamaşada Ceyhun bəyin həyat yoldaşı Zöhrə xanım rolunu aktrisa Gülnarə Abdullayeva ifa edir. İstedadlı aktrisa bu teatrın səhnəsində, teleseriallarda müxtəlif rollar oynayıb, fikrimizcə Gülnarə Abdullayeva məhz Zöhrə obrazı ilə sübut edir ki, o, dramatik, mürəkkəb xarakterli rolların öhdəsindən gəlməyə qadirdir.
Əməkdar artist Şövqü Hüseynov son vaxtlar Dövlət Musiqili Teatrı ilə sıx və uğurlu əməkdaşlıq edir. Tanınmış aktyorun "Nuri-didə Ceyhun" tamaşasında oynadığı Frençli adam obrazı həcm etibarı ilə kiçik olsa da yaddaqalandır. Onun Üzeyir bəylə görüş səhnəsi tamaşanın ən konfliktli epizodlarındandır.
Uğurlu tamaşada digər rolları Xalq artisti Fatma Mahmudova (Şirinbəyim xanım), Ülviyyə Əliyeva (Zayad), Nicat Həbibov (Ceyhun bəyin oğlu), Nadir Xasıyev, Firus Məmmədov, Şaban Cəfərov (Parisdəki Azərbaycan nümayəndə heyətinin üzvləri), Əməkdar artist Anton Ferşdant (Müsyo Kambon), Mehriban Zalıyeva (Karmen), Hüseyn Nağıyev (Ceyhun bəyin uşaqlığı), Fərid Rzayev (I məxfi işçi) və Elməddin Dadaşov (II məxfi işçi) oynayırlar.
Mehriban Ələkbərzadənin quruluş verdiyi "Nuri-didə Ceyhun" tamaşasının uğurundan söhbət açarkən quruluşçu rəssam kimi Vüsal Rəhimin yaradıcılıq işini xüsusi qeyd etmək lazımdır. Quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev olan tamaşada əsasən Üzeyir Hacıbəylinin, Soltan Hacıbəyovun və Niyazinin musiqilərindən istifadə olunur. Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva quruluşçu baletmeyster kimi səhnə əsəri üzərində çalışıblar. Xormeyster Əməkdar artist Vaqif Məstanov, konsertmeyster Fidan Babayeva, işıq üzrə rəssam Vadim Kuskov, rejissor assistenti isə Elməddin Dadaşovdur.
"Nuri-didə Ceyhun" Azərbaycanın müstəqilliyi üçün fədakarcasına çalışan, lakin bolşevik işğalı üzündən Vətəninə dönə bilməyib ömrünü qürbətdə başa vuran bir insan faciəsindən danışan səhnə əsəridir. Üzeyir bəy hər məktubunda qardaşı Ceyhun Hacıbəyliyə "Nuri-didə Ceyhun" yəni "Gözümün nuri Ceyhun"-deyə müraciət edib. Ceyhun Hacıbəyli kimi şəxsiyyətlər millətimizin gözünün nurudur. Bu gün qürbət eldə uyusalar belə...



YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK