ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: TAMAH

10500    |   2018-03-14 14:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deyirlər ki, ili necə qarşılasan, elə də yola salarsan. Yəni hər təzə il gələndə gərək adamın süfrəsində bolluq olsun. Bolluq olanda isə ataların dediyinə görə, o il çox bərəkətli keçir. İndi də Novruz bizə addım-addım yaxınlaşır. Loru dildə demiş olsaq, artıq onun ayaq səsləri eşidilir. Üç çərşənbəni – su, od, yel çərşənbəsini arxada qoymuşuq. Tonqal qalamışıq və o tonqalın üstündən «ağırlığım, uğurluğum bura tökülsün» deyib tullanmışıq.

Tay bilməmişik bu üç çərşənbədə hamının evində süfrə açılıb, ya yox. Süfrə açılıbsa, çox şükür! Açılmayıbsa, Allah-Təala heç olmasa axırıncı çərşənbədə və Novruzda o açılmayan süfrələrin üstünü ruzi-bərəkətlə doldursun. Çünki Novruz elə bir bayramdır ki, bundan əziz, bundan yaddaqalan və bundan gözəl gün bizim üçün ola bilməz. Ən azından ona görə ki, yazın gəlişiylə hətta dünyadan küsmüş, ürəyi dərddən qubar bağlamış və hər yerdən əli üzülmüş adamların da ürəyində ümid göyərir…

Novruzda ən çox insanlar şirniyyat məhsullarına böyük həvəs göstərirlər. Gərək stolun üstündə şəkərbura, paxlava, badambura, qoğal… bir sözlə, bu gözəl, ləziz şirin şeylərin hər biri yan-yana düzülsün… Düzdür, həkimlər həddindən çox şirniyyat məhsulları yeməyi insanlara məsləhət bilmirlər. Ancaq heç olmasa bir dəfə Novruz bayramında bu pəhrizi pozsaq, dünya dağılmaz ki. Ancaq bəzən görürsən ki, şəkər xəstəliyindən əziyyət çəkən bir çox adamlar həddindən çox şəkəbuba, paxlava yedi və sonra da öldüm-öldümə düşdülər. Yəni şəkəri qalxdı, Mehribanın canı üçün 250-yə!..

Mənim bir tamahkar dostum var, tay adını yazmıram. İstər-istəməz özü biləcək. Şəkər xəstəsi olsa da, qətiyyən pəhriz saxlayan deyil. Bir də görürsən ki, əlinə nə keçdi, basıb yeyir. Elə oldu ki, həmin dostumuzla yay vaxtı bir rayona getmişdik. O rayonda da yaxşı qarpız vardı. Səhərə qədər yatmadı, o qarpızın iki-üçünü yedi. Sonra da dedi ki. ölürəm. Mən də dedim ölürsən cəhənnəmə öl! Bəs bilmirsən ki, iki-üç qarpız sənin axırına çıxacaq? O da yazıq görkəm alıb və dilləndi ki, düz sözə nə deyəsən. Vallah, bu tamah məni öldürəcək. Hələ ki, bu tamah onu öldürmür, əlinə keçdi basıb yeyir. O gün də mənə zəng eləyib bildirir ki, qardaş, bəs bilirsən nə olub? Yenə tamahımı saxlamayıb bir dəfədə beş-altı şəkərbura yemişəm. Bu dəfə də şəkərim qalxıb 350-yə. Həkimlər gəlib birtəhər şəkərimi aşağı salıblar. Sonra da görürəm ki, baş barmağım şişib. Axı sənə demişdim, bu tamah məni öldürəcək. Hələ ki onun 64 yaşı var, şəkərlə döyüşür, özünə insulin vurur və hər gün də səhər saat 6-du durub həyət-bacada işləyir. Deyir ki, işləməsəm şəkər mənim axırıma çıxar.

Allah onun köməyi olsun! Gör hardan gəlib hara getdik. İndi qayıdaq bayram süfrəsinin bəzədilməsinə. Yəni Novruz süfrəsində yarada biləcəyimiz bolluğa. Kim istəməz ki, Novruzda süfrəsində ürəyi istədiyi şirniyyat məhsulları, çərəzlər, plovdan tutmuş digər ləziz xörəklərə kimi hər şey olsun. Təbii ki, bunu hamı arzulayar. Amma dediyimiz o gözəl yeməklərin süfrəyə hazırlanıb çıxması üçün bir ətək də pul lazımdır.

Mütəxəssislər hesablayıblar ki, görd nəfərlik bir ailənin normal bayram süfrəsi açması üçün ən azından 200-250 manat pul lazımdır. İndi gəlin görək ayda 150-160 manat təqaüd alan, yaxud 250 manat əmək haqqı qazanan və evdə ondan başqa heç kim işləməyən ailədə hansı adam bu cüzi məvaciblə dediyimiz o süfrəni aça bilər? Bəlkə kimsə aça bilər? Bilərsə lap yaxış! Buna sözümüz yoxdur.

Reallıqsa bundan ibarətdir ki, hamı Novruzu çox böyük səbirsizliklə gözləyir. Sonuncu çərşənbə martın 20-nə təsadüf edir. Və martın 20-də də ölkəmizə bahar gəlir. Bəs görəsən heç olmasa sonuncu çərşənbədə, yəni bayram axşamı ölkəmizin bütün insanları süfrə aça biləcəklərmi? Hər halda, bunu onların ailə büdcələri göstərəcək.

Allah-Təala heç bir insanı darda qoymayıb. Yəni belə baxanda indiki şəraitdə süfrə aça bilməyəcək adam təsəvvürümüzə gəlmir. Söhbət ondan getmir ki, yuxarıda dediyimiz o zəngin süfrə açılsın. Söhbət ondan gedir ki, heç olmasa hər evdə bayram plovu bişirilsin, yumurta boyansın. Bax, bunu bizim düşüncəmizlə hər bir kasıb adam da eləyə bilər. Çünki Ulu Yaradan heç vaxt kasıbların üstündən öz nəzərini əksik etməyib. İnşallah, bu dəfə də əskik eləməz…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK