ANA SƏHİFƏ / AVTOMOBİL

Yasamalda bu küçə təmir olunur

13951    |   2018-03-02 17:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsi təmir olunur.

Avtomobil Yolları Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, küçə uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğramış, qabarmalar, çökmələr və çatlar əmələ gəlmişdi. Üstəlik küçənin ensiz olması və piyadalar üçün bəzi hissələrdə səkilərin olmaması, mövcudlarının isə dağılması bütün hərəkət iştirakçıları üçün problemlərə gətirib çıxarırdı. Bu üzdən küçənin əsaslı şəkildə təmir olunması zərurəti yaranmışdı.

Uzunluğu 1.5 km, eni isə 7-8 metr olan küçədə hazırda sürətlə və keyfiyyətlə yenidənqurma işləri aparılır. Aparılan işlər çərçivəsində küçənin eni 14 metrə qədər genişləndirilir. Bu məqsədlə yol boyu qazma-dolma işləri görülür. Belə ki, zəruri olan yerlərdə yararsız qrunt çıxarılır, əvəzinə yararlı müterial tökülüb kipləşdirilir.

Tikinti layihəsinə uyğun olaraq mövcud yeraltı kommunikasiya xətləri (su,qaz,rabitə,elektrik və s.)bərpa olunur, zərurət yarandığı təqdirdə yeniləri çəkilir və ya yolun hərəkət hissəsindən kənarlaşdırılır, 5 yerdə yolun altından 250 metr uzunluğunda ehtiyyat borular atılacaq. Bu işlərə paralel olaraq səth sularının yoldan normal kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunacaq və zəruri olan yerlərdə yeni sistem qurularaq yağış barmaqlıqları qioyulacaq. Ümumilikdə küçə boyu 21 ədəd yeni yağış barmaqlıqları quraşdırılacaq, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 97 ədəd yeni baxış qapaqları qoyulacaq.

Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılacaq və kipləşdiriləcək. Yeni yol yatağı işlənən ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası işləri də aparılacaq. Küçə boyu aparılan bu işlər gələcəkdə suyun yığılmasının qarşısını alacaq və asfalt-beton örtüyün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Küçənin yenidən qurulması zamanı bütün hərəkət iştirakçılarının normal, rahat və təhlükəsiz hərəkəti nəzərə alınır. Belə ki, küçə boyu dağılmış mövcud piyada səkiləri bərpa olunur, zəruri olan yerlərdə yeniləri inşa edilir. Piyada səkilərinin kənarlarına 6400 paqon-metr uzunluğunda yeni səki daşları düzülür. Avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara rahat giriş-çıxışını təmin etmək məqsədi ilə 4 yerdə 62 metr uzunluğunda və 4 metr enində xüsusi "cib”li hissələryaradılacaq.

Torpaq işləri bitəndən sonra küçə boyu əlaqələndirici bitum səpilməklə 47100 kv.m sahədə yol örtüyünün alt qatının iri dənəli, üst qatının isə xırda dənəli asfalt – beton qarışığı ilə tikintisi aparılacaq. Texnoloji ardıcıllığa uyğun olaraq küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə, zəruri yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək.




İmza:
SON XƏBƏRLƏR
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Azərbaycanlı ilə erməni üzümlükdən üzüm oğurlayırlar.
Azərbaycanlı ermənidən soruşur:
- Üzümü neyləyəcəksən?
Erməni:
- Mən üzümü aparıb öz gözəl arvadıma verəcəyəm. O məni yaxşı yedizdirəcək, çaxır süzəcək, sonra mən onunla sevişəcəyəm. Səhər isə arvadım üzümdən çaxır çəkəcəkdir.
Bəs sən nə edəcəksən? - deyə erməni azərbaycanlıdan soruşur.
Azərbaycanlı deyir:
- Düzü bazara aparıb satmaq istəyirdim, indi fikrimi dəyişirəm. Mən də elə sənin arvadına aparacağam.




digər lətifələr
ARXİV
FACEBOOK