ANA SƏHİFƏ / YAZARLAR

Yılmaz Özdil: Bir jurnalistin xatirə dəftəri...

44835    |   2018-02-23 11:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Altı yaşında idim.

Çox qoca bir qonşumuz var idi.

90 yaşı olardı.

Vaxt yetişdi, vəfat elədi.

İlk dəfə idi ölümlə tanış olurdum. Dünənki kimi yadımdadır. Məhəllədə yas elan olunmuşdu. Televizoru açmaq qadağa, radio qadağa, maqnitofon qadağa. "Eşidilsə ayıb olar” deyilirdi. Ucadan danışmaq olmaz. Topla oynamaq olmaz. Səssizlik hakim idi. İşə, məktəbə gedənlər başları aşağı, hüzn karteci kimi gəzirdilər.

*

Yatağında əcəliylə son nəfəsini verən 90 yaşlı insanlarımızı belə yola saldıq. Xatırlayarsınız...

*

Türkiyə hələ bu duyğularını itirməmişdi mən qəzetdə işləməyə başlayanda.

Gecə müxbiri idim.

İlk xəbərim də cinayət.

Çətin idi.

Öldürülən kişinin vəsiqə şəklini əldə etmək üçün cənazə evinə gedib özümü polis məmuru kimi qələmə vermişdim. Başqa çarəm yox idi. Çünki qəzetçi filan cənazə evinə girə bilməzdi. Hətta məhəlləyə belə girə bilməzdi. Yas içində olan ailəyə hörmətsizlik kimi qəbul olunurdu.

*

Diriyə olmasa belə…

Ən azından ölüyə hörmət var idi.

*

Sonra?
Sonra nəsə oldu bizə.

*

80-ci illərin sonuna doğru qəzetçilərin cinayət baş verən yerlərə getməyinə ehtiyac qalmadı, cinayət xəbərləri özləri qəzetlərə gəlməyə başladı.

"Qəzetdə şəklim çıxsın, amma necə çıxarsa çıxsın” kimi qəribə bir şöhrət hissi hamını zəhərləyirdi.

Öldürülən kişinin ailəsi, fotoalbomunu qoltuğuna vurub qəzet redaksiyalarına gətirirdi.

İnanmaqda çətinlik çəkə bilərsiniz, amma qonşular da gəlsin deyə avtobus tutan ailələr belə gördüm.

*

90-ların əvvəlində qəzetçilər artıq zəhmət çəkib zəng vurmurdular.

"Cinayət baş verib, fotolarını gətirimmi?” deyə özləri zəng vururdular.

Həə, məmləkətdə cinayətlər artmışdı, hansı biri veriləcək…

"Öldürülən qız gözəldisə gətir, gözəl deyilsə boş ver” deyilməyə başlandı.

Xəbərin manşet olmağı üçün qurbanın gəlinliyini gətirənlər də olurdu.

*

90- ların axırına doğru qurbanların ailələri ərköyünləşdi.

Özəl televiziyalar çıxmışdı, qəzetlərə üz verməməyə başladılar. "Tirajın nə qədərdirsə o qədər danış” deyə aşağılayırdılar.

Qəzetler qurbanların fotolarını verməyə çalışarkən, televiziyalar bəh-bəhlə toy videolarını yayımlayırdılar.

"Hə, əziz tamaşaçılar, görürsünüz, qatil qurbanının ailə dostu idi, boğazını kəsdiyi gəlinə qolbağını belə taxmışdı, belə yallı oynamışdı”…

*

Yeni minillik gəldi, 2000-ci illər.

Mobil telefonlar həyatımıza girmişdi, şəkillər, videolar…

Öldürülən qadının tətil videosu, qətl edilən uşağın sünnət videosu filan ardı-arası kəsilmirdi. Cinayətə baxmaq üçün ana xəbər buraxılışlarını gözləməyə gərək yox idi, qəzetlərin internet səhifələrinə girib o andaca baxa bilirdin.

*

Özəl televiziyalara yeni bir atraksion lazım idi.

Tapıldı…

Analara, atalara "evinizə canlı yayım maşını göndərək, uşağınızı necə öldürdüklərini danışın” deyildi.

Qəbul etdilər!

*

Amma… Canlı yayım maşınlarını göndərmək xeyli xərc tələb edirdi. "Çox istəyirsinizsə, gəlin, studiyada diktora danışın” dedilər.

Onu da qəbul etdilər.

*

Bu səfər başqa bir sürpriz çıxdı orataya. Özəl televiziyaların sayı bəlkə də 100 dənə idi, öldürülənlərin anası, atası isə iki.

Qara bazaar formalaşırdı.

İşin içinə pul da girdi.

"Bizim ekrana çıxın, bu qədər pul verək” deyən kanala çıxmağa başladılar. Pul verənlərin reytinqi artdı.

Ailələr bu işin dadını çıxarırdılar.

"Pul vermirəm” deyənlərin zənglərinə cavab vermirdilər.

*

Kələfin ucu elə itmişdi ki, bu iş sector halına gəlib çıxmışdı. Ailəni əvvəlcədən futbol meneceri kimi televiziya kanalları ilə bazarlığa oturdurdular.

Yaxşı ki, mediya başçıları ipi kəsdilər. "Etik jurnalistika” öz yerini tapdı, xəbər üçün pul ödəməkdən imtina edildi.

*

Mətbuatımız bütün bu olanlardan dərsini almışdı. Özünütənqid nəticəsində deyildi ki, rəqabət üçün bir-birimizin başını, gözünü yarmayaq, hamıya çatacaq qədər qurban ailəsi var, dava salmaq lazım deyil, bölüşmək lazımdır!

*

Bu məqbul təkliflə razılığa gəldilər.

Qurbanların ailələri qırışmağa başladılar.
Qurbanın atası Star tv-yə çıxırdısa, anası Kanal D-yə, böyük qardaşı Atv-yə, bacısı Şou tv-yə çıxırdı.

NTV, CNNtürk kimi xəbər kanalları aciz qalır, məcburən əmiylə, bibiylə yola verirdilər.

Hamı qonaqlarını eyni vaxtda canlı yayıma çıxardır, reytinqsə türk millətinin öhdəsinə verilirdi.

*

Ailəcə hamı bundan danışırdı.

Ailəcə hamı seyr edirdi.

*

Belə-belə, yavaş-yavaş, sakit-sakit ölüm normal hadisəyə çevrildi.

*

Özgecanın atası məsələn. Səhnəyə çıxıb konsert verdi!

*

Bəli, səhv oxumadınız… Tayyip Erdoğanın əmrilə "dövlət sənətçisi” oldu. Mersin Dövlət Klassik türk musiqisi xoruna götürüldü, qızının adı verilən meydanda Ramazan bayramı konsertində səhnəyə çıxdı, solistlik etdi. 

*

Qızı öldürüləndə müğənni olsaydı, cəhənnəm, deyərdim ki, həyat davam edir, amma… Qızı öldürüləndə dizayner idi, mətbəələrdə işləyirdi. Musiqiyə marağı var deyə, Tayyib Erdoğan tərəfindən "dövlət sənətçisi” elan olundu, çıxıb mahnı oxusun deyə xor dəstəsinə qəbul olundu.

*

Və əvvəlki gün…

Artıq mətbuatımıza da gərək qalmadığı ortaya çıxdı.

*

Balıkesirdə elçiliyə gedən hərif qızı vermədikləri üçün ov tufəngini gətirdi, qəz tərəfini ucdan tutma vurdu, üç adamı öldürdü, dördünü yaraladı, bu qətliyamı mobil telefonu ilə çəkdi, diktor kimi anons verərək sosial mediyada yayımladı!

*

Özün bişir, özün ye dövrü başladı.

*

Hörmətli problemsiz mətbuatımız…

"Dəyərli” insanları cəmiyyətin gözünün önünə çıxartmaqdansa, "dəyərsiz önəmli” insanları məşhur elədi.

Hörmətli bivec əhalimiz…

"Dəyərli” insanlara hörmət etməkdənsə, "dəyəsiz önəmli” insanalrı başının tacı elədi.

*

Bu nəticə qaçılmaz idi.

Bir zamanalar 90 yaşlı qonşusu əcəliylə vəfat edəndə yas elan edən millətdən… Dünyanın ən vəhşi cəmiyyəti yaradıldı.

*

Afrin şəhidlərindən birinin belə adını bilməyib, Survivor yarışmasında iştirak edənləri səhvsiz saya bilən cəmiyyətə yavaş-yavaş, sakit-sakit belə gəlib çatdıq.


 "Sözçü qəzeti" 22 fevral 2018



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2018-09-25
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK