ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

GEDİŞ

48790    |   2018-02-09 15:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Moskvada təxminən 170 teatr fəaliyyət göstərir. Təbiidi yəqin. Özü bir ölkədi Moskva. Və həm də saray ,əyanlar olan yerdə onları əyləndirən nəsnələrin olması da təbiidi. 1672 -ci ildən var. Dünyada isə... Dünyada isə lap antik dövrlərdən mövcuddu. İndiyə qədər də səhnələrdə antik dramaturqların əsərləri uğurla nümayiş olunur.

İllər öncə indiki Türkiyənin ərazisində olan və turistlərin həvəslə ziyarət etdikləri Efes şəhərinin xarabalıqların gəzəndə fikir vermişdim -ən görkəmli yerində amfiteatr və kitabxana vardı. Deməli insanlar hələ Miladdan öncə şəhər salanda birinci diqqət etdikləri bu olub. Bilik və bu biliklərin göstərilməsi üçün yer,məkan. Zatən elə o vaxtdan "çörək və tamaşa” prinsipi də işləyir.

Şərq şəhərlərində arxeoloji qazıntılar aparanda orda hamam,təndir ya nəsə məişətdə lazım olacaq istehsal sahələrinin qalıqlarına rast gəlmək olur. Teatr isə... Bu bizim indi Mars haqqında, orda həyat haqqında düşüncələrimizə bənzər bir şey olardı. Deməli bu gün Marsa getmək üçün yolu onlar o vaxtdan teatrdan başlayıblar. Bilikdən və bu biliyi göstərməkdən başlayıblar.

Teatr qədim yunan dilində "baxmaq, görmək, göstəri, tamaşa” anlamını verir. Və neçə-neçə sənətin sintezindən yaranır.Ədəbiyyat, musiqi, rəqs, vokal, təsviri sənət və sairə və sairə. Bütün dövrlərdə teatr kollektiv sənət növüdü. Rejissor, rəssam, bəstəkar, xoreoqraf, kostyumer, butafor, işıqçı və sairə və sairə. Bu sənətin sintezin bizə göstərən isə, ağırlığı daşıyan isə aktyordu, aktyor... Gerçəkliyi əks etdirmək, konflikti , xarakterləri göstərmək, cəmiyyətin mənzərəsini vermək – budur teatrın ümdə vəzifəsi. Kim bunu bacara bilibsə irəliyə (bu günkü Marsa) yolu açılıb. Teatrın inkişafı hər zaman bütünlükdə cəmiyyətin, mədəniyyətin tənəzzül, tərəqqisindən asılıdı. Deməli qarşılıqlı şəkildə təsir edir bir-birinə. Məcburi həm tamaşaçı ,həm də oyunçu olduğumuz bu aləmdə məcburi rejissor dəyişikliyi bizi bir gün gülməyə,bir gün ağlamağa ,bir gün susmağa vadar edib. Şekspir çox haqlıdı. ...

Moskvanın Maliy Teatrında məşhur bir aktrisa vardı –Yelena Qoqoleva. Teatr cameasında önəmli bir isim idi. 93 yaşında vəfat etdi və sona qədər də səhnədə qaldı. Son vaxtlar hətta səhnəyə əlil arabasında gətirirdilər. Məxsusi ona yönəlik rollar yazılırdı və o da sevimli sənətindən uzaq düşmürdü. Vladimir Zeldin 100 yaşından artıq yaşadı və səhnədə bitirdi həyatını. Eynən onun üçün də məxsusi tamaşalar və rollar hazırlanırdı. Lazım olduqların dərk eləmək ömrün uzadır insanın. Əksini anladığın gün bitirsən. Fərq eləməz 50 yaşındasan ya 80....

Miqyas və bundan doğan gerçəklər. Baxmaq , görmək, göstəri ... Baxmaq və görməmək ... O , lazım olmadığını çoxdan dərk etmişdi . Əslində elə çoxdan getmişdi...


İradə TUNCAY


İmza:
SON XƏBƏRLƏR
2018-02-18
2018-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Günlərin bir günü dəlixanaya həkimlər gəlir. Dəlilərin qabağına boş boşqablar qoyulrar. Dəlilərin hamısı yalandan boşqabı gəmirir, amma dəlilərin biri isə heç nə etmədən durub baxırdı. Hamı elə bildi ki, bu ağıllanıb. Göndərirlər evə. Yolda soruşurlar ki, bəs sən niyə yemək yemədin?
Dəli cavabında:
- Soyumağını gözləyirdim.




digər lətifələr
ARXİV
FACEBOOK