hacklink Adalet.az | "O SÖZƏCƏN..." Adalet.az | "O SÖZƏCƏN..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"O SÖZƏCƏN..."

Əbülfət MƏDƏTOĞLU

10220    |   2018-02-01 15:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fikirlərimi özünə çəkən kitab barəsində isti-isti dediyim söz

Adətən mənə təqdim olunan kitabları öncə yazı stolumun üstündə saxlayıram. Və yazı stolumun üzərində qalan o kitabla hər gün "göz-gözə" gəlirik. Bir-birimizə kənardan nəzər yetirib sanki tanışlığa bir bəhanə, bir səbəb axtarırıq. Və bu qarşılıqlı müşahidələr o vaxtadək davam edir ki, onda ürəyin, ağlın hökmüylə əl kitaba tərəf uzanır, kitab da, təbii ki, ələ tərəf gəlir. Bax, onda hiss edirəm ki, bu kitab məni özünə tərəf çəkdi. Deməli, bunu oxumaq lazımdır. Onunla həmsöhbət olmaq, onu doğma, ən əziz müsafir kimi yuxarı başa keçirmək gərəkdi. Amma...

Burda bir "əmma" var. Bu da ondan ibarətdir ki, hərdən yanlışlıq da olur. Necə deyərlər, bu anlaşma elə ilk cümlədən, ilk misradan pozulur. Yəni aldadıcı görüntü sabun köpüyü kimi tezcə əriyib gedir. Bax, belə bir adətlə yanaşıram kitablara. Doğrudur, özümün iç dünyamın müəllifləri var, ruh doğmalarım var. Onların kitabıyla az qala o kitabdakı misralar, cümlələr dünyaya gələn andan təmasım olub. Ona görə də həmin o yazı masamın üstündəki gözləmə müddəti ruhumun müəlliflərinə aid deyil. Bunu sözgəlişi yazıram və indi başlayıram nə vaxtdan, yəni yanvar ayının 23-dən məni gözləyən kitabla söhbətə. Kitabın bir qəribə adı var:

- O SÖZƏCƏN...

Mən də elə sözdən başlayıb yol gedirəm o sözəcən. Elə getdiym yol boyu da öyrənmək istəyirəm görüm mən kiməm, nəçiyəm və ümumiyyətlə, bu kimliyi necə əldə etmişəm. Sual qəliz olsa da, əlimdəki kitabda onun, yəni sualın ipucunu oxuyuram.

Bəlkə bilirsiniz hardadı... bəlkə,

O qoyub gəldiyim yerdədi bəlkə.

Şahnaz gizləndiyi sirdədi bəlkə?..

Yaman nigaranam onun sarıdan...

Həqiqətən mən də nigaranam. Həm qovulduğum yerlərdən, həm də Şahnaz Şahinin dediyi gizlənən sirlərin yozumundan. Birinciyə təkbaşına qayıdışım ancaq ruh vasitəsilə ola bilər. İkinciyə isə yenə kitabın müəllifinin özü hardasa körpü sala bilər. Və mən də o körpüyə üz tutmaq üçün sənə deməyə məcburam.


Burax, burax əlimi

İcazə ver qoy gedim.

Bir də qovuşacaqmı,

Yollar...

haradan bilim.

Bax, sən əlini buraxsan, mən o körpüyə çıxıb keçib getdiyim anda görəcəm ki, bir az tələsmişəm. Əlini əlimdən üzməkdə namərdliyə yol vermişəm. Axı, o əlsiz mənim əlim təkcə havada qalmır, həm də havasız qalır. Və mən etiraf etməyə məcbur oluram və deyirəm...

Əlim çatmadı sənə,

Qaldıq hərəmiz dünyanın

bir üzündə

Sən günəş zərrəsində

Mən külə

k səsində

... Gözlərimi yumub

Gözlərindən öpmüşdüm,

yadındamı?

Bax, dodaqlarım hələ də

duz dadır.

Vərəqləri çevirirəm. Vərəqləri çevirdikcə hələ də etdiyim etirafdan qurtula bilmirəm. Elə bil ki, o etiraf hələ hər şey deyil. Onun hər şey olması üçün yenidən doğulmaq, yenidən bu sevgini yaşamaq, yenidən əlini əllərimlə sinəmə sıxmaq gərəkdi mənə. Bəlkə onda etirafın təsir gücü özünü göstərə bildi. Yoxsa...

Keçdiyim dağ başı, sıldırım qaya

Ağac kölgəsində əks olacağam.

Təkrar gələcəyəm mən yer üzünə,

Şahnaz, sənin üçün doğulacağam.

- demək haqqını qazanmış olacam. Axı, hər müəllifin öz etirafı olduğu kimi, hər oxucunun da öz etirafı var. Bax, bu nöqtədə mən oxucu kimi etirafımı edirəm. Və əminliklə deyirəm ki, hər şeyi yenidən başlamaq, əllərinə, ürəyinə sahib olmaq, sinənə sığınmaq üçün yenidən doğulmaq lazımdır. Bu doğuluş bir az da əfv olunmaq deməkdir sevgilərin, sevənlərin önündə.


"O sözəcən" şeirlər kitabı vərəqlənib səhifələri çevrildikcə mənim söz yaddaşım özü-özündə təzələnir, cilalanır. Və mən açıq şəkildə hiss edirəm ki, bu dünyada, daha doğrusu, söz dünyasında nə az, nə çox, üst-üstə 45 ilə yaxın sərf etdiyim ömrümün müəyyən bir anlamı var.

Çünki bu ömür sözlə baş-başa qalıbdı. Ona görə də fikirlər üst-üstə düşür, duyğular, hisslər təzələnir və mənə elə gəlir ki, bu misraların müəllifi həm də mənəm. Çünki...

... Mən,

səni sən

sevdiyim qədər sevdim...

... özün söyləmişdin

sevgi də artıq

olanda ziyandı...

dərd eləmədim...

hamı bir deyil axı...

bunun dəlisi var...

dolusu var...

yalanı var,

doğrusu...

lap oğrusu var...

... Nə yaxşı

sən sevdiyin qədər

sevdim səni...

... nə az, nə çox...

Bax, bir hissəsini təqdim etdiyim bu şeirdə mənə elə gəlir ki, sözün səpələnməsi fikri tam ifadə olunmasına xidmət edib. Və müəllif də həzin bir pıçıltıyla mənim səni nə qədər sevdiyimi yox, sənin özün-özünü nə qədər sevdiyini mənə sevgi etalonu etdiyini qələmə alıbdı. İlk baxışda bu, bir az qəribə görünə bilər.

Amma sözün qatlarına varanda aydın olur ki, Şahnaz Şahin sözlə oynamayıb, əylənməyib. Duyğuları, hissləri o oynaq sözlərin ahəngində ürəyə, ağla hopa biləcək şəkildə ifadə edib. Mən bir az da sadə şəkildə demək istəyirəm ki, artıq bu şeirdə sevginin təzə bir formada ifadəsi üzə çıxıb. Bu tapıntı da Şahnaz Şahinə məxsusdur.

Açığını deyim ki, imzasını öncədən tanıdığım şairənin sözlə, duyğularla bu qədər rahat əylənməsi məni çox sevindirdi. On görə də kitabın demək olar ki, hər bir vərəqində yeni bir ifadə formasının, yeni bir deyim tərzinin şahidi olmaq mənə bir oxucu kimi xoş oldu. Və darıxmağa getməkdən tutmuş, sənin kimi üşüməyə qədər hər şey oxucu ovqatında bir şimşək kimi çaxdı. Elə həmin o xoş auranın da içərisində düşündüm ki, yenicə işıq üzü görmüş bu kitabdan müvəqqəti də olsa ayrılmaq məqamı da var və o vaxt da gəlib çatır. Elə bu qənaətin özünü də mənə Şahnaz Şahin pıçıldadı. Dedi ki:

... Ayrılığın da vaxtı var

amma...

Həmişə vaxtsız olur

ayrılıqlar...

Atalı-analısı...

Sevdiyi, sevmədiyi kəsi...

Yetimi, kimsəsizi olur

eynən adamların özü kimi

Ayrılıq ən əvvəl

Fikirdə doğulur.

Böyüyür...

Bax, mən də ilk təəssüratımdan beləcə özümü toparlayıb ayrılıram gedəcəyim "O sözəcən" olan yerə məni aparan kitabdan. Müəllifə isə demək istəyirəm ki, "uğurlar olsun sizə, O Sözəcən!"





İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
SON XƏBƏRLƏR
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK