nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | DİRİDƏN YAZMAYIN Adalet.az | DİRİDƏN YAZMAYIN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DİRİDƏN YAZMAYIN

Nicat Novruzoğlu

13945    |   2018-01-29 18:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vallah yazmayın, billah yazmayın. Neynirsiniz diridən yazmağı. Heyf deyil ölüdən yazmaq. Nə səsi var, nə küyü. Nə döyməyi var, nə məhkəməsi. Nə də sizin yazınıza yazı ilə cavab verəsi halı.

Geninə-boluna yazın. Gündə bir ölüdən. Tanınmış ölüdən. Cismi ölmüş ruhu isə yaşayan ölüdən. Hər ölüdən yazsaz nə qazanacaqsınız ki... Elə ölüdən yazın ki, sizin yazdıqlarınız içimizi yandırsın, əsəblərimizi oynatsın. Elə ölüdən yazın ki, hamı tanısın o ölünü, hamı onun xidmətlərini, fəaliyyətini bilsin, dəyər versin. Yazın. Ağlınıza nə gəlirsə yazın. Yıxın, sürüyün onları. Təki siz qazanasınız, tanınasınız.

Bax, o günləri gah Xəlil Rza Ulutürkdən yazdılar, sonra Mirzə Ələkbər Sabirdən, bu gün Abdulla Şaiqdən, sabah da nə bilim kimdən. Bəyəndilər-bəyənmədilər yazın. Yazmaq lazımdır. Millət kimi sevirsə ondan yazmaq, onu tənqid eləmək, onu aşağılamaq lazımdır. Təki işiniz getsin. Təki gündəmdə olasınız. Təki məşhurlaşasınız. Dəyərlər boş şeydi.

Qorxmayın, çəkinməyin. Ürəyinizi boşaldın. Hətta ürəyiniz onlara qarşı boş olsa belə yenə boşaldın. Nəsə bir şey düşəcək o boş ürəyinizdən.

Mədəniy(y)ətdən yazın. O mühitin adamlarını vərəqləyin. Dünyadan köçmüşləri. Məsələn, Səxavətdən, Qədirdən, Məmmədbağırdan, Məhəbbətdən yazın. Neynirsiz Kərimdən, Cavanşirdən və ya Rüfətdən yazmağı. Yazıb qalassız məhkəmələrin qapısında. Bütün şou-biznesi yığıb tökəcəklər üstünüzə. Kanallar da bir tərəfdən.

Kanallardan söz düşmüşkən Aydın Qaradağlıdan yazın, Rafiq Hüseynovdan yazın. Neynirsiniz Elgizdən, Zaurdan, ay Zaurdan yazmağı. Nə hoqqadan çıxırlarsa çıxsınlar. Sizə nə?

Şövkətdən, Rübabədən, Saradan yazın. Toxunmayın Rəqsanəyə, Cəmiləyə, Nuriyə, Ruhiyə, Xuramana, nə bilim kimə. Qoy nə istəyirlər eləsinlər. Necə istəyirlər geyinsinlər. Nə istəyirlər oxusunlar. Ağrıtmayan başınızı, ağrıtmayın. Buynuzunuzu onların mikrafonuna sürtməyin.

Hüseyn Arifdən yazın, Zəlimxandan yazın, Vaqif Səmədoğludan yazın. Neynirsiniz gic-gic şeirləri ilə baş-beynimizi aparan "şair"lərdən yazmağı.

Yazın. Qələminiz koş da olsa yazın, iti də olsa. Heç olmasa da yazın. Olmayan şeylə o qədər olan şey qaralayan var ki?!

Amma nəysə Mirzə Cəlildən yazmırsınız. Yıxıb sürümürsünüz onu. Bilirəm niyə. Məncə, qorxursunuz. Dirilərdən qorxduğunuz kimi. Mirzənin Şeyx Nəsrullahından qorxursunuz. Düz də edirsiniz. Ondan yazmayın. Yazarsınız, Şeyx Nəsrullah gəlib sizin haqqınızda yazdığınız ölüləri dirildər. Ondan sonra vay sizin halınıza.




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2020-04-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK