ANA SƏHİFƏ / YAZARLAR

Yuxuda bizi ölümdən xilas edən...

Emin Akif

17982    |   2018-01-23 14:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxulayıb qaldığım xalçanın üstündən atamın qucağında gedirdim yatağıma. Üstümü bərk-bərk örtəndə üzümdə hiss edirdim anamın əllərini, öpüşünü. Hələ mənim həyatım çərçivələrdən çıxmamışdı. Atamla evdə ata-oğul, çöldə isə həm dost, həm də iş yoldaşı idik. Onunla qarış-qarış xatirələrim var bu ölkədə, bu şəhərdə.

Qəfildən bütün çərçivələr sındı. Hə, elə o gecə... Beş dəqiqəlik yolu bir saata gələn təcili yardım həkiminin "anana, qohumlarına xəbər elə, gəlsinlər, keçinir" deməsindən sonra. Axı, həmin gün anam evdə deyildi. Yadıma düşür, atam həmişə zarafatla anama deyərdi ki, "mən ölümümlə belə sənə əziyyət verməyəcəm". Hə, anam görmədi atamın ölümqabağı çəkdiyi əziyyəti. Üç ay sərasər hər gecə yadıma düşdükcə ağladım.

Doğmalarını itirən ailələrin o biri dünyaya inamının ən şahanə dövrü başlayır. Elə bizdə də. Məsələn, evə pul gələndə deyir:

- Atanı yuxuda gördüm, pul verirdi bizə, üzünə qurban olum onun, düşərlidir...

Ya da aramızda olan anlaşılmazlıqların, mübahisələrin sonrakı günü deyir:

- Atan yuxuda mənim üstümə qışqırdığına görə səni elə döyürdü, indi döyməsin...

Lap fəhləliyə gedəndə, özümdən, səhhətimdən ağır işlərə girəndə də.

- Atan məni yuxuda danladı. Ki, niyə sənin ağır işlərə girməyinə icazə vermişəm. Nolar, getmə o işə.

Bu yuxular həqiqətənmi doğmalarımızın bizimlə əlaqəsidir? Arada çaş-baş qalıram. Atamı hər dəqiqə fikirləşən anamın yuxuları onu idarə eləyir.

- Gecə yuxuma gəlib üzümə şillə vurdu, dedi ki, az ağla.

Görünür, bu silləylə anamda özünə az da olsa nifrət yaratmaq istəyibmiş.

Hə, adamlar doğmalarını itirəndə həm də o biri dünyanı qazanırlar.

Getdikcə evin bir guşəsi ibadətgaha dönür. Anam and içir divarın başına, yəni, atamın divardakı rəsminə. Hərdən elə bilirəm, atam da o divardan danışır onunla. Hə, adamlar şəkillərdə sağ qalır, dost.

Getdikcə mən də inanmağa başlayıram o dünyayla bu dünyanın əlaqəsinə. Nöşün? Onçün ki, bir dəfə çox qəribə hadisə gəldi başımıza. Qışın ortasında işığımızın kəsilən günlərindən birində iki şam yandırıb qoyduq masanın üstünə. Anam möhkəm-möhkəm tapşıra ki, yatanda şamı söndürməyi unutma. Mənim də bu huşsuz başımda şammı qalar. Yatmışammış...

- Emin, dur. Emiiiiiiin, duuur! Ev yanır e, ev yanır.

Oyanıb kreslonun, masanın yandığını görən kimi əlimdə iki qəhvədanla özümə əl qatdım. Nə isə. Yanğını sovuşdurduq, tüstü evdən çıxana kimi həmin gecə küçədə qaldıq. İndi adama sual verərlər ki, a bala, burada nə qəribəlik var?! Yox, əzizim. Qəribəsi anamın dedikləri idi.

- Bala, o gün evdə yanğın çıxanda əgər oyanmasaydım, tüstüdə boğulub öləcəkdik.

- Hə, ana. Bağışla mənim səhlənkarlığımı.

- Bala, onu boş ver. Bilirsən necə oyandım?

- Necə?

- Atan yuxuma girmişdi, elə hey qışqırırdı. "Durun, durun, qalxın ayağa, ev yanır, ev yanır". Məni oyadan atan oldu, atan, yoxsa ölmüşdük.

Atamı itirəndən sonra gecələri tez-tez oyanıram. Ki, görüm anam nəfəs alır, ya yox. Bəzən nəfəsini o qədər xəfif və səssiz alar ki, qorxarsan, yaşayırmı? Bəzən bərkdən öskürərsən, diksindisə, oyandısa, sevinərsən. Çox əclaf bir qorxu. Elə bil ki, səhər harasa gedəcəksən, gecikməyəsən deyə durub tez-tez saata baxırsan. Çox əclaf cümlədir, içini yeyir hər gün:

- Hə, nəfəs alır, sağdır!





İmza:

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK