ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: VƏ BİR DƏ…

20796    |   2017-12-29 13:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Yazının mövzusunu istedadlı şair-publisist Oğuz Ayvazın qəzetimizin bir neçə gün bundan əvvəlki nömrələrinin birdə çap edilmiş «Velosiped oğruları» adlı yazısından götürmüşəm. İdeyanı təbii ki, gənc yazarın mövzusundan almasaydım, bu yazı da yazılmazdı. Biz istedadlı gənclərdən də yeri düşəndə çox şeyi öyrənməliyik. Yoxsa mənəm-mənəmliklə burnunu yuxarıya tutub özündənrazı olmaqla heç vaxt irəliyə addımlamaq mümkün deyil...

Axı, velosipeddən danışırdıq. Bu velosiped də elə bir şeydi ki, hamının uşaqlığında arzuladığı bir əyləncədi. Heç də bu velosiped uşaqlıqda hər adama qismət olmur. Mənim də ən böyük arzum velosipedim olmaq idi. Atamın da imkanı lap yaxşıydı. Yəni kənddə bir-iki imkanlı adam varıydısa, onun biri də elə mənim atamıydı. O qədər yalvarırdım ki, mənə velosiped alsın, kişi də velosiped almırdı ki, almırdı…

Bəhmənlidə velosipedi olan tay-tuşlarımız çoxuydu: Tubunun oğlu Dilavər, Marşal, Həmzə və bir də Niyaz. Onlar gələrdilər bizim evin yaxınlığındakı zastavanın yanına, ordan qoşulardılar bir-birinə, çıxardılar Bəhmənlinin asfalt yoluna. Və ordan da düz Aşağı Yağlıvəndə qədər gedərdilər. Və bəzən də Aşağı Yağlıvənddən keçib Kərimbəyliyə, Babıya, Araytılıya, ordan da Horadizə çıxardılar. Qayıdanda da deyərdilər ki, Horadizə getmişdik, Əbdülün yeməkxanasında qırmızı borş yedik. Və biz də həmişə bu qırmızı borşu həvəslə yeyərdik. Gözləyərdik ki, Horadizə nə vaxt gedəcəyik, orda da o qırmızı borşdan doyunca yeyəcəyik. Düzdü, nənəmiz də, anamız da borş bişirərdi. Ancaq Əbdülün bişirdiyi borş kimi qırmızı və dadlı olmazdı. Bir dəfə də qardaşım ali məktəbə qəbul olanda anam mənə şirinlik on manat pul vermişdi. Mən də dostlarımdan birini götürüb getdim Horadizə. Əbdülün yeməkxanasında əvvəlcə qırmızı borş, sonra da kabab yedik. Hələ də yediyimiz o borşun və o kababın dadı damağımızdan getməyib.

… Yağışlı havada velosiped sürməyin özgə bir ləzzəti vardı. Çünki bu yağışlı havada velosipedin üstündə adam özünü hansısa bahalı maşının sükanı arxasındakı kimi hiss eləyərdi. Və həmişə də velosipedi olan uşaqlara qibtə ilə baxardıq. Bir gün də Marşal velosipedi ilə gəlmişdi «şirəlik» deyilən yerdəki futbol stadionuna. Dedi ki, dədən sənə velosiped almır, canın sağ olsun! Elə bil ki, bu velosiped sənin özünündü. Götür, ürəyin istədiyi qədər sür! Mən də o velosipedi şirəliyin bu başından o başına qədər on-on beş dəqiqə sürdüm, sonra yorulub tərlədim. Başqa uşaqlardan fərqli olaraq, Marşal velosipedi adama pulsuz verərdi. Amma o biri uşaqlar əlli qəpik, bir manat alıb velosipedi bizə sürmək üçün verərdilər...

Allah Tubunun oğlu Dilavərə rəhmət eləsin! Bir il bundan qabaq dünyasını dəyişib. Onun özüylə və qardaşı Tubunun oğlu Yavərlə o qədər yoldaşlıq eləmişik ki. Bir dəfə Yavər Banişevskini söydü, mən də onu saldım təpiyimin altına, eşşək sudan gələnə qədər çırpdım ağzı-burnu qan oldu. Dedi ki, məni niyə döyürsən? Dilləndim ki, ayə, bəs bilmirsən, Banişevski mənim əmimdi. Biz Banişevski ilə o qədər fəxr edirdik ki, onu doğmalarımızdan çox istəyirdik. Hətta mən də Bəhmənlinin yığma komandasında 9 nömrə oynayırdım. Və mənə də balaca Banişevski deyirdilər. Çünki topun çoxunu qapıdan başla keçirirdim. Vaqif Bəhmənli də rəqib komandanın qapıçısıydı. Deyirdi ki, bu Banişevskinin ayağı ilə vurduğu topun hamısını qaytara bilirəm, ancaq başı ilə vurduğu topu tutmağı bacarmıram…

Bir gün Tubunun oğlu Dilavər velosipedi ilə Bəhmənlinin üstündəki pambıq məntəqəsinin yanından kəndə sarı gəlirdi. Məni də görüb, dedi ki, niyə piyada gedirsən? Əlli qəpik ver, velosipedi sür, mən də oturum arxada! Və əlli qəpiyi verib velosipedin sükanı arxasına əyləşdim. Bir xeyli getdik, Abbasın oğlu Mürsəlgilin evinə çatmamış, atam rəhmətlik maşınla gələndə velosiped sürdüyümü gördü. O da demişdi ki, sənin velosiped sürdüyünü görsəm, qabırğalarını sındıracam! Qorxu məni bürüdü və Abbasın oğlu Mürsəlgilin evinin yanında velosipeddən düşdüm. Bu vaxt Seyid Əli Ağanın oğlu Mirəziz mənə yaxınlaşdı. Dedi ki, evimizə gedirəm, gəl sizin qapıdan keçib kəsə yolla evimizə çıxım. Mən də onu götürüb darvazadan həyətə girdik. Və bu vaxt bizim Layka adlı itimiz Mirəzizi görüb ona hücum çəkdi. Gördüm ki, it onu tutacaq, özümü qabağa atdım və Layka mənim baldırımdan yapışdı. Beləcə, Mirəzizi Laykadan xilas etdim. Amma özüm al-qana batdım. Bundan sevindim. Dedim ki, atam bilsə ki, məni it tutub, buna görə danlamayacaq. Heç atam bizim birimizə də bir şillə vurmamışdı. Zəhmindən elə qorxurduq ki, bir dəfə baxanda o dünyanı görüb gəlirdik. Yaranın yeri vecimə deyildi. Atamın zəhmi məni qorxudurdu. Kişi də gəldi, mənə necə baxdısa, qorxumdan sarımı uddum. Və bir dəfə başını buladı. Elə bu mənə bəs elədi. Və bir daha velosipedə həvəs göstərmədim...

Bizim qapımızda Sovet dövründə 4-5 maşın vardı. Və o maşının heç biri də atamın adına deyildi. Biri dayımın adınaydı, biri əmimin, biri dayımın bacısı oğlunun, biri də əmisi nəvəsinin… Ancaq mənim heç vaxt maşın sürməyə həvəsim olmadı. Və bu gün də heç maşın sürməyə, sükan arxasında əyləşməyə həvəsim yoxdu. Hərçənd ki, yol hərəkəti qaydalarını maşın sürənlərdən yaxşı bilirəm. Ancaq neyləmək olar ki, maşına həvəsim qalmayıb.

Oğlum Emil də uşaq vaxtı velosiped istədi. Dedim ki, atam mənə velosiped almayıb, mən də sənə velosiped almayacam və almadım da. Tay o da bir şey demədi. Elə hərdən bir deyir ki, atanın acığını məndən çıxdın və velosiped almadın. Deyirəm ki, velosiped istəmirsən, maşın alım…

Bizim ev zastavanın yanında yerləşirdi. Daha doğrusu, evimiz zastava ilə qonşuydu. Zastavanın da naçalniki Poznakov idi. Atamla möhkəm dostuydular. Poznakovun arvadı Tatyana kənd xəstəxanasında həkim işləyirdi. Oğlu Tolik və qızı Lena bizimlə dostluq eləyirdi. Bir gün Tolikin ad günüydü və atam da ona bir hədiyyə almışdı. Hədiyyəyə baxdım. Çox xoşum gəldi: ətir, müxtəlif oyuncaqlar və bir də sarı mayka…

Bax, bu sarı mayka mənim yaralı yermi idi. Çünki zastavadakı əsgərlərlə biz futbol oynayanda onlar hamısı sarı mayka geyinərdilər. Və düşünürüdüm ki, sarı mayka geyinəndə adam daha yaxşı futbol oynaya bilər. Sarı mayka geyinən əsgərlər çox vaxt bizi udurdular. O komandada bir qapıçı vardı; Odessadan gəlmişdi, adı da Puşkin idi. Onun qapısından top keçirmək hər futbolçunun işi deyildi. Amma mən başımla onun qoruduğu qapıdan üç qol vurmuşdum. On dəfə onlar qalib gəlmişdi, bir dəfə biz üç sıfır onları udmuşduq. Atama nə qədər dedim, mənə sarı mayka almadı ki, almadı. Elə o vaxtdan sarı maykanın və velosipedin havası beynimdən çıxmayıb…

… Heç bir uşağın uşaqlığını əlindən almaq olmaz. Bir film var, adı yadımdan çıxıb. Amma orda o uşaq böyüyür, yekə kişi olur və yekə kişi olanda atası almadığı velosipedi alıb sürür. Atası aparmadığı yerlərə gedir və orda karusellərə oturub o ki, var fırlanır. O qədər fırlanır-fırlanır ki, axırda yorulub yıxılır. Bax, beləcə, mən də bu yazını Oğuz Ayvazın mövzusundan bəhrələnib qələmə aldım və bir daha velosipedsiz, sarı maykasız, atalı günlərimə qayıtdım…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK