ANA SƏHİFƏ / YAZARLAR

Uğursuz Tacir Şahmalıoğlu, uduzmuş Əli Mirəliyev

Emin Akif

17479    |   2017-12-20 15:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"İlk baxışdan sevmək”. Elə bu yazımın ilk cümləsi necə olsun deyə düşünürdüm. Axı,"ilk”lər həmişə həyati önəm daşıyır. Məsələn, əksər hallarda açıb oxuduğun kitabda ilk cümlə səni ya cəlb eləyir, ya da kitabı bağlayıb qırağa qoymağına səbəb olur. Elə götürək Kafkanın çevrilməsini. Təxminən belə idi ki, "Zamza bir səhər oyanıb böcəyə çevrildiyini gördü”. Hə, bu ilk cümlə adamı necə tutmaya bilər? Və yaxud da Ramiz Rövşənin o şeiri necə başlayır?

"Təkcə gücsüzlüyündən
yıxılmır, atam balası,
Arabir gücündən yıxılır adam...”

Hə, şeir adamı öz içinə dartır, gücündən yıxılırsan ki, görəsən, bu kişi nə demək istəyir. Əgər filmə birinci dəqiqələrindən baxmamısansa sonrakı hadisələr maraqlı gələ də bilər, gəlməyə də. Amma sən hansısa vacib epizodları itirə bilərsən. Lap elə götürək Adəmlə Həvvanı. Onlar bizim ilkimiz olublar bu dünyada. Ona görə də illərdir ilk insanlar haqqında əhvalatlar, fərziyyələr uydurublar, şeirlər yazıblar, hekayələr yazıblar. Elə yazıçı Mark Tven "Adəmin gündəliyi, Həvvanın gündəliyi”ni yazan kimi. Bunları sadalamaqda məqsədim var. Düzdür, Mark Tven də, Kafka da, Ramiz Rövşən də və bu kimi digər adlarını sadalaya biləcəyim şəxsiyyətlər bundan sonra yazacaqlarımdan qat-qat ayrı mərtəbədədir. Amma belə məsləhətdir.

İndi keçək mətləbə. Bəs, bizdə niyə hər şey tərsinə baş verir? Niyə bizim sənətkarlar hay-küylə gəlib səssiz-səmirsiz çıxıb gedirlər? Məsələn, kim? Götürək, qızıl fondda "Bayatı şiraz” da kiçik improvizə ilə qalan Tacir Şahmalıoğlunu. Adam cəmi-cümü bir improvizə ilə kifayətlənib. Düzdür, janr fərqi olsa da, yaşca kiçik olsa da mənim üçün müğənni İradə İbrahimova Tacirdən bütöv sənətçidir. Ən azı on dənə mahnı saymaq olar ki, İradə bu musiqiləri oxuyub, möhürünü vurub. Yəni musiqimizə ən azı on gözəl musiqi bəxş edib. Bəs, Tacir? Onun improvizəsinin məşhurlaşmağı da bizim Qarabağ adlı yaramızla əlaqəlidir. Yoxsa elə effekt verməzdi. Amma iş orasındadır ki, bu improvizənin heç ona məxsus olmağı da sual altındadır. Bu yaxınlarda onun müəllimi Murad Rzayev müsahibəsində müzakirələrə səbəb olan fikir söyləmişdi ki, "Onu məşhurlaşdıran da mənim "Bayatı Şiraz” muğamında etdiyim improvizə oldu, tarixə də mənim adımla düşüb”.Tacirlə Murad müəllim arasında inciklik də Tacirin bunu inkar etməyi olmuşdu. Tacir deyirdi ki, mənim səsimin batmağına Murad Rzayev səbəb olub. Bəs, yaxşı, səsin batmamışdan əvvəl niyə oxuduğun mahnılar o effekti vermədi, sevilmədi, tanınmadı? Mən düşünürəm ki, Tacirin bu uğursuzluğu onun istedadsız olmağı ilə yox, özünü toya qurban verməyi ilə əlaqəlidir. Hay-küylə gələn adamlar özlərini ya içkiyə, ya eyş-işrətə, ya da banallığa qurban verdiyinin az şahidi olmamışıq. Misallarımın bir-birinə dəxli olmaya bilər, amma mahiyyət eynidir.. Məsələn, repçi Hüseyn Dərya var idi. O dövr üçün onun oxuduğu rep böyük partlayış idi. Bəs, sonra nə oldu? Başı hərləndi, qurbana çevrildi və bir də ayağa qalxa bilməyi, özünə gəlməyi çətin oldu. Onsuz da bizim cəmiyyətdə də bir dəfə yıxıldınsa, vəssalam.

Hə, qayıdaq Tacirə. İndi Tacir də onun kimi. Səsin batmağı bəhanədir. Səsin batmağı Akif İslamzadəninki kimi olur.Sadəcə, böyük bir uğur əldə edib, ad qazanıb, sonra "əvvəl sən ada işləyirsən, sonra ad sənə” şüarıyla tənbəlləşmək deyək buna. Özünü toy mahnılarına qurban vermək, sənətini bayağılaşdırmaq. Elə indi də sənətə qədəm qoyanların əksəriyyəti böyük səs-küylə gəlib sonra çevrilib olurlar toy müğənnisi. Bir misal da çəkim, bəlkə daha da aydın olar dediyim. Bir neçə il bundan qabaq mavi ekranlarda Əli Mirəliyev göründü. Onu tənqid elədi, bunu tənqid elədi. Hətta təhqir də edirdi. Ki, sənət belə olmalıdır, elə olmalıdır. Həmişə də "Yaraşaydım” mahnısı ilə çıxırdı efirə. O mahnı ki, yeni eramızdan qabaq lentə alınıb, səs 30 yaşın səsidir, adamın yaşı əllini keçib. Sonda nə oldu? Bizim bu Əli müəllim ARB kanalında səhər verilişlərinin birində ikinci, üçüncü dərəcəli aparıcı kimi görünməyə başladı. Hətta deyərdim ki, onun orada işi aparıcılıq yox çalınan musiqilərə tullanıb-düşmək, arada replika tullamaqdır. Yəni Əli Mirəliyev bütün tənqid elədiyi adamlara uduzdu. Özü də belə biabırçı şəkildə.

Hə, indi siz deyin, haqlı deyiləmmi?!

Ki, əslində biz adamları çox şişirdirik. İstedad mənim üçün tükənməyən bir şeydir. İstedad tükənmir, sadəcə sən tükənirsən. Özünü inkişaf etdirməsən başqa nə edə bilərsən axı?! Məncə, tükənməkdən yaxşı cəza ola bilməz insana. Yadıma bir lətifə düşdü:

Bir kişi inəkçilikdən xeyli pul qazanmışdı. Hacı olmaq üçün Məkkəyə gedirdi. Dənizin ortasında kişi gəminin göyərtəsində soyunub paltarını dəyişdirirdi.
Sən demə, gəmidə bir meymunoynadan da varmış. Onun meymunu gəzə-gəzə gəlib inəkçinin yanından keçəndə onun həmyanını (pul kisəsi bərkidilən kəmərini) götürüb gəminin doruna dırmaşır.


Meymun dorun başında dayanıb dişi-dırnağı ilə həmyanı yırtıb qızılları çıxarır və birini gəmiyə, birini dənizə atmağa başlayır. Gəmidə olanlar istəyirlər ki, dora dırmaşıb həmyanı meymundan alsınlar. Südçü mane olub deyir:


- Dəyməyin, meymun lap yaxşı bölür. Pulun yarısı mənim, yarısı da suyundur, çünki ömrüm boyu südə su qatıb satmışam, ona görə də öz cəzamdır, çəkirəm.





İmza:

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK