ANA SƏHİFƏ / AVTOMOBİL

Bakıda ən bahalı avtomobillər - yarım milyon dollardan yuxarı

12021    |   2017-12-11 17:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda avtomobil satış mərkəzlərində qiyməti 500 min dollardan yuxarı olan avtomobillər mövcuddur.

Adalet.az xəbər verir ki, bunu Trend-ə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.

V.Hüseynov bildirib ki, "Bentley", "Rolls-Royce", "Maserati" markalı avtomobillərin qiyməti 500 min dollardan yuxarı olan modelləri satış mərkəzlərində təklif edilir.

Onun sözlərinə görə, bu cür avtomobillərdən Bakıda istifadədə olunanları da var.

Ekspert əlavə edib ki, artıq Bakıya elektrik enerjisi islə işləyən "Tesla" avtomobilləri də gətirilib.

O qeyd edib ki, Bakıda olan bu avtomobillərin sayı məhduddur.

V.Hüseynov əlavə edib ki, Azərbaycana gətirilən "Tesla" avtomobillərinin qiyməti təqribən 250-300 min dollar civarındadır.

Ekspert deyib ki, bu cür avtomobillərin satış aktivliyi barəsində dəqiq məlumat demək çətindir: "Çünki həmin avtomobillər maşın bazarında satışa çıxarılmır, əsasən avtosalonlarda təklif edilir və sifarişlə gətirilir”.




İmza:
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK