ANA SƏHİFƏ / YAZARLAR

SÜNNƏT VƏ ŞƏRAB

Faiq QİSMƏTOĞLU

16660    |   2017-12-08 18:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Hər bir isnanın ürəyində, qəlbində arzusu olur. Onun ilk arzusu belədir: övladlarının kiçik toyunu görsün, sonra da Allah möhlət versə, böyük toylarını eləsin! Allah hamıya xeyir iş qismət eləsin və bütün qapıları həmişə toy-düyün döysün. Belə olanda insanların qəlbi sevinir, xoş gunlərini, xoşbəxt anlarını başqalarıyla bölüşür. Kim istəməz ki, balasına toy elsin? Əlbəttə, bunlar hamısı çox gözəl, çox da yadda qalan anlardı…

Qarabağda sünnət toyları çox ağır keçir. Özü də düşünsək ki, indi camaatın dolanışığı bir o qədər də yaxşı deyil, bax, onda sünnət toylarında toy eləyənlərin və daha doğrusu, kirvə olanların nələr çəkdiyini biz tərəfin adamları daha yaxşı bilir. Aydındır ki, kirvəliyin də çox ağır şərtləri var: ilk növbədə toyu olan uşaqlara əyin-başdan tutmuş, qızıla qədər almalısan. Ailədə bütün insanlara hədiyyə verilməlidir. Hətta sünnəti olan oğlanın atasına da qızıl hədiyyə olunmalıdır. Toy günü isə vəziyyət bir qədər də ağırlaşır. Çünki kirvə toy qapısını ən azı 25-30 kiloqram çəkisi olan erkək aparmalıdır. O erkəyin də boğazına qırmızı lent bağlanmalı və kirvə qapısına çoxlu sayda adam getməlidir. Toy başlayanda isə vəziyyət bir az da çətinləşir: tamada həm toy sahibini, həm də kirvəni toyxananın ortasına dəvət eləyir. Başlayır o ki, var hər iki qohumu tərif eləməyə. Bu tərif də elə-belə olmur. Tərifdən sonra həm toy sahibi, həm də kirvə tamadaya, müğənnilərə, çalğıçılara və video çəkilişi aparanlara «şirinlik» verməlidir. Və bu «şirinlik»də kirvə özünü nə qədər sıxsa, yenə ən azından 100 manatdan çox pulu çıxacaq…

Ordan sonra gəlir uşağın dəllək tərəfindən kəsilmə mərasiminə. Bax, burda əsl həngamə başlayır: kirvə yenə əlini cibinə salmalı, dəlləyə 20 manat, uşağınsa qucağına 50-100 manat pul atmalıdır. Və bundan sonra «kül pulu» deyilən anlar başlayır. O biri qohumlar da kirvənin dalınca otağa girib dəlləyə 10 manat, uşağınsa qucağına 20 manat pul atmalıdır. Əgər bir kimsə o pulu atmasa, ətrafdakılar ona elə tamaşa edir ki, sanki dəvə nalbəndə baxır. Yəni aradan sivişib çıxmaq istəyən adam başqalarının nəzərləri altında olur. Və bu adamlar da o dəqiqə sıxılır, utanırlar. Məcbur olub əlini cibinə salmalısan, cibindən nə çıxsa, bir az dəlləyə, bir az da uşağa verməlisən. Vay o gündən ki, cibindən bir şey çıxmaya və sən də qızara-qızara qalasan. Allah bu anı heç kəsə, heç kimə müəəssər eləməsin.

… Dəhşətli anlar isə nəmər yazılmaq vaxtı baş verir. Bax, gərək onda kirvənin cibi pula dolu olsun ki, o da təzə qohumun yanında utanıb qızarmasın. Vay o gündən ki, kirvə kasıb ola və cibində də siçanlar oynaya. Bax, onda kirvənin nələr çəkdiyini onun özündən başqa qohum-əqrabası da yaxşı bilir. Bir balaca babat imkanı olan kirvə o sünnət toyuna ən azı 200 manat pul yazdırmalıdır.

… Axıra yaxın isə təzə sünnət olan uşaqların müğənni tərəfindən tərifi başlayır. Bu tərif də elə-belə olmur ha, gərək bu tərifə əməlli-başlı pul xərcləyəsən. Və əməlli-başlı pul da göydən gəlib düşmür. O pulu yazıq kirvə hansı çətinliklə, hansı əzab-əziyyətlə qazanır, onu özündən yaxşı bilən yoxdur. Amma nə fərqi, girmisən oyuna, islanmışın yağışdan qorxusu olmayan kimi, sən də pulun yoxluğundan qorxmalı deyilsən. Cibini açmalısan və pulu xəzəl kimi səpməlisən. İnşallah, arxasını Allah yetirər...

Sizi bilmirəm, şəxsən biz tərəfdə hər kişinin işi deyil ki, indiki bahalıq və qıtlıq şəraitində kirvəliyi boynuna alsın. Çünki kirvəliyi boynuna aldınsa, ən azından sənin iki-üç min manat pulun çıxmalıdır. Bu pul da indiki çətin zəmanədə hər adamda tapılan deyil. Mənim özümə dəfələrlə kirvəlik təklif olunub. Demişəm qardaş, Allah mübarək elsin, mən kirvə ola bilmərəm. Əgər kirvə olmaq istəyirsənsə, bax, qardaşım Elxan durur, get yapış onun ətəyindən. O da aşağı baxıb, yuxarı baxıb, deyib ki, axı Elxanın uşaqlarının kirvəsi rəhmətlik Seyid Əli Ağaydı. İndi mən durum o yekəlikdə kişidən sonra qardaşından yapışım? Və toy eləyən də gedib yapışıb başqa bir imkanlı adamın ətəyindən. Və başqa bir imkanlı adam da sinəsini qabağa verib kirvəlik eləyib…

Vallah, bizim millətin işi Allaha qalıb. A kişinin oğlanları, heç avropalılar böyük toylarını bizim kiçik toylar kimi təmtəraqlı eləmirlər. Bəs onda bizə nə düşüb ki, gözümüzü yumub elə hara gəldi qaçırıq? Və bilmirik ki, bu qaçhaqaç bizi sonda hansı uçuruma doğru aparacaq. Və bu qaçhaqaç ola bilsin sünnət toyunda kimisə müflis də eləyə bilər. Amma bunların bizim kəndə heç bir dəxli yoxdur. Maşallah, gündə olmasa da, toy mövsümündə həftədə bir dəfə kənddə, elə Bakının özündə qohum-əqraba sünnət toyu eləyir. Heç fikirləşən yoxdu ki, toy eləyənin böyük toyuna beş-altı il bundan qabaq camaat gedib və yaxşı da pul yazıdırıblar. Ay rəhmətliyin oğlu, indi sənin canına nə düşüb ki, uşaqlarının üç-dörd yaşı var, partapart sünnət eləyirsən.

Onu da başa düşürük ey, kimsə ev almaq istəyir, kimsə maşın almaq arzusundadı, kimsə də köhnə maşını satıb təzəsini almaq istəyir. Gərək bu məsələləri çətin gündə, Allah sənin köməyin olsun, qohum-əqrabanın hesabına eləyəsən?

Dekabrın 7-də qardaşım Elxanla rəhmətlik yeznəm Teyyub müəllimin Sumqayıtda yas məclisinə gedirdik. Maşında da qardaşımla yanaşı, arxada iki bacım, qardaşımın həyat yoldaşı və bir də mənim həyat yoldaşım əyləşmişdi. Birdən elə oldu ki, qardaşım Elxan soruşdu ki, müəllim, bu sünnət toyu nə deməkdir? Müsəlmançılıq əlaməti deyilmi? Təbii ki, mən də onun sualına cavab olaraq bildirdim ki, müsəlmançılığın əsas əlamətlərindən biri sünnət eləməkdir. Yəni sünnət müsəlmançılığa gedən ilk yoldur. Onda qardaşım qayıdıb ikinci sualı mənə ünvanladı: Bəs bu necə müsəlmançılıqdı ki, sünnət toyunda araq, çaxır, şampan, konyak verirlər?

Sözün düzü, burda kəkələyə-kəkələyə qaldım və bilmədim qardaşıma necə cavab verim? Axı doğurdan da müsəlmançılıq hara, araq-çaxır hara? Axı, müqəddəs kitabımız olan «Qurani-Kərim»də düz 3 yerdə şərab içmək müsəlmana haram buyrulub. Axı, biz bir az da heç müsəlmana oxşamırıq. Çünki «avropalaşmışıq». İndiyə kimi yadımdadır ki, ötən əsrin 60-70-ci illərdə, lap elə 80-ci illərin əvvəllərində Bəhmənlidə nəinki sünnət toylarında, heç böyük toylarda belə spirtli içki verilmirdi. Görünür, onda biz Allaha və müsəlmançılığa daha yaxın imişik. Amma elə ki, məcburi köçkünlük dövrü başladı, yəni camaatımız torpağımız işğal olunandan sonra ora-bura səpələndi, bax, onda onlar bəzi pis adətləri Bəhmənliyə gətirdilər. Şəxsən Bəhmənlidə mən kiçik toyları demirəm, böyük toylarda araq-çaxır vermək 1994-cü ilin yazından başlandı. Hətta toylarda bəy maşına oturaraq qız evinə getdi. Hansı ki, bizim kənddə əvvəllər belə şey yox idi. Görünür, qloballaşma, müasirləşmə dalğası gəlib bizim kəndi də tutub.

İndi ha desəm ki, a bəhmənlilər, sünnət toyunuzda, böyük toylarınızda araq-çaxır verməyin, bax, onda camaat məni daş-qalaq eləməsələr də, çoxları qınayaycaq. Və deyəcəklər ki, bu Qismət kişinin oğlu Faiq özündən yeni hoqqa çıxarır, bizim toylarımıza əl uzadır. Ona görə də mən bunu demirəm və heç kəsə də məsləhət vermək fikrim yoxdu. Çünki bu millət, bu xalq heç vaxt ağıllı insanların, ziyalıların sözünə qulaq asmayıb. Ancaq bir dingilimfıs, ya da qarabağlıların təbirincə demiş olsaq, dəmşalaq bir adam çıxıb bir söz deyib və çoxları da onu alqışlayıb.

Düzdür, Bakıda elə adamlar var ki, sünnət toylarında araq vermirlər və yaxşı da eləyirlər. Amma bizim camaat elə şeyləri heç də vecinə alan deyil. Çünki maşallah, camaatın imkanı lap yaxşıdır və yanaqlarından da yağ damır. İndi bizim kənddə böyük toydan çox sünnət eləmək daha çox dəbə minib. Bir-iki gün bundan qabaq yaxın qohumlarımızdan birinin övladlarına elədiyi kiçik toy məclisində iştirak elədik. Sən demə, başqa qohum-əqraba da bu toya baxıb böyük həvəsə düşüb. Məsələn, yaxın qohumlarımdan bir-ikisi qardaşım Elxana kəddən dəvətnamə göndəriblər. Ki, bəs səni nəvəm filankəsin kiçik toyuna dəvət eləyirik.

Və nə yaxşı ki, Allah kömək olmuşlar, mənə dəvətnamə göndərməyiblər. Mənə dəvətnamə göndərsəydilər, qalacaqdım canımla əlləşə-əlləşə. Tay qardaşım Elxan nə vaxta qədər toylarda mənim adımdan nəmər yazıdıracaq? Təsəvvür edin, o gın qohumlarımızdan birinin övladının kiçik toy məclisi idi. Qardaşım Elxanla həmin toyda oturmuşduq. Gördüm ki, bu toyun da pulunu o yazdıracaq, sözün düzü utandım və aradan çıxıb xəlvətcə nəməri yazdırıb qutuya atdım. Sonra da qardaşım bunu biləndə əsəbləşdi. Dedi ki, nolmuşdu, qaçhaqaçıydı, sənin pulunu mən yazdıracaqdım da! Mən də bir az sıxıldım və sonra da dedim ki, ay qardaş, sən nə qədər mənim adıma nəmər yazdıracaqsan? Tay səni görəndə utandığımdan qaçıb gizlənmək istəyirəm.

Əlqərəz, kiçik toy eləyənlərə Allah insaf versin! Biz demirik kimsə nəvəsinə, övladına kiçik toy eləməsin. Allah hamının balasına kiçik toy da, böyük toy da qismət eləsin! Gərək sən də kiçik toy eləyəndə düşünəsən ki, o dəvtənaməni verdiyin adam sevinəcək, yoxsa qanı qaralacaq? Və bir də ay rəhmətliyin uşaqları, adam bir dəfə salam verdiyi insana dəvətnamə göndərər? Əgər övladına kiçik toy eləyirsənsə, 50-60 nəfəri yığ başına, nə qədər istəyirsən şadyanalıq elə!

Mənim bir oğlum var. Ona kiçik toy eləməmişəm. Heç nəvəmin də kiçik toyu olmayıb. Mən olmuşam, qudam olub və bir də qızımla yeznəm. Bizdən başqa heç kəs o mərasimdə iştirak etməyib. Bundan gözəl nə ola bilər? Gəlin, bir balaca bu kiçik toylar barəsində düşünək. Düşünək ki, axı, bu qohum-əqraba da yazıqdı. İndi dolanışıq çətinləşib. Heç olmasa, bu kiçik toya yaxınlarımızı çağıraq. Və yadları dəvət edib qanlarını qaraltmayaq. Bu yazıya görə, kiçik toy eləmək istəyən adamlar yəqin məni qınayacaqlar. Kiçik toy eləyirsən, özü də toyda şərab verirsən. Məgər bu müsəlmançılıqdı?!..




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-17
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK