ANA SƏHİFƏ / YAZARLAR

İNANDIM QAYIDACAĞINA

Əbülfət MƏDƏTOĞLU

9204    |   2017-12-08 18:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu inam yaşadır məni


Adətən şeir kitablarını vərəqləyəndə özümdən asılı olmadan öncə düz sonuncu səhifəyə qədər çıxıb gedirəm. Və sonra başlayıram sondan üzü birinci səhifəyə qədər gəlməyə. Bilmirəm bu nə xasiyyətdi, amma yalan olmasın 50 ildir ki, belə edirəm. Və maraqlı da burasıdır ki, kitabı arxadan üzü geri oxumağa başladıqca içimdə bir qəribə ab-hava yaranır. Sanki sondan, son nöqtədən, son məkandan, son sözdən, bütövlükdə dayanacaqdan özümə tərəf gəlməyə başlayıram. Bu günümü, dünənimi, ondan öncəki günlərimi xatırlayıram. Hər xatirə də bir yarpaq olmaqla yanaşı, həm də ömrün bir parçasıdır. Və mən də bir parça o ömrə elə sığınıram ki, illərin həsrətlisi kimi, övlad anasına sığınan kimi. Və...

Bəli, əlimdəki bu kitabı da vərəqləyirəm sondan üzü bu günümüzə tərəf. Və qəribədir ki, kitabın son misrası mənim neçə gündür ki, başımı xarab edən sözün eynidir. Tam səmimi deyirəm, az qala bir həftədir ki, dünyanın arsızlığı məni hövsələdən çıxarıb. Bilmirəm təsadüfdü, yoxsa elə belə də olmalıydı, mənim əlimdəki kitabda son səhifədə oxuduğum sonuncu misra bax, belədi. Olduğu kimi yazıram:

Sevginin, yaddaşın, dərdin

itdiyi,

taleyin küsdürüldüyü

yerdə

sağalmaz xəstəlik,

laqeydlik,

arsızlıq durur.

Necə dəqiq deyilib. Həqiqətən sevginin qənimi arsızlıq... yaddaşın baltasıdı arsızlıq... dərdin pərdəsidi arsızlıq... Biri öldürür, biri parçalayır, biri də büküb gizləyir. Və bunların üçü də adamı manqurtluğa aparır, adamı özündən uzaqlaşdırır. Çünki arsızlıq insanı hər havaya oynadır, sümüyünə düşsə də, düşməsə də. Özü də bu şeirdə vurğulandığı kimi, "Yanıq Kərimi"yə oynayanın əqlinə, həyata baxışına və nəhayət, sevgiyə, sədaqətə, ülfətə, ünsiyyətə münasibəti də elə arsız olur. Ona görə də kitabın müəllifi yazır ki:

Şadlıq evlərinin adı

guya ovqat dəyişir...

Laçın, Şuşa, Göyçə küsür,

itirilən yurd adı

əyləncə yerinə dönür,

pul yağışında kiçilən

sərhəd keçilməz görünmür...

Torpağın naləsi eşidilməsin deyə,

şadlıq evləri

səs-səsə verir.

Gördünüzmü, necə gerçək bir təsvir, necə dəqiq bir təqdimatdı. O təsvirlə bu təqdimat üst-üstə düşdüyündən damarında azacıq millət qanı, torpaq yanğısı olan dərhal dilinin ucuna bu sözü gətirir:

- ÇOX DƏQİQ İFADƏ OLUNUB!..


Bəli, biz dərdimizə oynadıqca təkcə oynağan olmuruq, həm də laqeydləşirik. Və o laqeydlik də bizi yavaş-yavaş özümüzdən qoparır, özümüzdən uzaqlaşdırır. Necə deyərlər, bütün mənalarda arsızlaşdırır... Əsirlikdə olan qızlarımızı, gəlinlərimizi, bacılarımızı və bir də adını hələ ki, unutmadığımız Göyçəni, Qarabağı arxa plana keçirir. Axı biz oynamağa daha çox meyl göstəririk. Özü də bu oynadığımız havaların içərisində "Yanıq Kərəm" və "Göyçə gülü" də var. El oynadığımıza görə də bu kitabın müəllifi yazır:

Belə oxuma, sən Allah,

Dağ çəkmə közərən dağa.

Əl-ələ tut, gedək qardaş,

Dağa sadağa olmağa.

Bax, elə o arsızlığın bəndi-bərəsi, xəncəri, onun dizini yerə gətirəni bizim özümüzü dağa, daşa, torpağa sadağa etməyi bacarmağımızdı. Əgər bunu edə bilsək, o dağ, o daş, o torpaq mütləq xilas olacaqdı. Edə bilməyənlərimiz də heç olmasa həmin duyğunu içində yaşatsa, getmək istəyənlərə, özünü sadağa edənlərə qol-qanad verər, dayaq olar. Onda görərik ki, işğal olunmuş ərazilərimizə, dağlarımıza yağan qar təkcə təbiətin hadisəsi deyil, o həm də bizim həsrətimizin damlalarıdı, gözümüzdən yağış kimi, dağ kimi ələnir. Və biz də o yağan yağışla, o ələnən qarla hopuruq dağlarımıza, yaralı torpaqlarımıza, məlhəm olmağa çalışırıq. Və öz-özümüzə pıçıldayırıq ki:

Ümidim ürəyİn son teli, Allah,

Qorxuram üzülə, gedib çatmayam.

Qarabağ bağrımın qara səbridi,

Qar yağır, don vursa, səbrim çatlayar.


Səninçün qaradam, qartopudu qış,

Mənim həsrətimə qarlar yağacaq.

Şuşanın, Laçının ümidi donub,

Qələbə yazında yarpaqlayacaq.


Bax, bu ümiddi... bax, bu çağırışdı... Bax, bu qol-qanad verməkdi... Bax, bu ürəyə təpər əkməkdi.... Bax, bu həm də Şuşanın, Laçının donan ümidinin buzunun əriməsi, tumurcuğunun çırtlaması, həyatının dönüşüdü. Lap dəqiq desəm, "qələbə yazında yarpaqlayacaq" fikri elə qələbənin özü qədər səmimi, inandırıcı, həyati və həm də görünəndi. Elə bilməyin ki, mən sözləri nəyinsə xatirinə bir-birinin ardınca düzürəm.


Xeyr, mən sadəcə, 1991-ci ilin oktyabrın 30-dan əlim çatmayan kəndimin, bulağımın, həyət-bacamın, bir sözlə, Tuğun içimdə olan üstünü həsrət külü almış bütövlüyünün həyata qayıdışı kimi görürəm o çağırışı.

Ona görə də hansı sərhəd olur-olsun, onun keçiləcəyinə həm inamım, həm də güvənim artıb. Axı, biz zaman-zaman özümüzə müəyyən sərhədlər çəkmişik. Həm əxlaqımıza, həm düşüncəmizə, həm evimizin ətrafına...

Bu gün isə bütün sərhədləri, yolumuzu gözləyən işğal sərhədinin o biri üzünə doğru sapanda qoyub özümüzlə birlikdə atmalıyıq. Gedib həmin o cəbhə sərhədini dağıtmaq üçün. Yoxsa:

Axça-axça evləri uçulan,

uca-uca dağları yıxılan,

yurdu yağmalanan,

Qarabağın qara dərdli

adamları bu evlərdə

dərdlərindən, ümidlərindən

asılıblar.

Kədərlərindən başqa

hər şeylərini itiriblər.

Kədərindən başqa hər şeylərini itirənlərin biri də mənəm.

Və özümə az qala bürüncə etdiyim o kədərlə nə qədər yaşamalıyam? Nə qədər dözüb durmalıyam? Nə qədər oğul-uşaq gözünə baxıb nəvə saçları sığallamalıyam? Elə bilməyin ki, bunlar ritorik suallardı, boy sırasına durublar. Yox, bunlar cavabını hər an tələb edən, hər an gözləyən həyat qədər zəruri olan cavabların qarşımızı kəsdiyi nöqtədi. Bunu şeirin müəllifi də bilir və ona görə də birmənalı şəkildə vurğulayır ki:

Bu qaçqın yataqxanasının

odaları dərd ocağıdır.

Yaşantıları ayrı,

taleləri eyni.

Ucalan dualar eyni,

qayıtsın Qarabağ,

qayıtsın yurd yeri.

Tanrı da bezib,

eşitmək istəmir.

Hamı yalnız dua edir,

Qarabağ da

elə küsüb, elə küsüb,

duanı da eşitmir...

Budu gerçək... Bunu demək lazımdı, bunu etiraf etmək lazımdı. Yoxsa... Yoxsadan öncə deyim ki, hər ad günündə, hər toyda, hər bayramda bir duamız var, özü də hamımızın:

- İNŞALLAH GƏLƏN BAYRAMIMIZI QARABAĞDA KEÇİRƏK!

- ALLAH QOYSA, NÖVBƏTİ AD GÜNÜNÜ ŞUŞADA QEYD EDƏK!

- ALLAHA ÜZ TUTUB DUA EDİRİK Kİ, BUGÜNKÜ SƏBƏBKARLARIN ÖVLADLARININ KİÇİK TOYUNU AĞDAMDA, FÜZULİDƏ, XOCAVƏNDDƏ, GÖYÇƏDƏ ÇALDIRAQ!

- ALLAHA DUA EDİRİK Kİ...

Bəli, biz dualar edirik və özümü də bilirik ki, artıq dualarımız Allahı da bezdirib, Allahı da yorub. 1988-ci ildən bu günə qədər üzü göyə baxan, ayağı yer tutan, dili sözə çevrilən hər kəs dua edir. Şükür ki, o duaların ən gerçəyini bu kitabın müəllifi birmənalı şəkildə vurğuladı ki:

Qarabağ da

elə küsüb, elə küsüb,

duanı da eşitmir...

Mən heç kimə ağıl vermək, nəsihət etmək fikrində deyiləm. Amma yenə səmimi şəkildə vurğulayıram ki, "duayla donuz darıdan çıxmayıb". Donuzu vurub darıdan çıxaran kötək və o kötəyə güc sərf edəcək qolların zamanıdı. Özü də o zaman hər gün bizdən bir iynə boyu uzaqlaşır. Çünki yazımın əvvəlində vurğuladığım arsızlıq xəstəliyə çevrilib...

Bundan qurtulmaq üçün özümüzə qayıdışı, özümüzə dərki kökləməliyik və bilməliyik ki:

Oxşadım sözlə, ağıyla -

Dincələ torpaq yarası.

İniltisi ürək deşir,

Yanır torpağın harası?

Bu da bir gerçək, bu da bir həqiqət. Və bu yerdə özüm də hiss etmədən növbəti səhifəyə keçəndə görürəm ki, yenə dualardan qopub ayrıla bilməmişik. İçimizdə Tanrıya bir təmənna, bir rica, bir yalvarış və bunların topasının cəmində isə bir dua var.

Tanrı, möhlət ver mənə,

ömür ver mənə,

gedim evimi görüm,

gedim evimdə

ölüm.

Mən əlimdə sondan üzü bu günümə tərəf, yəni birinci səhifəsinə doğru vərəqlədiyim "Dünya Tanrı biçimdədi" kitabının bu yerində dayanıram, nəfəs dərirəm. Ona görə ki, indiyə qədər oxuyub yükləndiyim fikirlər, duyğular məni artıq elə bil hala salıb ki, sanki yolun ortasında halsız bir vəziyyətdə, çıxılmaz bir durumda donub qalmışam. Və bu məqamımda mənim içimdən ancaq bir istək keçə bilər: O DA EVİMƏ GEDƏ BİLMƏKDİ...

... Barəsində bəhs etdiyim kitabın müəllifi Sona xanım Vəliyeva, kitabı isə biz oxuculara təqdim edən "Vektor" nəşrlər evidi... Mən həm müəllifə, həm də kitabı biz oxucuların önünə çıxaran hər kəsə təşəkkür edirəm. Məni dünənimə aparan, dünənimdən bu günümə gətirən isti, həm də xəncər kimi kəsib keçən fikirlərə, misralara görə.


Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır:
- Bu nədi? Sənə nə olub?
- Ana, hər gecə saat 2-də sinif yoldaşlarımdan birinin evinə zəng vurub soruşurdum: "Tapın görüm mən kiməm?"
- Nə olsun ki?
- Heeeç. Bu gün biri tapdı.




digər lətifələr
ARXİV
FACEBOOK