ANA SƏHİFƏ / YAZARLAR

O BALACA UŞAQ

Faiq QİSMƏTOĞLU

16782    |   2017-11-28 14:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Onda o qızın 10-12 yaşı olardı. Və onda o qızı çoxları tanımırdı. Heç onda o qız da çoxlarını tanımırdı. Sadəcə olaraq, Allah-Təala o balaca uşağa elə bir istedad vermişdi ki, o balaca uşağı mahnı ilə bütün Azərbaycan tanıyacaqdı. Və o balaca uşaq çox qeyri-adi səslə səhnəyə çıxacaqdı və səhnədə elə alqışlanacaqdı ki, özü də buna məəttəl qalacaqdı. Çünki o səhnədə hər sənətkar çıxış eləyə bilməzdi və o səhnədə tanınan, ən azından Əməkdar artist adı qazanan müğənnilər çıxış eləyə bilərdilər...

Və o konsert indiki Heydər Əliyev sarayında (o vaxtkı Lenin adına sarayda) olmuşdu. Və o konsertdə də o balaca uşaq o qədər gözəl oxumuşdu ki, Ulu Öndər Heydər Əliyev o balaca uşağı sinəsinə sıxmışdı və başına sığal çəkmişdi. Səsin şirinliyi, qeyri-adiliyi və səsin rəngi Ulu Öndəri də təəccübləndirmişdi. Hətta o balaca uşaqla Ulu Öndər Heydər Əliyev bir neçə dəqiqə söhbət də eləmişdi. Və o balaca uşağın ürəyi bu söhbətdən dağ boyda olmuşdu. O balaca uşağın sevincdən gözləri dolmuşdu. Çünki Ulu Öndər Heydər Əliyev ondan soruşmuşdu ki, sizin ailə vəziyyətiniz, dolanışığınız necədir? Və o balaca uşaqgilin də ev şəraiti çox yaxşı deyildi. Yəni atası-anası da fəhlə işləyirmişlər. Səhv eləmirəmsə, atası neftçiydi.

Ulu Öndərin göstərişiylə qeyri-adi səsə malik olan bu balaca uşağa "Gənclik”də üçotaqlı mənzil verirlər. O üçotaqlı mənzilin bütün mebelləri, əşyaları dövlət tərəfindən alınır və o evə gətirilir. Və bu balaca uşağın qeyri-adi səsi onlara elə bir sevinc, elə bir xoşbəxtlik bəxş edir ki, yatsa yuxularına da girməzdi bu anlar…

… O balaca uşaq hər dəfə səhnəyə çıxanda elə alqışlanırdı ki, hətta xalq artistləri bu alqışlara qısqanclıqla yanaşırdılar. Çünki onlara bu möhtəşəm saraydan bu qədər gur alqışlar çalınmamışdı. Onlara da alqışlar olurdu. Ancaq o balaca uşağa olan kimi o alqışlar elə də gur deyildi.

Bir dəfə də o balaca uşaq «Ana Kür»ü oxudu. «Ana Kür»ü elə oxudu ki, bütün qəlblər, bütün ürəklər titrədi, riqqətə gəldi. Və bu balaca uşaq öz «Ana Kür»üylə ürəklərə yeni bir sevinc gətirdi və bu mahnıya özünəməxsus möhür vurdu. Axı bu mahnını çox istedadlı və böyük müğənni, xalq artisti Gülağa Məmmədov möhtəşəm ifa eləmişdi. Və hamı da düşünürdü ki, bu möhtəşəm ifadan sonra çətin ki, bu mahnı kiminsə ifasında elə gözəl səslənsin…

«Ana Kür» o balaca qızın ifasında da yeni avazda, yeni ritmdə, yeni improvizasiyada səsləndi. Və o balaca uşaq bu mahnıya elə rənglər, elə çalarlar, elə ritmlər gətirdi ki, çox tanınmış musiqiçiləri də silkələdi…

Və o balaca qızın adı Xeyransa, soyadı isə Məmmədova idi. Bu uşaq bir mələyə bənzəyirdi. Bunu elə-belə demirəm ha. Çünki o uşağın 11-12 yaşı olanda özüm görmüşəm. İnsan nə qədər şirin, nə qədər duzlu, nə qədər səmimi olar. Balaca uşaq olasan, öz şeytanlığınla, şirinliyinlə ürəklərə girməyi bacarasan. Və bu balaca uşaq çox az bir zamanda bütün azərbaycanda sevildi, bütün Azərbaycanda əzizləndi. Və hamının da yaddaşına, ürəyinə öz adını – Xeyransa Məmmədovanı yaza bildi.

Xalq, bəstəkar mahnılarını, muğamları bu balaca uşaq elə oxuyurdu ki, adam düşünürdü yəni bu, çox bişmiş bir xanəndədi, müğənnidi. Allah-Təala ona elə bir istedad vermişdi ki, hansısa xalq artistinin, tanınmış müğənninin 40-50 ildə eləyə biləcəyini o bir neçə ildə eləməyi bacarmışdı. O, bir neçə ildə şirin mahnılarıyla, müsiqiləriylə yeni bir rəng gətirdi…

Bir gün yaxın dostum, xalq artisti Arif Quliyev dedi ki, sabah səninlə gedəcəyik Xeyransa Məmmədovagilə. Sözün düzü, bu xəbəri eşidəndə özümü birtəhər hiss elədim və Arif Quliyevdən soruşdum ki, o balaca qızcığazgilə deyirsən? O da başını tərpədib «hə» dedi. Bəs bilmirsən, Xeyransa Məmmədovaya Heydər Əliyev «Gənclik»də üçotaqlı mənzil verib. Kiçik bir hədiyyə də almışam. Gedək onu təbrik eləyək.

Sabahı gün saat 10-11 radələrində onların qapılarını döydük. Elə qaplarını da o dəcəl, o şirin, o şıltaq uşaq açdı. Gözlərimə inanmadım. Arif Quliyevi görən kimi onun qucağına atıldı. Atası kimi boynuna sarmaşdı. Bir qədərdən sonra atası ilə görüşdük. anası ilə hal-əhval tutduq. Sevinclərindən bilmirdilər neyləsinlər. Atası dedi ki, heç yuxuda da ağlıma gəlməzdi ki, mənə belə yarlı-yaraşıqlı, içərisində mebeli olan ev bağışlayalar. Bu evi bizə Heydər Əliyev bağışlayıb və bizi çətin vəziyyətdən xilas eləyib. İndi hamımız bu evə yığışmışıq, onun işığına toplaşmışıq və Heydər Əliyevə də dua eləyirik. O kişi bizi çıxılmaz vəziyyətdən xilas elədi.

Beş-on dəqiqənin içində masanın üzərini şirniyyat məhsulları bəzədi. Çay gətirdilər. Arif Quliyevin gətirdiyi tortu da kəsdilər. Bir sözlə, mən həmin mənzildə olduğum bir saat ərzində kasıb bir ailənin necə sevindiyinin, fərəhləndiyinin şahidi oldum. Allah-Təala bu ailəni sevindirməklə yanaşı, onlara həm də istedadlı bir uşaq da bəxş eləmişdi. Və o istedadlı uşaq bu ailəni bütün Azərbaycana öz səsiylə tanıtdırdı, sevdirdi.

Səhv eləmirəmsə, Xeyransa Məmmədova Könül Xasıyeva, Gülüstan Əliyev və digər istedadlı gənclərlə musiqi məktəbini bir yerdə oxumuşdu. Onların hər birinin səsi yeni səs idi, yeni avaz idi, yeni çalar idi. Və hər bir gənc müğənni Azərbaycanda əməlli-başlı səs salmışdılar. Və bu səslər ağıydımı, sarıydımı, qırmızıydımı, yaşılıydımı, çəhrayıydımı deyə bilmərəm?! Amma bir onu bilirdim ki, bu səslər və o cümlədən o balaca uşağın səsi çoxlarını dəli eləmişdi. Xeyransa Məmmədovanın səsi mənim də iliyimə, sümüyümə hopmuşdu. O səs vallah, məni dəli eləmişdi. Hər dəfə də Arif Quliyevə deyirdim ki, ay qardaş, bu uşağı Allah qorusun. Bu səs deyil ey, möcüzədi, möcüzə!..

O balaca uşağa Allah nə boyda istedad vermişdisə, ona başqa bir şey də bəxş eləmişdi. Çünki o balaca uşaq şəkər xəstəsiydi və şəkər xəstəsi olduğuna görə də çox konsertlərə gedə bilmirdi və orda iştirak etmirdi. Amma yenə gücünü toplayardı, özünü ələ alardı, dəmir iradəsi hesabına səhnəyə çıxardı və öz möcüzəli səsiylə salonu lərzəyə gətirərdi…

Xeyransa Məmmədova cəmi 29 il yaşadı. Və bu 29 ildə çox ağır, çətin, sıxıntılı anlarla üzləşdi. Və hər dəfə də xəstəliyə üstün gəlmək istədi. Çox vaxt xəstəliyin üstünə yeriyirdi, qorxmurdu, ruhdan düşmürdü. Amma o zəhrimar xəstəlik də ondan əl çəkmirdi. Və günlərin birində də Allahın dərgahına qovuşdu…

… O balaca qızcığaz ölməyib. Çünki oxuduğu mahnılar, səsləndirdiyi ifalar onu hər an, hər dəqiqə yaşadır. Heç «Ana Kür» də ölərmi?! Heç minlərlə tamaşaçıların səslənən mahnılara olan alqışları yaddan çıxarmı?! Heç ürəkləri silkələyən, daş ürəkləri belə yumuşaldan, qaranlıq qəlblərə işıq gətirən səs itərmi?! Heç o balaca uşağın ürəklərdə yaratdığı sonsuz məhəbbət unudularmı?!

Nə yaxşı ki, bugünlərdə İctimai Televiziya çox böyük xeyirxahlıq edib onunla bağlı maraqlı bir veriliş hazırlayıb. Və o maraqlı verilişdə o balaca qızcığazın oxuduğu bir neçə mahnı yenidən səsləndi. Və o maraqlı verilişdə onun sənət dostları danışdılar. Və o maraqlı verilişdə Xeyransa Məmmədovanın 80 yaşlı ağ saçlı anasını gördüm. Onun kövrələ-kövrələ danışdığının şahidi oldum. Ana öz övladı barəsində yana-yana danışırdı və ana Xeyransanın yoxluğuna inanmırdı. Xeyransanın bacısı da o verilişdə bir mahnı oxudu. Onun oxuduğu mahnı Xeyransanı xatırlatdı mənə…

Qızıl səslər, ağ səslər heç vaxt ölmürlər. Və Xeyransa Məmmədova da heç vaxt ölməyib. Əgər o şirin səs yaşayırsa və o şirin səs səslənirsə, deməli, Xeyransa o mahnılarda, o ifalarda yenidən bizimlə görüşə gəlir. Mənim yaddaşımda Xeyransa Məmmədova o balaca uşaq kimi qalıb. Daha doğrusu, o balaca mələk kimi ürəyimdə iz qoyub, səsi və şirinliyi ilə yaddaşıma əbədi həkk olunub. Yaddaşa və ürəyə əbədi həkk olunan xeyransa məmmədovalar heç vaxt ölmürlər. Hər dəfə lentləri səsləndiriləndə yenidən evimizin qonağı olurlar, qəlbimizə işıq saçırlar və ruhumuza sığal çəkirlər. Qoy onun da ruhuna Allah-Təala sığal çəksin!..



İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-26
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK