deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Hər yerdə "Qarabağ", AFFA-da "Qarabağ", PFL-də "Qarabağ" Adalet.az | Hər yerdə "Qarabağ", AFFA-da "Qarabağ", PFL-də "Qarabağ" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Hər yerdə "Qarabağ", AFFA-da "Qarabağ", PFL-də "Qarabağ"

5948    |   2017-11-22 00:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Neftin pulunu yeyib-içib qurtardılar, dibinə də bir daş, yox, üzr istəyirəm, top atdılar. İndi də "Qarabağ"ın çörəyini yeməyə başlayıblar. Həm AFFA, həm də PFL Qurban Qurbanovun hesabına kef edir. Necə deyərlər, futbol təsərrüfatımıza cavabdeh olanların halvası "Teksun" yağı ilə bişir, arada "Möcüzə" də qatırlar. Ona görə də, idman mətbuatının, ictimaiyyətin tənqidi AFFA-nın heç vecinə də deyil.
Biz yazırıq ki, ölkə futbolu rəhmətə gedib, AFFA və PFL birləşib "Qarabağ"ı qabağa verirlər. "Futbolumuz rəhmətə-filana getməyib, "Qarabağ" hər il ölkə çempionu olur, hələ bu il də qızıl medal ağdamlılarındı" deyib, əmin-arxayın dolanırlar.
Camaat deyir bizdə Premyer Liqanın olduğundan heç kimin xəbəri yoxdu, stadionlarımızdakı bomboş tribunlar "Yallı" gedir, futbol başbilənlərimiz "Qarabağ"ın "Roma" və "Atletiko" ilə oyunlarında satılan biletlərin kötüyünü əllərində bayraq kimi yellədir.
Biz yazanda ki, Azərbaycanda son illər futbolçu yetişmir, bunun üçün ayrılan pul-para səhər Xəzri, axşam Gilavar küləyinə verilir, AFFA və PFL-dəkilərin ağzından od püskürür. "Qarabağ"da top qovan Bədavi Hüseynovla Riçard Almeydanın idman ayaqqabılarını az qala adamın gözünə soxurlar.
Buralarda dönər yeyəndən kabab yeyənəcən hamı yerli hakimlərimizin matçlarda buraxdıqları uşaq səhvlərindən danışır, hay vurub, həşir salır. Amma AFFA və PFL rəsmiləri rəngbərəng mikrofonlar qarşısına çıxıb deyirlər ki, hakimlərimiz "Azersun"un istehsal etdiyi ağartı məhsullarından çıxan ağ qaşıqdırlar. Bu azmış kimi, yenə "Qarabağ"ın ətəyindən yapışırlar, deyirlər ki, Qurban Qurbanovun yetirmələri - Yakub Jezniçak, Dino Ndlovu, Miçel, Ansi Aqolli hələ bu vaxta qədər hakimlərdən şikayət etməyiblər.
Öz vəziyyətləri göyün yeddinci qatına qalxdıqca yığmamızı yerlə bir edən futbol başbilənlərimiz yenə Qurban Qurbanovu qabağa verdilər. Çünki başqa çarə qalmamışdı. Alman Berti Foqtsla heç Mozdoka qədər gedə bilmədilər. Xorvat Robert Prosineçki ilə qrup ikincisi olmaq arzusu da Bakı Olimpiya Stadionu tərəfdə tıxaca düşdü. Məcbur olub yığmanı da "Qarabağ"ın baş məşqçisinə tapşırdılar. Ağdam klubu növbəti dəfə onların dadına yetişdi.
Özlərində elə düşünürlər ki, Qurban Qurbanovun və "Qarabağ"ın hesabına yığmanı abıra saldılar, qaldı Premyer Liqadakı iki cüt, bir tək kluba əncam çəkmək. Bunlar ki, belə gedir, bu gün-sabah çempionatdakı öz klublarını da "Qarabağ"a calaq edəcəklər. "Sumqayıt" olacaq "Qarabağ-2", "Kəpəz" olacaq "Qarabağ-3", adı təzə dəyişən "Keşlə" də dönüb olacaq "Qarabağ-4". AFFA və PFL-in sonbeşiyi "Səbail"dən də "Qarabağ-5" düzəldəcəklər.
İki gün, üç gecədir bir sual məni yaman düşündürür, BMT-ni ATƏT-ə qatıram, ATƏT-i UNESCO-ya, lakin cavab tapa bilmirəm. AFFA və PFL-də "Qarabağ"ın çörəyini yeyən, Qurban Qurbanovun hesabına qaz vurub qazan dolduranlar niyə öz vəzifələrini "Qarabağ" rəhbərliyinə buraxıb getmirlər? Cavabını bilən mənə də desin...
Qol.az



YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK