hacklink Adalet.az | BARZANİ- BARZANİLƏR - 1 Adalet.az | BARZANİ- BARZANİLƏR - 1 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BARZANİ- BARZANİLƏR - 1

20276    |   2017-11-03 16:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

On illərdir PKK terroru Türkiyənin gündəmindədir. Bu təşkilat indiyə kimi Türkiyəyə 600 milyard dollardan artıq ziyan vurub, minlərlə ailəni yasa qərq edib ki, bunların çoxu kürdlərdəndir. ABŞ-ın İraqı işğalından sonra isə Ortaşərqin gündəminə Barzani və Talabani adlı kürd tayfaları düşüb, xüsusi ilə də Barzan tayfası və onun lideri Məsud Barzani. Yaxşı kimdir bu barzanilərə
Məsud Barzaninin atası Molla Mustafa Barzani İraqdakı kürd hərəkatının önəmli bir simasıdır. O 1903-cü ildə Türkiyəyə 17 kilometr məsafədəki Barzan kəndində dünyaya gəlib. Ailəsi uşaqlığında II əbdülhəmid tərəfindən 1891-ci ildə yaradılan Həmidiyə Alayları tərəfindən Diyarbəkirə sürgün edilib.
Sultan II əbdülhəmid, Yavuz Sultan Səlim Anadolunun müxtəlif yərlərindən türk tayfalarını şərqi və cənubişərqi Anadoluda məskunlaşdırıb, bu tayfalar daha sonra Kormanço/Kırmanç adını götürüb, yəni türkmən tayfaları sonrakı dönəmlərdə dillərini də unudaraq indiki mənada desək kürdləşiblər.
Molla Mustafa Barzani I Dünya Müharibəsi illərində yaxın qohumları ingilislər tərəfindən qətlə yetirildiyinə görə hərbdən sonra burada yaranan İngilis hakimiyyətinə qarşı üsyan edənlərin səflərində döyüşüb, 1932-ci ildə də Barzan tayfasının lideri olub, 11 il sonra da İraq krallığına qarşı üsyan bayrağını açıb. İraq hökuməti üsyanı yatırdıb. Sovetlər Birliyi, 25 avqust 1941-ci ildə İranı işğal edərək kürdlərdən öz siyasətləri yolunda istifadə etmək məqsədi ilə İranda Mahabad Kürd Cümhuriyyətini yaradıb Molla Mustafa Barzaninin də məqsədi kürdçü kommunist bir dövlət yaratmaqdı. O da oğlu Məsud Barzani kimi o vaxt bulanıq suda balıq oğlamaq istəyib. II Dünya Müharibəsindən sonra İran qüvvələri Mahabad Kürd Cümhuriyyətini ləğv edincə Molla Mustafa Barzani də özlərini dəstəkləyən Sovetlər Birliyinə üz tutaraq Moskvaya gedib, Kürdüstan Demokratik Partiyasını da orada yaradıb. Ruslar onlara lazımi qədər silah-sursat verərək təçhiz edib və onlara daimi olaraq təlim keçib, döyüşə hazırlayıb.
Ruslar 1944-cü ildə Suriyədə Sovetlər Birliyinin səfirliyi yarandıqdan sonra həm Hoybun həm də digər yerlərdə fəal iştirak edən kürd rəhbərləri ilə daimi əlaqədə olublar və onları istiqamətləndiriblər. Sovetlər Birliyinin məqsədi Ortaşərqdəki neft və qaz bölgələri ilə Süveyş kanalını öz nəzarətləri altına almaq, Afrikada fəal rol götürmək və bununla da rus hakimiyyətini Afrika və Ortaşərqdə hakim qılmaq, Bəsra Körfəzinə sürətlə enə biləcək yolları əlinə keçirməkdi. Çarlığın da, Sovetlər Birliyinin də yeganə məqsədi xüsusi ilə Kürdçülük siyasəti ilə kürdlərin milli mənsubiyyət fikrini ifrata çatdırmaq, onları Türkiyəyə qarşı düşmən etmək, axırda üsyan etdirərək Türkiyəni parçalamaqdı. Zəngəzur bölgəsinin Azərbaycandan alınıb ermənilərə bağışlanması, 1960-cı illərdən etibarən İranın qüzey hissələrində kürdçü ailələrin məskunlaşdırılması və Azərbaycan Türklərinin evlərini, torpaqlarını satın aldırmalarının altında yatan məqsəd də ruslara xidmət edib, edir.
Rusiya Federasiyasının siyasəti görəsən Çarlıq və Sovetlər Birliyindən fərqlidirəəə
əbdülkərim Qasım 1958-ci ildə İraqda krallığa çəvrilişlə son qoyduqda Sovetlər Birliyinin də işə daxil olmasıyla kürdlərə müəyyən hüquqlar verəcəyini vəd edib və Molla Mustafa da Moskvadan İraqa qayıdıb. O vaxtları çox yaxşı xatırlayıram. Kəndimizdə hamı Molla Mustafa Barzaninin qələbəlik bir qrupla Araz çayını keçərək Ağrı Dağına sarı getdiyini və ordan İraqa keçdiyini danışırdı.
əbdülkərim Qasım ona verdiyi sözü tutmayıb, Barzani də 1961-ci ildə üsyan edərək Sovetlərin də dəstəyi ilə Qüzey İraqda muxtar bir idarənin yaranmasına nail olub. Sovetlər Birliyi 1973-cü ilə kimi onlara lazımi dəstəyi vərsə də sonra bu dəstəyi azaldıb, İranla İraqın 1975-ci ildə imzaladıqları sazişə əsasən İran da onlara vərdiyi dayağı kəsib və Barzani üsyanı dayandırmaq məcburiyyətində qalıb. İngilislər İraqı tərk edincə İrandan İraqa dönən Barzani İraq qüvvələrinin təzyiqinə dözə bilməyib 1975-ci ildə İran üstündən təqribən min nəfərlik qüvvəsi ilə təkrar Rusiyaya sığınıb.
Sonrakı illərdə İraqa qayıtsa da burada qala bilməyib və İran üstündən ABŞ-a gedib, ömrünün axırına kimi orda yaşayıb 1979-cu ildə Washingtonda ölüb meyidi Qüzey İraqa aparılaraq dəfn edilib.
Conilər İraqı işğal etdilər, ruslar Suriyədə kökləşdilər.


Seyfəddin Altaylı,
Ankara,
altaylı_s@yahoo.com



İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK