ANA SƏHİFƏ / YAZARLAR

YANLIŞA DÜZƏLİŞ CƏHDİ

11676    |   2017-10-28 07:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həyat yolumuzun hər addımında valideynlərimizin və müəllimlərimizin zəhmətini, tövsiyəsini, həyat təcrübələrinin, dünyagörüşlərinin bizə aşılanan tərəflərini hiss edir, yeri gəldikcə istifadə edirik. Doğrudur, bəzən "Yüz nəsihətdənsə, bir müsibət"in köməyi ilə həyatın tərs üzünü də anlayırıq, amma o anlarda da müəllim-valideyn birliyi dadımıza çatır.
Bizim illərdə müəllimlər başqa hörmətdə, sayqıda, dəyərdə, başqa bilikdə, təcrübədə idilər. Öyrənmək istədiyimiz bir şey haqda sual verdiyimizdə müəllimin duruxacağını, məlumatsız olacağını ağlımızdan da keçirməzdik. İndiki kimi əl altda internet yoxdu ki, bilmədiklərini anında ordan tapıb söyləsinlər. (Doğrudu, bəzən şuluq uşaqlar yeni gələn gənc xarici dil müəlliməsinə dolaşdırıcı suallar verərdilər. Məsələn, "Mənim səndən gözüm su içmir" cümləsini ingiliscə və ya rusca tərcüməsini istəyirdilər, müəllimə onun məna qarşılığını söyləyəndə isə razılaşmırdılar ki, o cümlənin içində göz, su, içmək sözləri yoxdur...). Çünki məktəb keçmişdilər, oxuduqları pedaqoji sahəni, tədris metodikasını mükəmməl öyrənirdilər, həm də maddiyat vicdanı, mənəviyyatı üstələməmişdi o zamanlar. Nə də müəllim maaşı bugünkü kimi yetərsiz deyildi. Ona görə "mənim illərimin müəllimləri"ni heç unutmuram ki, onlar çəkdikləri zəhmətin bəhrəsini görmək üçün əllərindən gələni əsirgəmirdilər. İndiki repetitorlardan (onların da öz, doğru olan arqumentləri var təbii ki - F.R.) fərqli olaraq, təmənnasız halda işdən sonra bir-iki saat artıq qalaraq dərsdə geri qalan şagirdləri hazırlaşdırırdılar. Bizləri oxumağa həvəsləndirmək üçün nələr etmirdilər müəllimlərimiz! "Əlaçı" şagirdlərə bağışlanan həvəsləndirici hədiyyələri - bədii, elmi kitabları, siniflərarası, məktəblərarası bilik, idman yarışmalarında aldığımız diplomları, anama 8 Mart Beynəlxalq Qadınlar Bayramında yazılan açıqcaları, məktəbi bitirərkən verilmiş fərqlənmə diplomunu ən qiymətli əşya kimi indi də saxlayıram.
O zamanlar müəllimlər qocalıb əldən düşənə qədər işləyərdilər. Təqaüd yaşı çatdığında da öz istəkləri ilə işdən azad oluna bilərdilər. Çünki şagirdlərə, gələcəyə hazırladıqları uşaqlara, gənclərə onların biliyi, təcrübəsi lazım idi, cəldliyi, çevikliyi deyil. Sonradan müəllimlərin həyatına, taleyinə, heysiyyatına balta çalan qərarlar çıxarıldı və bununla da təhsilimizə ağır zərbələr vurulmağa başladı. Hansı sahənin mütəxəssisi olursansa ol, mütləq bir müəllimin olur və o müəllim hansı səviyyədədirsə, cəmiyyət də o səviyyədə olur və ondan alıdığın dərslər sənin də taleyinə sirayət edir. Təcrübəli, yetkin, həyat anlayışı, dünyagörüşü səviyyəsi yüksək olan o insanları tədris ocaqlarından uzaqlaşdırıb, yerlərinə təcrübəsiz, özünə hələ uzun illər müəllim lazım olanları iş başına gətirdilər və bununla təhsilimizin "Fatihə"si oxundu. Bu, tələm-tələsik, düşünülməmiş, yarımçıq qərardan təhsilimiz çaş-baş qaldı. Artıq "müasir dövr"ün müəllimləri yanına hazırlığa gəlməyən şagirdlərə qarşı sinifdə ayrı-seçkilik edərək, onlara münasibətdə soyuqluq, yazılan qiymətlərində belə, haqsızlıq etməyə başladılar. Müəllimin müqəddəs adı, missiyası "repetitorluq" kimi bizneslə əvəzləndi. Mənəviyyatı aşındırmaq üçünsə, ilk müəllimdən başlamaq yetərlidir məncə. Mənim müəllimlərimdən az hissəsi dünyasını dəyişib.
Yəni, səhhətləri imkan versə, onlar indi də işləyə bilərlər. Ancaq işə baxın ki, mənim övladlarımın da müəllimlərinin çoxu yaşa görə işdən kənarlaşdırılıb. Yəni, sözümün canı odur ki, onların səhhətləri də, bilik və təcrübələri də hələ uzun illər işləmələri üçün yetərlidir. Gənclərə yol açmaq adıyla o gənclərin özlərini də, şagirdləri də çox dəyərlərdən məhrum etdilər. Sonradan da attestasiya qərarı çıxdı, ki, müəllimlər imtahan verməlidirlər. Əgər attestasiyadan keçmədisə, onda nə olur, yerinə başqasımı təyin olunur, yoxsa, "hörmətlə" yenidən öz işlərinə bərpa olunurlar, onu bilmirəm. Mənim fikrimcə, bu heç də uğurlu bir qərar deyildi. Müəllimi unuversitetdə elə hazırlamalıdırlar ki, sonradan imtahandan keçməyib, şagirdinin gözündə rəzil olmasın. Əvvəllər Müəllimləri Təkmilləşdirmə İnstitutunda, səhv etmirəmsə, bir aylıq təcrübə mübadiləsi keçirilirdi və kimsə düşünmürdü ki, onun müəlliminin biliyinə şübhə edib, imtahana çağırıblar. Gündəlik dərslərini keçən müəllim illərin təcrübəsini vərdişdə, beynində daşıyır. Hər gün şagirdlərin qarşısına çıxmaq, öyrəndiyi yeni bir şeyi onlara çatdırmaq üçün çalışır, bir növ məşq edir müəllim. Üstəlik də maddi problemlər, sosial, məişət narahatlıqları da bir yandan. Bunun üzərinə həyəcan gətirən imtahan təlaşını da artırmaq müəllimlərə stresdən başqa bir şey qazandırmır.
Təsəvvür edin ki, müəllim sinifdə şagirdini (müasir şagirdi!) oxumadığı üçün tənbeh edir. Şagird nə cavab verəcək sizcə: Müəllim sən özün oxusaydın, imtahandan keçərdin! Halbuki müəllimin təcrübəsi yetərincədir, amma stresdən bal toplaya bilməyib.
Müəllim işlədiyi müddətdə başından, yəni biliyindən istifadə edir. Onun yaşı 65 də olsa, 90 da olsa o baş, o bilik, təcrübə onunladı, yerindədi. Fiziki əmək olsa... nəysə...
Hər kəsin ailəsində, yaxınlarında mütləq bir müəllim var. Və hər kəs də bu, yaş məsələsinin, çıxarılan o qərarın məntiqsiz olduğunu yaxşı anlayır. Ona görə də müəllim əməyinin qiymətini bilən hər kəs bu yanlış qərara mənfi rəyini bildirməlidir. Heç olmasa, bizi olduğumuz səviyyəyə gətirməyə xərclədikləri əməyə görə...


YAZARIN ARXİVİ

2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK