ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Mal və ticarət dövriyyəsi artacaq”- MÜSAHİBƏ

Nəzakət Məmmədova: “Ermənistan münaqişənin uzanmasının onlara heç bir fayda vermədiyinə əmin olacaqlar”

33237    |   2017-10-26 17:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Politoloq Nəzakət Məmmədova adalet.az-a müsahibə verib. O müsahibəsində Bakı-Tiblisi-Qars dəmir yolunun siyasi əhəmiyyətindən danışıb.

-Nəzakət xanım bu yaxınlarda Bakı-Tiblisi Qars dəmir yolunun açılış mərasimi keçiriləcək. Bilmək istərdik ki, bu dəmir yolunun Azərbacyan üçün siyasi dividentləri nədən ibarətdir?

-Bu layihənin Azərbaycan üçün olduqca böyük geosiyasi, siyasi, iqtisadi dividendləri vardır. Siyasi dividendləri ondan ibarətdir ki, Azərbaycan Avrasiyada gedən qlobal miqyaslı inteqrasiya proseslərinin ən mühüm iştirakçısına çevrilib. Çindən Avropaya qədər uzanacaq bir layihədə mühüm siz sahibi və tərəfdaş ölkə qısmində çıxış edir. Bütün iştirakçı ölkələrlə əməkdaşlıq əlaqələrini daha da genişləndirir. Ən mühümü isə Ermənistan bu layihədən kənarda qalır, onun təcrid olunması daha da dərinləşir. Baxmayaraq ki, Ermənistan həm Axalkalakidəki yerli ermənilərin köməyi ilə, həm ABŞ-dakı diasporunun fitnələri ilə layihənin icrasına mane olmağa çalışdı, lakin layihə artıq reallığa çevrildi və biz bir neçə gündən sonra açılış zamanı bunun şahidi olacağıq. Burada Azərbaycanın rolu danılmazdır, həqiqətən də çox böyükdür. Üstəlik də, dediyimiz kimi layihəyə qarşı böyük kampaniya aparılırdı. Mən deyərdim ki, Bakı-Tbilisi-Ceyhan böyük enerji layihəsi idisə, Bakı-Tbilisi-Qars da nəhəng nəqaliyyat-kommunikasiya layihəsidir. Necə ki, əbədiyaşar prezidentimiz Heydər Əliyev bütün maneələri dəf edərək Bakı-Ceyhanı reallığa çevirdisə, eləcə də prezident İlham Əliyev bir çox qaragüruhçu qüvvələrə, xüsusən də Ermənistana və erməni lobbisinə qarşı uğurla mübarizə apararaq Bakı-Tbilisi-Qarsın həyata keçməsinə nail oldu. Eyni zamanda bu layihə bir çox ölkələri birləşdirəcək, onların geosiyasi, siyasi, iqtisadi inteqrasiyasını, birliyini təmin edəcəkdir. Dünyada gedən indiki münaqişələr, müharibələr dövründə belə bir birliyin, həmrəyliyin olması çox mühüm məsələdir. Qədim İpək Yolunun üstündə yerləşən müxtəlif mədəniyyətə malik ölkələrin eyni bir çətir altında, vahid kommunikasiya sistemi ətrafında birləşməsi həm də onların arasında siyasi, iqtisadi, ticarət, mədəni əlaqələrin də güclənməsinə öz töhfəsini verəcəkdir. Ölkələr arasında idxal-ixrac əməliyyatları sürətlənəcək və genişlənəcək, iştirakçı dövlətlərin ümumdaxili məhsulu bir neçə dəfə artacaq, yeni iş yerləri açılacaq, əhalinin hava nəqliyyatına alternativ, nisbətən ucuz dəmiryolu nəqliyyatından istifadə imkanları genişlənəcəkdir. Türkiyə vasitəsilə Cənubi Qafqazın Ermənistan istisna olmaqla iki ölkəsinin dəmiryol xətləri Avropa dəmir yollarına birləşəcəkdir.

Eyni zamanda, Çindən Orta Asiyaya, oradan da Azərbaycan-Gürcüstan-Türkiyə vasitəsilə Avropa Birliyinə resursların, habelə yük və sərnişin daşımacılığı həyata keçiriləcəkdir. Bildiyimiz kimi, SSRİ dövründə Soçi-Suxumi-Tbilisi-Yerevan dəmiryolu xətti fəaliyyət göstərirdi və ermənilər onun bərpasını istəyirlər. Lakin hesablamalara görə 1991-ci ildə abxaz-gürcü muharibəsindən sonra istifadəsiz qalan bu xəttin bərpası 300 milyon dollar vəsait tələb edir. Lakin Abxaziya münaqişəsi tənzimlənmədiyindən və ərazi Rusiyanın nəzarətində olduğundan bunun mümkün olmadığını başa düşən ermənilər heç olmasa Gümrü-Axalkalaki xətti ilə Bakı-Qarsa qoşulmaq istəyirlər. Ermənistan özünün ticarət əlaqələrini əsasən Gürcüstan vasitəsilə həyata keçirdiyindən bu layihəyə qoşulmaq onun üçün çox əlverişli olardı. Lakin bu ölkə öz işğalçılıq siyasətinə son qoymayınca Azərbaycan və Türkiyə onun hər hansı bir ciddi layihəyədə iştirakına imkan verməyəcəkdir. 

-3 ölkə əməkdaşlığı region üçün başqa nə kimi tövfələr verə bilər?

-Uc ölkə - Azərbaycan, Türkiyə, Gürcüstanın əməkdaşlığı ilk növbədə regional əməkdaşlığın, inkişaf və tərəqqinin daha da genişlənməsinin əsas amildir. Bu əməkdaşlıq həm də qlobal inteqrasiyaya dəstək verməklə beynəlxalq siyasi, iqtisadi, ticarət münasibətlərinin dərinləşməsinə öz töhfəsini verir. Bu gün ərazilərində separatizm meylləri radikal bir şəkildə ərazi bütövlüyünə təhdid törədən bu üç ölkə əməkdaşlıq münasibətlərini genişləndirməklə bu meyllərin aradan qaldırılmasına, kənar güclərin bölgəyə təsirinə imkan verməməyə, əməkdaşlıq vasitəsilə əhalinin rifah halının yaxşılaşmasına çalışırlar. Təsadüfü deyildir ki, bu ölkələrin əməkdaşlığı nəticəsində regionda iqtisadi inkişaf sürətlənəcək, Bakı-Tbilisi-Qars dəmiryolu yeni iş yerlərinin açılmasına, infrastrukturun inkişafına, mal və ticarət dövriyyəsinin artmasına səbəb olacaqdır. Təsəvvür edin ki, ilkin mərhələdə 5 milyon, ikinci mərhələdə isə 17 milyon ton yükün daşınması nəzərdə tutulur. Lakin siyasi əhəmiyyət də çox böyükdür. Bildiyimiz kimi Cavaxetiyada ermənilər Ermənistanın araqızışdırmasına uyaraq tez-tez ayağa qalxırlar. Layihənin oradan keçməsi Gürcüstanın bu bölgədə siyasi-iqtisadi nüfuzunu artırmağa imkan verəcəkdir. Eyni zamanda, Türkiyənin Qars və ona yaxın olan vilayətləri inkişaf cəhətdən böyük şəhərlərə nisbətən geridə qalır. Bu layihə əslən azərbaycanlıların yaşadığı Qars və ona yaxın bölgənin də inkişafına yardım edəcəkdir. Azərbaycanın özü üçün isə dəmiryol magistralının əhəmiyyəti daha böyükdür. Orta Asiyadan Avropaya qədər ötürülən yük və sərnişin daşımalarından həm tranzit ölkə kimi böyük gəlirlərimiz olacaqdır. Eyni zamanda əhalinin işlə təmin olunması imkanları genişlənəcəkdir. Bununla yanaşı Ermənistan və separatçı Dağlıq Qarabağ erməniləri Azərbaycanla münaqişənin uzanmasının onlara heç bir fayda vermədiyinə, əksinə bütün gəlirli layihələrdən özlərini təcrid etməklə tənəzzülə doğru getdiklərinə bir daha əmin olacaqlar.


Ədil Ədilzadə




İmza:

102 illik şərəf salnaməsi

Rasim Müzəffərli: “Pandemiya “Vətən” anlayışını gücləndirir”

"Azərbaycan şairlərinin ölkəmizdə çoxlu pərəstişkarı var" - MÜSAHİBƏ

Qorxsam da, geri çəkilmədim - MÜSAHİBƏ

“Mavi boyalı ev”-xoşbəxtliyin, ümidin rəngidi - MÜSAHİBƏ

Aqil Abbas: "İtə çölə çıxmağa icazə verirlər, uşağa qadağa qoyurlar…" - MÜSAHİBƏ

"Arzum işğal olunmuş rayonlarımızda müəllimlik etməkdir" - MÜSAHİBƏ

"Arxiv sənədlərini almaq üçün bankdan kredit götürdüm" - MÜSAHİBƏ

Oqtay Qasımovdan Sülhəddin Əkbərə sərt cavab

“SURƏT HÜSEYNOV BU GÜN DƏ BİZƏ HƏDƏ-QORXU GƏLİR...” - Keçmiş baş prokurordan sensasiyalı açıqlamalar

“HƏBS EDİLƏNLƏR SONRADAN YAP-a QOŞULANLARDIR...” - “Partiyamızda da islahatlar olmalıdır”

“Azərbaycanı Rusiyaya o ölkə qurban verdi” - Müsahibə

SON XƏBƏRLƏR
2020-07-02
2020-07-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.41%)
Pullsuz (11.59%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK