ANA SƏHİFƏ / YAZARLAR

HƏKİM SƏMİMİYYƏTİ İNAM YARADIR

Əbülfət MƏDƏTOĞLU

6400    |   2017-10-10 17:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Professor Nadir Hüseynov əməlində bunu sübut edir

İndi adətdi, daha doğrusu, mətbuatda həkimlərlə bağlı hansısa bir yazı qələmə alınanda mütləq ya Hippokratın adı çəkilir, ya da həkimin ağ xalatından söz salınır. Hətta məşhur nəğmələrdən birində, yəni «Həkim qız» mahnısında da söhbət hərlənib-fırlanıb yenə ağ xalatın üstünə çıxır. Doğrudur, mən də səhiyyə işçilərindən yazı yazanda bu xalat məsələsini dilə gətirmişəm. Amma bu gün heç xalat barəsində danışmaq fikrim yoxdu. Çünki elə bir insan haqqında yazı yazıram ki, bilgisayar qarşısında dayandığım anda da onun çöhrəsinin nurunu görürəm, hiss edirəm. Və mənə elə gəlir ki, bu ortaboylu, üzü gülər insanın həyatdakı ən böyük missiyalarından biri də təkcə xəstələrinin yox, elə çevrəsinin də üstünə nur ələməkdi, işıq səpməkdi…

Görünür, böyük Allahımız onu valideynlərinə bəxş edəndə dünyanın həm özünün, həm də bu dünyanın bir hissəsindəki insanların xoşbəxtliyini nəzərə alıb. Və keçmiş SSRİ-nin, o cümlədən də Azərbaycanın Stalin xofundan qurtulduğu ildə o, bizim dünyaya gəlibdi – özü də Qarabağda, bizim Füzuli rayonunun Gecəgözlü kəndində. Gəlişini ailə, qohum-əqrəba necə qarşıladığını görməmişəm. Çünki ondan altı yaş kiçiyəm. Amma eşitdiklərim var. Həmin eşitdiklərimdə bildirilir ki, professor Nadir İsmayıl oğlu Hüseynov dünyaya gələndə atanın üstünə muştuluğa qaçıblar, göz aydınlığı veriblər. O da özünəməxsus təbəssümlə bir oğul atası kimi gülümsəyib və əlini cibinə uzadıb. Sonra da bir balaca məclis düzəlib. Dünyaya gələn oğulun şərəfinə xoş sözlər deyilib, xeyir-dua verilib. Mənə elə gəlir ki, o verilən xeyir-duaların, o səslənən xoş fikirlərin, eləcə də əlini göyə açıb oğlu üçün dua edən ananın səsini eşidib böyük Yaradan. Eşidib və bu körpəyə verilən adı da bəyənib. Axı ona elə-belə yox, seçilən bir ad veriblər. Bir nadir övlad, bir nadir oğul olacağını düşünüb adını da Nadir qoyublar…«Dədə Qorqud»da deyildiyi kimi, adını veriblər və bu adla da birlikdə onun çiyninə nadir olmaq missiyasını qoyublar. O da çiyninə götürdüyü yükü elə nadir övladlardan biri kimi şərəflə, namusla çəkib gətirib bu günə. O yükdən də hər kəsə ancaq sağlamlıq, ancaq xoş duyğular və içdən gələn səmimiyyət payı düşübdü…

Tibb elmləri doktoru, professor Nadir Hüseynovla tanışlığımın yaşı 25 ilə çatıb. Təbii ki, burda söhbət şəxsi tanışlıqdan gedir. Necə deyərlər, üz-üzə, göz-gözə tanışlıqda. Böyük qardaşım, dostum, hüquq elmləri doktoru, professor Şirxan Adıgözəlov dəniz sahilindəki guşələrin birində bizi tanış etdi. Mən içəri daxil olanda süfrə başında oturmuş Şirxan müəllimi bir nəfərlə xoş ovqatda gördüm. Məni görən Şirxan müəllim:

- Əbili, gəl, qaynanan səni çox istəyir - dedi. Sonra da əlavə etdi ki, Nadir həkimlə tanış ol. Sənin kəndçindi - (adətən Füzulidən olanları Şirxan müəllim mənə bu cür təqdim edirdi – Ə.M.) dedi.

Yaxınlaşdıq, bir-birimizin əlini sıxdıq. Elə ilk söhbətdəcə yüz ilin tanışına, doğmasına çevrildik. Məlum oldu ki, mənim qiyabi tanıdığım Nadir həkim də az-çox məni tanıyırmış, yazılarımdan xəbəri var imiş, daha çox da Şirxan müəllimin sayəsində.

Düzünü deyim ki, bu tanışlıq, bu süfrə ətrafındakı söhbət mənə xüsusi ləzzət verdi. Çünki hər iki dostum müxtəlif sahələrin adamları olmasına baxmayaraq, mənə ayırdıqları diqqətlə içimdə öləziyən müəyyən ümidsizliyi aradan qaldıra bilmişdi. Və mən onların «həyat davam edir» çağırışını könüllü şəkildə qəbul etmişdim.

Bax, 25 il bundan öncə mənə məlum olmuşdu ki, Füzuli rayonunda doğulan Nadir Hüseynov 1978-ci ildə o vaxtkı Dövlət Tibbi İnstitutunu bitirib. Hələ tələbə ikən Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasında işə başlayan Nadir Hüseynov ilk iş yerindən ayrılanda artıq böyük həkim vəzifəsindən istefa verirdi. Və bununla yanaşı, o həm də artıq bir həkim kimi paytaxtda özünü tanıda bilmişdi.

Maraqlıdı ki, sayılan bir yerdə işləyən Nadir Hüseynov həmin zaman çərçivəsində özü üçün önəmli bir seçim də etmişdi. Yəni o, Xarici Dillər İnstitutunun nəzdindəki ingilis dili üzrə iki illik kursu da bitirmişdi. Ona görə də iki xarici dildə - rus və ingilis dillərində fikilərini sərbəst ifadə edə bilirdi. Məhz mənimsədiyi həmin o xarici dillərə güvənərək Moskvaya üz tutdu. 1981-ci ildə SSRİ-nin ən məşhur akademiklərindən olan dünya şöhrətli alim V.A.Nasonovanın rəhbərlik etdiyi Tibb Elmləri Akademiyasının Elmi-Tədqiqat Revmotologiya İnstitutunda aspirant və doktorantura təhsilini uğurla başa vurub 1985-ci ildə namizdəlik, 1990-ci ildə isə doktorluq dissertasiyasını uğurla müdafiə etdi. On ildən artıq bir müddətdə Moskvada oxuyub təhsilini mükəmməl bir səviyyəyə çatdıran Nadir Hüseynov 1991-ci ildə fərdi qaydada təşəbbüskarlıq göstərərək Azərbaycanda ilk ixtisaslaşdırılmış «artroloji» şöbə yaratdı. Və həmin şöbənin də rəhbəri vəzifəsinə onun özünü seçdilər. Bu gün də fəaliyytini uğurla davam etdirən həmin şöbə özünün həm praktik, həm də nəzəri uğurları ilə diqqət mərkəzindədi. Maraqlıdı ki, 20 ildən artıqdı ki, Dövlət Tibb Universitetində fizioterapeya kafedrasının professoru olan Nadir Hüseynov 100-dən artıq elmi məqalə, elmi metodik tövsiyələr müəllifi kimi də sabahın həkimlərinə öz təcrübəsini öyrədir.

Bir də bu uğurlu yolun bir məqamı da var. O da Nadir Hüseynovun «Revmotologiya və endokrinologiya» şöbəsinin rəhbəri kimi 10 ildən artıq bir müddətdə Mərkəzi Neftçilər Xəstəxanasında fəaliyyyət göstərmiş və Azərbaycan neftçilərinə, bütövlükdə isə bu xəstəxanaya üz tutanlara öz köməkliyini göstərmişdi. Praktiki fəaliyyəti ilə yanaşı, böyük elmi axtarışlarla da məşğul olan Nadir həkim MDB-də, Amerika və Avropa dövlətlərində tanınan, sayılan bir həkim kimi həmişə öz çıxışları və elmi məqalələri ilə diqqət mərəkzində olub. Elə bu səbəbdəndi ki, o, bu gün Rusiya Revmotoloqlar Assosiasiyasının İdarə Heyətinin üzvu, Avrasiya Revmotolqlar Cəmiyyətinin üzvü, Avropa Enzimoterarevitlər Liqasının regional təmsilçisidi.

Saydığım bu titulların siyahısını istənilən qədər artırmaq mümkündü.Amma bütün bu titulların mənim üçün ən önəmli olanı barəsində danışdığım Şəxsin sözün bütün mənalarında İnsan və Həkim olmasıdı. Onun İnsanlığı ilə Həkimliyinin üst-üstə düşməsidi. Bunu sadəcə görmək üçün ən uzağı yarımca saat vaxt lazımdı. Gününün yarımca saatını onu müşahidə etməyə ayırsanız dediklərimin birmənalı şəkildə şahidi olacaqsınız. Və görəcəksiniz ki, həkimlik və insanlıq üst-üstə düşəndə əlin şəfası da, ürəyin duası da, Allahın lütfü də düşərli olur. Dərd-bəla bu duaların, bu şəfalı əllərin qarşısında aciz qalır, çıxılmaz vəziyyətə düşür, yəni sağlamlıq qalib gəlir…

Mən Nadir həkimlə bağlı düşüncələrimi kağıza köçürdüyüm anda yadıma iki məqam düşdü. Onları xüsusi olaraq vurğulamaq istəyirəm. Özü də o məqamlar bu və ya digər formada elə mənim özümlə bağlıdır…

Bir dəfə hansısa yas mərasimində görüşdük. Mərasim otağına gəlişimi müşahidə edən həkim onunla üzbəüz oturub hal-xoş edəndən sonra ciddi bir şəkildə soruşdu:

- Ayaqlarında, dizlərində ağrı var?

Təəccüblə onun üzünə baxdım. Düzünü deyim ki, bu sualı gözləmirdim. Adətən bizlər, yəni azərbaycanlılar həkim görəndə sağlamlıqla bağlı suallar verirlər, molla görəndə dinlə. Yəqin ki, bunu siz də etiraf edərsiniz. Amma mən həmin məclisə qədər Nadir həkimə sağlamlıqla bağlı heç bir sual verməmişdim. Bu dəfə onun öz intiusiyası dilləndirmişdi həkimi. Təbii ki, sualı cavabsız qoya bilməzdim:

- Var, həkim, özü də yaz, payız mövsümündə daha güclü olur bu ağrılar, – dedim.

- Sən arada bir vaxt tap, gəl yanıma. Görək nə edə bilirik…

«Arada vaxt tap» sözü yaddaşıma yazılsa da, müsəlman laqeydliyi onu bir az arxa plana keçirdi. Və günlərin birində Nadir həkimdən telefonuma zəng gəldi:

- Şair, harda qaldın, səni çox gözləyəcəm? – deyə, ərklə soruşdu.

Ertəsi gün onun qəbuluna getdim. Məni əməlli-başlı müayinədən keçirib müalicə təyin etdi. Və şöbənin baş tibb bacısını çağırıb tapşırdı:

- Şairi sən nəzarətə götürürsən. Hər gün də mənə müalicənin necə getdiyini söyləyirsən. Özüm də baş çəkəcəm. Elə günü bu gündən masajları, naftalan müalicəsini və digərlərini başlayın, vaxt itirmək olmaz…

Düz 21 gün müalicə olundum. Həmin qışı ağrının nə olduğu yadıma düşmədi. Amma Nadir həkim söyləmişdi ki, bu xəstəliyi birdəfəlik candan çıxarmaq üçün davamlı müalicə qəbul etmək lazımdı. Mən isə onun istəyini yarımçıq yerinə yetirdim. Çünki ağrılar azalmışdı deyə, sağlamlığı gündəmdən çıxarmışdım…

Bir dəfə isə həkimi Neftçilər xəstəxanasında öz otağında salamladım. Qardaşım, böyük dostum Şirxan müəllim burada müalicə olunurdu. Baş çəkməyə getmişdim. Hal-xoş edib Şirxan müəllimin müalicə olunduğu palataya gəldik. Bax, burda da Nadir həkim mövzunu hərləyib-fırlayıb yenə mənim ağrılarımın üstünə gətirdi. Dedi ki, başısoyuqluq edirsən. Sonra o ağrıların əziyyətini çəkəndə müalicə lap çətin olacaq…

Bəli, bax, bu kiçik detalları xatırlatmaqla mən həkimin mənim timsalımda ona müraciət edənlərə göstərdiyi qayğını nəzərə çatdırmaq istəyirəm. Vurğulayıram ki, professor Nadir Hüseynov xəstənin loru dildə desək, bütün kaprizlərinə dözür. Necə deyərlər, onun nazıyla oynayır. Amma müalicənin effektli olması üçün dediklərinin, təyin etdiklərinin vaxtında, dəqiqliklə icrasını da tələb edir. Onun dilindən eşitdiyim bir söz var:

- Əgər həkim xəstəyə təyinat yazıbsa, ona bütün qayğılara, problemlərə, işin başdan aşmasına baxmayaraq, əməl etmək lazımdı. İynə də, dərman da yazıldığı vaxtda qəbul olunmalıdı. Gecikmələrə yol vermək olmaz…

Azərbaycan adlı məmləkətin işıqlı insanları, dəyərli ziyalıları, özü də təkcə ölkə daxilində yox, ondan kənarda da tanınan aydınları çoxdu. Barəsində söz açdığım Nadir Hüseynov məhz həmin o aydınlardandı ki, onunla qürur duymaq, onunla həmvətən olmaq insana könül rahatlığı bağışlayır. Bu mənada mən aydınlarıyla bəxti gətirən millətimin və Azərbaycanımın işıqlı sabahlarına inanıram. O sabahlara sağlam ruhla qovuşmaq yalnız təkcə insanın özündən deyil, həm də ona şəfa bəxş edən həkimlərdən də asılıdır. Deməli, bizim hələ Nadir həkimə, eləcə də digər savadlı, cəfakeş, millətini sevən, onun sağlamlığı keşiyində duran həkimlərimizə çox ehtiyacımız var.



İmza:

YAZARIN ARXİVİ

2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK