ANA SƏHİFƏ / YAZARLAR

AQİL ABBAS: 5 RAYON NAĞILI

46288    |   2017-09-22 10:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaman nağıl sevən xalqıq. Özü də nağıllara elə inanırıq ki. Nağılları uşaq başı aldatmaq üçün uydurublar, amma bəla budur ki, day uşaqlar nağıllara inanmırlar. Hərəsinin əlində bir telefon, dünya ilə əlləşirlər, amma biz böyüklər ləzzətlə dinləyirik və həzz alırıq.

Uşaqlıqdan nağıllardan zəhləm gedib. Qardaşları Məlikməmmədin kəndirini kəsdi, Simurq quşunun yazığı gəldi Məlikməmmədin bud ətini qaytarıb öz yerinə yapışdırdı, Ağ atlı oğlan şah babasına sədaqətini sübut elədi, cırtdan bir yağ yaxmacına görə dediyini hamıya yedirtdi. Nə isə…

İndi simurq quşları Məlikməmmədin özünü yeyir. Ağ atlı oğlan da day at belində deyil…

O vaxt deyəsən bir «Azərbaycan nağılları» kitabı buraxmışdılar. Qarabağ hadisələri başlayandan sonra BMT, ATƏT-MATƏT, Avropa Birliyi, xarici diplomatlar o qədər Qarabağla bağlı nağıl uydurublar ki, bir yerə toplasan «Qarabağ nağılları» adında 20 cildlik bir kitab buraxmaq olar.

İndi də «5 rayon nağılı». Əslində bu nağıl təzə deyil. Bizim bəzi müğənnilər xalq mahnılarımızı və klassik bəstəkarların mahnılarını mənasızcasına aranjeman edib camaata sırıdıqları kimi, bu 5 rayon nağılı da belə mənasız aranjemandı.

Məsələn, Duqin əmioğlu deyir ki, Ermənistan 5 rayonu qaytarmalıdır. İşğal altında olan rayonların sayı 14-dü. Niyə məhz 5 rayon? Qalan rayonları ermənilərin dədəsinə borcluyuq? Nəsə Nalbandyan da belə bir sarsaq söz deyib.

Baxıram, vurhavur mətbuat yazır: beş rayon qaytarılır, nağılın biri bir qəpik. Biz də ləzzətlə qulaq asırıq.

Rəhmətlik Vəfa Quluzadə hər çıxışında deyirdi ki, Qarabağa bir addım da yaxınlaşdıq. Bala-bala gedirdik Qarabağa. Bir dəfə hesabladım gördüm ki, Vəfa müəllimin dediyi addımlarla ölçəndə Ağdam Ət Kombinatının yanındayıq. Çox bərk sevindim. Ordan da bizim evə təxminən iki kilometr ola-olmaya. Sevincimi də qəzetdə rəhmətliklə bölüşdüm.

İndi də 5 rayon nağılı. Həmin o 5 rayonun sakinləri sevinclərindən hərəsi bir erkək alıb bağlayıb qapıya ki Məhərrəmlik qurtarandan sonra kəsib toy-bayram eləsinlər.

Makedoniyalı İsgəndər (yadımdan çıxıb deyəsən Murad Acı sübut eləmişdi ki, İsgəndərin babası türk olub) gördü Qordi düyününü aça bilmir, qılıncını sıyırıb hamının canını Qordi düyünündən qurtardı. Sonra o zamankı dünyanın yarıdan çoxunu da işğal elədi.

Aprel döyüşlərində biz də Qordi düyününü vurub dağıtdıq, Azərbaycan dövləti öz gücünü-qüdrətini göstərdi, erməni də başını götürüb qaçırdı. Bütün dünya Azərbaycana üz tutub xahiş elədi ki, döyüşü saxlasın, bu məsələ sülh danışıqları ilə həll olunsun.

Tarixdəki Qordi düyünü bəlkə bir nağıldı. Amma bizim Apreldə vurub parçaladığımz «Qordi düyünü» nağıl deyil.

5 rayon nağılı. Aprel döyüşləri nağılları bitirib.

Qarabağdakı «Qordi düyününü», belə desək, Qarabağ kələfini nə dörd qətnaməsi ermənilər tərəfindən zibilliyə atılan BMT həll edəcək, nə həftə səkkiz-mən doqquz gəlib buralarda sümsünən ATƏT-in Minsk qrupunun həmsədrləri, nə də dünyanın hansısa institutları.

Özümüz həll edəcəyik! Və bu dəfəki döyüşlərdə önümüzü kimsə kəsə bilməyəcək.

Bunu Möhtərəm Prezidentimiz İlham Əliyev də BMT-nin ən yüksək tribunasından bütün dünyaya üz tutaraq qətiyyətlə bəyan etdi.

Nağıllarda həmişə işıq tərəfə getmirik ki, orda div və ya divlər oturub. Bizi divlərlə qorxudublar. İndi də div dövlətlərlə qorxudurlar. Day belə nağıllar keçməz, bu dəfə işıq gələn tərəfə gedirik!

Və işıq qorxusunu da Aprel döyüşlərində yendik!




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK