ANA SƏHİFƏ / YAZARLAR

İZİ, SÖZÜ ƏN YÜKSƏK MƏQAMLARDAN GÖRÜNƏN...

6140    |   2017-09-19 17:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Söhbət Beynəlxalq Avroasiya Mətbuat Fondundan gedir

Həmsöhbətim Füzulidə doğulub. Bir az da dəqiq desəm, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində. Mən də onu hələ 80-ci illərin əvvəllərindən tanıyıram. Bizim yolumuz Füzuli rayonunda fəaliyyət göstərən və həyatda gördüyüm ilk diri şair rəhmətlik Mətləb Misirin rəhbərlik etdiyi "Ərgünəş" ədəbi birliyində kəsişmişdi. Ona görə "diri şair" sözünü vurğulayram ki, orta məktəbin son siniflərində oxusam da, həyatda üz-üzə gəldiyim ilk şair idi Mətləb Misir. Digərlərini ya televizorda görmüşdüm, ya da kitablarında şəkillərini. Amma Mətləb Misirlə həmin "Ərgünəş" dərnəyində qarşılaşdıq. Bu dərnəyə gələnlərin arasında rəhmətlik Oruc Səda, Sabir Rüstəmov, Vahid Əlifoğlu və başqaları da var idi. İndi o dərnəyin fəaliyyət göstərib-göstərmədiyini deyə bilmərəm, amma o dərnəyin üzvlərindən görüşdüklərim var. Onların arasında Süleyman Qaradağlı, Mübariz Piriyev, Qalib Elsevər və digərlərilə tez-tez qarşılaşırıq. Bax, tez-tez qarşılaşdıqlarımdan biri də Umud Rəhimoğludu.

Biz Umud Rəhimoğlu ilə həmin dərnəkdə tanış olanda onda Umud Mirzəyev 6-cı sinifdə oxuyurdu, mən isə 9-cu sinifdə. Və Umud da dərnəyin yaşca ən balaca üzvlərindən biri idi. İndi şükürlər olsun ki, bir vaxt balaca saydığımız həmin o Umud Rəhimoğlu artıq özünü Azərbaycanın hüdudlarından da kənarda tanıdır, sevdirir və bir az da pafoslu desəm, onun səsi ən mötəbər tribunalardan, ən nüfuzlu konfranslardan, simpoziumlardan, beynəlxalq görüşlərdən gəlir. Lap sadə, ərkyana desəm, indi o, BMT-nin qapısını da "ayağının ucuyla" açır. Bax, belə bir yol keçir Umud Rəhimoğlu. Və mən də onunla söhbət etməyə ona görə tələsdim ki, Umud Rəhimoğlu ömrünün 25 ilini məhz bu gün qazandığı mərtəbəyə, ucalığa görə sərf edib. Bu ucalığın yolu heç də asan olmayıb. Onu bilməyənlərə, bundan xəbərsiz olanlara həmin yolun dolanbacları barəsində Umud Rəhimoğlu özü danışır:

- Öncə bu söhbətə məni də qoşduğuna, xatirələrin əlindən tutub məni də keçmişə apardığına görə, sənə təşəkkürümü bildirirəm. O ki, qaldı yolun əvvəlinə...

Bildiyin kimi, mən ali təhsilimi Moskva şəhərində almışam. Və elə orada oxuduğum illərdə beynəlxalq əlaqələrə, ictimai işlərə, xüsusilə Azərbaycanı tanıdacaq, sevdirəcək fəaliyyətə xüsusi marağım olub. Həyat elə gətirdi ki, bir neçə dostumla birlikdə Moskvada oxuduğumuz illərdə artıq bir qeyri-hökumət təşkilatının layihəsini, nizamanməsini, proqramını hazırladıq. 1992-ci ildə bizim yaratmaq istədiyimiz Beynəlxalq Avroasiya Mətbuat Fondu Bakıda qeydiyyata alındı. Yaxın həmkarlarımla birlikdə biz öncə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün fondun işini gücləndirdik. Qısa vaxtda artıq dünyanın bir çox aparıcı mətbu orqanlarıyla, agentlikləriylə, parlamentləriylə, hətta ayrı-ayrı siyasi fiqurlarıyla əlaqələr qura bildik. Necə deyərlər, yorulmağın nə olduğunu unudub, istirahətin nə demək olduğunu yaddan çıxarıb hamımız bir nəfər kimi 20 Yanvar faciəsini, Qarabağ dərdimizi dünyanın diqqət mərkəzinə təqdim etmək yolunda səfərbər idik. Təbii ki, bu işdə bizim bir yardımçımız da rus və ingilis dilləri vasitəsilə dünyaya çıxmağımız idi. Artıq çap etdiyimiz yazılar, məqalələr, kitabçalar, hətta məlumat xarakterli bilgilər və fotoalbomlar beynəlxalq təşkilatların ofislərində görünməyə başlamışdı. Bax, bu israrlı fəaliyyətimiz bizi ölkə içərisində bir az arxa plana çəksə də, amma sərhədlərdən kənarda kimliyimiz görünməyə başlayırdı. Özü də biz xaricdəki düşmənlərimizlə də mübarizə apara-apara onların yalanlarını ifşa edə-edə bu işi görürdük. Nəticəsi də yavaş-yavaş müsbət bir ovqat yaradır, fəaliyyətimizin doğru istiqamətdə olduğunu büruzə verirdi. Bu gün fəxrlə deyə bilərəm ki, Avroasiya Mətbuat Fondu 25 ildə ABŞ Dövlət Departamenti, BMT, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəxalq Jrnalistlər Federasiyası, eləcə də Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurası və digər nüfuzlu qurumlarla əlaqə yarada bilib. Onların nümayəndələrini respublikamıza dəvət etmişik. Bakıda dünyanın diqqətini çəkə biləcək nüfuzlu simpoziumlar, konfranslar təşkil etmişik. Həmçinin bizim nümayəndələrimiz beynəlxalq təşkilatların tədbirlərində təmsil olunublar.

Əgər görülən işlərin təkcə siyahısını kağıza köçürmək zərurəti yaranarsa, onda buna xeyli vaxt sərf etmiş olacağıq. Amma mən görülən işlərin keyfiyyətini daha önəməli sayıram. Yəni bu gün cəbhə bölgəsində fondun bilavasitə ofisləri fəaliyyət göstərirsə, sakinlər Tərtərdə, Füzulidə, Ağstafada fikirlərini, problemlərini bölüşmək üçün həmin ofislərə üz tutursa, artıq bu, müsbət bir göstərici olmaqla yanaşı, həm də işin görülməsindən xəbər verir. Üstəlik, bizim təşkilat Rusiyanın, Baltikyanı respublikaların, eləcə də Avropanın bir çox beynəlxalq qurumlarında da təmsil olunursa, onlarla birgə əməkdaşlıq edib imzalanmış müqavilələr əsasında qarşılıqlı öhdəliklərə uyğun olaraq ortaya konkret fəaliyyət nəticəsi qoyursa, bax, bunun özü sevindiricidi. Zənnimcə, biz işimizi bu istiqamətə yönəltdiyimizdən, prinsiplərimiz konrket olduğundan həm özümüz üçün, həm də bizimlə işləmək istəyənlər üçün hər şey normal bir məcrada davam edir. Belə bir konkret fəaliyyət proqramının bəhrəsidir ki, bu il Nobel Sülh mükatçılarından biri olan və BMT-nin sülh çağırışçısı kimi tanınan Məhəmməd Yunus ölkəmizə təşrif buyurdu. O, bizim dəvətimizi qəbul edərək Azərbaycana qonaq gəldi. Azərbaycan prezidenti onu qəbul etdi, fikir mübadiləsi aparıldı. Bizim ofisdə keçirilən çox möhtəşəm bir təqdimetmə mərasimində onun çıxışı, keçirdiyi görüş hamımızın yadında qaldı. Elə buradaca onu da vurğulayım ki, əvvəllər ildə bir dəfə olmaq şərtiylə Məhəmməd Yunus təşəbbüsü ilə Dəkkə şəhərində dünyanın 50-dən artıq məmləkətindən 3000 nəfərə yaxın təmsilçi olan vətəndaş cəmiyyətlərinin nümayəndələri, iş adamları, sahibkarlar, elm adamları bir yerə toplaşıb "Dünya Sosial Biznes Günü" mərasimi keçirirlər. Bu il isə həmin mərasim məhz Azərbaycanda keçirildi. Bu vaxta qədər isə keçmiş Sovetlər Birliyinin heç bir respublikasında, o cümlədən də bizə yaxın ölklərdə belə tədbir keçrilməmişdi. Sevindirici haldır ki, həmin tədbirin keçirilməsinə ölkə rəhbərliyinin tapşırığıyla Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi də böyük dəstək vermişdi.

Bu gün gördüyümüz işlər içərisində ən önəmli məqamlardan biri informasiya blokadasını yarmaqla yanaşı, həm də öz informasiyamızı birbaşa ilk nöqtədən son dinləyiciyə, qəbuledənə qədər çatdırmaqdı. Yəni informasiyanın birinci əldən dünyaya çıxmasıdı. Fəxrlə deyə bilərik ki, aparılan informasiya müharibəsində biz artıq öz gücümüzlə, öz imkanlarımızla müəyyən işlərə imza ata bilmişik. Bizim bu fəallığımız sayəsində təkcə müharibənin didərgin saldığı uşaqlarla bağlı əlil, valideynini itirmiş himayəsiz uşaqların, eləcə də müharibədə qətlə yetirilmiş azyaşlıların hüquqları, onların yaşadıqları həyat, onlara qarşı edilmiş cinayət faktları çox qısa bir vaxtda tərəfimizdən dünya mediasına, dünya qurumlarına tirajlanır. Elə bu il baş vermiş cinayət faktını, yəni Alxanlı kəndində şəhid olmuş azyaşlının yaşantıları da, faciəsi də digər dövlət qurumları ilə yanaşı, bizim Avroasiya Mətbuat Fondu tərəfindən aparıcı medialara yönəldilmişdi.

Oxuculara çatdırmaq istəyirəm ki, təkcə ağrılarımızı, acılarımızı, itkilərimizi deyil, qazandığımız uğurları da, tarixi həqiqətlərimizi də, dövlətçilik yolundakı təcrübəmizi də, bir sözlə, Azərbaycanı olduğu kimi dünyaya çatdırmaq üçün biz öz imkanlarımızdan maksimum istifadə edirik. Bir faktı xatırladım ki, təkcə son illərdə Beynəlxalq Mətbuat İnstitutu ilə birlikdə "Neft, Qaz və Media", ADA Universiteti ilə birlikdə "Media və tolerantlıq", Respublikanın Dini Qurumlar üzrə Dövlət Komitəsi ilə birlikdə "Dinlərarası münasibətlərdə medianın rolu", Münaqişələrin aradan qaldırılmasında medianın rolu", "Media və vətəndaş cəmiyyəti harmoniyası" Avropa Birliyi ölkələrinin nümayəndələri ilə birlikdə Bakıda "Frankofonya" adlı möhtəşəm bir tədbir də keçirmişik. Və bu istiqamətdə işlərimiz də təbii ki, davam etdirilir. Düşünürük ki, ilin sonuna kimi dünyanın ən aparıcı media şəbəkələrindən olan Əlcəzirə Media şəbəkəsi ilə də daha sıx əməkdaşlığa nail olaq.

Mən gördüyümüz işlərin hər birinin konkret bir layihə olduğunu da vurğulamaq istəyirəm. Əgər təkcə bu layihələrin adlarına fikir versəniz, onda görərsiniz ki, biz qarşımıza nə qədər böyük vəzifələr qoymuşuq. Həmin layihələrin adları, məsələn, "Evdə sülh, ölkədə sülh, cahanda sülh", "Beynəlxalq mina təhlükəsi ilə mübarizə Proqramı", "NATO və regional təhlükəsizlik" və digərləri söylədiyim qəbildəndi. Bu istiqamətdə qurduğumuz işləri həm də digər ölkələrin təmsilçiləri ilə birlikdə hazırlamağa çalışırıq. Məsələn, Macarıstanla birlikdə "Müharibə fotolarda", Rusiyayla birlikdə "Novruz və milli-mənəvi dəyərlərimiz" söylədiyim layihələrin tərkib hissəsidi və bu layihələrin də məramı çəkilmiş sənədli filmlər vasitəsilə özümüzü dünyaya tanıtmaqdı.

Bu gün görülən işlərin hər biri barəsində ətraflı danışmaq haqqımız olsa da, amma bir gerçək də var. O da bütün bu işlərin Azərbaycan naminə edildiyini və Azərbaycana gərək olduğunu bildirməkdi. Belə olduğu halda özümüzün özümüz barəsində uzun-uzadı danışmağımız doğru deyil. Sadəcə, bir faktı vurğulamaq istəyirəm ki, Beynəlxalq Avroasiya Mətbuat Fondu 25 ildi şərəfli bir yol keçibdi. Biz bu yolda qazandıqlarımızın sevindirici olduğuna inanırıq və o inamla da yubileyimizi qeyd edirik...

...Bəli, Beynəlxalq Avroasiya Mətbuat Fondunun 25 yaşını qeyd olunduğu günlərdə həmsöhbət olduğum Umud Rəhimoğlunun təvazökarlıq edib demədiyi bir-iki məqamı da mən xatırlatmaq istəyirəm. Bilənlər bilir, bilməyənlər isə yaddaşına yazsın ki, məhz bu fondun dəstəyi, təşəbbüsü ilə Azərbaycan Mətbuat Şurası, eləcə də Milli Qeyri-Hökumət Təşkilatları Forumu yaradılmışdı. Yəni bu işdə əsas təşəbbüsçü məhz Umud müəllimin rəhbərlik etdiyi fond olmuşdu. Bu gün də həmin fondun yaradılmış bu nüfuzlu təşkilatlara əlaqəsi kifayət qədərdi və üstəlik fondun ölkəmizin xaricdəki bütün səfirlikləri ilə əlaqələri, həmçinin UNİCEF, Beynəlxalq Miqrasiya Təşkilatı, UNHCR ilə sıx əlaqələri var. Yekun olaraq vurğulayım ki, hörmətli Umud Rəhimoğlu və onun komandası bizim, yəni Azərbaycanın gerçəkliklərini həm çatdırmaq, həm də təmsil etmək kimi böyük bir missiyanı uğurla yerinə yetirir. Bu uğurun yaşı hələ ki, 25 ildi. İnanırıq ki, əsrin dörddə biri zaman keçəndən sonra əsrin yarısına, daha sonra isə qərinəyə bərabər olacaqdı.

Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK