ANA SƏHİFƏ / YAZARLAR

RUHUYLA ÖPÜŞÜM SEYİD SƏYYADIN…

Faiq QİSMƏTOĞLU

20369    |   2017-09-15 15:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… 1960-cı illərin ortaları. Böyük Bəhmənli kəndi və bizim ikimərtəbəli evimiz. Və bu ikimərtəbəli evdə stol arxasında kimlər əyləşməyib? Raykomun birinci katibi, Seyid Səyyad, prokuror, rəis, istehsalat idarəsinin rəisi, kolxoz sədrləri və bir də əmək qabaqcılları... Bizim evdə bayramdı. Çünki atamın başçılıq etdiyi briqada pambıq planını rayonda birinci yerinə yetirib və bu birincilik də belə bir bayram ovqatıyla qeyd edilir…

Seyid Səyyad məclisi aparır. O qədər gözəl, o qədər şirin danışır ki, hətta raykomun birinci katibi yeyib-içməyi unudub onun söhbətinə qulaq asır. Sanki o, söhbət eləmir, hər sözündən, hər cümləsindən bal damır. Söhbəti də bal kimi şirin olduğu üçün qonaqların çoxu əlini saxlayıb onu dinləyir. Hətta şeirdən, sənətdən başı çıxmayan bizim qohum, qulluqçu Musa kişi də qapının ağzında durub onu ürəkdən dinləyir. Deyir ki, bu zalım oğlunun ağzından dürr tökülür. Heç mən belə şirin danışan adam görməmişəm…

Səyyad əmi qonaqlara söz verib çölə çıxır. Şişdə yeni çəkilmiş kababları gətirirlər. Şişi əlinə alır və başını bulayır: «Ay rəhmtəliyin uşağı, kababı yandırmısınız ki, indi mən katibin qabağına bunu necə qoyum?!». Onun göstərişi ilə şiş geri qayıdır. İki daşın arasında həyətə düşüb yenidən şişə quzu ətini taxır və beş-on dəqiqə keçmir ki, əlində şiş qonaqların yanına qayıdır. Elə ən gözəl kabab şişini də onların qarşısına qoyur. Katib kababdan bir tikə yeyən kimi ləzzətdən başını bulayır və deyir ki, vallah, bunu kababçı bişirməyib. Bu, Seyid Səyyadın işidi…

Səyyad kişi nə qədər gözəl danışırdısa, nə qədər istedadlıydısa, nə qədər böyük ürəyi vardısa, bir o qədər də hər şeyi bacarırdı. Onun bişirdiyi kababın dadından doymaq olmurdu… onun süfrəyə gətirdiyi yeməklərin ləzzəti adamın damağından uzun müddət getmirdi… onun şirin danışığından çoxları heç vaxt doymazdı… Çünki Seyid Səyyad başdan-ayağa söz adamıydı, şair idi və ən nəhayət, bir el sağsaqqalıydı…

…O, bizim evə tez-tez gələrdi və hər adamın da çörəyini kəsməzdi. O çörəyi kəsərdi ki, orda halallıq vardı, orda kişilik vardı və orda səmimiyyət vardı. Haram tikə olan yerə Seyid Səyyad heç vaxt qədəm qoymazdı. Bu nurani kişini Füzulidə məmə yeyəndən, pəpə deyənə qədər hamı yaxşı tanıyırdı və barmaqla göstərirdi. Çünki Seyid Səyyad hansı vəzifədə işləmişdisə, onu xalqa, camaata sevdirməyi bacarmışdı. Belə ki, bu el ağsaqqalı Füzuli şəhər Xalq Deputatları Sovetinin sədri işləyəndə də, rayon Soveti İcrayyə Komitəsinin sədr müavini vəzifəsində çalışanda da həmişə camaatın, xalqın içində olub. Heç vaxt başqaları kimi özünü çəkib dağın başına qoymayıb. Hamı onu görəndə sevinib və düşünüb ki, bir el ağsaqqalı ilə görüşür…

Seyid Səyyad Hüseynqulu oğlu Hüseynov 1927-ci ildə Füzuli rayonunun Yal Pirəhmədli kəndində anadan olub. Çox çətin, əzablı yollar keçib. Onun ömür yolunu xatırlayanda yadıma Cek Londonun «Həyat eşqi» hekayəsi düşür. Səyyad kişi həmin hekayənin qəhrəmanı kimi ən çətin anlardan, ən sıxıntılı məqamlardan, ən ümidsiz vaxtlardan çox bacarıqla çıxmağı bacarıb. Yıxıla-yıxıla, səndərləyə-səndərləyə, əzilə-əzilə zaman onu polad kimi möhkəmlədib və gəlib çıxıb ucalığın zirvəsinə! Və bu ucalığın zirvəsinə əzilə-əzilə gələn, döyülə-döyülə möhkəmlənən Seyid Səyyad heç vaxt dəyişməyib. Yəni əvvəllər necə səmimi, sadə olubsa, vəzifə başında da o məhəbbəti və sadəliyi qoruyub.

Seyid Səyyad mənim rəhmətlik atamla uzun illər duz-çörək kəsiblər. Bu duz-çörəyi də heç vaxt itirməyiblər. Atamın imkanı həmişə yaxşı olub. Yəni o kişinin varı, dövləti başından aşıb. Amma Səyyad əmi mənim atamı yıxılanda, büdrəyəndə axtarıb. Hansı ki, arı şirəsinə gələnlər heç birisi onu yada salmayıb, amma Səyyad əmi axtarıb tapıb...

… Bir dəfə atam işdən çıxmışdı və evdə oturub çay içirdi. Bir də dedilər ki, Seyid Səyyad sizin qapınızın ağzındadı. Atam tez ayağa qalxdı və darvazaya tərəf getdi. Onunla qucaqlaşıb öpüşüb-görüşdü. Sonra da Səyyad əmi dedi ki, Qismət kişi, bilirsən niyə gəlmişəm? Məni rayon mal-qara qəbulu və kökəltmə idarəsinə rəis təyin ediblər. Mən də fikirləşdim ki, səndən etibarlı adam yoxdu. Dur əynini geyin, gedək işə! Bu xəbərdən ailəmizin hamısı çox sevindi. Atam isə hamıdan çox fərəhləndi. Dedi ki, bu kişi ancaq məni çətin günümdə gəlib tapır. Atam uzun müddət Səyyad əmi ilə bir yerdə işlədi. Yaxşı da pul qazandı. Həmişə də deyirdi ki, bu çörəyi mənə göydə Allah, yerdə Seyid Səyyah verib.

Səyyad əmi bizim ailənin çox əziz bir adamıydı. Haçan bizə gəlirdi toy-bayram olurdu. Bir dəfə də atamla birgə Bakıya gəlmişdilər. Keşlə Ət Kombinatına mal-qara gətirmişdilər. Mən də universiteti təzə bitirmişdim. Səyyad əmi məni görüb çox sevindi. Özü də biləndə ki, universiteti bitirmişəm, jurnalistəm, hörməti də birə-beş artdı. Axı özü də söz adamıydı. Atamın yanında əlini cibinə saldı, bir bağlama onluğu çüxarıb mənə verdi. Dedi ki, kirayəşin qalırsan, bu pulu al xərclə! Qorxumdan diqqətlə atama sarı baxdım. O isə mənə gözün ağartdı. Səyyad əmi bunu gördü və atama ərklə dedi ki, a kişi, sənin nə işinə qalıb, bu pulu mən verirəm, mənim qardaşım oğlu deyil, mən bilərəm o bilər. Atam razılaşdı. Qırımından hiss elədim ki, bir söz deməyəcək. O pulu aldım, bir ay kirayəşin haqqın verdim, yeni bahalı kitablar aldım və həyat yoldaşımla bir həftəlik Qubaya gəzməyə getdik.

Bax, Səyyad əmi belə bir kişi olub. O, kasıbın, yetimin, kimsəsizlərin arxasıydı. Çətinə düşənlər onu axtaranda gözlərinə işıq gəlib. Çünki biliblər ki, bu el ağsaqqalı onlara arxa duracaq və sonuncu qəpiyini də lazım gəlsə xərcləyəcək. Füzulidə kimi dindirsən onun haqqında kövrələ-kövrələ danışar… Füzulidə kimdən soruşsan bu kişi barəsində saatlarla söhbət açar… Füzulidə kimdən maraqlansan onun çörək verən kişi, namuslu və qeyrətli adam olduğundan ağızdolusu danışar…


Mən düşünürəm ki, bu cür adamlar çox az olurlar və onlar özləri üçün yox, el-oba üçün yaşayırlar. Seyid Səyyad hansı məclisdə olursa, orda o danışandan sonra kimsə cəsarət edib danışmayıb. Deyib ki, Səyyad əmi hər şeyi gözəl danışır. Biz danışarıq, o söhbətə xələl gələr. Bir dəfə Bəxtiyar Vahabzadə Füzulidə bir məclisə gəlir, orda da Seyid Səyyadın danışdığını görür. Onun söhbəti o qədər xoşuna gəlir ki, axırda onunla qucaqlaşıb öpüşür. Söz Bəxtiyar Vahabzadəyə verilir. O deyir: «Seyid Səyyad hər şeyi gözəl danışdı. Bundan sonra danışmağa dəyməz!»

Bir dəfə də Elmlər Akademiyasında Seyid Səyyadın qohumlarından biri doktorluq işi müdafiə edir. Hamı çıxış edəndən sonra o da söz alıb danışır və deyir ki, mən sadə kənd adamıyam. Sizin yanınızda danışmağa görə üzr istəyirəm. Amma mən də ürəyimdən keçənləri deməliyəm. O elə gözəl danışır ki, akademiklərdən biri dillənir ki, müəllim, siz kənd adamı olsanız da, bizim akademik və professorlardan daha şirin və daha səmimi söhbət eləyirsiniz...

Günlərin bir günü Füzuliyə raykoma yeni birinci katib təyin edilir. Aftafa götürənlər də təzə katibə Seyid Səyyad barəsində danos verirlər. Yəni şeytan-şuğulluq eləyirlər. Katib də onunla söhbət eləyir, görür ki, balam, bu ara vuran adamlar kişini gözdən salmaq istəyir. Və hər şeyi olduğu kimi birinci katib Seyid Səyyada danışır. Sonra da deyir ki, sən mənim ağsaqqalımsan. Füzulidən gedənə qədər həmin cavan birinci katib həmişə ondan məsləhət alır və Seyid Səyyadın böyük oğlu Məhəmmədi və Tahir müəllimi məsul vəzifəyə təyin edir…

Səyyad əmi təpədən-dırnağa bir nuruydu. Bu bəstəboy, gülərüz insanın öz dünyası vardı. Və bu dünyaya kim bir dəfə yaxınlaşırdı, onun şirinliyindən, gözəlliyindən və rəngarəngliyindən doymaq istəmirdi. Çünki bu kişi söhbətə başlayan kimi hər hansı adamın qəlbini ələ alırdı. Zarafat deyil, o özü də söz adamıydı. Gözəl şeirlər, bayatılar, qəzəllər yazırdı. Onun 1959-cu ildə qələmə aldığı bir şeiri var: 

«Yadıma düşdü».

Köhlən at belində aşdım çox dağı,

Qayalar qartaldan versin sorağı.

Qoyunlu, quzulu elin yaylağı,

O cənnət timsalı yadıma düşdü…

Seyid Səyyad dağları, yamacları Füzulinin göllərini, çaylarını çox sevirdi. Və onları da düşəndə poetik dildə vəsf edirdi. Təsadüfi deyil ki, onun «Ölməz məhəbbət» şeirlər kitabı var. Və bu kitabda 40-dan çox şeir, bayatı, qəzəl toplanıb. Həm də bu gözəl kişi musiqinin, muğamın çox gözəl bilicisi və həvəskarıydı. Saatlarla böyük xanəndə Ağabala Abdullayevin «Zabul- segah»ına qulaq asardı. Və özü də yazdığı qəzəlləri oxumaq üçün xanəndələrə verərdi. Onun bir qəzəlini Dədə Süleyman çox gözəl ifa edir. Səyyad əmi həm də bədahətən şeir deyərdi. O şeirlərdən birini böyük sənətkar Rübabə Muradovaya, birini də öz müəllimi «Lenin» ordenli Bəyaz Qarayevaya deyib.

Səyyad əmi duz-çörəyə hörmət edən, onu heç vaxt unutmayan bir kişi olub. Və təsadüfi deyil ki, duz-çörək kəsdiyi və uzun illər dostluq elədiyi Seyid Yusifin qızı Zöhrə xanımı da oğlu Tahir müəllimə alıb. Və bu qohumluq uzun illərdi davam eləyir. Və bu qohumluq barəsində Seyid Yusifin oğlu Hüseyn müəllim bu gün çox böyük həvəslə və şövqlə danışır. Deyir ki, dədələrimizin dostluğunu bu gün biz yaşadırıq…

Səyyad əminin 8 övladı olub. Onun beşi oğlan, üçü qızdı. İndi nə qədər də nəvəsi var. Oğlanları Hacı Məhəmmədlə, Tahir müəllimlə mən çox oturub-durmuşam. Çünki bizim atalarımız dost olduğu üçün həmişə o əlaqəni davam etdirmişik. Bu günlərdə isə digər oğlu – Talıb müəllimlə tanış oldum. Övladlarının hamısı rəhmətlik Səyyad əmiyə çəkib. Onun kimi gözütox, onun kimi dünya malında gözü olmayan, onun kimi el-obanın xeyrinə-şərinə yarıyan və onun kimi də namuslu-qeyrətlidilər. Çünki Səyyad əmi elə bir tarix qoyub gedib ki, bu gün də onu yaxınları xatırlayanda kövrəlir və gözləri dolurlar. Amma ən böyük təsəlli odur ki, Səyyad əmi özünə yaxşılıqdan əbədi bir heykəl ucaldıb. Bu heykəli hər kişi, hər adam ucalda bilməz! Və bu heykəli insanların ürəyindən nə zəlzələ, nə zamanın tufanı, çovğunu qopara bilməz...

Gözəl şair Oruc Səda bir şeir yazıb: «Füzulim mənim» O şeiri oxuyanda həmişə tüklərim biz-biz olur. Və yazını da həmin şeirin iki bəndiylə tamamlamaq istəyirəm:


Orda əsarətdə dağlar qalıbdı,

Yolların qolları bağlar qalıbdı,

Orda «Zabul-segah» ağlar qalıbdı,

Dolanım başına Füzulim mənim.


Qəbriylə görüşüm doğmanın, yadın,

Azaldım könlümdən qəm, kədər odun,

Ruhuyla öpüşüm Seyid Səyyadın,

Dolanım başına Füzulim mənim.




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK