ANA SƏHİFƏ / YAZARLAR

BİZİM HƏTƏM MÜƏLLİM

Əbülfət MƏDƏTOĞLU

19439    |   2017-09-06 17:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Akademikin 70 yaşına dost baxışı

Mən "BİZİM!” - sözünü xüsusi vurğulayıram. Bir az gec əlimi uzatdım qələmə... bir az gec çevrildim Sizə tərəf, gərək bağışlayasınız. Amma bunu bilə-bilə etdim. Necə deyərlər, anlayışla, düşüncəylə, məntiqlə. Ona görə ki, Sizin yubileyinizlə bağlı mətbuatda oxuduqlarım, dostlardan eşitdiklərim məni məcbur etdi ki, bir az səbrli olum. O yubiley tədbirinin dalğası ötüb keçsin. Necə deyərlər, o gurultu, o çalxalanma bir az öz axarına düşsün və mənim səsim, sözüm o gurultunun içərisində itib batmasın - görülsün, eşidilsin. Ən azından bir yubilyar olaraq siz mənim nə dediyimi, necə dediyimi və bu dediklərimin alınıb-alınmadığını eşidəsiniz. İradlarınızı təmkinli bir şəkildə, özünəməxsus sambalda söyləyəsiniz mənə. Yəni mənim gecikməyimin, bu tədbirlərə gec qoşulmağımın yeganə səbəbi bax, bu oldu.

İndi o dediyim həmin dalğa ötüb keçib. Amma yubiley davam edir. Özü də davam edən bu yubileyin mənim üçün iki şəxslə bağlılığı var. Onun biri professor Akif Musayevdi, biri də akademik Hətəm Quliyev. Çox maraqlıdı ki, bu insanların hər kisi Qarabağda, Füzulidə doğulublar. Və hər ikisi də bu il 70 yaşını qeyd edir.

Bəli, bütün tanışlıqlarım, bütün görüşmələrin bir səbəbi və yaxud da səbəbkarı labüddü. Adamlar bir-birilərinə diqqətlə, həssaslıqla yanaşanda həmin o tanışlıq doğmalığa çevrilir. Bu mənada Hətəm müəllimlə mənim doğmalığımın necə deyərlər, ailəvi bir-birimizi tanımağımızın tarixi 80-ci illərin sonuna təsadüf edir. Qarabağ hadisələrinin "daş dövründə" cəbhə bölgəsində baş verənlərə reaksiya verən ziyalılar bir araya gəlirdilər. Həmin illərdə Füzulidən olan ziyalıların da birləşdikləri bir "Quru çay" cəmiyyəti vardı. Məhz həmin cəmiyyətdə təmsil olunan ziyalılardan biri də Hətəm müəllim idi. Onun kimliyi barəsində ilk informasiyanı ağsaqqal dostum Nemət Veysəllidən almışdım. Sonra Umud Rəhimoğlu bizi bir addım da yaxınlaşdırdı. Daha sonra dəyərli yazıçımız Seyran Səxavət və mənim kəndçim, qohumum Azər... Beləcə, bir-birimizə yaxınlaşdıqca mən Hətəm müəllimin həm kimliyini öyrənirdim, həm yaradıcılığını, həm fəaliyyətini, həm də Qarabağ sevgisini. Bu sevginin Füzuli koloritini Hətəm müəllimlə rəhmətlik Adil Hacıyev söhbət edəndə mən daha çox tuturdum. Çünki son dərəcə yumorlu və son dərəcə də sözü yatımında deyən Adil müəllim Seyran Səxavətlə, Azərlə, Hətəm müəllimlə nəyinsə barəsində danışanda onun bir damarında füzulilərə məxsus yumor mütləq görünürdü. Söhbət nədən gedir getsin, mövzu nə olur-olsun dəxli yoxdu, Adil ona mütləq bir şirinlik qatmalı idi. Hətta yas mərasimlərində də adamların əhvalını stresdən, kədərdən çıxarmaq üçün o söhbətinə yumor damızdırırdı, bütün bunlara da akademik Hətəm Quliyev o qədər ustalıqla, o qədər səbirlə həm qulaq asır, həm də cavablar verirdi ki, bəzən öz-özümə onun səbrinin və bilgisinin qarşısında heyranlığımı gizlədə bilmirdim. Necə deyərlər, unudurdum özümü bu söhbətləri dinləyə-dinləyə. Ən vacibi də bütün söhbətlərin kökündə füzulili günlər, Füzuli ilə bağlı xatirələr dayanırdı...

Hətəm müəllim Füzulidə 1947-ci ildə sovet-alman müharibəsi qələbə ilə başa çatandan iki il sonra dünyaya gəlib. O illərin bütün uşaqları kimi müharibədən sonrakı çətinlikləri yaşayıb. Amma yaşadığı ağrılı həyat onu bezdirməyib, onu məktəbdən, kitabdan uzaqlaşdırmayıb. Əksinə, iradəsini bir az da möhkəmləndirib. İndinin özündə də həmyaşıdları, o dövrün adamları söhbət zamanı bildirirlər ki, müharibədən çıxmış bir ölkənin uşaqları olmağımıza baxmayaraq, içimizdə bir ümid var idi. O ümid də alman faşistləri üzərindəki qələbədən qaynaqlanırdı. Yəni o boyda düşməni məhv etmiş ölkənin uşaqları olaraq biz hər şeyə qalib gələcəyimizə inanırdıq. O inamla da oxuyurduq, işləyirdik. Günlərimizin bir-birindən daha xoş, daha maraqlı olması üçün ortaya ideyalar qoyurduq, tədbirlər hazırlayırdıq. Bilik sahəsində yarışırdıq. İstəyirdik ki, savadımızla, əxlaqımızla sinif yoldaşlarımızdan fərqlənək. Bax, Hətəm Quliyev də bu yolu tutmuşdu. Ona görə də artıq orta məktəbdə onun bir riyaziyyatçı, bir fizik olacağı müəllimlərində şübhə yeri buraxmırdı. Əksinə, onun timsalında uzaqgörən müəllimləri gələcəyin alimni görürdülər. Elə orta məktəb şagirdi olan bu qarayanız, cılız oğlan da çiynindən aşırdığı məktəbli çantasında daha çox fizikaya, riyaziyyata aid dəftər-kitab daşıyırdı. Orta məktəbi uğurla başa vuran Hətəm Quliyev sonra dövlət universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil oldu, burda da özünü sübut etdi. Tələbə-elmi cəmiyyətindəki fəallığı müəllimlərinin diqqətindən yayınmadı. İllərin axarında bir gün Hətəm Quliyev bir gün fizika-riyaziyyat elmləri namizədi, sonra isə fizika-riyaziyyat elmləri doktoru oldu. Onun araşdırdığı elmi sahə deformasiya olunan bərk cisim mexnikası ilə bağlı idi. Yəni Hətəm Quliyev artıq Azərbaycan hüdudlarından kənarda, keçmiş Sovetlər Birliyində araşdırdığı sahə üzrə tanınan nüfuzlu, dünya səviyyəli alimlərin də diqqətini çəkmişdi. İndi Hətəm Quliyev onlarla bir məclislərdə, elmi konfranslarda, toplantılarda öz sözünü deyirdi. Artıq ondan da sitat gətirirdilər, onun da kəşflərinə, fikirlərinə söykənirdilər, ondan da öyrənirdilər. Bu, Azərbaycan elminin, Azərbaycan aliminin uğuru idi, özünütəsdiqi idi. Və bu həm də böyük dünyaya, daha dəqiq desəm, böyük dünyanın sirləri çözülməyə başlayan elmində Azərbaycan izi idi.

Bu gün AMEA-nın müxbir üzvü Hətəm Quliyevin bir ziyalı, bir insan, bir elm fədaisi kimi daha çox böyük dünyada, böyük elmin dərinliklərinə baş vurulan ocaqlarında, universietitlərində tanıyırlar. Onun elmi məqalələri, elmi kitabları həm keçmiş SSRİ respublikalarının alimləri tərəfindən, həm də Avropanın və Amerikanın aparıcı elmi müəssisələlərinin, mərkəzlərinin istifadə etdiyi mükəmməl bir bilgi mənbəyidi. Elə ona görə də Hətəm Quliyev dünyanın 20-dən artıq ən böyük beynəlxalq təşkilatının, beynəlxalq araşdırma mərkəzinin, universitetlərinin üzvüdü, onların əlaqə saxlayıb yaradıcılığından istifadə etdikləri alimdi. Üstəlik, Hətəm müəllim həm də Azərbaycanda bu gün 20 nəfərdən artıq fəlsəfə doktorunun, 5 nəfər elmlər doktorunun yetişməsində, özünü təsdiq etməsində sözünü demiş akademikdi. Onun xaricdə çap olunmuş əsərlərinin sayı 150-yə yaxındı. Bütün bunlara baxmayaraq, yəni respublikanın, beynəlxalq və xarici ölkələrin tanınmış elm adamı kimi dəyər verdiyi akademik Hətəm Quliyev son dərəcə sadə bir insandı. Bu gün AMEA-nın Giologiya və Geofizika İnstitutunun Tektonofizika və Geomexanika şöbəsinin müdiri olan akademik Hətəm Quliyev istənilən insanla elə sadə və səmimi söhbət edir ki, sanki min illərin yaxınıdı, doğmasıdı. Onun son dərəcə kövrək bir ürəyi var. Mən şəxsən bunun dəfələrlə şahidi olmuşam. Hətta mənim özümlə bağlı, yəni 90-cı illərin əvvəllərində uşaq bağçasında, yataqxanada qaldığım günlərdə ailəmə göstərdiyi diqqət, hər görüşümüzdə verdiyi məsləhətlər, nəsə etmək üçün göstərdiyi cəhdlər yaddaşıma əbədi yazılıb. Üstəlik, onun ədəbiyyata, yazıya, jurnalistikaya olan sayğısı da mənim üçün çox önəmlidi. Mən onun Vaqif Bəhmənlinin, Əşrəf Veysəllinin, Seyran Səxavətin, Çingiz Əlioğlunun, Umud Rəhimoğlunun və digərlərinin poeziyasına, İlyas Əfəndiyevin, Elçinin bir-birindən maraqlı əsərlərinə, həmçinin Qarabağ muğamına, Ağabalanın, İslam Rzayevin, Süleyman Abdullayevin səsinə heyranlığını heç vaxt unuda bilmərəm. Ümumiyyətlə, hərdən mən elə gəlir ki, Hətəm müəllim kimi insanları Allah doğulduğu elə, obaya, yurda, məmləkətə böyük sevgiylə hədiyyə edir. Onların timsalında həmin el-obaya, məmləkətə, millətə sayğısını büruzə verir. Bax, bütün bunları düşünə-düşünə mən bu qənaətə gəlirəm ki, Hətəm müəllim kimi insanlar dünyanın dayanıqlığını, tarazlığını qorumaq üçün doğulanlar sırasında da yer tutmağa haqq ediblər. Bir az da ətraflı ifadə etsəm, yəni professor Akif Musayev, professor Hətəm Quliyev Qarabağın aydınlarının ən aydınlarından biri, ziyalılarının ən ziyalılarından biridi. Burdakı söz oyunu heç də nə Akif müəllimə, nə də Hətəm müəllimə xoş gəlmək üçün yazılmır. Əksinə, onların yaxşıların yaxşısı olduğunu ifadə edir. Tam səmimiyyətlə deyirəm ki, mən rəhmətlik Xudu Məmmədovla həmişə qürur duymuşam. Bu gün isə mənim qürur duyduğum insanların sırasında Akif müəllimlə Hətəm müəllimin özəl yeri var. Və nəhayət...

Bəli, akademik Hətəm Quliyev 70 yaşın təntənəsini yaşayır. Mən özüylə, şəxsiyyətiylə, aydınlığı və alimliyi ilə qürur duyduğum Hətəm müəllimi yaxından tanıdığım üçün bu təntənədən özümə pay götürürəm. Çünki onun olduğu yerdə, məkanda, məclisdə olmaq, bəzən hətta söz demək haqqım da olub. Bu haqqı mənə Hətəm Quliyevin sadəliyi, səmimiyyəti veribdi. Mən də həmin sadəliyin, səmimiyyətin qarşısında kiçik bir xatirəylə akademikimizə 100 yaşa! demək istəyirəm.

Günlərin bir günü dəyərli Seyran Səxavətdən mobil telefonuma zəng gəldi. O həmişəki ərklə dedi:

- Əbili, (o mənə həmişə belə müraciət edir - Ə.M.) akademik bir Azikdi (Azəri nəzərdə tutur), bir də mən. Oturmuşuq, gözləyirik möhtərəm Adil Hacıyevi və təbii ki, bir də səni. Özünü yetir...

Deyilən ünvana getdim. Məclis necə deyərlər, yenicə qızışırdı. Mənə elə gəldi ki, həmişəki kimi dostlar bir araya gəlib. Amma mənim şərəfimə badə qaldırılanda məsələnin mahiyyətini anladım. Belə ki, Seyran Səxavətin ön söz yazdığı və çox hörmətli alimimiz, böyük ziyalımız Kamal Abdullanın xeyir-duası ilə işıq üzü görmüş "Yanan məktub" kitabım çapdan çıxmışdı. Bu barədə Seyran müəllim söz salanda hörmətli akademikimiz vurğulayıb ki, bu məsələ qeyd olunmalıdı. Bax, məni də həmin qeyd olunan mərasimə dəvət etmişdilər...

Mən onda bir daha Hətəm müəllimin ürəyinin böyüklüyünün və həssaslığının şahidi oldum!..

Var olun Hətəm müəllim! Ürəyiniz var olsun, yüz yaşayın!





İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK