ANA SƏHİFƏ / YAZARLAR

ŞAYİƏBAZLIQ

Fəridə RƏHİMLİ

16158    |   2017-08-31 17:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bizdən asılı olmadan baş verən hadisələrin içərisinə düşürük. Təbii ki, o da zamanın inkişaf sürəti ilə bağlıdır. Yəni, indi evdən çıxmadan da ölkədə, dünyada baş verənləri rahatca izləmək, xəbər tutmaq olur. Yeter ki, bu xəbər ANS-in təbirincə deəsk, "düzgün, tərəfsiz, qərəzsiz" olsun, reytinq yarışması üçün olmasın.

Təəssüf ki, hər şey həmişə bizim istəyimizə uyğun, tələb edildiyi kimi olmur. Burda da başlıca səbəb qanunların normal işləməməsidir. Söhbət təkcə mətbuat, informasiya haqqındakı qanundan getmir, həm də cəmiyyətin informasiyalarla vaxtında, çevik və dəqiqliklə təqdim etməli olanların barəsindəki qanundan gedir. Bu da birbaşa mətbuat xidmətləri, mətbuatla işləyən cavabdeh şəxslərə aiddir. Onların işini bacarmaması, laqeydliyi, səhlənkarlığı sonunda informasiya yanlışlığına, şayiələrə, stresslərə, müxtəlif dezinformasiyalara gətirib çıxarır.

Bu gün məsələn, səngərlə üç addımlıqda olan mənim kəndimdə kiminsə telefonla hansısa mətbuatdakı tanışına ötürdüyü yanlış, onun öz prizmasından yanaşdığı bir informasiya dərhal saytlarda tirajlanıb aləmi bir-birinə qatır. Üstündən saatlar, bəzən günlər keçəndən sonra hansısa bir qurum həmin məsələyə münasibət bildirib təkzib verir. Bunun da adı ya "toydan sonra nağara"dır, ya da arxadan atılan daş...

Bunlar olmasın deyə, həmin qurumlar saytlardan da, informasiya verən mənbələrdən də operativ işləməlidir. İlk informasiya məhz onlardan gəlməlidir. Və yaxud da ilk verilən informasiyaya onlar dərhal şərh verib, onu doğru istiqamətləndirməlidir.

Bunun ilk müsbət nümunəsini biz Aprel döyüşlərində gördük. O zaman informasiya mənbəyi Müdafiə Nazirliyi, informasiyanı yayan isə media idi. İndi yenə də bir pərakəndəlik yaranıb. Yəni, cəbhə zonasındakı vəziyyətdən tutmuş, "Qarabağ"ın oyununa, N saylı hərbi hissədəki partlayışa qədər hər bir hadisə haqqında min bir formada məlumat dolaşır saytlarda, çayxanalarda, nəqliyyat vasitələrində, toy və yaslarda. Hətta vicdanını itirənlər şayiə yaydılar ki, "Qarabağ" komandası möhtəşəm qələbəni pulla alıb. Onlar unutdular ki, söhbət futbolla yanaşı, həm də Azərbaycanın Qarabağ dərdini dünyaya tanıtmaqdan, təqdim etməkdən gedir. Ermənilərin illərlə apardıqları qərəzli informasiya təqdimatını "Qarabağ" komandası alt-üst etdı. Sübut etdi ki, Qarabağ Azərbaycanın torpağıdır. Komanda da Azərbaycanındır, Qarabağ da. Eynı zamanda xatırlatdı ki, onun qələbə çaldığı 23 avqust tarixi Füzuli və Cəbrayıl rayonlarının işğal günüdür. Qardaş Türkiyənin televiziya kanallarının aparıcıları çılğınlıqla, sevinclə, coşquyla bu möhtəşəm xəbəri bəyan elədikləri, "Ya Beşiktaş qazandı, ya Qarabağ, eynidir mənim üçün, çünki biz bir millət, iki dövlətik" dedikləri halda sapı özümüzdən olan baltaların bu şərəfsiz davamçıları kimə xidmət edirlər, anlamaq olmur.

Saytlar, müxtəlif xəbər portalları müasir informasiya ehtiyaclarını təmin edən başlıca sahədir. Ölkəmizdə əvvəl qəzetlərin sayı sürətlə artmağa başladı, sonra da saytların. Baxmayaraq ki, qəzet oxuyanların sayı günbəgün azalır. Bir ifadəni tez-tez eşidirəm. Qəzetdə işlədiyimi bilən insanların ilk sualı bu olur: İndi qəzet oxuyan var ki?!.

Amma saytlar haqqında bunu demək olmaz. Hər kəsin evində interneti, bilgisayarı, notebooku, "ağıllı" telefonu var və internet asılılığının əsrin bəlası olduğu da hər kəsə bəllidir. Onlar vasitəsilə hər kəs istənilən informasiyanı anında qəbul edə bilir. Bəli, bəs bu informasiyalar necə yayılır - vicdanla, işgüzarcasına, məlumatı dəqiqləşdirib yayırlarmı saytlar. Təəssüf ki, əksər saytların məqsədi əhalini doğru məlumatlandırmaq deyil, yüksək reytinq toplayaraq pul qazanmaqdır. Bir yalan məlumatın, xəbərin neçə evə, neçə ürəyə od saldığının fərqində olanda belə, onun məsuliyyətini boyunlarına götürmürlər.

Xəbər verildiyi kimi bir neçə gün əvvəl səhər saatlarında Müdafiə Nazirliyinin Xızı rayonu ərazində yerləşən hərbi bazalarından birində güclü partlayış baş verdi. Silah ambarında baş vermiş partlayış nəticəsində anbarda saxlanılan mərmilər əraziyə səpələnərək partlayıb. Partlayış nəticəsində ərazidə yerləşən hərbçilərin ailələrinin yaşadığı şəhərciyə, yaxınlıqdakı Giləzi kəndinə maddi ziyan dəyib. Xoşbəxtlikdən o qədər bombanın qarşılığında insan təlafatı olmayıb. Amma saytların hadisə haqqında duyar-duymaz paylaşdıqları yanlış xəbər insanlar arasında çaşqınlığa, üzüntüyə səbəb oldu. Çoxlu sayda insan tələfatı olduğunu xüsusi vurğulayan saytlar təkcə öz millətinin mənəvi dünyasını zədələmədi, həmçinin də düşməni sevindirdi. Hətta düşünmədilər ki, ilk atəşin vurduğu yara kimi ilk informasiya da ürəklərdə, yaddaşlarda dərin iz açır. Sonradan verilən təkzib isə ona ancaq məlhəm olur, sağaltmır. Deməli, bu acını insanlara yaşatmamaq üçün informasiya verənlər özlərini oxucunun yerinə qoymalı və məsuliyyətlərini artırmalıdırlar.

Bir faktı da deyim - Respublika Klinik Xəstəxanasında olduğum bu iyirmi beş gündə o qədər dezinformasiyalar duyurdum ki, şoka düşürdüm. Xəstəni reanimasiyadan palataya və yaxud başqa xəstəxanaya köçürəndə "öldü!" deyə şayiələr yayılırdı. Bu da ağır xəstələrə mənfi təsirini göstərirdi. Sonradan əsl həqiqət üzə çıxanda isə "bu həqiqət" mənasız olurdu. Bunun özü göstərir ki, şayiəbazlıq bizim millətin canındadır. Mən bunun dəqiq səbəbini bilmirəm, amma düşünürəm ki, bütün bunlar bekarçılıqdan, işsizlikdən, pulsuzluqdan, vaxtı maraqlı keçirməyə şəraitin olmamasındandır, və yaxud da genetik xəstəlikdir. Amma hər nədirsə, bütün səbəblər bir millət kimi bizə qüsur gətirəndir. Media mənsubları da bizdən biriləri olduğundan onlar da o qüsurlardan xali deyillər. Yoxsa əks halda yanlış məlumatlar yayıb, saxta, ucuz reytinq yarışmasına qatılmazlar.




İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK