Adalet.az | ÖLÜMSÜZLÜYÜN ÜNVANI Adalet.az | ÖLÜMSÜZLÜYÜN ÜNVANI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÖLÜMSÜZLÜYÜN ÜNVANI

Əbülfət MƏDƏTOĞLU

7453    |   2017-08-29 18:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şəhidlər Xiyabanında etdiyimiz söhbət

Hər dəfə ötən əsrə, daha doğrusu, Qarabağ hadisələrinin başladığı tarixə dönəndə mənə elə gəlir ki, dərdlərim də yenidən doğulmağa başlayır... Mənə elə gəlir ki, içimdəki nisgil də, ağrı-acı da, göz yaşı da, hətta burnumun ucunu göynədən torpaq həsrəti də yenidən cücərir. Bax, onda əllərimlə üz-gözümü qapayıram. İmkanım olsa başımı da balıncın altında gizlədərəm... Ona görə ki, bütün bu yaşananların yenidən başlanmasını, yenidən həmin o faciələrin anbaan şaxələnməsini istəmirəm. Doğrudur, bəzən deyirlər ki, yenidən doğulsam həyatı tamam fərqli yaşayardım, başqa arzuların, başqa ideyaların dalınca gedərdim. Vallah, mən əlimi ürəyimin üstünə qoyub deyirəm və demişəm: heç yenidən doğulmaq istəmirəm. Çünki lənətlənmiş bu dünyada yaxşı heç nə görməmişəm və görmürəm də. İnamım da yoxdu ki, əgər mən yenidən doğulsam dünyada nə isə müsbətə doğru dəyişmiş olsun. Çünki bu dünyanın mayası xarabdı. Bu dünyanın tarazlığı elə pozulub ki, Tanrının "ol!" deyib yaratdığı insanları bu dünyanı elə günə qoyublar ki, Məmməd Araz demişkən, "düzələn dünya deyil". Əgər haqsız haqlı sayılırsa, puluna, malına, gücünə, nüfuzuna, imtiyazlarına görə, onda bu dünya düzələr? Oğru doğruya məsləhət verirsə, özünü nümunə göstərirsə, onda bu dünya düzülər? Vallah, düzəlməz, billah düzəlməz. Amma...

İçimizdə dünyanın guya ki, "düz" dövrü var idi. Və hamımız da təbii ki, işi-gücü torpaq, dəzgah, pambıq, heyvandarlıq, oğul-uşaq saxlamaq, böyütmək, ərsəyə çatdırmaq olanlar düşünürdülər ki, elə indi də düşünürlər ki, onda "qurd quzuyla otlayırdı", hər kəs öz haqqını alırdı, hər kəs öz yerini bilirdi... Və arqument də onu gətirirdilər ki, Sovet dövləti fəhlənin, kəndlinin, kasıbın, fəqir-füqaranın dövlətidi. O sahib çıxırdı əliqabarlıya. İndi də elə mənim atam da, anam da, yaşda məndən böyüklər də o günün həsrətiylə yaşayırlar. Və deyirlər ki, Qorbaçov olmasaydı o dövlət erməniləri qudurtmazdı... o dövlət əlsiz-ayaqsızı, imkansızı sahibsiz buraxmazdı...

Bəli, bütün bunları bilgisayara diktə edə-edə anamdan, atamdan soruşub cavabını tam ala bilmədiyim sualı içimdə təkrarlayıram. Məgər o hökumətin zamanında qudurmamışdı ermənilər? Məgər onda başlamamışdı Göyçə mahalından, İrəvandan departasiyalar? Bəs hara baxırda o Sovet hökuməti? Elə indi xatırlamağa məcbur olduğum tarixin özü - 1988-ci il məgər Sovet hökuməti deyildi onda? Bax, elə onda həyatın nə olduğunu, yaşamın nə olduğunu, arzuların nə olduğunu düşünən, bununla yaşayan, buna can atan Cəmil müəllimlə Firuzə xanım məgər Göyçə mahalının Nərimanlı kəndində yaşamırdılar?

Mən bu sualları içimdən elə-belə keçirmirəm. Çünki üç gün öncə 1992-ci ilin avqust ayının 27-də həmin Cəmil müəllimlə Firuzə xanım ciyərparalarını - Şövqüyar Abdullayevi itirdilər. Bax, elə burda, sözümün mürəkkəbi qurumamış deyim ki, onlar oğullarını cismən itirdilər. Əvəzində isə Azərbaycanın Milli Qəhrəmanı Şövqüyar Abdullayevi qazandılar! Adını Şəhidliyin zirvəsinə ucaldan, Azərbaycanın qəhrəmanlıq və hərb tarixinə yazan Şövqüyar Cəmil oğlu Abdullayevi. Onda Şövqüyarın 23 yaşı var idi. Könüllü şəkildə ali təhsil alıb mühəndis olacağı universitetin 4-cü kursundan yollanmışdı cəbhəyə. Tank komandiri idi. Sovet ordusunda xidmətini Monqolıstanda keçirmişdi. Əsgərliyin nə olduğunu az-çox bilirdi. Amma döyüş ruhunu, cəngavərlik, sərkərdəlik bacarığını anasının südüylə, ədəbiyyat müəllimi olan atasının verdiyi tərbiyədən almışdı. Hələ sevginin yuxusuz gecələrini yaşamamışdı... hələ sevgi məktublarını nə poçtla, nə də kitab arasında kiməsə göndərməmişdi. Bəlkə də var idi, amma içində idi. Dilində, hərəktində bir sevgi var idi - o da Vətən! Çünki...

Cəmil müəllim Nərimanlı kəndində sayılan, seçilən bir ailənin başçısı, 8 uşağın atası və həm də bir kəndin ziyalısı, müəllimi idi. 2 qız, 6 oğul böyüdürdülər Firüzə xanmıla birlikdə. Böyük oğlanları Vüqar və Elcan həyatda öz yollarını fərqli seçmişdilər, fərqli müəyyənləşdirmişdilər. Biri neft sahəsində çalışırdı, biri milli təhlükəsizlik. Vüqar müəllim bu gün də SOCAR-ın Özbəkistan nümayəndəliyində işləyir. Elcan müəllim isə ehtiyatda olan polkovnikdi. Sonra dünyaya Şövqüyarla Aslan gəldi. Şöqüyar mühəndis olmağa qərar vermişdi, Aslan da həkim. İkisi də 4-cü kurs tələbəsi idilər və ikisi də könüllü olaraq cəbhəyə getdilər. Artıq 1-ci kursda olanda hadisələr başlanmışdı. Bir gözləri televizorun ekranında, bir ayaqları Azadlıq meydanında, ürəkləri isə Nərimanlı kəndində. Nələr baş verdiyini, bu prosesin nə ilə bitəcəyini öyrənməyə can atırdılar. Ona görə də dərslərdə də sona qədər otura bilmirdilər. Artıq Ermənistanla da əlaqələr də kəsilmişdi. Hər gün bir-birindən ağır, acı xəbərlər gəlirdi. Köç başlamışdı. Özü də məcburi, faciəli köç...

Bu da səngər

Tibb universitetinin 4-cü kursunda oxuyan Aslan universitetin həyətinə daxil olanda bir izdihamla qarşılaşdı. Tez kurs yoldaşlarına yaxınlaşdı. Məlum oldu ki, Qarabağda tibb işçisi kimi çalışmalı olan kadrlara ehtiyac var. Amma burda məcburiyyət yoxdur. Ancaq könüllülük əsasında götürürlər cəbhəyə getmək istəyənləri. Arıq, amma hamıdan çevik və cəld olan Aslan dostlarının üzünə baxdı. Sanki soruşmaq istəyirdi ki, getmək istəyəniniz var? Amma soruşmadı. Çünki bəziləri gözlərini gizlədilər, bəziləri üzlərini yana çevirdilər. Bax, o gözlərini gizlədənlər, üzlərin yana çevirənlər elə həmin gündən Aslanın dost səhifəsindən öz adlarını özləri sildilər. Aslan universitetin akt zalına tələsdi. Burda könüllüləri qeydə alırdılar. Yaxınlaşdı. Hərbi komissarlığın işçisi onun üzünə, boy-buxununa baxıb bir az təəccüblə:

- Siz də getmək istəyirsiniz? - deyə bir az təəccüblə soruşdu.

Aslan bunun nəyə təəccüb etdiyini anlasa da, büruzə vermədən can-cəsədini 10-15 dəfə böyük göstərə biləcək zəhmli bir səslə:

- Bəli, mənim də adımı yaz! - dedi.

Və komissarlığın işçisi səsdəki zəhmi elə bil göydə tutdu. Ona görə də tərəddüd etmədən tələsik yazdı: "Abdullayev Aslan Cəmil oğlu!"

Həmin gün artıq Cəmil müəllimin iki oğlu döyüş paltarı geyinmişdi. İndi Firuzə ananın iki ciyərparası əsgər idi. Baxmayaraq ki, onun kirpikləri nəmlənmişdi, dodaqları əsirdi. Amma Cəmil müəllimin məğrur görkəmi onu toxtadırdı. Axı onlar əsgər valideyni idilər.

Həyatın bir qəribəliyi


Hər iki qardaş cəbhənin ən ağır bölgəsində ön səngərdə idi. Şövqüyar Ağdərədə tank komandiri, Aslan Kəlbəcərdə həkim kimi. Onların səngərlərinin bir-birindən ara məsafəsi 10-12 kilometr idi. Amma buna baxmayaraq, yolları kəsişmirdi. Sadəcə, kimlərin vasitəsilə xəbər tutmağa çalışırdılar. O da çox çətinliklə. Amma Aslana qürur verən bir məqam var idi, o da tank komandiri olan qardaşının döyüşlərdə göstərdiyi şücaət. Bu barədə hərbi hospitala gələn yaralılar da danışırdı, onları gətirən əsgərlər də, həkimlər də. Hamı deyirdi ki, Şövqüyar adlı bir döyüşçü var, od parçasıdı. Bütün canıyla, qanıyla köklənib düşmənə qarşı. Ona görə də onun iştirakçısı olduğu döyüşlər düşmənin canına vahimə salır.

Təbii ki, bu da kiçik qardaşı qürurlandırır, aradabir özünə yaxın bildiyi şəxslərə Şövqüyarın onun qardaşı olduğunu söyləyirdi.

Haşiyə: Mən Aslan həkimlə 1992-ci ildə, Novruz bayramından bir neçə gün sonra qarşılaşdım. "Xalq ordusu" qəzetinin cəbhə müxbiri kimi səngərləri gəzə-gəzə gəlib çıxmışdım Gəncəyə və ordan da Kəlbəcərə. Yolda bir tibb maşını ilə qarşılaşdım. Əsgərlər həmin maşını saxladıb məni də özləri ilə aparmaları üçün sürücüdən xahiş etdilər. Sürücü çevrilib həkimə tərəf baxdı. O da, "otursun" - dedi.

Yol boyu söhbət etdik. Artıq Kəlbəcərə yaxınlaşdıqca atəş səsləri əməlli-başlı eşidilirdi. Magistral yolun ortasında maşını saxladılar:

- Biz Ağdabana gedirik! - deyə həkim mənə tərəf çevrildi.

- Mən də gedirəm! - dedim. - Onsuz da Ağdabanda olmaq çoxdankı arzum idi. Dədə Şəmşirin kəndini ziyarət etmək özü də bir savabdı, - dedim.

Həkim gülümsəsə də hiss etdim ki, dediklərim ürəyincə olmadı. Çünki indi ziyarət məqamı deyildi. İndi yer, göy qan ağlayırdı... indi torpaq qan fışqırırdı...

Bax, onda ilk dəfə qarşılaşdığım Aslan həkimlə həyat məni ikinci dəfə Gəncədə avqust ayında yenidən görüşdürdü. Bu dəfə o, səngərə yox, Bakıya tələsirdi. Onda 1992-ci ilin avqust ayının 28-i idi. Və mən təqribən bir ay bundan öncə həkimlə onun mənim şair dostumuz Sabir Abdinin məclisində görüşəndə tanıdıq bir-birimizi. Bax onda bildim ki, Aslan həkim Bakıya Şəhidlər Xiyabanına tələsirmiş. Şəhid qardaşı Şövqüyar Cəmil oğlunu ziyarət etməyə!




(Ardı növbəti sayımızda)





İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK