ANA SƏHİFƏ / AVTOMOBİL

Bakıda klassik avtomobillərin yürüşü və sərgisi olacaq

42430    |   2017-08-24 15:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə avqustun 26-da Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçiriləcək.

Heydər Əliyev Mərkəzinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, tədbirdə 1980-ci ilədək istehsal olunan 100-dən çox klassik avtomobil iştirak edəcək. Bunlar yürüş üçün qeydiyyatdan keçən avtomobillər, həmçinin, Heydər Əliyev Mərkəzində nümayiş edilən Klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələridir. Yürüş avqustun 26-da saat 16.00-da Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək.

Klassik avtomobillər Heydər Əliyev Mərkəzi - Koroğlu Rəhimov küçəsi - Fətəli Xan Xoyski küçəsi - Vaqif prospekti - Səməd Vurğun küçəsi - Ənvər Qasımzadə küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - İnşaatçılar prospekti - Akademik Lev Landau küçəsi - Hüseyn Cavid prospekti - Parlament prospekti - Mehdi Hüseyn küçəsi - Teymur Elçin küçəsi - Mixail Lermontov küçəsi - Niyazi küçəsi - Azneft meydanı - Neftçilər prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti -Heydər Əliyev Mərkəzi marşrutu üzrə yürüş edəcək və sonda mərkəzin parkında sərgilənəcək.

Qeydiyyatdan keçən avtomobil və sahibləri avqustun 26-da saat 15.30-da mərkəzin qarşısında olmalıdır. Yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında müxtəlif yaş qrupları üçün əyləncə proqramları, çərpələng festivalı və konsert təşkil olunacaq.


İmza:
SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK