ANA SƏHİFƏ / YAZARLAR

SAHİBSİZLƏR

9536    |   2017-08-23 17:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onlar itlərdir. Baxmayaraq ki, it insanın sadiq dostu sayılır, gördüyümüz gerçəklik budur ki, insan iti özünə dost saymır. Sahib çıxmırıq itlərimizə. Sahibsiz qoymuşuq onları. Onlar da bu sahibsizlikdən çarəsiz qalıb dostlarını hədəfə alıblar. Və başlayıblar onları dişləməyə. Məhz bu səbəbdəndir ki, son aylar gündəmi zəbt edən məsələlərdən önə keşəni sahibsiz itlərlə bağlı olan problemlərdir.

Onlar həmişə olub. Bütün dövrlərdə və bütün hakimiyyətlərin hakimiyyətində. İnsanların yanında, ətrafında həm dost kimi, həm mühafizəçi kimi olmaqları ilə yanaşı, bəzən də qudurub onları qarpıblar. İtin insanlara köməyi dəydiyi kimi, ziyanı da dəyib.

Xülasə, ötən ayın son günü də sahibsizin biri hər kvadratmetrinin sahibi olan Sumqayıtda insanları dişləyə-dişləyə gedib 5 yaşlı Zeynəbi tapdı və onu da dişlədi. Azyaşlını ölümcül vəziyyətə saldı. Uşağa 2 vaksin Sumqayıtda, 1 vaksin də paytaxtın 1 saylı Uşaq İnfeksion Xəstəxanasında vurdular. Lakin insanın dostunun insanın bədəninə saldığı quduzluq insanın insan üçün düzəltdiyi vaksini üstələyərək uşağın canını aldı.

5 yaşlı uşağı itirdikdən sonra hay düşdü ki, bəs ölkə sahibsizlərlə doludu. Hətta bu sahibsizlər dişləməklə yüzlərlə insanı dostluqdan cıxardıb. Artıq itlər bizim dostumuz olmaq istəmir.

Bu hadisədən sonra məlum oldu ki, hətta bizdə sahibsizlərlə mübarizə aparan idarə də var. Məsələn, Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi var və rəisi də Ərəstun Əmiraslanovdur. Camaatımızd a az-çox bilirdi ki, belə qurum var, amma onun fəaliyyətindən və ya fəaliyyətsizliyindən xəbərdar deyildilər. Hadisədən sonra gündəmə gələn və mətbuatda çıxış edən rəis bildirdi ki, "bu ilin sonuna kimiBakı da bütün sahibsiz itlər tam zərərsizləşdiriləcək. Hazırda bu istiqamətdə işlər görülür. İnsanlar yenə də ətrafda sahibsiz itlərə rast gələ biləcəklər, lakin onlar rəqəmlənmiş, sterilizasiya edilmiş, peyvəndlənmiş və insan həyatı üçün tam təhlükəsiz olacaqlar”. Deməli, 5 aya Bakıdakı bütün sahibsiz itləri zərərsizləşdirmək mümkün olacaq. Belə olan halda bu rəisdən soruşmaq lazımdır ki, bu belə asan məsələ idisə, gərək Zeynəbin ölməyini gözləyəydiniz? Niyə bu günə kimi sahibsizlərə sahiblik etmirdiz? Axı bu birbaşa sizin vəzifənizdi.

Rəisin söylədiklərindən bir də o məlum oldu ki, "bu gün bizdə 1 baytar olduğuna görə işlər sürətli getmir. Lakin Ukraynadan dəvət olunan 2 baytar həkim gəldikdən sonra işlər bir az da sürətlənəcək”. Doğurdanmı bizim baytar həkimimiz yoxdu? Yəni Ukraynadan baytar gəlməsə, biz qudura bilərik? Bu Ərəstun müəllim və onun kimi rayonlarımızda müvafiq qurumun rəhbərləri niyə sahibsizlərlə mübarizə apara bilmirlər? Bir şeyin ki, sahibi yox, himayədarı yox, saxlayanı yox, day-dayı yox, nə var bunun məsələsini həll etməyə? Bəlkə statistikaya görə itlərə dəymirsiz? İstəyirsiz Amerikaya çataq. Axı dünyada ən çox it ABŞ-dadır.

İt ABŞ-ı sevir, ABŞ da iti. Statistika bunu deməyə əsas verir. Onların dostluğu alınır. Bizdə isə yox. Çünki onlar itlərinə də qayğı ilə yanaşırlar. Biz isə heç bir-birimizə də qayğı göstərmirik. Gözümüz burnumuzun ucundan o tərəfi görmür. Burnun ucundan söz düşmüşkən, biləsiniz ki, itlərin burun izləri insanların barmaq izləri kimidir. Yəni itlər burnundan tanınırlar. Özü də nə az nə çox, dünyada 400 milyondurlar.

Nəysə. Qayıdaq sahibsizlərin qarpmağına. Məncə, itlər bizi qudurğanlığımızın həddini aşdığımıza görə qarpır. Bir az maddiyyatı zənginləşənlərin qudurğanlığı itləri narahat edir. Görür ki biz qudururuq, qarpır bizi. Öz hüququnu qoruyur. Deyir qudurmaq itə aiddir, sən insanlığını unutma. O bizə başqalarını, qudurmayanları qarpmaqla mesaj verir: "Qudurmayın. Yoxsa sizi elə qudurdaram ki, heç vaksininiz də köməyinizə çatmaz”.

Əslində it düz edir. Mən itin tərəfindəyəm. Niyə qudururuq biz? Gah sərnişin avtobusunda silah çıxardırıq, gah maşınımızla millətin üstündən keçirik, gah gücsüzlərə qan uddururuq, gah iti maşına bağlayıb sürüyürük, gah... Qudururuq. Demək istəyirik ki, it kimdi, əslində biz qudurmalıyıq.

Qudurmayın. Başqasının haqqını yeyib qudurmayın. Kimsə dalınızca bütün əcdadınızı söyüb, amma üzdə məcburiyyətdən üzünüzə gülüb cibinizə basdığı pullar çoxaldıqca qudurmayın. Düşmənə yox, millətinizə silah çəkib qudurmayın. Oğurladığın, mənimsədiyin, taladığın pullarla aldığın avtomobillərlə can alıb qudurmayın. İnanın itlər bunu biləcək. Onlar çox həssasdı. Ən azından onlar bizim eşidə biləcəyiniz məsafədən 4 dəfə uzağı eşidə bilirlər.

NİCAT NOVRUZOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2018-06-16
2018-06-15
2018-06-14
15:04 ACLIQ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (33.33%)
Argentina (16.67%)
İspaniya (0%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK