ANA SƏHİFƏ / YAZARLAR

ON ÜSTƏGƏL BİR

Əbülfət MƏDƏTOĞLU

22711    |   2017-08-18 15:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu dünyadı mənə dözən

Həyat qəribəliklərlə doludu. Hansı tərəfə baxırsansa orda mütləq bir rəngin, bir çaların, bir qeyri-adilyin və yaxud da insanın əsəbini oynadan, ürəyini sındıran, dünyasını qaraldan nəyəsə rast gəlmək mümkündü. Elə buna görə də dünya doyulmaz olub, adamlar bu qədər qəribəliyin içərisində hər şeyi öyrənməyə, hər şeyi əxz eləməyə, hər şeydən baş çıxarmağa macal tapmırlar. Və istəyirlər ki, bir az artıq öyənsinlər, bir az çox bilsinlər, bir az da artıq dərinliyə baş vursunlar. Bax, bu istəklər, bu "bir azlar sonda dünyanın doyulmaz olduğunu, ömrün qısalığını gətirib qoyur göz önünə…

Doğrudu, bəzən adamlar, elə mənim özüm də içimdən keçirirəm, dilimə gətirirəm dünyadan doyduğumu, yaşamaqdan yorulduğumu. Amma tam səmimi deyirəm ki, həmin o dünyadan doymaq çox az insanın alın yazısıdı, istəyidi. Hətta bu az insanın içərisində dediyim həmin nəticəni, həmin qərarı dilinə gətirənlər bir anın, bir stressin yaşantısını ifadə edirlər. Bəlkə də üstündən saat ötəndən sonra o qərar, o nəticə öz əhəmiyyətini itirir…

Bütün bu dediklərim elə-belə pafoslu fikirlər, fəlsəfi yanaşmalar deyil - bugünümüzün, xüsusilə mənim yaşadığım günün gerçək bir tərəfidi. Mən o gerçəkliyin içində onu da anlayıram ki, sən demə, bu qəribə dünyada həm də çox qəribə bir hava da var. Elə bir hava ki, hamının sümüyünə düşmür. Və yaxud da elə bir hava ki, hamını oynamağa məcbur edir…

Hə, bu gün səhər açılandan qaç-qovdayam. Özü də hara qaçdığımı, niyə qaçdığımı lap unutmuşam da. Bu özümü, düşüncələrimi yaddan çıxardığım, unutduğum məqamda köməyimə çatan bir telefon zəngi oldu. O zənglə öyrəndim ki, sözlərimə yazılmış yeni bir mahnı artıq lentə köçürülüb. Studiyada artıq bu mahnının xeyir-duasını veriblər, özü də İlqar Muradovun ifasında!

Mən bu sevinci yaşamaq istədim. Amma yaşaya bilmədim. Ona görə ki, günün daşı ağırdı. O qədər ağırdı ki, çiyinlərim ona tab gətirmir. Lakin dözmək mütləq lazımdı. Axı, bu dözüm mənim ayaqda qalmağım deməkdi. Və mənim həyatımın önəmli məqamlarını, önəmli tarixlərini ziyarət etmək, o tarixlərin həyatımda, ürəyimdə vurduğu naxışları, xatirələri təzələmək deməkdi. Mən də elə bu niyyətlə, bu istəklə necə deyərlər, dişimi dişimə sıxıb həyatımın önəmli anlarımın pərvanəsi olmağa çalışıram. Çalışıram ki, pərvanəsi olduğum anların içərisində dünyanın həm də sevgi üzərində dayandığını, insanların həm də sevgi ilə, sevgi naminə yaşadıqlarını təkcə sübut etməyim. Bu sübutla yanaşı, özümün örnək olduğumu da ifadə edim. Axı, mən hələ onda yazmışdım ki:


Hər günümdə bir damla

Yaş kirpikdə üzərlik…

Gözlərimdə qorunur -

Yar, səndəki gözəllik!..


Qarşımda dayanmağın

Xoşbəxtliyi ölçüsüz…

Könlümdəki arzunu -

Qoy mən deyim elçisiz!..


Sarıl mənə, sən elə

Sarıl ki, biz tam olaq…

İkimiz bir doğulmuş -

Bütöv bir adam olaq!..


İndi bildinizmi ayaqda qalmağımın, israrla yaşamaq istəyimin şirəsi, canı, qanı, bütövlükdə mayası hardan gəlir, nədən qaynaqlanır?! Bax, bunu mən özüm üçün artıq kəşf etmişəm, dəqiqləşdirmişəm və hərdən də bu qərarıma dostları, doğmaları səcdə etməyə dəvət edirəm. Guya ki, mənim həyatımın önəmli anı, önəmli tarixi onlar üçün də əzizdi, önəmlidi. Bəlkə də bu heç belə deyil. O qohumlar, doğmalar sadəcə etika xatirinə, mənim qəlbimi ağrıtmamaq naminə sözlərimlə fikirlərimlə razılaşırlar. İç dünyalarında isə mənə gülürlər…Olsun! Mən onsuz da kimin içində günün hardan, necə doğduğunu az-çox bilirəm.

***

Hə, indi ilin-günün qorabişirən çağıdı. Və ilin-günün bu qorabişirən ayında hər kəs əli çatan, ünü yetən, cibi imkan verən bir istiqaməti seçib. Kimi ailəsi ilə, kimi dostu ilə, doğması ilə, kimi də təkbaşına çəkilib sakit, sərin bir guşəyə. Mən isə oturmuşam iş otağımda və yazmağa çalışıram. İstinin, qorabişirənin təsirinə əhəmiyyət vermədən. Düzdü, gördüyüm iş bəlkə də kimlərəsə lazım deyil, hətta gərəksizdi. Amma seçdiyim sənət və Allahın verdiyi, içimdə göyərən sözlər məni qələmdən, kağızdan uzağa çəkib apar bilmir. Mən də həmin o könül verdiyim sözün, yazının qəlbini şad etmək, yerini uca tutmaq üçün mişə bacardığım kimi tərpənirəm, hərəkət edirəm, yəni sözü urvatlı tuturam. Və beləcə, həyatımın ən böyük, ən mənalı sözlərindən biri olan istək, sevgi, eşq, məhəbbət deyilən hər nədisə qoluma girir. Mənimlə yoldaşlıq, çiyindaşlıq edir. Yəqin sona qədər də belə olacaq. Çünki bu həyatın sevgi adlanan ən möhtəşəm duyğusu, hətta mən deyərdim varlığı, ürəyimə rahatlıq vermir, ürəyimi məndən alır. Və mən də elə ürəyimə sığınıb yazıram ki:


Bəxtim gətirmədi

bilirsən niyə?

Öncə

səsini eşitməyə,

sonra

üzünü görməyə,

gözünü öpməyə

gecikdim…

amma

bil ki,

səsini,

üzünü,

gözünü -

bütövlükdə özünü

öncə görə bilsəydim

nə vardı indi

sevə-sevə ölməyə?!


Bu şeir mənim üçün bir az önəmlidi. Çünki özümü ifadə edir, öz yaşantımı hopdurubdu misralarına. Və mən də yazımın öncəsində dediyim kimi dünyadan doymaq, dünyadan bezmək məqamının biri də bax elə hər şeyi bilib, hər şeydən doymaqdı.

***

Bəzən elə hallar olur ki, günü, saatı, hətta bəlli tarixi adam unudur, qarışıq salır. Və yaxud da həmin bəlli deyilənlərə əhəmiyyət vermir. Bu mənada mənim də yaddaşımda, xatirəmdə xüsusi işarə ilə qeydə alınmış tarixlər, məqamlar var. Onların arasında doğum günləri xüsusilə fərqli mənaları, mahiyyətləri ifadə edir. Çünki doğum əslində dünyaya gəliş olmaqla yanaşı, həm də dünyaya iz qoymaq mahiyyətini də özündə ifadə edir. Şəxsən mən dünyaya gələn hər insanın mütləq bir iz qoyub getdiyinə inanıram. Ən azından o insan öz ətrafının yaddaşında nə iləsə qalır. Bu da o ətrafın yaşadığı müddətdə xatirəsi qalanın izinin yaşaması deməkdi. O adamların ömür səhifələrini bir-birinə əlavə edəndə isə böyük bir zaman kəsiyi ortaya çıxır. Deməli, izsiz, naxışsız bu dünyadan köçüb getmək mümkün deyil.

Mən doğum gününü bir də ona görə xüsusi vurğulayıram ki, sevginin də, nifrətin də, xoşbəxtliyin də doğum tarixi var. Hansı gün onunla qarşılaşırsansa, onu öz iç dünyana qəbul edirsənsə, deməli, sevgi də doğulur və elə həmin andaca onun kağızı yazılır. Bax, bu mənada mən öz sevgimin doğum tarixini heç vaxt unutmuram. Hər il onun təzələnən yaşı ilə mənim də yaşım elə bil ki, təzələnir və artır. Tutaq ki, sevginin yaşı ondusa, onun üstünə bir də əlavə olunur. Və yaxıd əllidisə, onun da üstünə bir əlavə olunur. Elə bu yazının da bir mahiyyəti, bir nüansı məhz sevgi ilə bağlı olduğundan mən təxmini də olsa öz fəhmimlə sevginin yaşını xatırlayıram. Xatırladıqca da üzü geriyə çevrilən təqvim vərəqlərinin arasından bir şeir boylanır mənə. Qəribə, bir az da nostalji bir şeir. Onda mən yazmışam ki:


Pərvanə tək dolandım,

Görmədin amma məni…

Varlığımı qəbul et –

Sən Allah, danma məni!


Titrəyir ruhun simi

Üst-üstədi dərd çimi!

Axan bir ulduz kimi -

Heç zaman anma məni!..


Kərpic düşmüş sarayam

Səsəm, ünəm, harayam..

Yarımçığam, parayam -

İnsaf et, tamla məni!


***

Mən yazımın əvvəlində vurğuladım ki, bu dünya qəribəliklərlə, rəngarəngliklərlə zəngindi. Bax, elə həmin o qəribəliklərdən biri də mənim sizlərə yazdığım və sizlərin də bəzən məcbur qalıb oxuduğunuz yazılar, şeirlərdi. Ona görə bunu xüsusi vurğulayram ki, mənim yaşımı, başımı bilənlər, mənə irad tutanlar heç olmasa indi məni anlasınlar. Bilsinlər ki, bu qəribəliklərlə dolu dünyada mənim kimisinin də öz yeri, öz işi-gücü var. Və mən də özüm kimilərin nələr çəkdiyini, nələr yaşadığını bildiyimdən onlara müraciət formasında yazmışam. Əslində isə özüm barəsində demişəm:


Ürək dəlisiyəm, ağıl dəlisi

Dərdim dinlənilməz, dərdim çözülməz…

Mən özüm cəhənnəm -

Hətta sevgim də -

Dözülməz olubdu, Allah, dözülməz!


Bax, bu rəngarəng dünyanın qəribəliklərindən biri də elə dözülməz sevgilərdi. Mən də bu dözülməz sevginin bir daşıyıcısı. Deməli, hardasa mən də dözülməzəm. Bunu başa düşmək mümkün, amma etiraf etmək düzünü deyim ki, heç də asan deyil. Axı söhbət mənim dözülməzliyimdən gedir. Elə ona görə də bu dünya kimi qəribə yazını bir şərti adla – «On Üstəgəl Bir» adı ilə bitirib ona xeyir-dua da verirəm.


Səni düşünəcəm son ana qədər

Varlığım saralıb solana qədər…

Sən mənim əbədi olana qədər -

Səni düşünəcəm, bir də Allahı!





İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK