viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | MÜALİCƏYƏ EHTİYACI OLAN SƏHİYYƏMİZ Adalet.az | MÜALİCƏYƏ EHTİYACI OLAN SƏHİYYƏMİZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MÜALİCƏYƏ EHTİYACI OLAN SƏHİYYƏMİZ

Fəridə RƏHİMLİ

47455    |   2017-08-18 15:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ağır vəziyyətdə olan xəstə tibb ocağına gətirilir. Həyəcanlı olan xəstə sahibləri soruşur:

- Salam, baş həkim burdadı?

Xəstəxananın qapıçısı:

- Baş həkim İrana müalicəyə gedib, iki həftəyə gələr...

Bu, sadəcə lətifə deyil, çox acı bir həqiqətdir.

Dəfələrlə bu mövzuya müraciət etməyimin səbəbi, əksəriyyətin bugünkü halına aid olan bir məsələdir. Başqa zəruri ehtiyaclarından kəsib, qazancını dərmanlara xərcləyən milyonlarla insanımız var. Və nə yazıq ki, bu xərclər öz ölkəmizdə - nisbətən ucuz başa gəlməli olduğu halda xaricə üz tutmağa məcburuq. Tez-tez eşitdiyimiz xəbərlərdə məşhurlardan müalicə üçün dövlətin dəstəyi ilə Almaniyaya, Türkiyəyə, Rusiyaya və sair ölkələrə göndərilməsi haqda eşidirik. Amma məşhur olmayan milyonlarla xəstələr var və hər il Tibb Universitetinə yüzlərlə tələbə qəbul olunmasına, yüzlərlə klinikaların, poliklinikaların, xəstəxanaların yüksək keyfiyyətlə tikilən binaları istifadəyə verilsə də, ən yeni "dünya standartlarına cavab verən" tibbi avadanlıqlar ölkəyə gətirilsə də, hər addımda apteklər fəaliyyət göstərsə də xaricə axışan xəstələrin sayı azalmır ki, azalmır.

Bu, o demək deyil ki, bizdə heç savadlı doktorlar yoxdu. Amma əksər savadsız, lakin "reklamı güclü olan doktorlar" var ki, o yaxşılıarın qarşısını Çin səddi kimi kəsirlər və öz səriştəsiz üslubları ilə pasiyentlərdə əsl həkimlərimizə olacaq inamı məhv edirlər. Xəstə həkiminə inanmadısa, dərmanların təsiri yarıbayarı azalır sanki. Güvən də ki, ruh kimidi, bir dəfə bədəndən çıxdısa, bir daha geri gəlməz.

Ölkədə bir neçə klinikaya müraciət etsən, ikinci həkim mütləq birincinin doğru resept yazmadığını söyləyəcək. Çoxlarınızın bunun şahidi olduğuna əminəm. Amma, ağrılarının azalmadğını görüb üçüncü həkimə müraciət etsən, o da aldığın müalicənin doğru olmadığını söyləyəcək. Beləliklə, həkimlərin əlində oyuncağa dönürsən. Bilmirsən kimə inanasan. Hansısa imkanlının həkim görmək istədiyi balası təhsil aldığı zaman yadında qalan, yaxud dəftərində qeyd elədiyi yeganə bir müalicə üsulunu hər kəsə tətbiq edir, yaxud xəstələrdən təcrübə siçovulu kimi istifadə edərək - "tutar qatıq, tutmaz ayran" prinsipi ilə hərəkət edir, savadı, biliyi, təcrübəsi imkan verdiyi halda kənarda qalanlar isə onların oduna yanır - Azərbaycanda savadlı həkim yoxdu - yəqinliyi yaradırlar.

Problem yalnız bununla bitmir. Ölkəyə gətirilən ən müasir apparatdan anlayan mütəxəssis də kifayət qədər deyil. İnsanların bir az inandığı mütəxəssisin kabineti qarşısında uzun növbə yaranır, o biri kabinetlərdə isə bekar oturub gözləyirlər...

Ən ağrılısı isə odur ki, bu qədər əhalinin xaricə axını, ölkədəki tibb sahəsindəki çatışmazlıqlar - qəbul zamanı qiymətlərin həddini aşması, analizlər üçün tələb olunan qiymətlər, dərmanların kəllə-çarxda olan həddi və yeməyindən kəsib verdiyin pulların səni sağaltmaq əvəzinə səhvən sənə "yedirilən" torbalarla dərmanların başqa xəstəliklərə də yol açması sanki heç kimi narahat etmir. Bunun əsas səbəbi o ola bilər ki, imkanlılar, vəzifəlilər, səlahiyyət sahibləri buradakı həkimlərin savadına bələddirlər və onlara ehtiyacları yoxdur, çünki onlar xarici ölkələrin ən yaxşı klinikalarında müalicə olunurlar. Əsasən də Səhiyyə Nazirliyinin rəhbər işçilərinin xaricə müalicəyə getmələri özü özlüyündə Azərbaycanda tibbin zəif olduğuna sübutdur.

Azərbaycanda hər il xəstələrin sayı artır. Xərçəngin, şəkərli diabetin, hepatitin, hipertoniyanın cavanlaşması, anemiyanın artması hallarını tibbi təhsili olmayanlar da gündəlik həyatda görə bilirlər. Dövlət Statistika Komitəsinin əhalinin xəstələnməsi ilə bağlı yaydığı məlumatlara əsasən, vətəndaşlar ən çox tənəffüs orqanlarının xəstəliklərindən, həzm sisteminin xəstəliklərindən, qan dövranı sisteminin xəstəliklərindən, bəzi infeksion və parazitar xəstəliklərdən, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri, sinir sistemi xəstəliklərindən, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluqlarındən, qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizminin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar səbəbi ilə xəstəxanalara müraciət ediblər.

Azərbaycanda düzgün analiz aparan laboratoriyalar var. Belə bir şeyə rast gəlmişəm ki, burada müəyyən xəstəxanalarda analizlər çıxarılıb və bununla bərabər Türkiyənin məşhur klinikalarına gediblər. Analizlərin göstəriciləri ilə eyni olub. Mən deyə bilmərəm ki, bütün laboratoriyalar pis gündədir. Onda gərək sağalma heç olmasın. Hamı ucdantutma xəstə olsun. Sadəcə düzgün qurulmayan şeylər var.

Analizlərin qiymətinin baha olmasına gəlincə isə, Səhiyyə Nazirliyindən mətbuata verilən açıqlamaya görə, bazar iqtisadiyyatı şəraitində qiymətlərə nəzarət onların səlahiyyətində deyil: "Bu prosesə nəzarət nazirliyin səlahiyyətinə aid deyil. Bununla İqtisadi İnkişaf Nazirliyi və digər maliyyə qurumları məşğul olur. Səhiyyə Nazirliyi isə həmin klinikaların dövlət standartlarına uyğun tibbi xidmət göstərib-göstərmədiyinə nəzarət edir. Bu sahədə hər hansı bir problem olarsa və bu problem həmin klinikanın fəaliyyətindən qaynaqlanarsa, müvafiq tədbirlər görülür. Burada həm cəza, həm də cərimə tətbiq oluna bilər".

Kasıb rayon əhalisi göndərişlə yalnız akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət edə bilir. Orada müayinə və müalicələrin dövlət hesabına aparılması lazımdır, amma bunun üçün lazım olan tibbi avadanlıqlar, dərman preparatları dövlət tərəfindən xəstəxanaya köçürülürmü? Yox!!! Əgər belə deyilsə, onda nədən Dövlət Xəstəxanası adlanır? Səhiyyə Nazirliyi bu barədə açıqlama verə bilərmi?

Hər şeydən əvvəl o dərmanı bizə məsləhət görən həkimlərin savadını yoxlamaq, tibb bacılarının, laborantların, apparatlarda çalışan mütəxəssislərin təcrübəsinə inanmaq lazımdı ki, o dərmanları da qorxusuz, ürək rahatlığı ilə qəbul edə biləsən. Xəstəlikdən qurtulmaq üçün dərman içirsən, o dərmanın zəhərlənməsindən necə qurtulaq, yenə dərman içməkləmi?

Müalicə üçün növbəti dəfə xaricə üz tutmalı olacam. Bu, nə cibimə uyğundur, nə işimdəki imkanıma. Amma yaşadığım zaman kəsiyində sağlam olmaq istəyirəm və buna məcburam. Paytaxtdakı ən "adlı-sanlı" həkimlərin müayinəsindən çaş-baş qaldım. Eyni ixtisas sahibləri başqa-başqa müalicə üsulları təklif etdilər. "Ən məşhur loğman" isə baxan kimi "Kəsmək lazımdı. Sabah hazır gəlin, əməliyyat edək" dedi (Görünür çox ehtiyacı varmış, yaxud da borcu...). Özü də bu kəsmək elə kəsməkdi ki... Bu qədər komik hala kim gətirdi həkimlərimizi?...

Səhiyyəmizin nə vaxtsa elə bir durumu olacaqmı ki, biz rahatca özümüzü həkimlərimizin əllərinə etibar edə bilək?!. Qədimdən ən dəyərli müalicə üsullarına malik olan Şərq təbabətinin əsas ocağı, hər otu, çiçəyi cana dərman olan Azərbaycanın bugünkü səhiyyəsi haqda xarici ölkə həkimlərindən həqarət eşitməyi normal qəbul edə bilmirəm. Azərbaycanda da həkimlərimiz var, çoxdu, amma onları üzə çıxarmaq, xalqa təqdim etmək lazımdı. Səlahiyyətlilər, bir az şəxsi ambisiyalarınızdan uzaqlaşıb, xalqı da düşünün. Çünki sağlamlıq hər şey olmasa da, o olmayanda hər şey heç nədir. Sağlam bədəndə də sağlam ruh olur, deyirlər. Sağlam bədənli və sağlam ruhlu insanlar isə sağlam cəmiyyətin qarantisidir.




İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK