ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: Sonuncu mogikanların "Axırıncı dayancağ"ı

12613    |   2017-08-12 09:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çox təəssüfləndim ki, bu filmə ilk dəfədi baxıram. Özü də bir az yarımçıq. Söhbət «Azərbaycanfilm» kinostudiyasının ekranlaşdırdığı «Axırıncı dayanacaq» filmindən gedir.

Filmin ssenari müəllifləri İlqar Fəhmi və Fikrət Əliyevdi, quruluşçu rejissoru mərhum Fikrət Əliyevdi.

Mən kinoşünas deyiləm, bir tamaşaçı kimi fikrimi çatdırmaq istəyirəm. Mənim fikrimcə, son illərdə çəkilən komediyaların şahıdı bu film. Bayağılıqdan, mənasız hırıltıdan, qeyri-ciddilikdən tamamilə uzaq bir komediya. Əslində isə bu filmə heç komediya da demək olmaz, tragikomediyadı. Ssenari müəllifləri də, rejissor da çox böyük faciələri komediya janrında təqdim etməyi bacarıblar.

Aktyorlar demək olar ki, hamısı öz rollarını adlarına layiq bir tərzdə ifa edirdilər. Adlarına layiq olmayanlardakı hamısı ustad sənətkarlardı, xalqın sevimliləridi, pərəstiş etdiklərimizdi. Rejissorun aktyor seçimi, türk qardaşlarımız demiş, on numara, beş yıldız: Fuad Poladov, Tariyel Qasımov, Bəhram Bağırzadə, Zemfira Sadıqova, Qorxmaz Əlili, Atabala Səfərov, Arif Quliyev, Tofiq Hüseynov… adlarını yazmadığım aktyorlar məni bağışlasınlar. Filmin baş prodüseri Müşfiq Hətəmovdu.

Film Qocalar evinə atılmış insanların taleyindən bəhs edir. Qocalar evi deyəndə bizdə çox ağrılı təəssürat yaranır, ordakı insanların halına acıyır, onların övladlarını lənətləyirik. Allahın gözdən-nəzərdən güc-bəla ilə qoruyub saxladığı milli mentalitetimiz belədi.

İnkişaf etmiş ölkələrdə, xüsusilə Avropada Qocalar evi tamamilə fərqlidi. Yaşlı insanlar özləri övladlarını məcbur edirlər ki, onları Qocalar evinə qoysunlar. Burda söhbət imkandan gedə bilməz. Çünki Avropada təqaüdə çıxmış hər bir kəsin aldığı təqaüd onların bütün ili Türkiyənin məşhur istirahət yerlərində kef eləməyinə çatar. Hələ də bir az artıq qalar ki, başqa məqsədlərə istifadə etsinlər. Bəs niyə Qocalar evinə can atırlar? Çünki burda onların həmyaşları olur, yenidən özlərinə dostlar tapırlar, həmdərd tapırlar, hətta burda yenidən sevgi macəraları başlayır, evlənənlər olur, təklikdən qurtulurlar. Bu da onların göz dəymiş milli mentalitetləridi.

Həm ssenari müəllifləri, həm də rejissor Qocalar evinin heç də «cəhənnəm» olmadığını çox böyük ustalıqla təqdim edə biliblər. Filmdəki incə yumor, həddindən artıq sarkazm, hazırcavablıq, dialoqların əsl xalq dilində, danışıq dilində olması tamaşaçıya xüsusi bir zövq verir. Görkəmli aktyorumuz Fuad Poladovun yaratdığı obraz isə müdhişdi. Qorxmaz Əlilinin, Tofiq Hüseynovun, Arif Quliyevin, Atabala Səfərovun ifalarında da nə bir yüngüllük var, nə bir lağlağılıq. Bəlkə də Arif Quliyevin çəkildiyi filmlərin içində bu onun ən ciddi rollarından biridi.

Bəhram Bağırzadədən də yoxdu də.

Mən filmi təhlil etmək, filmdə baş verən hadisələr haqqında danışmaq fikrim yoxdu. Sadəcə olaraq, belə bir ciddi komediyanın çəkilməsinə çox sevindim. Və təəssüf elədim ki, bu filmi ilk dəfədi görürəm. Klassik komediyalarımız kimi bu filmə də dəfələrlə baxmaq olar və doyammazsan.

Niyə başlığa çıxartdım ki, «Sonuncu mogikanların «Axırıncı dayanacağ»ı»? Yuxarıda qeyd etdiyim kimi, bunlar ustad sənətkarlardılar. Həm teatrımızın, həm də kinomuzun sonuncu mogikanlarındandırlar. Gənc aktyorlarımız hələ onlardan çox şey öyrənməlidi.

Çox istərdim ki, bu film haqqında kinoşünaslar yazsın. Daha çox Sevda Sultanovadan və İradə Musayevadan bu film haqqında yazılarını oxumaq istərdim və məmnuniyyətlə «Ədalət»də çap edərdim. 

Mərhum rejissor Fikrət Əliyevin belə bir ustalığını «Yuxu» filmində də görmüşük. «Yuxu» təmiz komediya üstündə qurulmuşdusa, bu dəfə Fikrət Əliyev «Axırıncı dayanacağ»ı tragikomediya üstündə qurub.

Bəzən öz rejissorlarımızı bəyənmirik. Azərbaycanda çox qüdrətli rejissorlar olub, var və olacaq da. Sadəcə olaraq, onlara meydan vermək lazımdı.

Və sonda. Filmi Az.TV-nin «Mədəniyyət» kanalında izlədim. Ümümiyyətlə, bu kanal həqiqətən Azərbaycan mədəniyyətinin carçısı və təbliğatçısıdı. Dövlət televiziyamızın rəhbərliyinə də bu filmi nümayiş etdirdiyinə görə təşəkkürümü bildirirəm.

Buraxın bu filmi ekranlara, qorxmayın! Ürəklə bu filmi Azərbaycandan kənara da çıxara bilərsiniz.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-09-21
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK