ANA SƏHİFƏ / YAZARLAR

ÜZƏ ÇIXAN ÜZLƏR

Üzmək bilməyənin üzmək istəyi

27198    |   2017-08-04 16:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İndi yazacağım yazı öz həyatımdı, öz yaşadıqlarımdı, özümün yaşadığım və iştirakçısı olduqlarımdı. Ona görə də yazı bir az əsəbi də, sərt də alına bilər. Bəri başdan üzr istəyirəm. Kim bu üzrü qəbul edəcəksə, minnətdaram. Etməyənin də canı sağ olsun. Deməli belə…

Doğulduğum tarixi barmaq hesabı sayanda ilin sonunda 59 gəlib tamam olacaq. Və bu 59 ilin içində mən elə bilirdim ki, insanların bir sifəti var, uzağı iki sifəti. Amma indi görürəm ki, yox, yanılmışam. Riyazi hesablama apara bilməmişəm. Burda da günah riyaziyyat müəllimimdə deyil. Allah Hüsən müəllimə rəhmət eləsin! O rəhmətlik riyaziyyatın az qala peyğəmbəriydi. Onun dərs dediyi uşaqlar ali məktəblərdə riyaziyyatdan qəbul vaxtı ən azı «4» almasaydı, kəndə qayıdanda Hüsən müəllimin gözünə görünmürdü. Rəhmətlik həm də şair ruhluydu. Əl boyda bir kitabı da qalıb. Bax, bu səbəbdən mən də riyaziyyatdan özüm özümü çəkib çıxara bilirdim. Vurma cədvəlini indi də deyə bilərəm, bəzi tərifləri də. Necə deyərlər, sinius, kosinus yadımdan çıxmayıb. Amma nə təhər olub sifətləri saya bilməmişəm, bunu hələ də bir tərəfə yozub çıxarmağa gücüm çatmır. İndi anlayıram ki, Yer üzündə olan bütün insanların topasının ayrı-ayrılıqda sifətlərini ən azı üç sifətə vursaq, görün bu nə boyda rəqəm edir. Üstəlik, mənim gördüyüm, mənim çevrəmdə olan burdakı insanların sifətiylə üst-üstə gəlsək və yaxud bir-birinə vursaq, ən azı, ən azı Bakıdakı insanların sayı qədər sifət çıxacaq ortaya. İlahi, o qədər sifəti insanlara necə vermisən? İlahi, adam deyib yaratdığın, kişi, qadın cinsinə böldüyün, qız, oğlan deyib dünyaya gətirdiyin bir insanlara nə qədər sifət vermisən? Yoxsa bu insanlar çayırdılar, bunlar pərpətöyün toxumudular? Bir dəqiqənin içərisində sifətləri artır, çoxalır. İnanmıram ki, hansısa laboratoriyada bu qədər sifətli insanı yetişdirmək, kəşf etmək mümkün olsun. Sən demə, bu mümkün imiş. Şəxsən mən bunu gördüm, şahidi oldum…

Keçmişin söhbətini etmirəm… heç gələcəkdən də danışmıram… bu gündən danışıram… bu günün hadisəsini, faktını sərgiləyirəm. Lap dəqiqi, ev məsələsinə qayıdıram, onu yazımın mərkəzinə gətirirəm. Deməli, mənə ev veriləndən bu günə qədər gözümün qabağına sifətlər gəldi - məsum, doğma, səmimi sifətlər.  İlahi, hamısı mənim üçün nə qədər doğma idi, əziz idi. Hamısı üçün özümü doğma bilirdim, ailə sayırdım. Və düşünürdüm ki, bu dünyada bizi bölüşəcəyimiz sevgidən, səmimiyyətdən, diqqətdən başqa heç nəyimiz yoxdu. Allah bizi bir araya gətirib ki, bir-birimizin yanında olaq, bir-birimizə dayaq olaq, bir-birimizə kömək edək, bir-birimizin sevincinə, kədərinə şərik olub sevincini artıraq, kədərini azaldaq. Amma sən demə, biz bir yerə yığışmışıq ki, bir-birimizin sevincini kədərə çevirək… bir-birimizin göz yaşına öz gülüşümüzü qataq, onu ironiyayla, məsxərəylə gözdən salaq.

İlahi, mən bəndənin günahından keç, amma bu dediklərim, bu yazdıqlarım kim də bilməsə sən bilirsən ki, gerçəklikdi, reallıqdı. Buna sən şahidsən! Və sən onu da bilirsən ki, kimsənin haqqında gözüm yoxdu, kimsənin mülkündə nəfsim yoxdu… kimsənin qazancında şəriklik iddiam olmayıb və olmayacaq  da.

Mən səndən kəndimi istəmişəm, torpağımı istəmişəm, evimi istəmişəm!..

Mən səndən getməyə, görməyə, gəzməyə yer istəmişəm!

Mən səndən ürəyimə səpdiyin sevginin göyərməsini istəmişəm!

Və bir də mən səndən ruzi-bərəkət, sağlam can istəmişəm!!!

Bax, bu istəklərin önündə doğma bildiklərimdən qarğış eşitmək, ürəyimi açdıqlarımdan küfr eşitmək və nəhayət, bu qədər sifətləri görmək istəməmişdim axı. Niyə doğradın bütün ümidlərimi? Niyə alt-üst etdin içimi? Niyə cəzalandırdın məni? Nə idi günahım? Bu sifətlərə güvənməyimmi? Bu sifətlərə isnişməyimmi? Bəlkə bu sifətləri doğma bilməyimmi?

Bağışla Allahım, sənə suallar ünvanladım. Amma neyləyim, bacara bilmirəm. Gördükcə, o yaltaq səsləri eşitdikcə, o riyakar gülüşləri müşahidə etdikcə içim qaralır. İnsan olduğuma, insan yarandığıma asi oluram. Amma bir tutalqam var, bir ümid yerim var. O da olmasa çətin ki, ayaqda dura biləydim. Çətin ki, bu yazını yaza biləydim. O da öncə dediyim sənin şəfqətlə verdiyin sevgidi. Mən onun işığında ayaqdayam, mən onun işığında görürəm o sifətləri. Və sənə də şükr edə-edə elə bu şeiri pıçıldayıram.

 

Üzümə bu qapını

Sən açmadın, bağladın…

Ürəyindən ömürlük

Məsafədə saxladın -

Məni…

 

Sözümü-söhbətimi

Yuyub, sərib bağladın…

Gizlində xiffətimi çəkib

səssiz ağladın -

Məni…

 

Həsrətimə naz satıb

Ürəyimi dağladın…

Gizli adla yazdığım

Statusda tağladın -

Məni!..

 

*** 

 

Bəli, bura qədər yazdığım fikirlərim əsəbi əllərimi titirətsə də, özümü toparlamağa çalışıram. Çünki  nələr çəkdiyimi kimlərinsə görməsi məni bir az da əsəbləşdirir. Hiss edirəm ki, bu əsəbiliyi özümə, sözümə transfer etdikcə mənim sözüm də böyüyür özüm kimi. Böyüyən sözün ayağı yüyrək olur, çaparaq özünü çatdırır hər yerə. Ona görə də böyüyən sözdən ehtiyatlanmağa çalışıram, qorunmağa cəhd edirəm. Lakin indiki anda bacarmıram. Hətta bütün düşüncələrimi bölüşdüyüm və bu yazını da bilgisayarda yazan Gülər xanım da həmin o əsəbilikdən hərdən haldan çıxır. Onu da başa düşürəm, onu da anlayıram. O da bu məmləkətin, bu camiyənin bir nümayəndəsidi. O da görür, o da öz işində saf-çürük edir və kimin hara qədər haqlı olduğunu öz ölçüləriylə qiymətləndirir. Mən heç kimin, bu anda barəsində danışdığım Gülər xanımın da verdiyi qiymətə etiraz etmirəm. Çünki bu, onun qərarıdı, onun çıxardığı nəticədi. Mənim etirazım haqsızın haqlı kimi çıxış etməsinədi. Özü öz quyusunu qazanın başqasına quyu arzu etməsidi. Özü-özünü məhv edənin başqasını da özüylə cəhənnəmə aparmaq istəyidi. Bəlkə də bu adamlar cəhənnəmə yoldaşlı getmək istəyirlər. Amma unudurlar ki, yoldaşlıq çox məqamlarda üst-üstə düşən əlamətlərlə formalaşır. Hər yanaşı dayandığın, hər birgə addımladığın yoldaş olmur. Yoldaşlığın o qədər şərtləri var ki, onun imtahanından keçmək hünər  istəyir. Çox təəssüf ki, mən bunu indi dərk edirəm,  özü də 59 yaşın qapısının ağzında. Eybi yox, gec olsa da mənə bu həyat sifətləri göstərməklə özünü da tanıtdı. Özünün də kimliyini göstərdi. Nə isə…

Bütün insanlar ünsiyyətlə, səmimiyyətlə, eləcə də dişlə-dırnaqla yaşam haqqı qazanır, yaşamağa çalışır. O yerdə ki, ünsiyyət, səmimiyyət hakim olur, həmin yerdə çörəyi də, duzu da, suyu da, hətta havanı da bölüşmək çox rahatdı. Və bundan hər kəs öz payını utanmadan, çəkinmədən, sıxılmadan götürür. Amma o yerdə ki, mələk cildli insan adını daşıyanlar ortalığı bulandırır, onda bərəkət də qaçır, ünsiyyət də, səmimiyyət də. Hamı canavar kimi göz-gözə, ağız-ağıza dayanır. Heç kim bir-birinə arxa çevirmir, heç kim bir-birinə sirr vermir. Çünki bu dəryada hamı özünü üzgüçü sayır… hamı əl-qol atır… Amma dəryanın dibi həm dərindi, həm də lığlıdı. Batdınsa, heç dalğıc da səni çıxara bilməyəcək. Ümid qalacaq… Nəyə, onu özünüz bilirsiniz.

Elə bu yerdəcə sifətləri, üzə bilməyənləri dənizdən, sudan, paklıqdan uzaq tuturam. Heyfim gəlir dənizə də, suya da. İstəmirəm onların kölgəsi düşsün suyun üzünə. Suyun üzü korlanar… suyun üzü onların üzünü köçürə bilər özünə. Allah eləməsin, belə bir şey baş versə, onda dünyanın sonunun ovuc içində olduğuna şübhə etməyəcəm. Yəqin başa düşdünüz də məni. Bildiniz ki, söhbət bir adamın milyon sifətinin bir damlada görünməsindən gedir. İndi o damla nə boyda zəhər tuluğudu, zəhərdi. Bunu gürzəyə də vursan onu da öldürər. O ki, qaldı insan ola!..

Yavaş-yavaş özümə qayıtmağa, özümə dönməyə çalışıram. Burda da əlimdən tutan Sevgidi, mənə Sevinc olan Sevgidi! Allahımın verdiyi, Allahımın ürəyimdə böyütdüyü Sevgi! Mən də elə o sevgiyə üz tutaram və yazıram ki:

 

Tanrıdan istədiyim

Dinclikdi ürəyinə…

Bu dinclik sevgi qatsın –

Duzuna, çörəyinə!..

 

Tanrıdan istədiyim

Təbəssümdü gözünə…

Bizim olan dünyanı -

Sən cənnət bil özünə!

 

Tanrıdan istədiyim

Xəyalında olandı…

Bu istəklə sən məni -

Yar, başına dolandır!

 

Elə buradaca ağlımın ucundan gəlib keçir ki, bəlkə bu sifətlərə göz yumum, görməyim onları? Amma ağlımın ucundan gəlib keçənə özüm də gülürəm. Axı, görməmək, duymamaq mümkünsüzdü. Onda gərək Allah bəndəsi yox, nə bilim nə olasan. Ən pis halda elə həmin sifətlərdən biri!.. Bunu isə heç kimə arzu etmirəm. Necə deyərlər, mən çəkdiyimi çəkirəm, siz çəkməyin. Əvəzində gəlin sizə, daha doğrusu, içimdəki sevgimə yazdığım bu misraları dinləyin. Sizin də, mənim də ovqatım üçündü bu misralar.

 

Oturmuşam göy üzü

Kölgə salıb üstümə…

Bu gecə göy özü də -

Bələnibdi tüstümə!..

 

Alın yazım simsinmək

Nəyə lazım küsünmək…

Üşüsən də isinmək -

İstəmirsən istimə!..

 

Can yandıran bu «ah»dan

Keçib daha günahdan…

Mənə sənsiz Allahdan -

Yaxşı heç nə istəmə!..

 

*** 

 

Bütün yazı boyu həmin o son bir ayda yaşadıqlarımı təkrar yaşadım. Təkrar hər kəsin səsi, üzü-gözü mənimlə birlikdə oldu. Bir də eşitdim, bir də gördüm və bir də anladım ki, sevinmək əvəzinə, sevincimi öldürmək istəyənlər elə həmin o biçimdə, həmin o görkəmdə, həmin o əxlaqda gəzirlər, dolaşırlar. Elə bil ki, heç nə olmayıb, elə bil ki, heç nə baş verməyib və yaxud da elə belə də olmalıymış… Qoy elə də bilsinlər, qoy elə də düşünsünlər, qoy elə də yaşasınlar.

Mən həmişə əlimi Allaha açanda bir alqışım, bir qarğışım olub. Tək bircə dənə:

- ALLAH HƏR KƏSƏ ÜRƏYİNƏ GÖRƏ VERSİN!!!

Mən hər gün, olmasa ən azı iki gündən bir hər kəsin ürəyinə görə mükafatlandırıldığını eşidirəm, görürəm. Kimsə büdrəyir, kimsə uğur qazanır, kimsə yıxılır, kimsə gül-çiçəyə bürünür. Bütün bunlar məhz Allahın həmin o ürəyə görə verdikləridi. Mən də ürəyimə görə aldıqlarıma həmişə şükr etmişəm – kədərinə də, sevincinə də! Ən çox şükranlığım ürəyimədi… ürəyimdəki sevgiyədi. Bundan böyük mükafat dünyada yoxdu və yəqin ki, olmayacaq da. Təbii ki, mənim payımdan gedir söhbət, mənim haqqımdan. Mən sevməyi, sevgini yaşamağı bacarıram. Burda da yardımçı həmin o sevgini mənə verən Allahdı. Allah mənə hər kəsə, hər sifətə dözmək üçün məhz sevgi veribdi. Elə o sevgiylə də bütün sifətləri rus Sovet şairi Mayakovskinin təbirincə desək, «rədd olsun cəhənnəmə... dalınca bir qara daş!» deyərək, sevgiylə yaşayıram və yaşayacam da. Və sonda da yenə sevgidən deyəcəm sizə:

 

Hər günümdə bir damla

Yaş kiprikdə üzərlik…

Gözlərimdə qorunur -

Yar, səndəki gözəllik!

 

Qarşımda dayanmağın

Xoşbəxtliyi ölçüsüz…

Könlümdəki arzunu -

Qoy mən deyim elçisiz!

 

Sarıl mənə, sən elə -

Sarıl ki, biz tam olaq!

İkimiz bir doğulmuş -

Bütöv bir adam olaq!..

P.S. Biz bu tamlığı öz sifətimizlə, sevgimizlə, sevincimizlə yaşayaq. Sizə də bunu arzu edirəm, çeşidli sifət sahibləri!!! Sizi təklikdən ancaq bu xilas edə bilər, bu qurtara bilər.

 

 

 

 

 

 



İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK