nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | “Başqası olsaydı, Azərbaycanı Türkmənistana çevirmişdi” Adalet.az | “Başqası olsaydı, Azərbaycanı Türkmənistana çevirmişdi” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Başqası olsaydı, Azərbaycanı Türkmənistana çevirmişdi”

51323    |   2017-08-04 13:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin bir sıra aktual mövzuları ətrafında Moderator.az-ın suallarını cavablandırıb.

Adalet.az  həmin müsahibəni təqdim edir:

- Qüdrət bəy, növbəti seçkilərə təqribən bir il vaxt qalır. Qarşıdakı dönəm üçün siyasi durumu necə qiymətləndirərdiniz?

- Ümumən ölkədəki vəziyyəti kafi qiymətləndirmək olar. Neftin qiymətinin düşməsindən sonra iqtisadiyyatda ilkin dövrlərdə müəyyən gərginlik müşahidə olunsa da indi iqtisadi vəziyyət qismən sabitləşib. Etiraf edilməlidir ki, son zamanlar kənd təsərrüfatının və nəqliyyat infrastrukturunun inkişafı istiqamətində ciddi işlər görülür.Yaxın illərdə bunun müsbət nəticələrini görəcəyik. Daha yaxşı olardı ki, neft - kimya sənayesini inkişaf elətdirib xam neft ixrac edən ölkədən neft məhsulları ixrac edən ölkəyə çevrilək. Əvvəllər də bu barədə fikirlərimizi bəyan etmişik ki, bu sahənin inkişafı üçün biz bütün imkanlara malikik.

Siyasi vəziyyətə gəldikdə isə əvvələr də söyləmişdim ki, Azərbaycanda həm hakimiyyətin mənbəyinin xarici dövlətlər olduğunu düşünən, həm də bundan istifadə edib hakimiyyətə gəlmək istəyən adamlar var. Son vaxtlar bəzi, zamanında ifşa olunmuş, "siyasi” - kriminal elementlərin zühur etmələri də özlərini seçki ərəfəsi yenidən xarici dövlətlərə təklif etmələri ilə bağlıdır. Təəssüf ki, iqtidar və müxalifət daxilində də bu cür düşünən insanlar mövcuddur. Amma kimsə düşünməsin ki, prezident və xalqımız belələrinə şans tanıyacaq. Keçmişin acı dərslərindən ciddi nəticələr çıxarılıb. Hər birimiz ürək ağrısı ilə ərazilərimizin hansı şəraitdə işğal olunduğunu xatırlayırıq.

- Ölkədəki demokratiyanın vəziyyəti və demokratik proseslərin inkişafı barədə hansı fikirdəsiniz?

- Təəssüf ki, dünyada demokratiya böhran yaşayır. Biz hər zaman ölkədə qərb standartlarına uyğun sivil cəmiyyət quruculuğu üçün çalışmışıq və bu mübarizəyə hər kəs qoşulmalıdır. Amma xalqımızın inkişaf səviyyəsi və vərdişləri bu gün buna imkan vermir. Hər bir müqayisə qüsurlu olsa da bu ona bənzəyir ki, sən bir mühəndisə çiy kərpic verirsən və deyirsən ki, bununla 21 mərtəbəli yaraşıqlı bina tik. Ağıllı mühəndis isə həmin materialla 3 yaxud 5 mərtəbəli bina tikir və deyir ki, mən siz dediyinizə əməl etsəm yaraşıqlı bina əvəzinə xarabalıq qazanacağıq. Rəhmətlik Elçibəy zamanında buna cəhd etdi və acı nəticələrini yaşadıqdan sonra dedi ki, ”elə məsələlər var ki, onun həllinin zamana ehtiyacı var”. Əlbəttə, mən əminəm ki, yaxın gələcəkdə Azərbaycan demokratik inkişaf istiqamətində daha böyük uğurlara imza atacaq.

- Bu uğurlara biz hansı iqtidarın dövründə imza atacağıq? Yəni bu uğurları yaxın gələcəkdə görmək imkanı varmı?

- Mən öncə söylədim ki, demokratiya məsələsi təkcə iqtidarlardan asılı deyil. İqtidarlar prosesləri bir az sürətləndirə, yaxud yavaşlada bilər. İlham Əliyev böyük dövlət adamının ailəsində, həm də ziyalı bir ailədə tərbiyə alıb. Şəxsiyyət kimi özü və ailə üzvləri bizdən daha çox inkişaf etmiş ölkələrdə formalaşıb. Keçən dövr də göstərib ki, o, kifayət qədər qətiyyətli və praqmatik bir siyasətçidir. Tam əminliklə söyləyirəm ki, başqa birisi Prezident olsaydı, ətrafı və cəmiyyət onu diktatora, Azərbaycanı isə Türkmənistana çevirmişdi. Hazırda cəmiyyət inkişaf edir və biz prosesləri sürətləndirməli, islahatları genişləndirməliyik. Bəzi şizofrenniklərin və xaricdən maliyyələşən, hakimiyyətə gəlmək üçün hər şeyə hazır olan yaramaz ünsürlərin çığır - bağırına fikir verməməliyik. Sabitlik və inkişaf bizi məqsədlərimizə catdıracaq.

- Sabitlik müharibə vəziyyətində olan ölkə üçün həyati əhəmiyyət daşıyır. Amma hər seçki dönəmlərində Azərbaycana qarşı çeşidli çirkin oyunlar oynanıldığını ötənlərdə görmüşük. Sizcə gələn ilki seçki zamanı xarici güclər sabitliyi poza bilərmi?

- Prezident öz komandasına nəzarəti gücləndirmək və sabitliyi təmin etmək üçün bir neçə ugurlu qərarlar qəbul edib. İlk növbədə Mehriban Əliyeva birinci vitse - prezident təyin olunub. Düşməni və rəqibi dost etmək siyasətini yürüdən, xəyanəti isə bağışlamayan prezidentin komandasındakı zamanın sınağından çıxmış dostları onun ciddi dəstəyinə malikdirlər. Bu amil cəmiyyət tərəfindən təqdir olunur və iqtidarı ciddi təlatümlərdən qoruyur. Eyni zamanda onu xarici təsirlər qarşısında daha dayanıqlı edir. Bundan başqa iqtidar çalışır ki, xarici təzyiqləri azaltsın və xam xəyala düşənləri başa salsın ki, bu tipli cəhdlər əbəsdir. Belə cəhdlər olacaqsa 2013 - cü ildə olduğu kimi uğursuzluğa düçar olacaqlar.



İmza:

“KORONAVİRUSDAN SONRA DÜNYANI YENİDƏN BÖLƏCƏKLƏR…” –“Bu, siyasi və geosiyasi məsələdir”

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Köçkünlər evdə qalmaq üçün Qarabağa qayıtmalıdırlar - ƏLÖVSƏT AĞALAROVLA evdəqal SÖHBƏTİ

“Turana qovuşmaq bütöv Azərbaycandan keçir” - MÜSAHİBƏ

1918-ci ilin 31 mart soyqırımı-soyumayan "Böyük Ermənistan" ehtirası

İranda koronavirusa yoluxmuş körpə dünyaya gəlib

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır

BİR ANIN İÇƏRİSİNDƏ... - MÜSAHİBƏ

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

İradə TUNCAY: “Yaşadığımız aləm Allahın insanlara sevqi payıdır” - MÜSAHİBƏ

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK