Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | 60 yaşlı Zəlimxan Məmmədli ilə yubiley söhbəti Adalet.az | 60 yaşlı Zəlimxan Məmmədli ilə yubiley söhbəti Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

60 yaşlı Zəlimxan Məmmədli ilə yubiley söhbəti

29126    |   2017-07-29 16:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Sübh yuxudan duranda ilk əlimi atdığım saz olur”

Bir neçə gün əvvəl "Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin 60 yaşı tamam oldu. Milli azadlıq hərəkatının fəallarından olan, son illər isə rəhbərlik etdiyi təşkilatın fəaliyyətinə və sevimli stomatoloq peşəsinə daha çox zaman ayıran yubilyarla görüşüb bu yaşdakı düşüncələrini bölüşməsini xahiş etdik. Mətbuata hər zaman açıq olan Zəlimxan bəyin "Yeni Müsavat”a müsahibəsini təqdim edirik:


- Zəlimxan bəy, sosial şəbəkələrdən izləmək imkanımız oldu, baxdıq ki, yubileyinizi dar çərçivədə, təvazökarcasına qeyd etdiniz. Ancaq orada sizin düşərgə yoldaşlarınızı, partiyadaşlarınızı, uzun illər birgə yol gəldiyiniz insanları görmədik. Yubileyin davamı olacaq, yoxsa elə bununla kifayətləndiniz?


- Ömür bir qədəh şərbətdir, içdin, qurtardı. Onu şirin də edə bilərsən, qədəhi salıb sındıra da bilərsən, içdikcə özündən başqalarına zövq də verərsən və ya əlinizdən alarlar, yarı yolda qalarsan. Biz şərbəti dada-dada yola davamdayıq. Təbii, millətimə, elimə, dostlarıma, müəllimlərimə hesabat vermək tələbatım var. Sanki məndən o qədəhin vəziyyətini soranlar var. İnşallah, bir kitab üzərində işləyirəm. Borçalının son dönəm tarixinə aiddir. İnşallah, dava dostlarımla, könül dostlarımla birlikdə o kitabın təqdimatı bəhanəsi ilə bir arada olmaq niyyətim var. Allah qismət eləsin! Ümumiyyətlə isə dəbdəbədən qaçmağa çalışmışam. Fikirləşmişəm ki, bir doğum, bir də axirətə gediş günlərimiz var. Onu da el-oba qeyd edir.


- Borçalıda, Qardabani rayonunun Kosalı kəndində anadan olmusunuz. Heç şübhəsiz, yubiley yaşınızı öz doğma yurdunuzda da qeyd etmək istərdiniz. Amma təəssüf ki, Sınıq Körpüdən o tərəfə yollar üzünüzə bağlıdır. Sizcə, bu qadağanın ömrü nə qədər çəkəcək?


- Həyat mürəkkəbliklərlə daha zəngin olur. Rahat, kef edə-edə dövlət qurub, el-obaya sahiblənə bilməzsən. Dəyərlər üçün mübarizə aparmalısan. Bu yolda həqiqət olmalısan ki, ötkəm olasan, başını dik tutasan, alnı açıq, üzü ağ yaşayasan. Qadağalar, məhrumiyyətlər mübarizənin naxışları, ilmələridir. İnşallah, Gürcüstan ilmələri də çözüləcək, elimlə qovuşacağam, həm də Xankəndində ad günü keçirmək iddiam da gerçəkləşəcək. Üç gün tez, beş gün gec, əzəl-axır dünya bizim olacaq.


- İnşallah. Tibb İnstitutunun stomatologiya fakültəsi, Qərb Universitetinin Beynəlxalq siyasət və iqtisadiyyat fakültəsi, az qala, 40 ildir davam edən stomatoloji sahə, Xətai rayon icra başçısı, Azərbaycan Sambo Federasiyasının prezidenti və vitse-prezidenti, xalq hərəkatı... Bir-birinə heç də yaxın olmayan peşələr, sahələr. Özünüzə bunların daha çox hansını doğma sayırsınız?


- İnsan və həqiqət birlikdə çox güclüdür. İnancımda insanın potensial resursu indi müşahidə etdiyimizdən qat-qat çoxdur. İnsan digər canlılardan şüuru, yaradıcılığı ilə güclüdür. Həqiqət isə Allaha yaxınlaşmağın və qovuşmağın ən yaxın yoludur. Bu iki keyfiyyət birləşəndə güclüsən, çünki həm uca insan, həm də həqiqətsən. Allah səni hökmən himayə edəcək. Bu inanc məni hər zaman önə aparır. Keçmişi təftiş etməyi, eşələməyi xoşlamıram. Keçmişi soyuq başla təhlil edib, bugünkü fəaliyyətim üçün nəticə hasil etməyi xoşlayıram. Hənanın yeri olmadığı halda tariximizə, tarixi şəxsiyyətlərimizə həqarət və onu ictimailəşdirmək isə nadanlıqdır. Sabah mənə futbol federasiyasını da həvalə etsələr, inamım var ki, ən qısa zamanda Avropada sayılan komanda qura bilərəm. Və ya sabah diaspora və ya təhsil naziri olsam, yenə uğur sonluğu qaçılmaz olar. Mənim üçün əl qoyduğun işə könül vermək, fədakarlıq, təmənnasızlıq, ən əsası isə ruhun diriliyi çox önəmlidir. Qalan şeylər detallardır. Odur ki, əl qoyduğun, könül verdiyin iş doğmadır. Təbii ki, Azərbaycan adlı qos-qocaman bir məmləkəti, onun uğrunda mübarizə daha yaxın görünür. Çünki daha gözəl gələcəyimizin açarı buradadır.


- Zəlimxan bəy, siz 1957-ci ilin 17 iyulunda anadan olmusunuz. Həmin gün, amma 470 il əvvəl Şah İsmayıl Xətai dünyaya göz açıb. Maraqlısı odur ki, icra başçısı işlədiyiniz zaman siz məhz Şah İsmayıla abidə qoydunuz. Bir əlaqə varmı?


- O Allahın işidi. Görünür, onun yolunu getmək mənim qismətimdədir. "Şaumyan” adının ləğvi və rayonun Xətai rayonu adlandırılması ideyasının müəlliflərindən biri də mənəm. Uzun və çox maraqlı mübarizə mərhələsi idi. Fikrim belə idi ki, qəhrəmanlıq tariximizi əks etdirən heykəllər şəhərimizi bəzəməlidir. Xətai, Babək və Koroğlunun abidələrini Xətai rayonunda qoymaq proqram olaraq təsdiq olundu. Şah İsmayıl Xətai dövlətçilik tariximizin ən şərəfli şəxsiyyətlərindəndir. Abidəni həm də şəhərimizə gələn hər kəsin görməsi üçün aeroport yolunun üstünə qoymağı doğru saydıq. Biz abidəni qoyandan sonra ovaxtkı müxalifət qəzetlərində hətta yazılar dərc etdirdilər ki, Zəlimxan dövlət büdcəsindən vəsait xərcləyərək öz şəklini Xətai adı ilə millətə sırıyır. Bunu söhbətimizdə o vaxtkı prokuror dedi ki, bu heykəl sənə yaman oxşayır. Dedim oxşamalıdı da, o, mənim doğma ulu babamdı. Gerçəkdən, ata tərəfdən bizim Xətai nəslindən olmağımız gerçəklikdir.


- Adətən yaşın müəyyən çağında siyasət adamları memuar yazmağa üstünlük verirlər. Sizin yaşınız elə çox olmasa da, yəqin kifayət qədər xatirələriniz var. Hakimiyyətdə olduğunuz dönəmdən, rəhmətlik Əbülfəz Elçibəyin Kələki günlərindən, Türkiyədə müalicə aldığı dönəmdən yazmaq üçün xeyli material var. Yazmağa həvəs yoxdur, yoxsa gündəlik qayğılar vaxt ayırmağa imkan vermir?

zelimxan memmedli2.jpg (103 KB)
- Gündəlik işimin əhəmiyyətli bir hissəsi milli məsələlərlə bağlıdır. Elə bir kitab nəşr olunub. Onun ideya müəllifi, işçi qrupu, müəllifi, redaktoru, naşiri ailə üzvlərimdi - yoldaşım, oğlum və iki qızım. 600 səhifəyə yaxın bir kitabdır. Dediyiniz istiqamətdə düşüncələrim var. Amma qurduğumuz bu Azərbaycanı daha təhlükəsiz və daha qüdrətli, bütöv hala gətirmək əsəs vəzifələrimizdəndi. Bu istiqamətdə, konkret xalq hərəkatı ilə bağlı xeyli işləmişəm də. İnşallah, yazacağam. Mənim bir deyimim var: Allahım, məni yorulma hissindən hifz elə! "Yorulmuşam” deyən adamları sevmirəm. Bu ifadəni heç zaman işlətməmişəm.


- Maraqlıdır, stomatoloq peşəsi bu həyatda sizə daha çox qazanc gətirib, icra başçısı postu, yoxsa siyasət?


- Mənim tək qazanc yerim stomatologiyadır. İnsanlarımıza sevə-sevə xidmət edirəm, onlar isə könüldən uşağımın azuqəsini verirlər. Bundan çox qürurluyam. İcra başçısı olduğum zaman maddi cəhətdən ən çətin dönəmim olub. Axı biz milli, rüşvətsiz, qanunun şah olduğu dövlət qurmaq istəyirdik. Federasiya prezidenti dönəmində qalib olan idmançıya hədiyyə olaraq bir şey tapmayanda evdə olan cehizliklərdən də qıyırdım. Ailəm də bu davranışıma vərdişlidir.


- Bəs "Borçalı” Cəmiyyətinin başında dayanmaq sizə nə qazandırdı? Gürcüstana, doğma kəndinizə yolunuzun kəsilməsindən əlavə?


- "Borçalı” Cəmiyyətinin sədri kimi də qazancımın bir hissəsi cəmiyyətin işinin qurulmasına yönəlib. Hesab edirəm ki, halal çörək milyonlardan qat-qat qiymətlidir.


- Yəqin könül istərdi bu yay günündə Borçalıda, Kosalı kəndində olasınız. Amma nəinki siz sərbəst gediş-gəlişdən məhrum edildiniz, hətta Elat tədbirləri də qadağan olundu...


- Mübarizə həm də çətinlikdir, məhrumiyyətdir. Bu postda bəzi xəstə zehniyyətin diktəsi ilə davransaydım, indi millət vəkili də olardım, maddi cəhətdən də daha dolğun təmin olunardım. Amma urvatsız, şəxsiyyətsiz olardım. O, mənim intiharım ola bilərdi. Çətin yolu seçdim. 2009-cu ildən bu yana Azərbaycan və bütövlükdə türk dünyası Borçalı həqiqətlərini bildi. Bu istiqamətdə çoxlu layihələr həyata keçirdik, müxtəlif sahələr üzrə proqramlar hazırlayıb müvafiq qurumlara təqdim etdik. İctimai qurumun hüquqi durumuna uyğun vəzifələri hesab edirəm ki, artıqlaması ilə yerinə yetirdik. Elat bayramı isə artıq unikal bir birlik, qardaşlıq məkanına çevrilib.

Çox məmnunam ki, Cənubi Qafqazda analoqu olmayan bir layihənin ideya müəllifi və təşkilatçısıyam. Rəhbərlik etdiyim təşkilat isə heç kimin qarşısında gözükölgəli olmadan bir yol xəritəsi bəlirləyib. Bu xəritə etnik və dini ayrımçılığın Qafqazda toxumunu kəsməyə hesablanan yoldur. Elimə girişimə yasaq Azərbaycanın dişsizliyinin nəticəsidir. Həm də işimizə prinsipial yanaşmanın təzahürü, Gürcüstanda bizim varlığımızı, dik duruşumuzu sinirə bilməyən zehniyyətin varlığının təsdiqidir. Narahat deyiləm. Bu qadağalar hökmən bir işıqlı sabah deməkdir.

Hind filosofunun bir sözü var:"Həqiqət elə bir şeydir ki, onu döydükcə onun toxumu bütün bəşəriyyətə yayılacaq”. Həqiqət olmağımız bu qapının hökmən açılacağını diktə edir. Axı böyük faciələrimiz var. Zəngəzura, Goycəyə, Dərələyəzə, bütövlükdə Qərbi Azərbaycana, hətta Qarabağa gedə bilmirik. Prezident də oralara ayaq basa bilmir. Biz yurdlarımıza sahiblənməliyik. Ölkə ərazisində yağı düşmən at oynadırsa, biz namusdan uca səslə danışa bilmərik. Biz ərazi bütövlüyümüzün təmininə, Borçalı kimi uzaq ellərimizin göz bəbəyi kimi qorunmasına mənəvi səfərbər olmalıyıq. Baş verənlər Zəlimxanın və ya "Borçalı” Cəmiyyətinin problemi deyil. Baş verənlər hər birimizə dəyən qara daşdır. Bu qara daşı layiq olan başlara vurmaq bizim görəvdir. Yoxsa uşaq-muşağı salırlar Zəlimxanı təftiş etməyə. Olmaz!


- Yeri gəlmişkən, dollar-manat münasibətlərindəki kəskin dəyişmə bütün sahələrə təsir edib, sözsüz ki, sizin də sahəyə. Bildiyimə görə, dişlərin təmiri məsələsində "yerli istehsal” deyilən nəsə yoxdur. Qiymətlərinizə necə, təsir edibmi devalvasiya? Ən ucuz və bahalı dişlər arasında fərq nə qədərdir?


- Stomatologiya digər sahələr kimi inkişafdadır. Ən mürəkkəb texnologiyalar, yenilikləri tətbiq etməyi xoşlayıram. Maliyyə bazarında baş verən anormallıqlar bizdən də yan keçməyib. Materialların, avadanlıqların qiyməti ciddi şəkildə qalxıb. İnsanlarımızın maddi durumu isə kifayət qədər çətinləşib. Bu da təbii ki, bizim gəlirimizin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub. İri çaplı, qaynar qazan kimi qaynayan bir siyasi fiqur ayrı-ayrı zamanlarda qəfil "artıq inqilabi şərait yetişmişdir” bəyanatlarında qazlananda, mən daha praqmatik yanaşaraq xəstələrimin durumu ilə onu təkzib edirdim. Bu gün gerçəkdən devalvasiya ağır sonluğa sürətlə yaxınlaşmaqdadır. Qiymətlərsə keyfiyyətli material və keyfiyyətli xidmətə bağlı məsələdir.


- Düzdür, siyasətdən tam çəkilməmisiniz, amma aktivliyiniz də yüksək deyil. Böyük siyasətə dönüşünüz, ortaya böyük iddialar qoymağınız, məsələn, prezident seçkilərində iştirakınız nə vaxtsa mümkündürmü?


- Ruhum diridir, şükür. Hər şey mümkündür. Qəbir evinə qədər doğru bildiyimiz yoldayıq, zamanın hökmündə qismətdirsə, niyə də olmasın? Hər şeydən öncə qüvvələr arasında salam-kəlamı, ədəb-ərkanı düzəltmək lazımdır.


- Bəy, bildiyimə görə, yaxşı rəqs etməyi bacardığınız kimi, sazı köksünüzə basıb ifa etməyiniz də var. Hansı hava ürəyinizcə alınır? Kimdən öyrənmisiniz sazla ünsiyyət qurmağı?


- Rəqs hər zaman alınan deyil. Ruhuma uyğun məclis və ruhumu oynadan havalara qol götürüb oynamağım var. El havalarını çox xoşlayaram. Sazı türk millətinin ruhunun maddiləşən forması hesab edirəm. Saz evdə müqəddəsdir. Uşaqlarım sazla böyüyüb. Bəhrəsi layiqlı vətəndaş kimi başımızı uca etmələridir. İlk dəfə sazımı kökləməsi üçün rəhmətlik aşıq Aslan Kosalıya müraciət etdim. Tələbə vaxtı əsasən gitarada ifa etmişəm. V kursda isə ustad Xudunun bağladığı sazı almışam. Ağır havaları, bir də qəhrəmanlıq havalarını xoşlayıram. "Ruhani”, "Məmmədbağırı”, "Dilqəmi”, "Mansırı” və s. havaları çox sevirəm. Sübh yuxudan duranda ilk əlimi atdığım saz olur. İfamın gözəlliyi də ruhani məsələdir. Onu qanan olmayanda heç vaxt çala bilmirəm. Saz da qananı, qanacaqlını xoşlayır. Hər bir evimizdə qoy saz olsun, kefimiz də həmişə saz olsun! Ustad yanında ifa etmərəm. Rəhmətlik atam Adil kişinin saza vurğunluğu sazı mənə sevdirib...
Söhbətimizin sonunda məlum oldu ki, artıq istirahətə gedir, özü demişkən, Azərbaycanı gəzmək istəyir. İş otağının qapısının ağzında ayrılanda isə dəhlizdəki gül-çiçəkləri göstərib "bura da bizim bağçamızdır” söylədi. Hələ bu bağçanın bir parasını da həyətdə yaradıb. Bu cür yaradıcı insandır bizim 60 yaşlı gənc həkim-siyasətçi-idmançı Zəlimxan bəy. Bir daha təbrik edirik, bəy!


Elşad PAŞASOY

(musavat.com)


İmza:

"Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?"

Deputat Cavanşir Paşazadə: “Bu müsəlmançılıq deyil, dərəbəylikdir” - MÜSAHİBƏ

Murad Arif: İlk dəfə söyüşləri orda eşitdim - MÜSAHİBƏ

Seyran Səxavət: “Dünya Allahın çin olmuş yuxusudur...“ - MÜSAHİBƏ

Necə sevmiyəsən belə klubu?! ... - Müsahibə

Rövnəq Abdullayev: "Şəhidlərimiz, qazilərimiz bizim başımızın tacıdır" - MÜSAHİBƏ

Alim Qasımov: "O olmasa, mən də Alim olmazdım" - MÜSAHİBƏ

El şairi Sücaətin qardaşı: “Nəzakət Məmmədovanı sevirdi” – Müsahibə

"Müsavatı 3 adam böyütdü: İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev"

Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ

Seyran Səxavət: “Həmsədrləri görəndə nənəmin “oynaşları”nı görürəm”

Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK