ANA SƏHİFƏ / YAZARLAR

POLİS ZİYALI OLSA…

Faiq QİSMƏTOĞLU

12660    |   2017-07-28 11:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Bütün peşə sahibləri arasında ziyalı insanlar çox olanda bundan ən çox bu vətən, bu millət, bu xalq və bu dövlət qazanır. Çünki ziyalı heç vaxt öz marağını və istəyini önə çəkmir. Ən azından ona görə ki, belə adamlar üçün bayaq dediyimiz kimi, vətən, millət və xalq daha öndədir! Elə öndə olanı da ziyalı insan həmişə diqqət mərkəzində saxlayır və çalışır ki, harda işləməyindən asılı olmayaraq, hər şeyə ədalətlə yanaşsın!..

… Bir avropalıdan soruşurlar ki, necə oldu Avropa qısa zaman kəsiyində dünyanın ən inkişaf etmiş demokratik bir dövlətlərinə çevrildi?! Bu suala cavab verən avropalı deyir ki, çox sadə; biz bütün vəzifələrdə ziyalıları əyləşdirdik, onlar da başqaları kimi özlərinə deyil, ölkəyə, dövlətə və millətə xidmət elədilər. Ona görə də indi gördüyünüz Avropa yaranıb!..

Sözümün canı ondan ibarətdir ki, bu gün Azərbaycan polisində də kifayət qədər ziyalı, səviyyəli, dünyagörüşlü və ədalətli əməkdaşlar var. Bunu tək biz demirik. Bunu həm də həmin quruma müraciət edən və orda səmimi qarşılanan yüzlərlə, minlərlə insanlar deyirlər! Əlbəttə, son 20 ildə Azərbaycan polisi keçmiş ənənələrə söykənərək daha da güclənib, ən müasir texnika və avadanlıqlarla təchiz edilib. Azərbaycan polisinin hərtərəfli və yüksək səviyyədə fəaliyyəti üçün prezident İlham Əliyev tərəfindən hər cür şərait yaradılıb. Son vaxtlar neçə-neçə inzibati binalar, hospitallar və eləcə də digər tikililər polisin istifadəsinə verilib. Təbii ki, bu cür şəraitin yaradılması Azərbaycan polisinin daha rahat və normal işləməsinə imkan verir.

Azərbaycan polisində ən böyük ziyalı Daxili İşlər naziri, general-polkovnik cənab Ramil Usubovdur. Ramil Usubov fəaliyyətə başladığı ilk gündən dövlətə, Prezidentə və xalqa sədaqətilə seçilib. Təbii ki, yüksək peşəkarlıq, intellekt səviyyə və ziyalılıq da burda önəmli rol oynayıb. Hər bir rəhbər çalışır ki, ətrafındakı kadlarda peşəkarlıqla yanaşı, yüksək mədəniyyət sahibi olsunlar. Çünki peşəkarlıqla yüksək mədəniyyət vəhdət təşkil edəndə, bax onda hər şey öz müsbət təsirini qısa zaman kəsiyində göstərir!..

Biz 27 ildən çoxdur ki, Azərbaycan polisilə əlaqəli işləyirik. Yəni bir qayda olaraq qəzetimzdə polisin vətənpərvərliyini, cinayətkaralara qarşı mübarizəsi, ictimai asayişi qorumasını və yol hərəkətinin təhlükəsizliyini təmin edilməsini ön plana çəkmişik. Ən azından ona görə ki, polisin işinin işıqlandırılması, onların dövlətə və dövlətçiliyə sədaqətini qabartmağımız bir daha onu göstərir ki, bütün peşə sahibləri kimi, polisə də cəmiyyət tərəfindən dəstək verməli, kömək göstərməlidir. Əhali arasında maarifləndirmə işlərinin aparılması, insan arasında polisə qarşı sevgi hisslərinin oyanması üçün mətbuatın üzərinə çox böyük məsuliyyət düşür. Çünki mətbuat dördüncü hakimiyyət sayılır və onun çox böyük gücü vardır. Bu güc də təbii ki, ilk növbədə bayaq dediyimiz kimi, dövlətə və dövlətçiliyə xidmət etməlidir.

Bayaq dedik ki, biz «Ədalət» qəzeti olaraq Azərbaycan polisilə mütəmadi olaraq əlaqələr yaradırıq. Onların vətənpərvərliyini, dövlətə necə sadiq olmalarını konkret yazılarımızla gündəmə gətiririk. Biz bu 27 ildə çoxlu sayda şərəfli, ziyalı və vətənini sevən polis əməkdaşları görmüşük. Və onların hər biri sözün həqiqi mənasında vətən üçün hər an ölümə hazır olublar! Qarabağ döyüşlərində, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında sinələrini qabağa veriblər!..

… Bizim ən çox hörmət elədiyimiz ziyalı polislər var. Onlarla ünsiyyətdə olanda biz özümüz də xoş bir auraya düşürük və onlardan müsbət enerji alırıq. Belə ziyalı polislərdən çoxlarının adını və soyadını çəkə bilərik. DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov elə bir ziyalıdır ki, onunla söhbət eləyəndə, ünsiyyətdə olanda sanki insan özünü ən gözəl bir yerdə hiss edir. Yüksək mədəniyyət, yüksək intellekt və vətənpərvərlik hissi onun hər hərəkətində, hər sözündə hiss olunur. Adam bəzən onun yüksək mədəniyyəti önündə utanır. Çünki o qədər səmimi və sadə hərəkət edir ki, bu anlara, bu dəqiqələrə adam qibtə ilə baxır. Düşünür ki, nə yaxşı Azərbaycan polisində bu cür böyük ziyalı, elmli və dünyagörüşlü generallarımız var. Belə generallarla görüşəndə bu vəzifəyə də, bu rütbəyə də adamın hörməti birə beş artır. Bəlkə də bu barədə daha çox yazmaq olar. Amma sadəcə olaraq mən bir jurnalist olaraq ürəyimdən keçən bir neçə kəlməni xatırladım.

Elə bu ziyalılığın nəticəsidir ki, Baş Dövlət Yol Polisi İdarəsində çox gözəl və sağlam bir mühit yaradılıb. Yəni cənab generalın ətrafında olan vəzifə sahibləri də öz ziyalılıqları, savadları və dünygörüşləriylə fərqlənirlər. Bu isə o deməkdir ki, həmin vəzifədə çalışan insanlar xalqla daha səmimi və daha ədalətli davaranır. İnsan da ədalətli olanda təbii ki, ondan və fəaliyyətindən çoxları razı qalır.

Bir vaxtlar Nizami və Binəqədi rayonlarında mühafizə polisinin rəisi işləmiş polkovnik Səməd Hüseynov yadıma düşür. İndi o, təqaüddədir. Əslən gədəbəyli olan Səməd Hüseynovla görüşəndə onun şirin, səmimi söhbətlərindən doymaq olmurdu. Ədəbiyyatımızı, tariximizi elə gözəl bilirdi ki, hər hansı mütəxəssis onun savadına təəccüb edərdi. Onunla bir mövzuyla bağlı söhbət aparanda o dəqiqə hiss edirdin ki, bu adam başdan-ayağa ziyalıdır. Və təbii ki, bu cür insanlar polisin nüfuzunu zamanından və məkanından asılı olmayaraq, həmişə yüksəldiblər. Onların yanına gedənlər isə belə ziyalı polislərdən inanmıram ki, narazı qalsınlar. Çünki onlar hər şeyə ədalətlə yanaşıblar.

Beş il bundan əvvəl Füzuli rayonuna bir polis rəisi təyin edilib. O, Xəqani Məmmədovdur. İnanın, Xəqani müəllimlə heç bir stəkan çay da içməmişəm. Amma bu beş ildə o, Füzuli rayonunda elə bir hörmət qazanıb ki, hamı ona öz doğması kimi baxır. Çünki Xəqani Məmmədov heç kimin hüququnu tapdamayıb və heç kimin qəlbinə dəyməyib. Düzdür, cinayətkarlığa qarşı rayonda mübarizə də yüksək səviyyədə təşkil edilib və hər hansı Füzuli sakini çox asanlıqla onun qəbuluna düşə bilir, problemini deyir və o məsələ də qısa zaman kəsiyində öz həllini tapır. Çünki Xəqani Məmmədov ziyalı insandır, haqqı nahaqqa verən deyil. Və həmişə də camaatın, xalqın içində olur. Polis əməkdaşlarına da konkret tapşırıq verib ki, heç kimlə kobud rəftar etmək olmaz. Əgər kiminsə hərəkətində cinayət tərkibi varsa, onunla da qanunun dilində danışmaq lazımdır. Yəni cinayətkarın da hüququ pozulmamalıdır. Əlbəttə, belə olanda həmin o cinayətkar da görür ki, polis onunla qanun çərçivəsində davranır, ona zor göstərmir. O da istə-istəməz hərəkətlərindən peşman olur və bir daha belə səhv addım atmayacağını bildirir.

Mənim tanıdığım bir ziyalı polis zabiti də var. Bəlkə də o istəməz ki, adını, soyadını çəkim. Çünki o, tərifi sevmir. Amma elə şeylər var ki, onu yazmasan, deməsən olmur. Bu, mənim tanıdığım polis polkovniki İlham Rəcəbovdur. Son dərəcə savadlı ziyalı və dünyagörüşlü bir zabitdir. Həmişə də kabinetinin qapısı qəbula gələnlər üçün açıq olar. Bir dəfə görmədim ki, o kiminsə qapının ağzında ləngitsin və onu qəbul etməsin. İki daşın arasında da olsa həmin adamı qəbul edir, problemləri ilə maraqlanır və ona kömək göstərir. İlham Rəcəbov çox mütaliəli, savadlı və ziyalı bir insandır. Bayaq dedik ki, insan ziyalı olanda bundan ən çox qazanan bu vətən, bu torpaq, bu millətdir. Və bu cür ziyalılar həmişə polisin nüfuzunu yüksəldir, onu xalqa bir daha yaxınlaşdırır.

Yol Patrul Xidməti Alayının 1-ci tağımında son dərəcə tərbiyəli, savadlı və mədəni bir zabit də var – polis leytenantı Rasim Əliyev. Onunla dəfələrlə müxtəlif mövzularda söhbətlərimiz olub. Və bəzən hər hansı mövzu ilə bağlı bilmədiyim mətləbləri ondan öyrənmişəm. Rasim Əliyev bir polis zabiti olaraq çox ədalətli və vicdanlı bir insandı. İnanın, o dərəcədə səmimi, o dərəcədə qabiliyyətli zabitdi ki, adam belələrinə baxanda fəxr edir. Fəxr edir ki, Azərbaycan polisində belə mədəni ziyalı insanlar var.

Bəzən bir çoxları polis nəfərlərinə yuxarıdan aşağı baxır. Amma nahaq yerə! Yol Patrul Xidməti Alayının 6-cı tağımında bir polis baş serjantı var - Əşrəf Orucov! Bu adam nə qədər savadlı və mütaliəlidir. Coğrafiyanı isə hər hansı mütəxəssis qədər çox mükəmməl bilir. İstər dünyanın, istərsə də ölkəmizin bütün şəhərlərində nə qədər insan yaşayır hamısını əzbər bilir. Ayrı-ayrı ölkələrin ərazilərini, iqtisadiyyatını, kənd təsərrüfatını o qədər gözəl şərh edir ki, onun məntiqi mühakiməsinə heyran qalmaya bilmirsən. O həm də çox vətənpərvər və millətini sevən bir polis əməkdaşıdı. Qarabağ döyüşlərində iştirak edib. Vətənin ağır, çətin günündə sinəsini irəli verib. Və bu gün də öz vəzifə borcunu namusla, şərəflə yerinə yetirir. Və həmişə də söhbət düşəndə deyir ki, müəllim, mən heç vaxt kiminsə barəsində ədalətsiz protokol yazmamışam. Düzdür, mənim də qüsurlarım, çatışmayan cəhətlərim var. Amma öncə ona çalışmışam ki, heç vaxt kiminsə haqqını tapdamayım və hüququnu pozmayım.

Bu yazını qələmə almaqda məqsədimiz ondan ibarətdir ki, bir daha cəmiyyətə göstərək Daxili İşlər Nazirliyi sistemində nə qədər vətənini sevən, dövlətini sevən, prezidentini sevən ziyalı insanlar var. Bu yazını həm də ona görə yazdıq ki, bir çoxları polisə yuxarıdan aşağı baxmasın və deməsinlər ki, onlar savadsızdılar. Bu gün polis orqanlarında çox savadlı, çox ziyalı, çox elmli, çox da mədəni əməkdaşlar var. Sadəcə olaraq, onlarla ünsiyyətdə olmaq, onlarla söhbət eləmək, onların ürəyinin, qəlbinin səsini eşitmək lazımdır! Çünki o ürək, o qəlb həmişə vətən eşiqilə döyünür, milləti sevir və xalqı hər şeydən üstün tutur! Bu isə o deməkdir ki, Azərbaycan polisində bu gün çoxlu sayda ziyalı, vətənpərvər, xalqını və millətini sevən insanlar çalışır. Allah xalqını və millətini sevən, Prezidentinə sadiq olan ziyalı polislərimizi qorusun!..




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK