ANA SƏHİFƏ / YAZARLAR

ALLAHA SIĞINAN ADAM

Faiq QİSMƏTOĞLU

20441    |   2017-07-20 15:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Onun çöhrəsində həmişə bir nur vardı. Və bu nuru ona Allah-Təala vermişdi. Düşünürdük ki, Famil Mehdi haçan bizə mühazirə oxuyacaq və biz də onun çöhrəsindəki o nuru nə vaxt görəcəyik. Hər dəfə auditoriyaya girəndə son dərəcə hamımızla səmimi salamlaşar və sonra da mövzu ilə bağlı mühazirə oxuyardı. Hər mühazirəsi o qədər maraqlı, o qədər şirin və o qədər yaddaqalan olurdu ki, vaxtın necə gəlib keçdiyini qətiyyən hiss eləməzdik. Arabir nəzərlərini auditoriyaya yetirər və bizə baxardı. Onda da hiss edərdik ki, Famil müəllim artıq ürəyini boşaldıb. Onun ürəyi boşalırdı, bizim də qəlbimiz boşalan ürəkdən aldığımız nurla, işıqla dolardı…

Azərbaycan Dövlət Universitetində (BDU) jurnalistika fakültəsində oxuyanda bizim çox istedadlı və dəyərli, işıqlı, nurlu müəllimlərimiz vardı: Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Nurəddin Babayev, Nəriman Zeynalov, Tofiq Rüstəmov, Qulu Xəlilov, Cahangir Məmmədli, Akif Rüstəmov, Nəsir Əhmədov… adları və soyadlarını unutduğum müəllimlərim məni bağışlasınlar. Və onların da adı yuxarıda sadaladığım işıqlı ziyalılar kimi hamısı qəlbimizdədir. Sadəcə olaraq, yazını birbaşa bilgisayara diqtə elədiyimə görə, bəzi hadisələri xatırlaya bilmirəm…

Famil Mehdi gözəl şair idi, gözəl alim idi, gözəl ziyalı idi və gözəl də müəllim idi. Allah-Təala həm ona şairlik qismət eləmişdi, həm də alimlik. Və bir çox halda şairlik alimliyi üstələyirdi, bəzən də alimlik şairliyə qalib gəlirdi. Bütün hallarda yenə udan və qalib olan Famil Mehdi idi. O Famil Mehdi ki, biz tələbələrin ürəyində hər mühazirəsində, hər söhbətində bir iz qoyardı...

Ağır oturub batman gələn kişilərdən idi Famil Mehdi. Biz heç vaxt onun özündənrazılığını və təkəbbürlüyünü görmədik. Biz gördük ki, Famil müəllim hamı ilə çox səmimi münasibət qurub. Xüsusən biz tələbələrin qəlbini, ürəyini ələ alardı. İmtahan götürəndə isə heç kimin xətrinə dəyməzdi və bilərdi ki, imtahana gələn hər bir tələbə onun öyrətdiklərinin hamısını yadda saxlayıb. Və buna görə də Famil müəllim heç bir tələbəni kəsməzdi. Bəzən kimlərsə özlərini tapşırtmaq istəyəndə Famil müəllim deyərdi ki, heç bir tapşırığa ehtiyac yoxdur. Özünüz gəlin məndən xahiş eləyin, qiymətinizi yazacam. Təbii ki, biz o xahişi eləməzdik və Famil müəllim də hamımıza övlad məhəbbəti göstərərdi.

Biz 3-cü kursda oxuyanda rayon qəzetlərində təcrübədə olardıq. Məni də öz rayonumuzdakı «Araz» qəzetində 3 aylıq təcrübəyə göndərmişdilər. Təcrübə rəhbərimiz də Famil Mehdi idi. Mən məktubu qəzetin redaktoru Məcnun Namazəliyevə təqdim elədim. O da çox sevgi ilə məktubu aldı və dedi ki, sabahdan fəaliyyətə başla. Mən də 3 ay yorulmadan müxtəlif janrlı yazılar qələmə aldım. Təcrübəmiz bitəndə bizə redaksiyadan xasiyyətnamə verdilər. Həmin xasiyyətnamənin sözlərini rəhmətlik istedadlı jurnalist Kərəm Hətəmov yazmışdı. Xasiyyətnaməyə möhürü və imzanı isə Məcnun Namazəliyev vurmuşdu. Elə oldu ki, yeni dərs ilinə qayıdan kimi bizim təcrübəmizin hesabatı dinlənildi. Onda Famil Mehdi mənim barəmdə xasiyyətnamədə yazılmış bu fikirləri olduğu kimi yığıncaq iştirakçılarının diqqətinə çatdırdı: «…Jurnalistika fakültəsinin tələbəsi Faiq Hüseynov çox istedadlı bir gəncdir. Biz fakültənin dekanlığına təşəkkür edirik ki, bu cür istedadlı və savadlı tələbəni bizim redaksiyada təcrübəyə göndərib…»

Famil müəllim bu fikri hamıya çatdırandan sonra bir daha üzünü mənə tutub dedi ki, çox sağ ol ki, fakültəmizin adını uca tutaraq gözəl yazılar qələmə almısan. Mən sənin hər bir yazına diqqət yetirdim. Gördüm ki, bütün janrda qələmə aldığın yazılar çox maraqlı, orijinal və yaddaqalandı. Dil və üslubun xüsusilə xoşuma gəlir. Ona görə də mən də təcrübə rəhbəri kimi bir daha sənə öz təşəkkürümü bildirirəm.

Famil Mehdidən bu sözləri eşitmək bir tələbə olaraq mənə çox xoş idi. Onun haqqımda söylədiyi dəyərli fikirlərdən sonra bir qədər də həvəsləndim və respublika mətbuatında çoxlu sayda yazılar qələmə aldım. O vaxt bizim müəllimlər yazılarımızı böyük maraqla izləyirdilər. Oxuduqdan sonra fikirlərini və iradlarını bildirirdilər. Biz də gələcək yazımızda həmin qüsurları aradan qaldırırdıq.

Famil müəllim çox böyük ürək sahibiydi və heç kəsin də paxıllığını çəkməzdi. Əksinə, çalışardı ki, hamıya kömək eləsin. Və Famil müəllim həm də ona çalışardı ki, kimsəsiz və kasıb tələbələr ədazıl müəllimlər tərəfindən incidilməsin, sıxılmasın. Bax, onda Famil Mehdi sinəsini qabağa verər, öz haqq səsini ucaldar və tələbəsini müdafiə eləyərdi.

Bir dəfə 5-ci kursda oxuyanda diplom müdafiəsi idi. Mən də müdafiə edərkən bəzi müəllimlər üstümə hücum çəkdi. Hətta eləsi vardı ki, lap ədazıllıq eləyirdi. Yəni diplom işimdə yüksək qiymət almağıma imkan vermirdi. Bax, o vaxt da Famil müəllim haqlı olduğuma görə, sinəsini qabağa verdi və məni müdafiə elədi. Dedi ki, indi bu tələbənin arxası yoxdu deyə üstünə yeriyəcəksiz? Onun arxası yoxdu, amma istedadı və savadı var. Famil Mehdinin bu sözlərindən sonra çoxları sakitləşdi. Onda Qulu Xəlilov da mənə qahmar çıxdı.

Müəllimə ən obyektiv qiyməti verən tələbədi. Və düşünürəm ki, bizim müəllimlər də elə biz tələbələr tərəfindən əksəriyyəti «5» qiyməti alıb. Çünki onlar həmişə ədalətli olublar, haqlı olublar və hansısa tələbənin nahaq yerə incidilməsinə, sıxılmasına imkan verməyiblər...

Famil Mehdi hamıya yaxşılıq eləyən adam idi. Təsəvvür edin, kimsə yolda onun maşınını digər maşınla əzib. Bunun müqabilində Famil müəllim ona yaxşılıq edib. Çətin gündə həmin adama arxa durub. Amma bir başqası olsaydı, nəinki maşınını əzsə, ayağını tapdalasa belə ondan qisas alardı…

… O gözəl şairin, o gözəl alimin, o gözəl ziyalının çox böyük Allah sevgisi olub. Ürəyində və qəlbində Allah sevgisi olan insanlar həmişə digərlərinə böyük sevgi və məhəbbətlə yanaşıblar və onlara heç vaxt yuxarıdan aşağıya baxmayıblar.

Famil müəllim bəlkə də uzun ömür sürərdi, bu gün də yaşaya bilərdi. Amma o heç vaxt haqsızlığa, ədalətsizliyə dözə bilmirdi. Onu vaxtından tez bu dünyadan aparan həm də Qarabağ dərdi oldu. Famil müəllim Qarabağsız, Ağdamsız yaşaya bilməzdi. Bir dəfə onunla görüşdüm. Gördüm ki, dağ boyda olan Famil Mehdi indi yaman balacalaşıb. Çünki dağ boyda olan Famil Mehdini Qarabağ dərdi, Ağdam dərdi yumağa çevirmişdi. Famil müəllim təpədən-dırnağa, başdan-ayağa vətənpərvər bir ziyalıydı. Famil müəllim elini, obasını, Qarabağın hər daşını, hər otunu, hər bulağını, hər çiçəyini sevən bir insanıydı. Elə Qarabağın o ağır dərdi də götürüb apardı onu Allahın dərgahına. İndi Famil Mehdi Allahın dərgahında Qarabağın, Ağdamın güllərinin, çiçəklərinin, bulaqlarının yanındadı…

O, gözəl şair idi və həmişə də qəlbi vətən eşqi ilə döyünərdi. Vaxtı ilə o, Təbrizin, onun xalçasının həsrətini çəkib. Nə Təbrizi görüb, nə də onun xalçasını. Sonradan «Təbriz xalçası» adlı bir şeir yazıb:

Aha, görüşünə kim gəlib, kim.

Dünyanın, taleyin hökmünə bir bax?

Mən səni Təbrizdə görə bilmədim

Barı Lissabonda gəl qucaqlaşaq,

Dünya da böyükdür, dərddə böyükdür

Ey əziz torpağın əziz xalısı

Ayrılaq… biz buna öyrəncəliyik

Əlvida, əlvida, Təbriz xalısı…

Famil Mehdi bax, belə bir ürəyin, belə bir qəlbin sahibi olub. Belə bir ürəyin, belə bir qəlbin sahibini isə heç vaxt onu tanıyanlar unuda bilməzlər. Çünki o qəlb, o ürək dupduru olub, pak olub. Pak ürək və pak qəlb sahibi isə zamanından və məkanından asılı olmayaraq, həmişə yaşayırlar. Famil Mehdi bu gün də, bu an da yaşayır öz şeirlərində, öz mahnılarında, öz tələbələrinin ürəyində və öz sevənlərinin qəlbində…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-23
2018-07-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (16.67%)
İşdə (83.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK