ANA SƏHİFƏ / YAZARLAR

BİR GÜL BAĞIŞLASAN...

56435    |   2013-03-08 00:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fikir verirsinizsə, bayramlarımız matəmlərimizlə növbələşir. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günündən iyirmi gün sonra 20 Yanvar qırğını, 26 fevral Xocalı soyqırımından on gün sonra 8 Mart Qadınlar Bayramı, 21 mart Novruz Bayramından on gün sonra 31 Mart Azərbaycanlıların Soyqırımı günü və sair... Yəni, həm gülmək, həm ağlamaq istəyən uşağa dönmüşük. Gözümüzün biri gülməmiş o biri ağlayır. Çaşbaş qalmışıq, bilmirik gülək, yoxsa ağlayaq...

Matəmlərin ən ağırlarını yola verdik. İndi ən çox sevdiyimiz bayramlar gəlir - 8 mart və Novruz bayramı. İkincini demirəm, amma birinci, yəni, 8 Martın kişilərin də sevimli bayramı olduğunu demək bir az çətindi. Çünki həmin gün kişilərin nə çəkdiyini bilirik. Ən çox da maddi sıxıntısı olanların...

Virtual dostlarımdan birinin qəribə məntiqlə yazılmış statusunu oxudum. Yazının məzmunu bu idi ki, indi qadınlar bayramına qızgın hazırlıqlar gedir. Gücü çatan, çatmayan hədiyyə sorağındadı. Amma müharibə olan ölkədə kişilərin əli silah tutmalıdı, qadına gül uzatmamalıdı...

Həmişə zərif və zəif adlandırdığımız qadınlar əslində ən güclü xarakterə malik cinsdirlər. Onların həyatı duyğu, dözüm və fədakarlıqdan yoğrulub. Qadın yalnız sevəndə zəif olur. Sevilən qadın güclü olur. Maddi çətinliklərdə də, psixoloji durumlarda da, səbir, dözüm məsələsində də kişilərdən üstün olsalar da, ZƏRİFdilər. Və bu zərifliyi qiymətləndirmək əks cinsin borcudur! "Qadın zərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər" - Migel de Servantes deyib bunu. Amma "qadına gül uzatmaq" kimi bir jest o qadını daha da zərifləşdirir, bircə güllə onun həyatını işıqlandıra, ruhunu təzələyə bilərsiniz! Amma kişi əli gülü ona uzatmırsa və eyni zamanda silah da tutmursa, onda necə? Ancaq bu zərifliyi qiymətləndirənləri mühakimə etməkmi qalır onlara, yoxsa daha mükəmməl arqumentləri var, ortalığa çıxarmağa.

Bu söhbət zamanı uşaq vaxtı baxdığım, müharibə mövzusunda bir rus filmi yadıma düşdü. Qızğın atışmalardan sonrakı fasilədən istifadə edən döyüşçü ağacın altında birlikdə dayandığı tibb bacısı olan sevgilisinə həmin vaxta təsadüf edən 8 Mart bayramı münasibətilə hədiyyə verir. Hədiyyəsi nə idi bilirsinizmi, bu əsgərin? - altında dayandıqları ağacdan qoparılmış kiçik bir budaq! Onunla birlikdə: Bayramın mübarək əzizim, səni sevirəm! - deməsi qızı dünyanın xoşbəxti etmişdi... Bir adi budaqla xoşbəxt ola bilən qadına sizin sevginizdən başqa nə lazım ola bilər ki... Od-alovun içində də qadın zərifliyini saxlamağı bacarır. Qadınlar onları anlamağı, dinləməyi bacaran kişini varlı kişidən üstün tuturlar. "Qadın kitaba bənzəyir, onu sevmək və diqqətlə oxumaq lazımdı". Bunu da E.Krepelin deyib - diqqətlə oxumaq!.. Bəs siz qadınlarınızı "oxuya" bilirsinizmi? Heç olmasa, buna səy göstərirsinizmi? Yoxsa onlara bir çiçək bağışlamaq üçün mütləq müharibəni başa vurmağın tərəfdarısınız? Qadına qayğının, xoş münasibətin, sevginin təcəssümü olan bir gülü bağışlamaq üçün müharibənin qurtarmasını gözləmək lazım deyil. Çünki qadın elə müharibədə də sizin arxanızda olacaq. V.Belinski deyir ki: "Qadın həyatın bütün mərhələlərində kişinin xilaskarıdır". Doğurdan da uşaqlıqda əziyyətini, qayğını çəkən, gəncliyində həyatın ən mənalı vergisi olan sevgini sənə yaşadan, qocalıqda ən sadiq "qulaq yoldaşı" və təsəlli verənindi qadın. Ona görə də bir gülü əsirgəməyin qadınlardan, kişilər! Həmin gün heç olmasa, bir sevgi etirafı, bir kəlmə xoş söz söyləyin onlara. O zaman baş verəcək möcüzənin şahidi olacaqsız!

Bütün qadınlarımızı, o cümlədən cəbhə zonasında yaşayan həmkəndlilərimi bu bayram münasibətilə təbrik edirəm! Əzizlərim, müharibə, bayram və müharibə zamanı bayramın nə demək olduğunu siz hamıdan yaxşı bilirsiniz...

Fəridə RƏHİMLİ

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK