ANA SƏHİFƏ / YAZARLAR

SEVGİYƏ DOĞRU TRANSFER

Əbülfət MƏDƏTOĞLU

16748    |   2017-06-16 16:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İçinizdə hər gün buna çalışın

Hər gün hər şey dəyişir. Bu təbii bir dəyişmədi. Necə deyərlər, həyatın inkişaf, təkamül qanunauyğunluğunun bir göstəricisidir. Əgər inkişaf da olmasa durğunluq özü-özlüyündə bir çökmə yaradar, bir bataqlıq, boşluq əmələ gətirər. Elə bu yerdəcə yadıma sovet dönəminin məşhur termini düşür. Onda da mətbuat, qələm adamları daha çox işlədirdilər bu sözü. Vurğulayırdılar ki, "durğunluq illərində inkişaf tempi aşağı düşüb, insanların həyat səviyyəsi günün tələblərinə cavab vermir” və s. və ilaxır. Bütün bunların babalı qalsın sovet hökumətinin boynunda. Amma mənim bildiyim bir gerçəklik var. O da durğun, lal suların törətdiyi faciədi. Çünki durğun suların alt qatında nələr baş verdiyini müşahidə eləmək mümkün deyil. Hətta atalar sözümüz da var. Müdriklərimiz deyib ki "Suyun lal axanı, insanın yerə baxanı"...

Yəqin ki, bu müdrik kəlamdan sonra əlavə şərhə ehtiyac qalmayacaq. Qalsa da, bilənlər bilməyənləri başa salacaqdı. Və həyat özü də bir məktəb olduğundan bilməyənlərin bu məktəbin dərslərindən keçməsi bir zərurət olacaqdır. Sonda da həyat dərsi onu öyrənmək istəməyəni belə ovxarlayacaq, ütüləyəcək, rəndələyəcək və gərək olan hala salacaqdı...…

Mən isə sözümün əvvəlinə qayıdıram. O yerə qayıdıram ki...

Bəli, son günlər qarşılaşdığım hadisələr, apardığım müşahidələr göstərir ki, təkcə təbiətdə deyil, həm də cəmiyyətdə baş verənlər, əksər hallarda, duyğusal insanların hisslərinə toxunur, onlarda streslər yaradır. Deyə bilərsiniz ki, bu gün stress adi hala çevrilib. Mən sizinlə razıyam. Amma bunun səbəbi heç vaxt tam sona qədər, dəqiqliyilə açıqlanmır. Çünki açıqlansa, onda ikinci stress dalğası yaranacaq. İkinci dalğa da həmişə birincini ya təkrarlayıb, ya da ötüb keçə bilməyib. Odur ki, streslərdən qorunmaq zəruri olduğu qədər də, ondan uzaq dayanmağı bacarmaq da, ona etinasız olmaq da bir o qədər mümkünsüzdü. Bütün mümkün olmayanlar həmişə insanı düşündürür və həmişə də insan mümkün olmayanları gerçəkləşdirmək üçün zamanını, maddi və mənəvi imkanlarını səfərbər edir və təəssüf ki, milyonlardan ən yaxşı halda biri və yaxud ikisi istəyinə çata bilib. Qalanlar isə...

İndi düşünürəm ki, ən son hadisələr, elə iki gün öncə, Quzanlıda və yaxud Zəngişalıda qarşılaşdığım, müşahidə apardığım durum, əhval-ruhiyyə, insanların baxışlarındakı, dillərindəki ifadələr nəhayət, burda nəfəs dərmədən özünü hara gəldi çırpan dəli külək... Nə demək istəyir və yaxud necə demək istəyir?.. Nəyin xəbərdarlığıdır? Bu suallar mənə görə çoxcavablıdı. O qədər çoxcavablıdı ki, onun təkcə birin deyəcəm. Qalanlarının düşünmə haqqını yenə sizə verəcəm. Cavab isə belədir:

- Cəmiyyətdən, siyasi hadisələrdən qaynaqlanan streslər adamın ruhunu baltalayır, sevincini budayır, təbəssümünü öldürür!..

Bilirsiniz niyə bu cavabı verdim? Ona görə ki, həmsöhbət olduğum adamların hamısı, daha çox müəyyən zümrənin üst qata yüksəlib, digərlərinin haqqını tapdamaq, görməmək, ona biganə qalmaq kimi çalarlarını həzm edə bilmirdi, bundan narazıdı, gileylidi. Bunu istər-istəməz təbiət hadisəsinə də yükləmək, artıq onların içindən keçənin paylanması istəyidi. Guya ki, bu, həmin o dediyim məqamları yumuşaldacaq, əridəcək, aradan götürəcək. Lakin hamı bilsə də, əmin olsa da, hamı bilib əmin olduğuna güvənli deyil. Ona görə də küləyi də, yağışı da, dolunu da, leysanı da qınamaq, qınaq ünvanına çevirmək halları adiləşir, bəzən də gerçəyi üstələyir. Və...

Hə, mənim inanclarıma görə, ürəyin pıçıltısı, ruhun qanadlanması insanı daha çox duyğusallaşdırır, daha çox həssas edir, daha çox onu haralarasa çəkib aparır. Bax, həmin o "haralar" deyilən məkanlar isə təbii ki, ağılın, ürəyin, gözün, əlin, hətta dilin, ayağın can atdığı guşədi, yerdi. Ora bütün bu deyilənlərin işığında qayğısızlıq, amma xoşbəxtlik yuvasıdı. O yuvada Sən varsan. Bu da o deməkdi ki, Sən olan yerdə həmin o streslər də, qayğılar da, maddiyyat da, yolun yorğunluğu da, hansısa bir ağacın, kolun quruması da dərin faciə yaratmır. Və onda mən deyirəm ki:


Külək əsir, söyüdün

Salxımları qarışır...

Elə bil ki, küsülülər -

Bir-birilə barışır!..


İçimdə bir odlaq var

Əsir yarpaq dodaqlar...

Həsrətli tək budaqlar -

Bir-birinə sarmaşır...


Bəd gözdən, əldən iraq

Oxunur varaq-varaq...

Söyüdə külək, daraq -

Bu gün yaman yaraşır!..


Bunun ardınca demək istəyirəm ki:


Dərdi gecə-gündüz qovub yormuşam

Sovrub yormuşam, sovub yormuşam...

Vallah, ürəyimi ovub yormuşam -

Ürək nəfəs almır, ürək döyünmür...


Xəyal xəstəsidi, arzu düşkünü

Bələyib özünə dəli eşqini...

Ayın, həftələrin bütün iş günü -

Ürək nəfəs almır, ürək döyünmür...


Əbülfət diz çökür - sözünə baxmır

Hər gün öləzəyən közünə baxmır...

Özündən bezibdi - özünə baxmır -

Ürək nəfəs almır, ürək döyünmür...


***

Adətən Bakıdan bircə addım da olsa uzaqlaşanda mənə elə gəlir ki, geri qayıdanda hər şeyi dəyişmiş görəcəm. Bu "dəyişmiş" sözünü mən təkcə məcazi mənada düşünmürəm, yazmıram. Həqiqətən mənə elə gəlir ki və son vaxtlar da buna inanıram, mütləq dəyişiklik baş verəcək. Amma təəssüf ki, mənim düşündüyüm, mənim xəyal qurduğum, mənim arzuladığım dəyişiklik ya baş vermir, ya da o qədər primitiv formada cücərtilərini göstərir ki, ona baxmaq, onu görmək, onu dəyərləndirmək adama xoş gəlmir. Amma neyləyim ki, bunlar olur və mən də bu şəhərdə sığınacaq tapmış bir Allah bəndəsi kimi olanları görməyə məcburam. Elə bil ki, bu zorən bir məhkumluqdu. Deyə bilərsiniz ki, məmləkətimizin hüdudları böyükdü. Bakıdan da başqa şəhərlərimiz, bölgələrimiz, kəndlərimiz var. Lap elə bir çadır götürüb dağlara, təbiətə çəkilmək də olar. Amma bu sadəcə olaraq fiziki uzaqlaşmadı. Ruhun, düşüncənin, hisslərin qopub ayrılması, qopub getməsi idman termini ilə desək, transferi mümkünsüzdü. Bax buna görə də mən arzuladığım dəyişməni öz içimə köçürməyə çalışıram. İstəyirəm ki, bu paytaxtla, bu baş kəndlə bağlı ağlımdan gəlib keçənlər ruhumun, düşüncəmin, xəyalımın, yuxumun qəhrəmanı, əks-sədası kimi məndən bir iynə ucu boyda da uzaq düşməsin. Axı mən BAKI KÖÇKÜNÜYƏM! Bu şəhərdə itirdiyim mənim 25 illik ömürümü, obrazlı desək, əsrin dörddəbirini günün günorta çağı elə Bakının öz dəli küləklərinə vermək heç də asan iş deyil. Buna dözməyin özü də yəqin ki, bir qəhrəmanlıqdı - təltifsiz, rəsmi olmayan qəhrəmanlıq. Ona görə də bu şəhərdə baş verənlər mənim vərəqlənən kitab səhifələri kimi gözümün önündə öz işini görür. Yəni öz oxucusunu o kitaba, o səhifələrə tərəf əyilməyə çəkib aparır. Neyləyim ki, mən bu şəhərin yaxşı oxucusu ola bilmədim. Ümumiyyətlə, həyatın sözün tam səmimi mənasında can atdığı yaxşı olmağın arzusuyla, lap uşaq kimi umacağıyla yaşadı və yaşayır. Və bir də neyləyim ki, mən bu şəhəri də, bu şəhərdə yaşayan sevgini də, o sevginin ünvanı olan Səni də hamıdan, hər kəsdən fərqli sevdim. Və yazdım ki:


Doğuldum kimsədən fərqli

Həm sevinc, həm kədər sevdim...

Allahım mənə nə verdi -

Taleh dedim, qədər sevdim!..


Ürəyim əriyən şamdı

O şama hey ağrı damdı...

Bildim, sevgi ağrıdandı -

Mən hamıdan betər sevdim!..


Ruhumda, canımda hər an

Həm üsyan var, həm də taran!

Əzəldən and yerim Quran -

Mən səni o qədər sevdim!..


***

Hə, ömür boyu can atdığım bir arzu, bir diləyim var. Və mən düşünürəm ki, həmin arzuya, diləyə doğru can atmaq kiminsə bostanına daş atmaq deyil, kiminsə haqqını əlindən almaq deyil. Və ümumiyyətlə, kiminsə yoluna çıxmaq deyil. Bu sadəcə mənim duyğularımın, istəklərimin, düşüncələrimin, xüsusilə oxuyub, öyrənib qəlbimə hopdurduğum və kökləndiyim mənəvi sərvətlərin diktəsidi, onların məndə yaratdığı əks-sədadı. Mən bu əks-sədanın qanadlarınd həmişə işıq görməyə can atıram, od-ocaq görməyə, çeşmə-bulaq başında dayanıb ovcumu bumbuz, dupduru suların kasasına, bardağına, stəkanına çevirməyə. Yəni bütün bunlara tərəf qaçıram, gedirəm. Amma bütün bunlar da məndən qaçır, uzaqlaşır. Adətən görüşünə getdiyin, tələsdiyin yer, insan, hətta ağac, daş belə müəyyən zamandan sonra sənə yaxınlaşır (əslində o dayandığı, durduğu yerdədi, sən ona yaxınlaşırsan - Ə.M.). Amma sən o qədər onu içdən istəyirsən ki, elə bilirsən o da sənə tərəf gəlir. Lakin bu yaxınlaşma bir ilğımdı, bir sabun köpüyüdü, bir dumandı, çəndi, bir anlıqdı. Sonra çəkilib gedir, yox olur. Və ortadakı o zaman, o məsafə öz bildiyini edir, öz işini görür... Mən bunları ona görə yazıram ki, can atdığım həmin o dediyim çalarlar, məqamlar, gerçəkliklər yaman qaçır məndən. Mən də təngnəfəs ola-ola gedirəm həmin onlara tərəf. Nə qədər gedəcəm, hara qədər gedəcəm, çatıb-çatmayacamı deyə bilmərəm. Bircə ona arxayınam ki, bu gediş ürəyin istəyidi, bu qaçış ürəyin tələbidi, düşüncənin hökmüdü. Yeri gəlmişkən, bu məqamın özü də mənim üçün bir şeirdi:


Mən sənə qaçıram, sən isə məni

Hər gün yönəldirsən üzü təkliyə...

Bilmirəm sən nədən səni sevəni -

Səssiz öyrədirsən dərd-qəm çəkməyə?!


Hər anım sovrulur xırman yeri tək

Hər sözüm havadan asılıb qalır...

Hər gün paralanır - çat verir ürək -

Hər gün də ağrıya qısılıb qalır...


Allah cəzasıdı, ya bəndə haqqı

Baş aça bilmirəm Allahdan da mən...

Dua et, nə olar, sən bu sübh vaxtı -

Tez ölüb qurtarım günahdan da mən!..


Bəli, mən yazımın əvvəlində inkişaf, dəyişiklik sözünü işlətmişdim. Yəqin ki, sonuncu şeirin sonuncu bəndindəki istəyimin də elə həmin o dəyişikliklərdən qaynaqlandığını tuta biləcəksiniz. Çalışın yaxşılığa, sevgiyə doğru siz də dəyişin. İnanın ki, ziyan görməyəcəksiniz.




İmza:

YAZARIN ARXİVİ

2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2017-10-21


VİDEO
YAZARLAR
Seyfəddin Altaylı
Əbülfət MƏDƏTOĞLU
Nicat Novruzoğlu
Oğuz Ayvaz
Əbdürrəhim bəy Haqverdiyev
Fəridə RƏHİMLİ
Əlövsət Bəşirli
FAİQ QİSMƏTOĞLU
Cəlil Məmmədquluzadə
İradə TUNCAY
Məzahir Əhmədoğlu





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki satıcı öz fırıldaqlarından məharətlə danışır:
-Bilirsən, mən bir axmağa kivi adı ilə kartof satmışam.
-Eh, bu nədi ki, mən birinə doğurçu adı ilə oyuncaq tutuquşu satmışam.
-Bunun nəyi qəribədi ki?
-Mən sonra ona quş üçün yemək də satmışam.




digər lətifələr
ARXİV
FACEBOOK