Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İBRAHİMBƏYOV, ÇETVYORTIY SORT BƏYLƏR VƏ SEYİD VƏSİQƏSİ… Adalet.az | İBRAHİMBƏYOV, ÇETVYORTIY SORT BƏYLƏR VƏ SEYİD VƏSİQƏSİ… Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İBRAHİMBƏYOV, ÇETVYORTIY SORT BƏYLƏR VƏ SEYİD VƏSİQƏSİ…

Aqil ABBAS

28771    |   2017-06-14 09:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tanrım, Sən özün kömək ol! Dərdə bax, millətə bax, zillətə bax, dirilərdən ölülər kayf alacaq!

«Baharın on yeddi anı»nda bir yer var. Müllerin köməkçisi girir içəri, Müller də dilxordu, əsəbi halda soruşur: «Çto sluçilos, Betner? Mı vızyali Moskvu?!» İndi nə olub, mı vızyali Şuşu?! Day ölkənin problemi qurtarıb, bircə problem qalıb, o da cənub bölgəsində bir qazi (Qarabağ qazısi yox ey, QMİ-nin qazısi) bir nəfərə möhürlü, Kərbəlayı demiş, «ştampelli» bir vəsiqə verib ki, bu vəsiqəni daşıyan şəxs seyiddi, özü də əməlli-başlısından.

Ölkə dəyib bir-birinə. Qəzetlər, saytlar (bilmirəm televizyonlar da bu məsələyə qarışıb, ya yox), sosial şəbəkələr… qırğındı, vurçatlasındı. Məmə yeyəndən, pəpə deyənə, hamı müzakirə edir. Dedim mən kimdən əskiyəm ey, niyə dəstədən geri qalım ki, sonra da desinlər bu millət vəkilləri hara baxır. Düzdü, məndən əvvəl bir millət vəkili ürəyini boşaldıb, hər halda istədim, türklər demiş, mənim də bu şorbada duzum olsun.

Ay camaat, nə düşmüsüz bir fağır qazınin, bir fağır seyidin üstünə?! Axı belə titul sənədi almaq bizim millətin canındadı, bu bizim olmuş-keçmiş gələnəklərimizdən biridi.

Əbdürrəhim bəyi oxumamısız? Oxumamızsa, gedin oxuyun. Məsləhətdi. Bəy yazır ki, Qarabağda dörd cür bəy var: pervi sort, vtoroy sort, tretiy sort və nəhayət, çetvyortıy sort. Üçünü qoydum qırağa, əsas çetvyortudu. Belələri bir az ordan-burdan pul çırpışdırıb, bir az ondan-bundan borc alıb özlərini verirlər Tiflisə, Qafqaz canişinliyinə. Və canişinlikdən bir urus tapıb yalvar-yaxarla, zorla rüşvət verib (bilirsiz də yazıq urusların da rüşvətdən zəndeyi-zəhlələri gedir) bir bəylik vəsiqəsi alıb qoyurmuşlar döş ciblərinə, gəlib Qarabağda şellənə-şellənə fors edirmişlər, şahla plov yemirmişlər ki, bığları bulaşar, axşam gedib evdə soğan-çörəklərini yeyərmişlər. Sonra da yavaş-yavaş xalça-palazlarını satıb borcların qaytararmışlar və qalarmışlar quru yurdda. Zato, bəylik vəsiqələri vardı və hamı onlara bəy deyirdi: bəy, burdan otur; bəy, ordan otur; bəy, sən ağıllı adamsan, Qətərin axırı necə olacaq…

Düşmüsüz bir fağır qazi ilə, bir fağır seyidin üstünə…

90-cı illərin əvvəllərində Qafqaz canişinliyi köçmüşdü Bakıya, deyəsən, yadınızdan çıxıb. İbrahimbəyov qardaşlarından, deyəsən Rüstəm müəllim, hə, hə, Rüstəm müəllim, keçənlərdə də prezident olmaq istədi, Cəmil müəllim imkan vermədi… harda qaldıq? Hə, 90-cı illərdə Rüstəm müəllim bir «Əsilzadələr» cəmiyyəti yaratmışdı. Bir ucdan dostlara-tanışlara, tanınmışlara, «əsilzadə» vəsiqəsi, daha doğrusu, sənədi paylayırdı, qəzetlər də parta-partla Rüstəm müəllimin «fərmanlarını» çap edirdi: «Filankəsov Filankəs Filankəs oğluna əsilzadə titulu verilsin». Möhür-ştampel də öz yerində. Adamlar da o sənədi qızıl çərçivəyə salıb asırdılar evlərinin divarlarından.

Heç onda kimsə dillənmirdi ki, ay müəllim, ay yoldaş Dadaşov, axı sən kimsən ey, kimin şah, kimin xan, kimin bəy, kimin rəiyyət nəsli olduğunu müəyyənləşdirirsən? İndi düşmüsüz bir fağır qazi ilə, bir fağır seyidin üstə.

Az qalmışdı yadımdan çıxa. Həmin vaxt Rüstəm müəllimin acığına bizim İlqar Əlfioğlu da həmin fason bir təşkilat yaratmışdı, dost-tanışa «bəylik» titulu paylayırdı. Sözün düzü, o vaxt mənim də ürəyimdən keçirdi ki, kaş Rüstəm müəllim mənə də bir «əsilzadə» sənədi verə, amma münasibətim yox idi deyə arzum ürəyimdə qalmışdı. Elə ki İlqar dostumuz «bəylik» təşkilatı yaratdı, çiçəyim çırtladı, necə olsa yerlimdi, dostumdu, dedim arzum ürəyimdə qalmaz. Başım açılanda zəng elədim ki, qaqa, mən ölüm, o kağızdan birin də mənə ver, qoy mən də forslanım. Qayıtdı ki, qaqa, sən öl, əlimiz aşağı olduğundan az çap eləmişdik, qurtardı, axırıncını bir az əvvəl yazıb verdim Zakir Fəxriyə. Dedim, ay qaqa, Zakir mənim qohumumdusa, onların nəslində bəy olmayıb axı! Namərd qayıdıb mənə nə desə yaxşıdı: «Guya sizin nəsildə bəy olub ki?!»

İndi imkanı olanlar 7-8 min dollar pul xərcləyib gedib «həci» sənədi alır, indi bir fağır seyid, əli aşağı olduğundan o tərəflərə gedə bilmir, gedib öz yerlisi fağır bir qazidən bir «seyid» vəsiqəsi alıb, düşmüsüz üstlərinə, ölkəni qaldırmısız ayağa.

Seyidlərin cəddi cənabi peyğəmbər (ə.s) xatirinə, Allah bu milləti dilə-ağıza düşməkdən qorusun! Amin!




İmza:Aqil Abbas

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK