ANA SƏHİFƏ / YAZARLAR

DÜNYANIN ƏN BÖYÜK MÜƏLLİMİ

Faiq QİSMƏTOĞLU

18883    |   2017-06-09 15:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

«Bəzi ulduzlar kiçik olduqları üçün yox, yüksəkdə olduqları üçün görünmürlər».

Mir Cəlal Paşayev

… Çöldə möhkəm qar yağır. Biz tələbələr həm qışın soyuqluğundan, həm də imtahanın həyəcanından möhkəm üşüyürük. Bir-birmizə təsəlli veririk və deyirik ki, heç də bu imtahan qorxulu deyil. Çünki bizdən bir saatdan sonra dünyanın ən böyük müəllimi - Mir Cəlal Paşayev «Ədəbiyyatşünaslığın əsasları» fənnindən imtahan götürəcək. Bizim də imtahan verəcəyimiz yer Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) binasında olacaq. Həmin binanın 2-ci mərtəbəsində tarix və filologiya fakültəsi yerləşir. Elə imtahan da 2-ci mərtəbədə Mir Cəlal müəllimin kafedra müdri olduğu otaqda keçirilir. Həyəcanımız bir qədər artır. Artıq imtahan vaxtı yaxnılaşır. Şamil, Rəhman, Şünasif, Mübariz, İradə və digər tələbə yoldaşlarımız məni qabağa vermək istəyirlər. Amma hər şey siyahı ilə həll edilir. Yəni imtahan listində kimlərin adı və soyadı varsa, onlar birinci çağırılır. Həmin uşaqlar isə imtahan həyəcanından hələ gəlib çıxmayıblar.

… Vaxt keçir. Qrup nümayəndəsi İradə xanım deyir ki, Mir Cəlal müəllim uşaqları içəri dəvət eləyir. Yenə sağıma, soluma baxıram, heç kimi görmürəm. Gözüm açılanda özümü dünyanın ən böyük müəllimi Mir Cəlal Paşayevin və onun assisenti Firudin Hüseynovun yanında görürəm. Həyəcanımdan tər məni basır. Mir Cəlal müəllim bunu hiss eləyir və özünəməxsus bir ağayanılıqla dillənir:

- Oğul, qorxub eləmə, sən ki, seminarlarda həmişə yaxşı danışmısan. Bəs onda niyə belə narahatsan? Mənim imtahanımdan heç kim «qeyri-kafi» qiymət almır. Sən də özünü bir az ələ al, bildiklərini yada sal!

Böyük ziyalının, böyük müəllimin, böyük insanın bu sözlərindən sonra özümə gəlirəm və fikirləşmədən danışmaq istədiyimi bildirirəm. Mənim bu addımımdan sonra Mir Cəlal müəllimin çöhrəsinə sevinc çökür və deyir:

- İndi danış görüm!

Birinci, ikinci, üçüncü sualların hamısını yerli yerində danışıram. Mir Cəlal müəllimin assisenti Firudin Hüseynov diqqətlə məni dinləyir və danışdıqca başını yellədərək dediklərimi təsdiq edir. Bundan daha da ruhlanıram...

… Danışıb qurtarandan sonra hər iki böyük ziyalı cavabımdan razı qalırlar. Firudin müəllim üzünü dünyanın ən böyük müəlliminə çevirərək dillənir:

- Bu tələbə suallara çox yaxşı cavab verdi. Üstəlik də danışıq qabiliyyəti və nitq mədəniyyəti xoşuma gəldi.

Mir Cəlal müəllim qiymət kitabçamı götürür və yenidən dillənir:

- Adın Faiqdi. Mənasını bilirsən?

Sözün düzü bir az qorxa-qorxa, bir az da çəkinə-çəkinə «adımın mənası ərəb sözü olub, hər şeyə üstün və qalib gəlmək deməkdir» deyirəm. Görürəm ki, bu cavabım həm dünyanın ən böyük müəllimini, həm də Firudin Hüseynovu razı salır...

O böyük ziyalı insan qiymət kitabçama «əla» yazıb mənə sarı uzadır. Sonra da əlavə edir ki, mənim əlim çox yüngüldür. İndi çalış birinci kursun ilk semestrndə əlaçı çıx. Həqiqətən də dünyanın ən böyük müəlliminin əli mənim üçün çox uğurlu olur. çünki o biri imtahanların üçündən də əla qiymət alıram və əlaçı çıxıram...

İmtahan bitəndə bayırda hələ də qar yağırdı. Amma mən nə soyuqdan, nə də yağan qardan imtahan başlamamışdan öncə olduğu kimi tay üşüyürdüm. Çünki Mir Cəlal müəllimin mənə yazdığı «əla» qiymət mənim bütün varlığımı, ürəyimi, qəlbimi isitmişdi. Tək mənim yox, məndən sonra da qrupumuzda o fəndən imtahan verən tələbə yoldaşlarımızın düz 13-ü «əla» qiymət almışdı. Ümumiyyətlə, dünyanın ən böyük müəllimi heç vaxt tələbəni «kəsməzdi». Hətta bir suala cavab verməyən tələbəyə də güzəşt eləyərdi. Deyərdi ki, bir neçə mövzunu öyrən gəl, qiymətini yazacam. Elə yazırdı da…

… O qarlı, çovğunlu günlər 1974-cü ilin yanvar ayına təsadüf edirdi. Onda biz Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin 1-ci kursunda oxuyurduq. O yanvar ayı ki, biz onda yazımızın əvvəlində qeyd elədiyimiz kimi, qışın soyuğundan çox imtahanın həyəcanından üşüyərdik. Amma Mir Cəlal müəllim kimi dünyanın ən böyük ziyalıları bizi üşüməyə, qorxmağa, sıxıntılar yaşamağa qoymazdılar. O müəllimlərimiz sanki atam qədər, doğmalarım qədər bizə əzizdirlər. Çünki onlar bizə öz nurlarını, işıqlarını, qəlblərini sevgilərini verirdilər… onlar bizə oxumağı, öyrənməyi və ən nəhayət adam olmağı öyrədirdilər… onlar bizə düzlüyü, haqq-ədaləti, sevməyi, qorumağı əğz edirdilər… onlar bizə kişi kimi təmiz və halal bir ömür yaşamağın yolun göstərirdilər…

Mir Cəlal müəllim auditoriyaya girəndə biz elə bilərdik bir peyğəmbər gəlir. Biz elə bilərdik hamımızın əziyyətini çəkən və kimsəsiz tələbələrə arxa duran dünyanın ən böyük müəllimi addımlayır. Biz elə bilrədik ki, bu müəllimlərin addım atdığı və ayaq qoyduğu hər yer çox müəqəddəsdir. Onlar sözün həqiqi mənasında göy üzü kimi təmiz, bulaq suyu kimi aydın və dünya boyda bir işıq idilər. O dünya boyda işıq istedadlı, savadlı, zəhmətkeş tələbələrin hər birinin həyatına nur saçırdı. Biz atamıza, anamıza, dayımıza o qədər arxalanmazdıq ki, dünyanın ən böyük müəlliminə güvənərdik…

…Heç yadımdan çıxmır. Qış vaxtı idi. Tələbə yoldaşlarımızdan biri çox çətin dolanırdı. Atası və anası rəhmətə getmişdi. Dərsə də gələndə pencəklə gəlirdi. Bir gün Mir Cəlal müəllim onu gördü və yanına çağırdı. Amma iki gündən sonra gördük ki, həmin tələbə dostumuz qəşəng bir palto geyinib. Dedi ki, bunun pulunu Mir Cəlal müəllim verib və heç kimə deməməyimi bildirib. Ancaq bunu mən necə deməyim? Heç doğma əmim bir dəfə maraqlanıb mənə bir köməklik eləməyib. Əmimin, dayımın eləmədiyini müəllimim eləyib. Bax, həmin tələbə dostumuz indi tanınmış bir yazardır və heç vaxt da dünyanın ən böyük müəlliminin xeyirxahlığını, böyüklüyünü və tələbəyə olan sevgisini unutmayıb. Bizim heç birimiz Mir Cəlal müəllimin bizə olan sevgisini, diqqətini, qayğısını yaddan çıxarmamışıq. Bəlkə də o, dünyada yeganə ziyalılardandır ki, tanımadığı, bilmədiyi insanlara heç kimin eləmədiyi yaxşılıqları göstərib.

Bir gün Mir Cəlal müəllim auditoriyaya girdi və diqqətlə bizə nəzər yetirdi. Gördü ki, əlli nəfərin əllisi də parta arxasındadır. Çünki biz onun böyük dərsini böyük sevgiylə, məhəbbətldə gözləyirdik. O dərs demirdi, həm də İlahinin göndərdiyi düşüncələri və fikirləri bizə çatdırırdı. Və biz də o qədər maraqla dünyanın ən böyük müəllimini dinləyirdik ki, iki 45 dəqiqənini necə gəlib keçdiyini hiss eləmirdik. Ən çox sevdiyi iki misra şeir vardı. Bu da xalq şairi Osman Sarıvəlliyə məxsus idi. Mir Cəlal müəllim onu bizə tez-tez xatırladırdı:

Döydü yağış məni, döydü qar məni,

Minsəm bir qarışqa aparar məni.

Təşbehlər və bənzətmələrlə bağlı söhbət düşəndə bu misraları dünyanın ən böyük müəllimi tez-tez xatırlayar və yada salardı. Və bizim hər birimiz də bu misraları əbədi olaraq yaddaşımıza həkk eləmişdik…

Mir Cəlal müəllim dünyanın ən təmiz, ən saf, ən ədalətli ziyalılarından idi. Bir dəfə danışırdı ki, qəbul imtahanı olanda bir qızdan imtahan götürürdüm. Qızın cavabları çox xoşuma gəldi və ona «əla» yazdım. Dedim ki, qızım, tay sən keçdin. Qız da elə təsəvvür edir ki, daha o biri üç imtahana gəlmək lazım deyildir. Üç imtahanın heç birinə gəlmir və bir gün də gəlib universitetdə tələbələrin qəbul siyahısına baxanda adını orda görmür. Axırda arayıb-axtarıb Mir Cəlal müəllimi tapır. Deyir ki, o vaxt siz dediniz, mən keçdim. Mən də fikirləşdim ki, yəqin o biri imtahanlara gəlmək lazım deyil. Mir Cəlal müəllim görür ki, qız çox stress keçirir və az qala fikir-xəyaldan ürəyi partlayırmış. Ona görə də birbaşa rektorun qəbuluna gedir, məsələni ona danışır, qız yenidən imtahan verir və üniversitetə qəbul olur. Bax, dünyanın ən böyük müəlliminin tələbəyə olan sevgisi budur!

… Bir dəfə də 1-ci kursda oxuyanda Mir Cəlal müəllimin qovluğu yaddan çıxıb auditoriyada qalmışdı. Mən də onu dekanlığa aparıb onlara təqdim eləmək istədim. Ordansa mənə Mir Cəlal müəllimgilin «Azneft»də yaşadığı binanın ünvanını verdilər. Mən də qovluğu götürüb onların evinə getdim və mənzili çox asanlıqla tapdım. Soyuq qış günü idi. Elə qapını Mir Cəlal müəllimin özü açdı. Baxan kimi tanıdı. Dedim ki, qovluğu gətirmişəm. O nurani ziyalının çöhrəsinə nur qondu və dilləndi:

- Lap yaxşı eləyib gəlmisən. Keç içəri, mən də o biri otağa qovluğu qoyub gəlirəm!

Mir Cəlal müəllim qovluğu o biri otağa qoyub mənim əyləşdiyim otağa qayıtdı. İki daşın arasında süfrə açıldı. Çox qəşəng bir düşbərə bişirilmişdi. Utandığımdan əlimi çörəyə uzatmadım. Mir Cəlal müəllim nəyisə bəhanə edib o biri otağa keçdi. Acından ölürdüm. Qaşığı götürüb düşbərəyə necə girişdimsə gözümə işıq gəldi. Artıq Mir Cəlal müəllim otağa gələndə mən o düşbərəni yeyib qurtarmışdım. Bəlkə də dünyanın ən böyük müəllimi elə utandığıma görə bəhanə edib o biri otağa keçmişdi. Həmin düşbərənin dadı bu gün də damağımdan getməyib.

Dünyanın ən böyük müəllimi bütün tələblərinə öz balası, öz nəvəsi kimi baxırdı. Xüsusən də istedadlı, kasıb uşaqları daha çox istəyirdi. Elə çalışırdı ki, nəsə onlara arxa dursun, kömək eləsin və əl tutsun. Bizim beş illik tələbəlik illərində yadımızda qalan bütün müəllimlər dünyanın ən təmiz, ən vicdanlı, ən ədalətli ziyalıları olublar. Onlar bu gün dünyamızda olmasalar da, Allahın dərgahındadılar. Və onlar öz qəlblərinin işığını, ürəklərinin sevgisini, elmlərini bizim beynlərimizə ötürüblər. Biz onların işığıyla, nuruyla gəlib bugünkü səviyyəyə çata bilmişik. Və dünyanın ən böyük müəllimi olan Mir Cəlal Paşayev mənim kimi minlərlə tələbəsinin ürəyində əbədi bir heykəl ucaldıb. O heykəl ki, sevgidən, məhəbbətdən və bir də insanlıqdan yoğurulub. Mir Cəlal müəllim həm də uzaqdan görünən bir günəşə, bir nura bənzəyir. Və o günəş, o nur minlərlə insanın həyatına işıq saçıb və onları kamil insan kimi yetişdirib…



İmza:

YAZARIN ARXİVİ

2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2017-08-23
2017-08-22


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tağı Mamedlə söhbət edir.
Tağı:
- Məntiq nədi?
Mamed: - Sən evdə balıq saxlayırsan?
Tağı: - Hə.
Mamed: - Deməli, təbiəti sevirsən, təbiəti sevirsənsə ailəni sevirsən, ailəni sevirsənsə, demək kişi adamsan, bax məntiq budur.
Tağı Mameddən aralanıb evinə gələndə yolda qonşusu ilə rastlaşır:
- Qonşu, sən evdə balıq saxlayırsan?
- Yox.
Tağı: - Məntiqlə baxanda demək sən kişi deyilsən.




digər lətifələr
ARXİV
FACEBOOK