ANA SƏHİFƏ / YAZARLAR

ÖLDÜR MƏNİ...

Faiq QİSMƏTOĞLU

24061    |   2017-06-06 14:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Torpağı əkmək, becərmək o qədər də asan iş deyil. Bunun üçün gərək zəhməti sevəsən, səhərdən axşama qədər tər töküb çalışasan. Hələ bu da azdır, əkdiyin hər məhsulun üstündə yarpaq kimi əsməli, onu uşaq kimi bəsləməlisən. Əgər bunları vaxtında yerinə yetirə bilsən, xalq dilində demiş olsaq, onların «nazı» ilə oynasan, bax, onda o torpaq da, o əkdiyin toxum da səni sevindirəcək…

İndi gəlin görək bizim kənd yerlərində hər adam özünün həyatyanı sahəsini əkib-becərirmi? Sözün doğrusu, çoxları bəlkə də «çörək ağacı» olan bu torpağı heç vaxt dinc qoymur. Yəni yaz gəldi torpağı şumlayır, əkir, becərir. Hələ elələri də var ki, bir qədər irəliyə gedərək istixana düzəldib mövsümdən asılı olmayaraq məhsul yetişdirirlər. Təbii ki, onların da zəhmətləri heç vaxt hədə getməz. Çünki torpaq deyər: «Öldür məni, dirildim səni».

Yenə xalq dilində demiş olsaq, gərək torpağı «öldürəsən» ki, o da sənin çörəyini, suyunu, azuqəni verə bilsin. Axı dedik, heç də kənd yerində bütün adamlar həyətyanı sahələrinin hamısını əkib-becərmirlər. Çox uzağa getməyək, elə mən konkret olaraq iki öz qohumumdan söhbət açmaq istəyirəm. Onların biri səhər saat 5-də yuxudan qalxır, həyət-bacada mal-heyvanı örüşə ötürür, sonra da başlayır o ki, var həyətyanı sahədə əkin işləri ilə məşğul olmağa. Müxtəlif tərəvəz məhsulları, eləcə də bostan məhsulları yetişdirir. İlin hansı fəslində onun qapısına getsən həyətində çoxlu qoyun-quzu, toyuq-cücə görərsən. Və bu qoyun-quzu, toyuq-cücə heç də asanlıqla yetişdirilməyib. Yəni onların hər birinin üstündə qohumum həm özü, həm ailəsi, həm də uşaqları səhərdən axşamacan tər töküblər.

Dedim axı, hansı fəsildə getsən onun həyətində tərəvəz məhsulları görəcəksən. Pomidor, xiyar, göy-göyərti hər zaman onun həyətində yetişdirilir. Üstəlik də, istixana da düzəldib. Soyuq aylarda həmin istixanada pomidor, xiyar yetişdirir. Həm özü yeyir, həm də bazara satmağa çıxarır. Sağlığına qismət, son vaxtlar özünə yaxşı ev-eşik tikib, bir xarici maşın da alıb. Deyir ki, 4 cöngəm var idi. Bazarı çıxarıb satdım, 10 min manata yaxın pul elədi. O pulla da gördüyün bu xarici maşını almışam. Evinə, eşiyinə kim getsə, bir gün də 50 adamı qarşılayıb çörək verməyə, yedirtməyə və evində saxlamağa imkanı var.

İndi ikinci qohumumdan danışacam. Onun da hardasa həyətyanı sahəsi bir hektara yaxındır. Bu bir hektar sahədə Allah kömək olmuş bir lək pomidor, xiyar, soğan belə əkmir. Söz də düşəndə deyir ki, əşi, neynirəm bostan-tərəvəz əkməyi?! Onsuz da əmioğlum hər şey əkib-becərir və bizə də yetişdirdiyi məhsullardan həmişə pay göndərir. Qəribə də olsa o bir hektar sahəni çox vaxt kol-kos, sirkan basır. Qohum-əqrəba danlayandan sonra əmioğlum dəryazı götürüb o kol-kosu çalır. Onda da bir qan-tərə batır ki, uzun müddət özünə gələ bilmir. Elə haçan gedirsən günün günorta çağı özü də, ailəsi də yuxudan gözləri açılmır. Hətta bir dəfə böyük qardaşı o ki, var onu danladı. 15-20 hinduşka alıb ona bağışladı. Dedi ki, böyüt, həm özün ye, həm də biz gələndə birini kəsərsən. Mənim tənbəl əmimoğlum isə o hinduşkaların nə vaxtında yemini verdi, nə də suyunu. Bir neçə vaxt keçəndən sonra qapıda bir hinduşka da qalmadı. Baxımsızlıq üzündən onların hamısı tələf oldu. Sonra da böyük qardaşı gəlib gördü ki, aldığı hinduşkalardan biri də qalmayıb. Yenə balaca qardaşını qınadı və dedi ki, a kişi, səndən çörək iyi gəlmir. Nə vaxta qədər ki, səhərdən axşama qədər başını yastığa qoyub yatacaqsan, çörək də səndən üz döndərəcək…

Vallah, kim işləyirsə, kim çalışırsa həmişə onun ruzisi olur. İstəyir kənd adamı olsun, istəyirsə də şəhər adamı, fərqi yoxdur. Təki, çalış, vuruş və əziyyət çək. Əgər bir kəndlinin həyətindən mal-heyvan səsi gəlmirsə, ordan xoruzların səsi ətrafa yayılmırsa, həyətində meyvə ağacları yoxdursa, vallah, bilmirəm bu adama necə kənd adamı demək olar. Kənd adamının həyətyanı sahəsi olduğu kimi, yetişdirdiyi məhsullar da göz oxşamalıdır. Həyətə baxanda kol-kos yox, sirkan yox, gözəl meyə ağacları, qızılgüllər, çiçəklər görməlisən. Bir az da boylananda bu həyətdə sənin gözünə mal-qoyun, toyuq-cücə dəyməlidir. Əgər bunlar kəndlinin həyətində yoxsa, onun şəhərliylə heç bir fərqi olmaz. Ən azından ona görə ki, kəndli səhər yuxudan qalxanda mal-qoyunu örüşə aparmalı, toyuq-cücəni həyətə buraxmalıdır. Və səhərin təmiz havasını udarkən o heyvanların səsini də eşitməlidir.

İndi bilmirəm mənim qələmə aldığım bu yazı bəzi tənbəl kənd adamlarının xətrinə dəyəcək, yoxsa dəyəməyəcək?! Əgər xətirlərinə dəysə, gedib o həyətlərindəki quyunun soyuq suyundan içərlər və üz-gözlərini möhkəm-möhkəm yuyarlar. Bəlkə bundan sonra onlar qəflət yuxusundan ayıldılar, illərlə əkilməyən həyətyanı sahələrini şumladılar və orda nəsə becərdilər. Əgər onlar ziyanın yarısından da qayıtmış olsalar ilk növbədə özlərinin həyatlarını yenidən quracaqlar, dolanışıqlarını yaxşılaşdıracaqlar. Yoxsa əks təqdirdə, belələrinin gözü həmişə qohum-əqrəbada olacaq və kiminsə onlara bir pay verəcəklərinə ümid bəsləyəcəklər.




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK