nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Aqil ABBAS: BU DƏRD MİLLƏTİ ÇƏRLƏTMƏSƏ YAXŞIDI… Adalet.az | Aqil ABBAS: BU DƏRD MİLLƏTİ ÇƏRLƏTMƏSƏ YAXŞIDI… Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: BU DƏRD MİLLƏTİ ÇƏRLƏTMƏSƏ YAXŞIDI…

62537    |   2017-05-31 17:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu dərdi necə atlayacayıq, bu acı xəbərə necə tab gətirəcəyik?! Özü də ilin-günün bu əziz vaxtında. Səki bir balaca qırışığımızı açıb bayramlıq eləyirdik, o da belə! Day heç zad! Saytları açmaq olmur, sosial şəbəkələr qan ağlayır.

Kərbəlayı:«Şuşanı aldılar dinmədim, Laçını, Kəlbəcəri, Ağdamı… aldılar dinmədim. Dedim, torpaqdı də, bellərinə şəlləyib İrəvana aparmayacaqlar? İndi də bu! Heç oğlum Yadullanın müsibəti belə olmamışdı».

Gül kimi bir ətək pul töküb Sülh platforması yaratmışdıq, bütün dünya da bizim bu Sülh platformasından danışırdı, biz də genəlirdik, forslanırdıq, di ala!

Nədənsə platforma sözü eşidəndə yadıma dəmiryolu vağzalı düşür: «Hörmətli sərnişinlər! Bakıdan Ağdama gedən 256 nömrəli qatar birinci platformanın birinci yolundan yola düşür». Rus aksenti ilə deyilən bu sözlər lap Qədir Rüstəmovun səsi kimi adamın canına Zarıslı bulağının suyu kimi yayılırdı. Biz də birinci platformanın birinci yolundan qatara minib şellənə-şellənə gedirdik Ağdama.

Necə ki indi qazaxlılar birinci platformanın birinci yolundan qatara minib şellənə-şellənə Qazaxa, gəncəliləlr birinci platformanın ikinci yolundan qatara minib şellənə-şellənə Gəncəyə, necə cavanlarımız ikinci platformanın birinci yolundan qatara minib şellənə-şellənə Moskvaya, nataşalarla kef çəkməyə gedirlər, bax, biz də elə birinci platformanın birinci yoluyla qatara minib şellənə-şellənə gedirdik Ağdama.

İndi Sülh platformasının birinci yolundan qatara minib şellənə-şellənə Sülhə getmək üçün yavaş-yavaş təzəcə çırmanırdıq ki, ataman Biçeraxov bizi satdı. Salyanın bizə bəxş etdiyi dəli-dolu şairimiz Əlisəmid Kür demiş: «Nağaracuğaaa!»

Baxıram, saytlar, sosial şəbəkələr partlayır. Nə yazılasıdı, nə deyiləsi, nə də danışılası! Özünüzü tox tutun. Udey, dünən bir xəbər də oxudum, xeyli toxdadım. Heç demə, yazıq ataman Biçeraxovun o qədər də günahı yoxuymuş! Bizi Sülh platformasının birinci yolundan qatara mindirib şellənə-şellənə sülhə aparacaq platformaçılar ataman Biçeraxova qahmar çıxıblar ki, Biçeraxov bizi çox sevir, sadəcə olaraq erməni «vor zakonlar» onu bu satqınçılığa məcbur eləyiblər. Yazıq neyləsin, bir çətən külfəti var.

Teymur əmi demiş, qəti qorxusu yoxdu, it ilxısı köpək sürüsü. Hər yer doludu erməniylə.

Təzəsini tapıb gətirərik.




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-04-02
2020-04-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK