ANA SƏHİFƏ / RUBRİKA

"Yuxuda gözəl bir xanımı öpəndə..." - YUXU QAPISI

74838    |   2017-05-26 12:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı şair Yafəs Türksəsdir. Adalet.az müsahibəni təqdim edir.


-Freyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

-Freyd çox maraqlı bir alim, psixoloqdur. 10-15 il əvvəl Freydin kitablarını oxumuşam. Çox maraqlı bir insandır, düşüncələrdə inqilab etmiş bir insandır. O ki qaldı onun yuxular haqda dediyi fikirlərlə razılaşıram. Mənə elə gəlir ki, yuxularda Freydin bilmədiyi şeylər də var. Bilirsiniz, mən necə deyim sizə, sıxılmış arzular düzdü, məsələn, mən gərçəkləşməyən arzularımı yuxuda görürəm. Bir də məndə qəribə vergi var. Xüsusi bir qabiliyyət var. Bir gün sonrakı hadisələri güzgü kimi görürəm. Sabah işlərim necə olacaqsa, bir gün sonra onu peyğəmbər kimi bilirəm. Ancaq bunlar çox vaxt simvolik şəkildə olur. Məsələn, yuxuda gözəl bir xanımı öpürəmsə, bilirəmki işim düzələcək, amma bəzən də heç simvolik olmur, gedəcəm filan adamın yanına, yuxuda gedirəm ki, yerində olmur. Yuxulardan qaçış yoxdur. Bu mənada yuxunu yozmağın da mənası yoxdur. Keçmişdə yuxuyozanlar şahları, hökmdarları aldadırmışlar ki, qələbə çalacaqsan və.s. Yuxuda nə görürəmsə o baş verir. Bilirəm ki, sabah işim alınmayacaq, məcbur bir qüvvə itələyir, gedirəm işim alınmır. Mənim düşüncəmə görə, yuxular qaçılmazdır. Bu gecədə yuxuda qohumlarımı, yaxın adamlarımı gördüm. Onlarla simvolik şəkildə söhbət elədim. Səhər-səhər yuxu yadımda idi, günortadan sonra yadımdan çıxdı. (gülür)


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

-Mən yuxuya görə plan qurmuram. Yuxuda bir gün sonrakı hadisələr güzgü kimi, peyğəmbər kimi mənə əyan olur. Sabah mənim görüşüm alınacaq, alınmaycaq, bu bəzən simvolik şəkildə, bəzən də açıq şəkildə mənə əyan olur. Milyon dəfələrlə yuxuda görmüşəm ki, sabah gördüyüm işlər alınmayacaq, ziyan görəcəm, ancaq yenə də o işin arxasınca getmişəm. Həyəcanlanada yuxular görürəm. Ona görə də yuxudan sonra plan qurmağa ehtiyac duymuram. Çünki qabaqcadan hər şey mənə aydın olur.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

-Yuxuların yozumu haqda maraqlanmamışam. Açıb kitabını da oxumamışam. Çünki mən bir şair, yazıçı olaraq simvolik şəkildə deyilən şeylərə əyan oluram. Yuxuda gülürəmsə, danışıramsa, bilirəm ki, sabah gedib pul qazanacam. Yuxunun pozitiv yaxud neqativ tərəfini yuxuyozumu kitabını oxumadan da yazıçı hissi ilə duya bilirəm. Yuxuları özüm yozuram.


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

-Yuxuların mistik hadisə olduğuna inanıram. Yuxuda sabah Murad Köhnəqala (Murad Köhnəqala yazıçı.red.) ilə görüşdüyümü görürəmsə, səhəri onunla görüşürəm. Bu mistik hadisə deyilsə nədir bəs? Gəlirəm həmin adamla görüşürəm. Veda fəlsəfəsinin daşıyıcılarından söhbətlərim olub. Onların dediyinə görə, dörd cür yuxu var. Birincisində deyilir ki, ruh bizi tərk edir, gedir bir gün qabağa qayıdır. Bu fəlsəfənin dediyi mənə inandırıcı gəlir. Çox məntiqli görünür. Ruh bədəndən çıxır, müvəqqəti şəkildə gəzir, zamanda dolaşır, sonra geri qayıdır, maraqlıdır.

Əsas mən gördüyüm yuxuların 90 faizi şəxsi narahatçılığımla bağlıdır.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-Gördüyüm yuxların hamısı çin olur, qaçış yoxdur.

İtirdiyim sevgililərimi yuxuda görürəm.


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

-Mənim böyük qardaşım universitetdə oxuduğu vaxtlarda qəfil sətəlcəm oldu. Üç-dörd günün içində dünyasını dəyişdi. Biz onu çox sevirdik, həm ağıllı idi, həm də ailəmizin ümidi idi. Atam rəhmətə getmişdi, evin böyüyü o sayılırdı. Mən ümid edirdim ki, qardaşım universiteti bitirəcək, kömək edəcək ki, mən də oxuyacam. Qəfil ölümü hamımızı sarsıtdı. Hətta hamımız dəli olmaq həddinə çatdıq. Yuxuda qardaşımı tez-tez görmüşəm. Yuxularda sağdı, bizimlə danışır, gülümsünür. Ən çox sevdiyim yuxum ölmüş qardaşımı yuxuda sağ görməyimdir.


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

-Gördüyüm yuxularımın ağ-qara olduğunun fərqində belə deyiləm. Rənginin mahiyyətinə varmamışam. Belə çox maraqlıdır. Bilmirəm ki, yuxularım rənglidi, yaxud rəngsiz. Bunu dəqiqləşdirə bilmirəm.

Həyatı olduğu kimi yaşayıram.


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

-Yuxuda anamı, atamı, böyük qardaşımı görürəm. Ən çox isə anamı yuxuda görürəm. Çünki anam bizim üçün çox əziyyətlər çəkib. Anam bizə həm atalıq, həm analıq edib. Atam dünyasını dəyişəndən bizə güc verən anam olub.


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Yuxuda hər kəsin rəngarəng dünyası var. Çox da mürəkkəb şeylərdir. Məsələn, bayaq dediyiniz ağ-qara yuxular, mənim yuxularımın rəngi mənə məlum olmur. Yuxularda ilahi, mistik şeylər var. Bizim bilmədiyimiz çox şeylər var.


-Bizim yazıçılardan kimləri yuxuda görürsünüz?

-Yazçılardan Murad Köhnəqalanı, şairlərdən Əlisəmid Kürü, Mübariz Məsimoğlunu görürəm. Hansı ilə çox münasibətdə olmuşamsa onları yuxuda daha çox görürəm.

Siyasi xadimləri də yuxumda görmüşəm.



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Azərbaycanlı ilə erməni üzümlükdən üzüm oğurlayırlar.
Azərbaycanlı ermənidən soruşur:
- Üzümü neyləyəcəksən?
Erməni:
- Mən üzümü aparıb öz gözəl arvadıma verəcəyəm. O məni yaxşı yedizdirəcək, çaxır süzəcək, sonra mən onunla sevişəcəyəm. Səhər isə arvadım üzümdən çaxır çəkəcəkdir.
Bəs sən nə edəcəksən? - deyə erməni azərbaycanlıdan soruşur.
Azərbaycanlı deyir:
- Düzü bazara aparıb satmaq istəyirdim, indi fikrimi dəyişirəm. Mən də elə sənin arvadına aparacağam.




digər lətifələr
ARXİV
FACEBOOK