Adalet.az | ÖLMƏYƏN ÜMİD Adalet.az | ÖLMƏYƏN ÜMİD Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÖLMƏYƏN ÜMİD

Faiq QİSMƏTOĞLU

549172    |   2017-05-23 14:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deyirlər ki, ac qalmaq da olar, susuz qalmaq da. Amma bir gün ümidsiz yaşamaq mümkün deyil. Ən azından ona görə ki, hər bir insan səhərin açılmasını çox böyük sevgi və həvəslə gözləyir. Düşünür ki, o səhər açılacaq və ona xeyir gətirəcək. Bəzən o səhər açılır və o xeyir də gəlmir. Ancaq o adam yenə sonrakı səhərlərə ümid bəsləyir. Qarşılaşdığı sıxıntıları, çətinlikləri və kədəri bir an unudur. Ona görə unudur ki, günəşin çıxmasını, qapısının döyülməsini gözləyir. Axı səbr yaxşı şeydir! Kiminsə səbri varsa, nə vaxtsa istəyinə qovuşacaq…

İslam oyunlarının bağlanışı günü çox qəribə bir hadisə ilə üzləşdim. İki ayağı və bir əli olmayan cavan bir oğlan çox böyük ümid və sevgiylə sürücüdən soruşdu ki, yeni stadiona hansı marşrut gedir? Sürücü də səbrlə onu dinlədi və bildirdi ki, bu avtobusla yox, filan nömrəli avtobusla ora gedə bilərsən. Elə bu an filan nömrəli avtobus gəldi, yanındakı adamlar onu çox böyük sevgi və məhəbbətlə maşına mindirdilər. Cavan oğlan da bu diqqəti, nəvazişi görüb çöhrəsinə bir sevinc qondu. O sevinc ki, bəlkə də bu cavan oğlan onu çox vaxt görməyib. Görünən o idi ki, bu uşağın qəlbində, ürəyində çox böyük yaşamaq eşqi var. Bu uşaq Allahın sevdiyi və indi qoruya bildiyi uşaqdı. Əgər Allah-Təala onun ürəyinə bu boyda yaşamaq eşqi bəxş edibsə, deməli, onun iki ayağı, bir əli olmamasına baxmayaraq öz istəyinə çatacaq.

Həmin uşağı görən yaşlı bir qadının gözləri doldu. Dedi ki, oğul, Allah səni qorusun! Mənim də oğlum xəstədir. Amma onun iki ayayğı, iki əli olsa da, çox zəif iradəlidir. Sənin ki, belə güclü inamın, iradən var, istənilən məqsədə doğru addımlayacaqsan. Bu bir ananın tanımadığı iki ayağını və bir əlini itirmiş uşağa olan sonsuz məhəbbəti və xeyir-duası idi.

Hər insan fiziki qüsura məruz qalanda bir o qədər güclü olmur. Adam var ki, bir balaca xəstələnir, səhhətində problem yaranır, o tez bir zamanda depressiyaya düşür. Yəni stress keçirir, beynindən yüz fikir ötür. Ümumiyyətlə, o insanlar ki, güclüdülər, qüvvətlidilər, onlar hər cür çətinliyə, sıxıntıya üstün gəlirlər.

Məşhur bir amerikalı aktrisa bir vaxtlar xərçəncə tutulubmuş. Və həkimlər də ona bildiriblər ki, ömrünə az qalıb istədiyi kimi yesin, içsin və kef eləsin. Həmin aktrisa da çox savadlı, mütaliəli bir xanım olur. Gecə-gündüz kitab oxuyur, Allaha dua eləyir və üç aydan sonra hiss eləyir ki, artıq zəiflik aradan qalxır. İştahı kəsilmiş bu xanımın yeməyə də həvəsi olur. Altı aydan sonra həkimə gedir müayinə olunur. Onu müayinə edən həkim gözlərinə inanmır. Görür ki, artıq xəstədə xərçəngin heç bir əlamətləri qalmayıb. O, təəccüblə aktrisadan soruşur:

- Siz bu xəstəliyi harda müalicə elətdirdiniz?.

Xanım gülür və dillənir:

- Heç bir həkimin yanına getmədim və bir dərman belə atmadım. Özümü inandırdım ki, məndə belə xəstəlik yoxdur. Çoxlu kitablar oxudum və bir də hər gecə Allahım dua elədim. Görünür, elə məni də bu xəstəlikdən xilas edən Ulu Tanrı və bir də oxuduğum kitablar olub.

Bu bir həyat dərsidir! Bax, bu bir ölmüyən ümiddir! Ümid ölməyəndə insan daha güclü olur. Vay o gündən ki, elə diriykən qəlbində və ürəyində özünü ölmüş biləsən. Yeriyəndə, oturanda, duranda bilmirsən ki, hardasan və kiminlə söhbət eləyirsən.

Məşhur həkimlərdən biri deyir ki, bütün xəstəliklərin bəlası və səbəbi stress, gərginlik və əsəbdi. İradəcə zəif olan insanlar hər hansı depressiyaya məruz qalan kimi o dəqiqə sıxıntı yaşayırlar və bu fikir, xəyal onlara müxtəlif xəstəliklərə düçar eləyir.

Belə də olanda həmin insanlar ya ehtiyacdan, ya səhlankarlıqdan adi bir həkimə yox, psixoloqa müraciət eləməyi yaddan çıxarırlar. Heç psixoloq-zad lazım deyil, sadəcə olaraq bir Allaha yaxın ziyalı adamla söhbət eləyəsən, onu dinləyəsən, nuruna, işığına bələnsən, vallah həmin labirintdən çıxmaq çox asandır. Amma nə yazıqlar ki, insanlar çox vaxt dərdlərini deməyə, ürəklərini açmağa bir sirdaş tapmırlar…

Bu yaxınlarda bir dostum dedi ki, bir qədər arıqlamışdım. Məni görən köhnə dostlardan biri utanıb-qızarmadan gözümün içinə dedi ki, ay zalım oğlu, sən quruyub getmisən ki, qulaqların da saralıb, bu gün sabahlıqsan e! Sözün düzü, yaxın adamımın belə rişxənd eləməsi və arıqlamağımı başıma qaxmağı istər-istəməz məni narahat etdi. Eləmədim tənbəllik tanış həkimə getdim. O da məni müayinə etdi. Dedi düzdü, arıqlamısan, amma daxili orqanlarında heç bir potoloji dəyişiklik görünmür. Sadəcə olaraq, idmanla məşğul olduğuna görə, bir az çəki atmısan. Bunun da sənə ziyanı yox, xeyri var.

İndi siz deyin, belə bir dosta heç ürək açıb dərdini demək olarmı? Və bir də vallah, indiki zəmanədə sədaqətli dostlar da çox azdır. Mənim çörəyimin duzu yoxdur. Kimə barmağımı bala batırıb ağzına bassam da deyəcək ki, zəhərdi…

Biz hər cür çətinlikdən, sıxıntıdan, qarşılaşdığımız problemlərdən çıxmağa çalışmalıyıq. Ən azından ona görə ki, zəiflik göstərib iradəsizlik eləsək sıxıntılarımız, ehtiyaclarımız və gərginliklərimiz bir qədər də artacaq. Amma dünya heç vaxt xali deyil və Allah-Təala da öz bəndələrini nəzərindən uzaq qoymur. Düzdür, adamı Ulu Yaradan müxtəlif çətinliklər, xəstəliklərlə imtahana çəkir. Səbrli olub- olmamasını gözləyir. Və günlərin bir günündə o gözləntilər bəndəsinə gəlib çatır…

Və sonda onu demək istəyirik ki, insan heç vaxt, heç zaman çətinliklərdən qorxub intihar etməməlidir. Çünki intihar da Allahın bağışlamadığı günahlardan sayılır. Əsas məsələ odur ki, Allahına sığınasan, çalışasan, vuruşasan, mübarizə aparasan və heç bir çətinlik və xəstəlikdən qorxmayasan! Çünki mübarizənin sonu qələbədir. Qələbə üçün isə hər bir sıxıntılı anlar yaşayan, depressiyalara məruz qalan insanlarda ölməyən ümid olmalıdır. Bu ümid gün işığı kimi nə vaxtsa üfiqdən boylanır və səni öz hərarətinə, nuruna qərq edir…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK