Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Müğənni olmasaydım, alverçi olardım" - MÜSAHİBƏ Adalet.az | "Müğənni olmasaydım, alverçi olardım" - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

"Müğənni olmasaydım, alverçi olardım" - MÜSAHİBƏ

86236    |   2017-04-24 14:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın gənc yazıçı-müğənnisi olan Aygül Ağayeva adalet.az-a ilk dəfə danışdı. Aygül xanım yaradıcılığından, yeni kitabından, musiqiyə olan sevgisindən ətraflı şəkildə söz açdı.


-Özünüz haqda danışarsınız...

-Mənəm da... (gülür) Bab balaca, şıltaq qız idim, heç bilirəm nə vaxt böyüdüm. Nə vaxt qərarlar verməyə başladım. Oxumaq mənim şəxsi qərarımdı, yəni ilk özbaşıma aldığım qərardı. Buna qədər həmişə sözə qulaq asmışam, itaət etmişəm.


- Musiqi həvəsiniz uşaqlığınızdan yaranıb?

-Tovuzda anadan olmuşam. Mənim anamın gözəl səsi var. Amma qətiyyən nə oxumaq istəyib, nə də müğənni olmaq. Daim zümzüməsini eşitmişəm. İngilis dili müəllimi olub. Özümü dərk edəndən musiqiyə həvəsim olub. Qərarım vardı ki, mən mütləq oxuyacam. Anam isə oxumağımı istəmirdi. Onun sözünü iki eləmək olmazdı.


-Ənənəçi qadın idi?

-Yox istəyirdi ki, məni özü kimi müəllim görsün, yaxud da universitetə daxil olmuş, təhsilli görmək istəyirdi. Musiqi adını eşidəndə qəti şəkildə rədd edirdi. Anam məni o qədər yaxşı əhatə elədi, yaxşı böyütdü ki, heç sevgisiz böyümədim. Əhatəm yaxşı idi. Nəvazişdən, qayğıdan əksik qalmadım.


-İlk dəfə səsinizi kim kəşf edib?

-Səsimin olduğunu əslində özüm bilirdim. Eşidirəm, yəni yaxşı qulağım var mənim. Tam o vaxt, qərar verdim ki, mən oxuyacam, lap başda Vaqif Gərəyzadənin yanına getdim. Təxminən7-8 il bundan əvvəl. Vaqif müəllim dedi ki, tembrin fərqlidi, səsin var. Tamilla müəllim vardı. İncəsənət Universitetinin müəllimi idi. Allah rəhmət etsin! Bu yaxınlarda eşitdim ki, dünyasını dəyişib. Məni ona yönləndirdi ki, bir neçə ay ondan dərs alım. Bir az püxtələşəndən sonra özü məşğul olsun. Bir neçə aydan sonra Tamilla müəllimlə dərsimiz bitdi. Ailə həyatımdakı problemlərə görə Vaqif müəllimin yanına gedə bilmədim. Beləcə məsələ bağlandı...

Ondan sonra Aybəniz Haşımovanın yanına getdim. Bir müddət ondan dərs aldım. Elə o ərəfədə də mahnılarım yazıldı.


-Musiqi təhsili almamısınız?

-Yox, mən Bakı Dövlət Universitetini bitirmişəm. İxtisasım ədəbiyyat üzrə olub.


-Gəncsiniz, şöhrət sizi qorxutmur ki?

-Heç vaxt. Pulumun heç olmayan vaxtı olub. Universitet vaxtlarımda metroya atmağa jetonum olmayıb. Bilənlər bilir ki, nə insanlığım, nə səmimiliyim heç vaxt dəyişməyib. Uşaqlığımdan kasıbçılığı da, lap yoxu da, lap varı da görmüşəm. Ona görə də mənə elə gəlir ki, artıq o perioddan keçmişəm. Daimi olaraq insanlara nəvazişliyəm, xüsusən də yaşlı adamlara qarşı. İstəyirəm ki, həmişə onlara qarşı yumuşaq davranılsın. Bəlkə də ondan irəli gəlir ki, nənəm məni çox yaxşı böyütdü. Bu ondan irəli gəlir ki, onlara qoyulan hörmət, o sevgini nənəm aşıladı mənə.


-Səhv etmirəmsə ilk mahnınız qalamaqala səbəb olmuşdu...

-Vallah mənlik heç bir iş yox idi orda. Heç bilmirəm nə istəyirdilər, bu nə qalmaqal idi, nə üçün onu eləmişdilər. Söz yazarı istəyib ki, onun mahnısını tanınmış müğənni oxusun. Buna görə də etiraz elədi. Mahnını Elza xanımın qızı təqdim elədi. Mahnını pis oxumamışam. Düşünmürəm ki, mən onu korlamışam. Əgər düşünsəydim, mahnını korlamışam, Elza xanımın adına xələl gətirməzdim. Yəni, oxumazdım heç. Ancaq bununla belə xanım etiraz eləmişdi. Söz yazarı xanım. Xanımı mən tanımırdım, mahnını götürəndə Çingiz İbrahimovdan soruşdum ki, Çingiz müəllim söz yazarı kimdir? O da dedi ki, tanımıram. Yazıb, bizə verib, çıxıb gedib. Mənə klavir verdi. Şeir şeirin üstündədir, söz yazarının adı. Mən də necə adı varsa onu da o şəkildə yazdıq ora. Sonra məlum oldu ki, xanımın familyasını bir hərf səhv yazmışıq. Bu da Tərlan xanımın xoşuna gəlmədi. Nəysə belə. Çingiz müəllim dedi ki, qoy söz yazarı xanım gəlsin, yazılı şəkildə imtina eləsin ki, bu sözü istəmir mahnıda olsun. Bundan sonra biz də əl çəkək.


-Şou-biznes sahəsində sizi narahat edən nəsə varmı?

-Mahnıların keyfiyyətinin aşağı olması. İnsanlar istəmir savadlı bəstəkarın mahnısını dinləsin. Mən Elza xanımın mahnısını oxuyanda dedilər ki, buna kim qulaq asacaq, amma bilirsiniz mən təbii ki, tamaşaçı üçün ifa edirəm, amma tamaşaçının qulağını oxşamaq lazımdır. Ona sintezator aranjmanı eşitdirmək olmaz, ona not bilməyən mahnsını eşitdirmək olmaz. Eşitdirmirlə e qulağa soxurlar. Bu dinləyicinin qulağını korlayır. Hamıya məlumdu ki, çox bayağı mahnılar dəbə düşür. Yutubda saylarını görürük, 5 milyon, 10 milyon baxış olur. Bu nəyi göstərir, dinləyicinin musiqi zövqü korlanır. Bu cür mahnıların canfəşanlıqla dinlənməsi yaxşı hal deyil.

Ümumiyyətlə, biz savadlı xalqıq. Yan-yörəmizə baxanda Azərbaycan savadlı xalqdı. Azərbaycan vətəndaşı, müəllimi, həkimi, mühəndisi, musiqiçiləri də istedadlı, savadlıdırlar.


-Musiqidən əlavə yazırsınız da. Marqlıdır, hər iksi bir yerdə necə olur? İlk kitabınız da çapdan çıxıb...

-İlk kitabım "Səni ürəyim sevdi” adlı romandır. 2011-ci ildə çap olunub.

Məktəb vaxtı inşa yazdırırdılar bizə. Uşaqlar dəftər, qələmlərini partaya qoyurdular, baxırdılar tavana, müəllimə. Sonralar hiss elədim bunu ki, uşaqların içində inşanı ən tez mən yazırdım. Demək ki, o vaxtdan mən də yazmağa həvəs vardı. Məlahət müəllim vardı, ədəbiyyat müəllimi. Bir dəfə məni çağırıb dedi ki, sənin cızma-qaranı gördüm, çox gözəl yazmısan, bir hekayə yaz. Mən də fikirləşdim, məndən heç hekayə yazan olar... Elə bildim könlümü almaq üçün deyir. Üstündə durmadım. Ondan sonra bir gün oturub, yazmağa başladım. Qərar verdim ki, mən bu kitabı bitirəcəm. Təxmini yüz səhifə yazmışdım. Fikirləşdim ki, bu yazını kiməsə göstərməliyəm. Əgər yazıçı bir adam mənim yazımı bəyənsə, çap etdirəcəkdim, əks təqdirdə heç vaxt çap eləmərəm.


Vidadi Babanlıya göstərdim. Dedim ki, xahiş edirəm, əgər pisidirsə, mənə deyin ki, qızım bir həvəsdi eləmisən bunu ortaya çıxarıb nə özünü biabır eləmə, nə də mənim vaxtımı alma. Qoy elə bu sənin kompüterində qalsın. Vidadi müəllimlə görüşdük. Mən bir az oxudum ona. Dedi, bir az maraqlı bir yerindən oxu, eşidim, bir az dedi başqa yerindən oxu, oxudum. Bir xeyli sakit dayandı. Dedi ki, sənə baxanda fikirləşmişdim ki, 3-5 səhifə oxuyub, deyəcəyəm olmadı. Amma istədim ki, axıracan qulaq asım. Özü də Vidadi Babanlı kiminsə xətrinə, nəyəsə görə yalan söz desin, qətiyyən işinə görə, nöqsana yol verməz. Axı o Sovet yazıçısıdır. Vidadi Babanlının mənə belə bir söz deməyi qürur verici idi. Çox sevinmişdim. Adam da yox idi ki, zəng edib sevincimi bölüşüm. Anam inanmırdı ki, mən o romanı yazacam. Yaxşı ki, güclü iradəm var. Ətrafımda məni həvəsləndirən heç kim olmayıb. Vidadi müəllim dedi ki, get kitabı bitir, gəl mən buna bir də baxacam. Mən getdim, həyəcanla, sevinclə kitabı yazdım, bitirdim. Gəldim Vidadi müəllimin yanına. Dedi, gözüm ağrayır, vaxtım yoxdu ki, 365 səhifəni oxuyum. Apar ver Mustafa Çəmənli oxusun. Mustafa müəllim kitabı oxudu, sağ olsun, təriflədi. Sonra Vidadi müəllim fikrini dəyişdi, dedi ki, apar kitabı Rüstəm Kamala. Qoy Rüstəm Kamal da tərfləsin, mən ön söz yazım. Yoxsa yazmayacam. Rüstəm müəllim oxudu, mənə gözəl sözlər dedi. Vidadi müəllim son olaraq ön söz yazdı ki, son 10 ildə oxuduğum ən yaxşı kitabdır. Kitabı çap elədik. Kitab evlərinə payladıq. Xeyli də satıldı. "Əli və Nino” 500-600 nüsxə satdı. İnternetdə, sosial şəbəkələrdə də reklam etdirmədim.

İkinci kitabım hazırdı. Bu dəfə internetdə reklam etdirəcəm. Redaktora vermişəm. Ehtiram İlhama.


-Müsahibiz mövzudan haşiyəyə çıxaraq"Ədalət” qəzetindan danışmaq istədi.

-Tələbə olanda sizin qəzetə vurulmuşdum. Siz də bir Oqtay Salamov vardı. Adamın gözəl yumor hissi vardı. Onun köşə yazıları üçün sizin qəzeti alılrdım. Tələbə vaxtı pulum çox deyildi, amma bu yazıları oxumaq üçün almaqdan çəkinmirdim.

Aqli Abbasın da gözəl yazları var. Bir dəfə Fransa erməni soyqırımını qəbul edəndə ilk dəfə fransızlarla bir erotik şəkil qoymuşdular. Altda da yazılmışdı ki, fransızlarla ermənilərin köhndən peşə qohumluqları var. Çox gözəl yazı idi, çox xoşuma gəlmişdi. Aqil Abbasda da xüsusi bir ironik yumor var. Çox sevirəm onun ironik yumorunu. Açığını deyim, indi oxumuram. Çünki Aqil müəllim deputat olandan sonra iş gərəyi qələminin duzu bir az azaldı. Hesab edirəm ki, bu labüddür. O vaxt "Ədalət” qəzeti mənim üçün ən oxunaqlı qəzetlərdən biri idi.


-Maraqlıdı, müğənni olmasaydınız hansı peşənin sahibi olmaq istəyərdiniz?

-Əgər Sovet dövründə yaşasaydım, müəllim olardım.


-Sırf ananızın istədiyi kimi? Yoxsa özünüzün istədiyi kimi?

-Yox, özüm istəməzdim, müəllim olardım. Cəmiyyətin istədiyi insan, hörmət qoydğu dəyərli insan. Musiqi müəllimi, bəlkə də ədəbiyyat müəllimi olardım. Ədəbiyyatı çox sevirəm. İndiki dövrdə əgər oxumasaydım, biznes qurardım, alverçi olardım...'


-Son olaraq, yaradıcılığınızda, planlarınızda yeniliklər varmı?

-Bir çox mahnılar var qabaqda. Onları yazacam. Kanallar klip vermir. Bir tək Lider Tv verir. İndiki müğənnilərin çoxu klip vermək istəmir. Klipi yutub üçün çəkirlər ancaq. Bu yaxınlarda yeni mahnım olacaq. Əvəz Muradovda aranjımandadır. Görək bitirirmi?! İkinci kitabım da bu yaxınlarda çap olunacaq. Bu kitab 16+ oldu. İstədim, yazıda qadın olduğumu hiss etdirəm. Yaxşı kitab olacaq, mövzu təkrarlanmayan oldu. Kitabın adı "Məşhur adamın məşuqəsi”dir.









İmza:Oğuz Ayvaz

"Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?"

Deputat Cavanşir Paşazadə: “Bu müsəlmançılıq deyil, dərəbəylikdir” - MÜSAHİBƏ

Murad Arif: İlk dəfə söyüşləri orda eşitdim - MÜSAHİBƏ

Seyran Səxavət: “Dünya Allahın çin olmuş yuxusudur...“ - MÜSAHİBƏ

Necə sevmiyəsən belə klubu?! ... - Müsahibə

Rövnəq Abdullayev: "Şəhidlərimiz, qazilərimiz bizim başımızın tacıdır" - MÜSAHİBƏ

Alim Qasımov: "O olmasa, mən də Alim olmazdım" - MÜSAHİBƏ

El şairi Sücaətin qardaşı: “Nəzakət Məmmədovanı sevirdi” – Müsahibə

"Müsavatı 3 adam böyütdü: İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev"

Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ

Seyran Səxavət: “Həmsədrləri görəndə nənəmin “oynaşları”nı görürəm”

Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK