ANA SƏHİFƏ / YAZARLAR

MƏN DÜNYADA OLMAYANDA

Əbülfət MƏDƏTOĞLU

17048    |   2017-04-21 17:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Təkliyimlə söhbət

Hər günün öz mövzusu, hər mövzunun da öz danışanı, yazanı var. Amma çox qəribədir ki, son aylarda mənim günümün mövzusu da eynidir, elə yazanı da. Necə deyərlər, düşdüyüm labirintindən çıxa bilmirəm. Nə qədər çalışsam, çabalasam da, əl-qol atsam da, hətta Tanrı qarşısında diz çöksəm də, dayandığım ölü nöqtədən tərpənə bilmirəm. Boğulduğum bir damcı suyun içindən çıxa bilmirəm. Sizə gülməli gələcək, bir damcı suda boğulmaq ifadəsi. Amma neyləyim ki, bu bir gerçəkdir və mənim də ən böyük faciəm gerçəyi dilə gətirməyimdir. Nədənsə həmişə gerçəyin əsiri olmuşam, gerçəyin balını da, zəhərini də dadmaq qismətimə, alın yazıma çevrilib. Bunun üçün mənə təsəlli verənlər də, irad tutanlar da, hətta tək-tək qibtə edənlər də olur. Amma ən çox irad tutanlar olub. Hətta açıq şəkildə üzümə, gözlərimin içinə deyiblər ki, ağlın yoxdu. Ağlın olsa sən də karvana qoşularsan, sən də çalınan havaya oynayarsan, sən də hamı kimi olarsan...

Mən bu deyilənləri eşitmişəm, dinləmişəm, amma qəbul etməmişəm - nə yazılarımda, nə şəxsi həyatımda, nə də sevgimdə! Bu, özündənrazılıq, özündən bədgümanlıq, özünü əlahiddə saymaq demək deyil. Bu sadəcə mənəm-mənəmlikdən uzaq bir Mənlikdi! Yəni doğulduğum və barışdığım qədərlə yaşamaqdı... taleylə qol-qola yol getməkdi. Öz yolunu gedənlərin də həmişə dizi çapıq, dirsəyi qabarlı olar... gözləri yorğun, ürəyi ağrılı... Özü də havalı, tək-tənha...

Təklərin qədəri təklik olduğu kimi, mübarizəsi də, seçdiyi yol da elə təklikdən keçir. Çünki onun mübarizəsi özünə qarşıdı, yəni təkliyə yönəlib. Yolu da təklikdən keçdiyi üçün qarşısına çıxan olmur. Tək ləpirin təkliyini təsəvvür edin və bir anlıq da olsa o tək ləpirin insanda hansı hisslər doğurduğunu, hansı auranı yaratdığını yaşamağa çalışın. Əgər bunu bacarsanız, vallah məni özünüz kimi anlayacaqsınız, özünüz qədər yaxın, səmimi biləcəksiniz. Axı, təklik özünə çəkilmək deyil, özünə sığınmaq deyil, özündən qaçmaq deyil. Təklik əslində dərdlə yoldaş olmaqdı... payına düşən sevinci əzizləməkdi... sevdiyini oxşamaqdı... onun pərvanəsi olmaqdı. Və butun bunlar da o tək dünyanın orbitində baş verir, o əhatə dairəsinə başqa zəng çatmır. Ona görə də orda hər şey məsumdu, orda hər şey olduğu kimidi. Hətta mən bir az da şairlik edib yazmışam ki:


Ucalır qəmin çəpəri

Tükənir dizin təpəri...

Günün ən acı xəbəri -

Bu telefona zəng çatmır!..


Susanda cavabsız sual

Dərhal düşür ürəyə xal...

Həmin anda dəyişir hal-

Bu telefona zəng çatmır!..


Qalırsan fikir əlində

Bir ad kirimir dilində...

Keçir ağlından ölüm də -

Bu telefona zəng çatmır!..


***

Evə tələsirəm. Əslində evə özümlə heç nə aparmıram. Bütün ovqatım, bütün əhvalım itin günündədi. Elə özüm də it günü daşıyıram özümlə. Bu ovqatla evə getməyə məcburam. Küçədə qalsam avara deyərlər adıma. Veyillənsəm yenə avara deyəcəklər. Badələrə əl uzatsam, ondan da ağır söz eşidəcəm. Ona görə evə gedirəm, hələlik ev olan ünvana. Ona görə hələlik deyirəm ki, tay bu evin kitabı bağlanıb. Necə deyərlər, onun qarşısında nə sual işarəsi var, nə nida, nə də nöqtələr. Sadəcə, son nəfəs, son işartı qalıb bu evin daşında, divarında, varlığında. Və biz də bütün gücümüzlə həm sığınmışıq, həm də saxlamağa, heç olmasa bir iynə ucu boyu ömrün uzatmağa çalışırıq bu evin. Neyləyim ki, bu evin yaşamasını istəməyənlər bu evdəkilərdən, bu evdəkilərin ətrafındakılardan, yanında olanlardan milyon dəfə güclüdü. Ona görə də kitabı bağlanmış evin içindəkilər axşamı səhər edəndə Tanrıya şükür edirlər... yaşam duası oxuyurlar və hətta sevinirlər də... Axı daha bir gecəni öz evlərində keçiriblər...

Sonra həmin gün yaşanır - təpkilərlə, sıxıntılarla, təlaşla və yenə axşam, yenə gecə... kənardan baxana bu durum, bu yaşam fərqli görünür. Kimlərsə bizi inadkar, kimlərsə taleyilə savaşa çıxan, kimlərsə də mənasız yerə özünü qəfil uçqunun qurbanına çevrilən hesab edir. Bütün bunların hamısını duyuram da, eşidirəm də, amma heç birinə kəskin bir münasibət büruzə vermirəm. Ona görə ki, mənim nə çəkdiyimi və bu evin mənim üçün nə demək olduğunu heç kim mənim qədər duya bilməz, bilə bilməz. Belə olduğu halda kiməsə hansısa cavabı vermək və yaxud nəyisə israrla sübut etmək yumşaq desəm, küləklə vuruşmağa bənzəyər. Küləklə, yellə isə vuruşmaq təkcə ağılsızlıq deyil, həm də gülüncdür. Mən gülünc olmaq istəmirəm. Onsuz da ağılsızlığın cəzasını çəkirəm...

Ağılsızlıq demişkən, tam səmimi etiraf edim ki, ömür boyu heç kimin var-dövlətinə, qazancına həsəd aparmamışam. Heç kimin də pulunu saymamışam. Heç bu ağılmdan da gəlib keçməyib. Həsəd apardığım bircə məqam var: o da getməyə yeri olan adamlardı. Təəssüf ki, mənim bu həsədim hələ ki, ortadan qalxmır. Çünki onun şah damarı Qarabağdı, doğulduğum kənddi. Nə qədər ki, bu problem çözülməyib, mənim də həsədim çözülməyəcək. Bunu ovcumun içi kimi bilirəm. Amma Allahın verdiyi ağıldan, imkandan yararlanmamaq zaman-zaman öz günahım olubdu. Üzümə açılan qapılardan yan keçmişəm. Mənə əl uzadanların əlini sıxıb təşəkkürümü bildirmişəm, amma təkliflərini qəbul etməmişəm. Nəticəsi də bugünkü durumumdu. Şükürlər olsun ki, bu durumun içərisində də səsimə səs verən, qayğımı bölüşən, məsləhətini, hətta evini belə əsirgəməyən dostlar var. Mən bu insanların ürəklərinə, əqidələrinə səcdə edirəm. Nə isə...

Bax, belə bir durumda bugünkü ovqatımın diktəsi olan cəmi dörd misra ağlımdan gəlib keçir. Həmin misraların yükü sızıltı, göz yaşı deyil, məntiqdi. Mənim gəlib çıxdığım məntiq. Yəni:


Mən hər gün daha artıq

Doğranıb budanıram....

Ölüm də sevmir məni -

Ölümdən utanıram!


Siz bütün hallarda haqqın qalib gəldiyinə əminsiniz. Mən də əminəm. Amma bir atalar sözü var. Deyiblər ki, "haqq üzülür, amma sınmır, əyilmir". Mən bu deyimin yalnız təsəlli olduğuna inanıram, özünə yox. Çünki sınmayıb, əyilməyib üzülə-üzülə yaşamaq ən yaxşı halda mövcud olmaqdı, görünməkdi. Bu görünmək. Bu mövcudluq sənin özündən başqa bir kimsəyə gərək deyil. Üstəlik, səni sındırmaq istəyənlərin sənin ətrafına səni gülünc etməyidi. Bax, bu yerdə ətrafın da sənin qədər üzülür, sənin qədər sıxılır. Deməli, sən əslində əzaba çevrilirsən, ağrıya çevrilirsən. Necə ki, bir şeirdə mən demişəm ki:

- ƏZABAM SEVDİYİM QIZA!

(Qismət olsa, dünyaya gələcək yeni kitabımın da adı elə bu cürdür: "ƏZABAM SEVDİYİM QIZA").

İndi özünüz düşünün, hətta sevdiyinə əzab olan birisinin üzülə-üzülə yaşaması nə qədər zərurətdi, nə qədər məntiqlidi? Yəqin ki, ağlımdan keçəni artıq duydunuz. Elə mən də sizin demədiklərinizi, daha doğrusu, demək istəmədiklərinizi hiss etdim, anladım. Ona görə də razılaşıram sizinlə, qoy hər kəs öz fikrində qalsın. Mən isə fikirlərimin davamı kimi sizin qapınızı döyüb bu kövrək notların üzrxahlığını etmək istəyirəm. Çünki yaşadıqlarım xoş ovqat yaratmadığı üçün mən də özümdən xəbərsiz, özüm də bilmədən onu doğmalara da transfer edirəm və nəticədə üzüntülər şaxələnir. Hətta düşünürəm ki, bütün bunların bir cəzası da var, sizin mənə verəcəyiniz cəzası. Halal haqqınız olan o cəzanı qəbul etməkdən qaçmayacam. Çünki adam əkdiyini biçir. Lap kobud ifadə etsəm, qazana nə atmısansa, o da çömçənə gələcək deyiblər. Mən də bu son aylarda öz kədərli günlərimin şahidi kimi sizinlə həmfikir olmuşam, sizinlə yoldaşlıq etmişəm. Və yazmışam ki:


Sıxdı məni bir küncə

Ağlayan qəm, gülən qəm...

Qəmimi öz qəminin -

Can ortağı bilən qəm!


Günümdən gün qoparan

Qopardığın aparan...

Çətin bir də taparam-

Gec gedib tez gələn qəm!..


Ömrüm sığmır arşına

Qatılan yarışına...

Heç çıxmadı qarşıma -

Kipriyimi silən qəm!


Olmadı heç gül, buta

Söz tapmadı dil tuta!

Gedirəm mən, əlvida -

Mənsiz qalıb dilən, qəm!


***

Bu ağır və bir az da üzücü fikirlərin içərisində başımı itirsəm də, hələ ki, yolumu itirməmişəm. Ona görə ki, yolun hardan hara qədər olduğunu təxmini bilirəm. Və bildiyimi də həyat öyrədib mənə. Birmənalı şəkildə anlamışam ki, bütün yollar olumdan ölümə qədərdi. Həmin o yolun uzunluğu təbii ki, nə metrlə, nə arşınla və daha böyük ölçü vahidləriylə hesablanmır. Burdakı məsafə andı, gündü, həftədi, aydı, ildi. Bəzən də əsr. Sonuncu bir tarixi şəxsiyyətlərə nəsib olur, bir istedadlara, bir də qəhrəmanlara. Və nəhayət, bir məqam da var: ilə bərabər olan an!!! Həmin o anın xoşbəxtlik quşu da yenə fərdlərin çiyninə qonur. Təbii ki, aramızda belələri var. Mən onlara yaxşı mənada uğur diləyirəm. O ki, qaldı bu yazıya... bu yazının ovqatına, demək istəyirəm ki, artıq bu gün də xatirəyə çevrilir. Dünənin xatirələrinə qovuşur. Mən də yazılarımla, sözlərimlə, mövcudluğumla artıq o xatirə müstəvisindəyəm. Düşünürəm ki, ən azından Sən məni xatırlayacaqsan. Axı, sənin və mənim Allah qarşısındakı birliyimiz, bütövlüyümüz danılmaz, pozulmaz gerçəklikdi, yazıdı. Deməli, sən məni xatırlayanda həm də özünü xatırlayacaqsan. Özünün mənli günlərini gözünün önünə gətirəcəksən... özünün mənli günlərinin səsini eşidəcəksən. Ovqatını yaşayacaqsan. Və mütləq yadına düşəcək, hətta pıçıldayacaqsan:


Mən dərddən tonqal çatıb

İsinirəm odunda...

Ürəyində yerim yox

Barı saxla yadında -

Xatirələrimi...


İlin son çərşənbəsi

Son ümiddi! - alışar...

Kimsə qapı dalında

Özü-özünə danışar -

Xatirələrimi...


Bəlkə qarabasmadı

Bəlkə gerçək bir yuxu...

Yaş axmağa başladı

Yaxınlaş, daşdan oxu -

Xatirələrimi!..


Bütün yazı boyu nə dedimsə, bilgisayara nə diktə etdimsə, hamısını sadəcə olaraq sizlərə bir xatirə kimi ünvanladım. Nə vaxtsa əlinizə düşsə, qarşınıza çıxsa oxuyarsınız. Necə deyərlər, mən dünyada olmayanda...




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK