ANA SƏHİFƏ / YAZARLAR

İTİN DƏ AĞLI VAR…

26282    |   2017-04-21 12:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sovet dönəmində alimlər bildirirdilər ki, heyvanlarda şüur yoxdur. Onlar hər şeyi hiss etməklə duyurlar. Yəni loru dildə demiş olsaq, heyvanlara Allah-Təala ağıl verməyib. Bu məsəllər həmişə mübahisə predmeti olub. Hətta mən bir dəfə universitetdə oxuyanda məşhur bir professorla bu mövzuya bağlı mübahisə də elədim. O da mənə möhkəm təpindi və dedi ki, elə eləmə səni universitetdən qovum. Guya sən məşhur alimlərdən savadlısan?!

Buna baxmayaraq, yenə həmin professora dedim ki, əgər doğurdan da Allah-Təala heyvana ağıl verməyibsə, bəs onda nə üçün bizim qapımızda olan inək və camış naxıra gedəndən sonra örüşdən qayıdarkən qapımıza dönür? Əgər o heyvanların ağlı yoxdusa, qoy başqasının qapısına getsin. Rofessor diqqətlə mənə baxdı. Hiss etdim ki, fikirlərim onu çox maraqlandırdı. Sonra da o güldü və dedi ki, hər şey ola bilər. Amma elm hələ sübut eləməyib ki, heyvanın şüuru var...

Bu mövzu həmişə, hər an mübahisəli bir mövzuya çevrilib. Elə bu günün özündə də həmin məsələyə birmənalı yanaşmaq olmur. Başqa sözlə demiş olsaq, mövzuya müxtəlif konteksdən yanaşan və maraqlı fikirlər səsləndirən tanınmış alimlər, ziyalılar var. Mənim bunların heç biriylə işim yoxdur. Sadəcə olaraq, öz gördüyüm və şahidi olduğum bir neçə hadisəni yenidən oxucuların nəzərinə çatdırmaq istəyirəm. Baxın görün, mənim yada saldığım anlar heyvanlarda şüurun olmasını sübut eləyir, ya yox?!

Tez-tez Rusiya kanallarında, eləcə də Türkiyə televiziyalarında heyvanlarla bağlı göstərilən verilişlərə baxıram. Sizi bilmirəm, mənim üçün ən maraqlı verilişlərdəndir bu hadisələr. Orda da çox qəribə epizodları görürük. Məsələn, həmin verilişlərin birində üç-dörd aslan bir camışın yanındakı balağı ələ keçirmək istəyir. Elə olur ki, balağ suya düşür və aslanlar onu yemək istəyirlər. Camış görür ki, onun balasını aslanlar yeyəcək, tez qaçıb özünü sürüyə çatdırır. Balaca balağ isə hələ sudadı. Aslanın biri balağı sudan çıxarır və o biriləri də ona yaxınlaşır. Bu vaxt camış sürüsü aslanların bir-iki addımlığına çatır. Onların arasında olan iribuynuzlu erkək camışlar aslanlara hücum eləyirlər. Aslanlar nərə çəkir və camışları qorxutmaq istəyir. Üstəlik də əllərindəki balağı buraxmaq istəmirlər. Bu vaxt sürüdəki üç nəhəng camış balağı boğazlamış aslana hücum çəkir. İri buynuzlarıyla aslana necə zərbə vurursa, aslan göyə qalxıb yerə çırpılır və balağ xilas olur. Onlar yaralı balağı götürüb sürüyə qatır və gözdən itirlər. Əgər camışda şüur olmasaydı, onlar necə gedib özünü sürüyə çatdırardı və onları köməyə çağırardı. Bunu ancaq insanlar eləyə bilirlər…

Yaxud başqa bir misal çəkmək istəyirəm. Yenə həmin verilişlərin birində meymunu parçalayıb yeyən pələng onun balasını götürüb yuvasına aparır. Başqa vəhşi heyvanlardan onu qoruyr. Hətta bir neçə dəfə bəbirlər, aslanlar hücum edib meymunun balasını onun əlindən almaq istəsə də, pələng buna imkan vermir, nərə çəkir və onları uzaqlaşdırır. Bu cür epizodların sayını istənilən qədər artırmaq da olar…

Bu yaxınlarda isə yolum doğma kəndimizə – Bəhmənliyə düşmüşdü. Orda mamam oğlu Tehran oğlu Elçinə toy eləyirdi. Allah xoşbət eləsin! Toyda yaxşı iştirak elədik, dincəldik və qohum-əqraba ilə görüşüb dərdləşdik…

Kəndə gedəndə həmişə ata evimizdə qalıram. Düzdür, bəzən Horadizdə qızımgilin evində gecələyirəm və bəzən də rəhmətlik qardaşımın evində qalıram. Ancaq ən çox ata evində olanda özümü daha rahat, sakit və nikbin hiss eləyirəm. Kənddə qalanda təyziqim də normallaşır və ağrım-acım da tamamilə azalır. Sözümün canı heç də ata evimdə istirahət etməkdən danışmaq deyil.

Bizim qapımızda Pələng adlı bir itimiz də var. Kim ona baxırsa qorxur və deyir ki, doğurdan da bu itdən çox pələngə oxşayır. İt həddindən artıq yekədi, güclüdü və heç nədən çəkinmir. Hətta həyətə bir dəfə canavar gəlib, o it də canavarı boğub öldürüb. Yenə sözüm bunda deyil. Sözüm ondadır ki, bu itə hər gün yaxşı qulluq edilir. Qabağına ət, sür-sümük atılır. Bu dəfə də uşaqlar Pələngin qabağına iki parça təndir çörəyi atdılar. Pələng çörəyi yemədi. Çünki axşamdan toydan gətirilmiş sür-sümüyü yeyib doymuşdu. Pələng diqqətlə iki parça çörəyə baxdı, sonra ayaqlarıyla yeri eşməyə başladı. Yeri eşdi, eşdi çörəyin bir parçasını eşdiyi yerə qoydu və sonra da burnu və ayaqlarıyla onun üstünü basdırdı. İkinci çörək parçasını da həmin qaydada gizlətdi. Əmim oğlu Ziya dedi ki, bilirsiniz Pələng niyə belə eləyir? İndi o toxdur. Fikirləşir ki, çörək qabağında qalsa ya başqa itlər, ya da quşlar onu yeyəcək. Ona görə də çörəyi yeri eşib gizlədir. Sabahı gün səhər oyananda gördüm ki, Pələng yenidən çörəyi gizlətdiyi yeri dırnaqlarıyla qazır. Çörəyi gizlətdiyi yerdən çıxardı və başladı yeməyə…

Gördünüzmü, indi siz deyin, bu itin şüuru var, ya yox?! Sizi bilmirəm, şəxsən mən bu epizodların şahidi olandan sonra elə 42 il bundan əvvəl düşündüyüm fikrin üstünə qayıdıram və deyirəm ki, Allah-Təala bütün canlılara şüur və ağıl verib. Sadəcə olaraq, insanları çox istədiyinə görə, onları daha ağıllı yaradıb. Qalan canlılara bir damcı olsa da, ağıl bəxş edib. İstəyirsiniz buna inanın, istəyirsiniz inanmayın. Tay bu sizin öz işinizdi…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK