ANA SƏHİFƏ / YAZARLAR

GEDİN VƏ «SARA» FİLMİNƏ BAXIN

AQİL ABBAS

37974    |   2017-04-14 13:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gənc rejissor Elvin Əhmədov özündə cəsarət tapıb və «Sara» adlı detektiv bir film çəkib. Detektiv janrı Azərbaycanda çox az müraciət olunan janrdı. Görünür, məhz elə buna görə də gənc rejissor belə bir mövzuya müraciət edib. Onu da deyim ki, filmdə gənc aktyorlarla yanaşı ölkənin tanınmış aktyorları da iştirak edib. Və əsas rollardan birini də xalqımızın sevimli sənətkarı Rasim Balayev canlandırıb.

Baxıram, hamı düşüb bu filmin üstünə; sağdan-soldan vurur, kinonu bilən də, bilməyən də.

Azərbaycanın ən uğurlu detektiv filmi mənim subyektiv fikrimcə, «O qızı tapın»dı. Bu filmi dünya ilə bir adı olan rejissor çəkib və bu filmdə Azərbaycanın ən məşhur və ən görkəmli aktyorları iştirak edib. Həmin filmdə də istədiyimiz qədər nöqsan tapa bilərik. Amma bu gün də filmə həvəslə baxırıq .

Demirəm «Sara» filmi əjdaha bir filmdi, amma maraqlı bir film çəkilib. Və süjet xətti tamaşaçını öz arxasınca apara bilib. Müəyyən ssenari qüsurları olmasa film daha uğurlu alınardı. Mənim fikrimcə, bu ssenarini görkəmli yazıçımız Çingiz Abdullayevə oxutsaydılar film daha çox uğur qazanardı.

Bunlar keçib. Ortada bir film var, gözəl operator işi var, aktyorlar rollarının öhdəsindən gəliblər, rejissor da istədiyini həll edə bilib.

İndi bu gənc rejissora dayaq durmaq, ruh vermək əvəzinə qolunu, qanadını qırırlar. Buyurun, tənqid edin, sevgi ilə tənqid edin, səhvləri göstərin. Növbəti filmində bu tənqiddən nəticə çıxarsın.

Rac Kapurun oğlunun birinci filmi o qədər zəif alınır ki, heç ekranlara buraxmır, milyonlarla da pul xərclənib. Bunu Rac Kapura deyəndə ki, oğlunun filmi belə alınıb, deyir eybi yox, biri, ikisi, üçü alınmaz, dördüncü alınar.


Elvin milyonçu Rac Kapurun oğlu deyil, atası Salyanda adi bir işdə işləyən bizlərdən biridi. Özü də filmi milyonlara çəkməyib. Təxminən 2010-cu ilin babat bir «Mersedes»inin puluna çəkilib. Ortaya da Rac Kapurun oğlundan fərqli olaraq normal bir film qoyub.

Film Bakıda kino-teatrlarda yayımlanır. Və oxuyuram ki, rejissor da, yaradıcı kollektiv də tamaşaçıların azlığından gileylənirlər. Yəni bir həftə ərzində onların dediyinə görə, 2 mindən bir az artıq adam baxıb bu filmə. Buna üzülmək lazım deyil. Dostum, yadında saxla, şair demiş, qalan sağlar bizimdi.

Hələ filmin normal piyarı yapılmayıb, televiziya kanalları geniş materiallar verməyib, qəzetlər-saytlar reklamını verməyiblər. Və darıxmayın! Bu film tamaşaçı rəğbətini qazanacaq və bu film sərhədləri də aşacaq.

Sən Pələngsən, erməni güllələrindən qorxmayan Pələng. Özümüzün atdığı güllələr sənə heç nə edə bilməz. Sənə özümüzün atdığımız güllələrə sinəsini verən oğullar da var.

Sən yeni bir film haqqında düşün. Və yeni filmini çəkərkən abilərinlə oturub bir götür-qoy elə.

Səni və yaradıcı kollektivinizi təbrik edirəm, uğurlar arzularyıram. İnanıram ki, ikinci filmin daha uğurlu olacaq. Özü də elə bu detektiv janrdan uzaqlaşma. Alınır səndə.

Sevgili oxuculardan da xahiş edirəm ki, getsinlər və «Sara» filminə baxsınlar. Heç nə itirməyəcəklər, əksinə, sevinəcəklər ki, Azərbaycanda 26-27 yaşında bir gənc belə bir film qoyub ortaya.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK