ANA SƏHİFƏ / YAZARLAR

QEYRƏT

Fəridə RƏHİMLİ

13816    |   2017-04-07 14:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avropa mədəniyyətinə meyillilik zaman-zaman Şərq mədəniyyətinin aşınmasına gətirib çıxardı. Mədəniyyət adı altında bilərəkdən xalqların şüuraltına yeridilən bir çox mənfi təsirlər mental dəyərlərin, adət-ənənələrin məhv edilməsinə yönəlmiş bir siyasətdir. İllər öncə Braziliya serialları televiziyalarımıza ayaq açanda serial qəhrəmanlarını qınayardılar - əxlaqi dəyərlərin baş-ayaq olduğu bu ssenarilər, əslində, hazırlanmış siyasətin bir parçası idi. Çünki televiziya ictimai şüurun, fikrin mənimsənilməsində böyük qüvvəyə malikdir. Sonralar yavaş-yavaş bu seriallardakı hadisələri həyatımızda izləməyə başladıq. Bir vaxt rişxənd etdiyimiz, "heç vaxt” dediklərimiz həyatımıza girməyə, gözümüzdə adiləşməyə başladı. Bu yöndə hər cür iyrənc əməllərin təbliği əsas məqsəd olsa da, onu deyim ki, başqa heç bir xalqda əminin qardaşı qızıyla evlənməsinə rast gəlməmişəm. Mentalitetimizdə qohumla evlənmə adi hal olsa da, Quranın qadağan etdiyi qaydalardan kənara çıxılmırdı. Deyəsən zaman gələcək ki, heç bir şeyə təccüblənməyəcəyik. Çünki son illər o qədər olmaz dediklərimiz oldu ki...

Müqəddəs kitabımızda bir kişi öz yaxın qohumlarından ana və nənələri, öz qızı və nəvələri, bacıları və qardaş-bacılarının qızları və nəvələri ilə, eləcə də öz bibisi və xalası ilə evlənə bilməz. Evlənib ailə qurmaq məsələsi Qurani-Kərimdə başda Bəqərə, Nisa, Nur və Təlaq surələri olmaqla demək olar ki, bütün surələrdə birbaşa və dolayı yolla ifadə edilir. Çünki boşanma, vərəsəlik (miras), nəsəb-süd-evlilik qohumluğu, vəsiyyət, örtünmək, ata-ana və qohum-əqrəbaya yaxşılıq, seksual xarakterli haramlara dair bəzi cəzalar və sairə kimi məsələlər evliliklə əlaqədardır.

Bizdə deyirlər, "əmi qızı ilə əmi oğlunun nikahı göydə kəsilib”. Elə yüz illərdir ki, bu deyimə inanıb, ailələr qurulur, övladlar dünyaya gəlir. Bu sıraya xalaqızı, xalaoğlu, bibioğlu, dayıqızı da daxil olur. Azərbaycan mentaliteti evliliklə bağlı bəzi məsələləri qəbul etməsə də, nədənsə, qohum evliliyinə çatanda, "qohum ətimizi yesə də, sümüyümüzü atmaz” ifadəsini sevə-sevə işlədir. Əmiqızı nəysə də, amma əmiylə qardaş qızının evlənməsi cəmiyyətdə şok etkisi yaratdı. Bu yerdə o "əmi” haqda ilk yada düşən söz qeyrətsiz, şərəfsiz, əclaf... sözüdür.

Leksikonumuzda qeyrət sözü - Vətən, xalq, ailə namusunu, ən əziz və müqəddəs sayılan bir şeyin təəssübünü çəkmə, şərəfini, heysiyyətini qoruma deməkdi. Qeyrətinə toxunmaq - heysiyyətinə, şərəfinə toxunmaq, təhqir etmək çox ağır ifadə sayılıb mental dəyərlərimizdə. Bu söz ərəb kəlməsi olub bizim dilimizə əsl mənası lüğətdə "dəyişiklik” (təğyir, təğəyyür) deməkdir. Amma, xalq arasında qeyrət adətən, insanın öz namusu, şəxsiyyəti, vətəni, dini və mal-dövlətinin qorumasına deyilir. Qeyrətli insanın bütün bu qeyd olunmuş mövzuların müdafiəsində sifəti şiddətlə "dəyişdiyinə” görə, ona qeyrətli ləqəbi və adı verilir. Bütün bu mənaların müqabilində hər kəs, öz namusu, şəxsiyyəti, vətəni, dini və mal-dövlətinə qarşı təcavüz olarsa, müdafiə etməsə və yerindən tərpənməsə, ona el arasında qeyrətsiz, "xoşqeyrət” və ya (əgər xüsusilə, namusunu qorumasa) dəyyus və səhlənkar ləqəbləri verilir. Bütün bunlar el arasında istifadə olunmuş və həmişə olunacaq xalq terminləridir.
Qeyrət sifəti və xasiyyəti insanın elə mühüm və həyati sifətlərindəndir ki, hər bir insanın düşməni onu məğlub etmək üçün ilk növbədə ona əl atır. Müasir dövrümüzdə qərbin müsəlman ölkələrinə qarşı apardığı informasiya və mədəni müharibə və həmləsinin ən aşkar taktikası "qeyrətsizik” şüarı və qeyrətin müsəlman cəmiyyətində aradan aparılmasıdır. Onlar çox yaxşı bilirlər ki, müsəlman xalqın qeyrəti ilk növbədə onun etiqadına və dininə bağlı olub, İslam dinindən rişələnir. Ona görə də bu sahədə hər hansı ölkədə İslam dini ilə mübarizədə ən qeyrətsiz insanlardan istifadə olunur. Qeyrətin ən mühüm qismlərindən bir namus, din və vətən qeyrətidir. Hər kəsin bu üç qism qeyrətdə zəifliyi olsa, istər-istəməz çox ağır nəticələrlə üzləşməli olacaq. Əgər cəmiyyətdə qadınların namusunu, vətəni və ya dini qoruyanlara qarşı mübarizə gedirsə, deməli düşmən o cəmiyyətin ən güclü silahını əlindən almaq qəsdi var. Quran və rəvayətlərdə qeyrət məsələsi ən mühüm məsələlərdən biri sayılır. Qeyrət və mərdlik imanlı kişi və qadınların ən bariz sifətlərindəndir. Peyğəmbərimiz (s) buyurur: "Qeyrət – imanın əlamətindəndir”. Rəsuli-Əkrəm (s) həmçinin buyurur: "O mömin ki, qeyrətli olmaz, Allah onun burnunu yerə vurar. Həzrət Rəsul (s) başqa yerdə buyurur: "Allah qeyrətli bəndələrini sevər”.
Qeyrətsizlik – o rəzil sifətlərdəndir ki, bu gün ona çox rast gəlməkdəyik. Allah Təala qeyrət sifətini insanın fitrətinə qoymuşdur ki, qorumalı olanları qoruya bilsin. Həzrət Peyğəmbər (s) buyurur: "Əgər kişi öz evində iffətə zidd olan bir şey görsə və qeyrətə gəlməsə, iman ruhu ondan ayrılar. Mələklər onu dəyyus adlandırar”. Dəyyus o kəsə deyirlər ki, çox qeyrətsizdir. Məhrəmlərinin pis yola getməsinin qarşısını almır.
İnsan Allahın ona verdiyi nemətlər qarşısında məsuldur. İnsanın din, abır, ailəsi, malı qarşısındakı vəzifəsi – onları qorumaq və hifz etməkdir. Əgər qeyrətsizlik edərsə, həm ailəsi və həm də cəmiyyət üçün pis nəticələr gətirər.

Bir əminin qardaşı qızına şəhvətlənməsi də dünyanın sonunun əlamətləri sayıla bilər. Şahidi olduqlarımızdan sonra daha betərlərinin olacağına şübhə qalmır.
P.S. Bir dostum deyir ki, o, "qardaş qızının” anasından bəzi şeylər soruşmaq lazımdı və ya qızla atasının DNH testini etmək lazımdır. Çünki qan eyni olsaydı, "əmi” bu şərəfsizliyi edə bilməzdi.

P.P.S. Bir rus atalar sözündə deyildiyi kimi, heç vaxt deməyək "heç vaxt”, hələ görəcəklərimiz qabaqdadı...




İmza:

YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK